Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Vətəndən qaçmaq vətəni sevməkdir?
Vətəndən qaçmaq vətəni sevməkdir?
Şərhlər: 10
Baxılıb: 403
Səs ver:
Hər birimizin anasının xəstələndiyi, özünü bihal hiss etdiyi, yaxud qəzəblənərək, fikrimizcə, haqqımızda nahaq danışdığı zamanlar olur. Həmin anlarda qəzəblənirik, anamızın haqsızlığına etiraz etmək istəyirik.
İstəyirik, amma son anda dayanırıq.
 
Çünki qarşımızda anadır: bizi dünyaya gətirən, özümüzü dərk edənədək bütün əzablarımıza qatlaşan və yuxumuzu yuxusuzluğu, xəstəliyimizi sağlamlığı, kədərimizi sevgisi ilə sağaltmış bir insan.
O insan ki, bu dünyada bizi heç bir təmənna, qarşılıq, cavab olmadan sevib, sevir və bundan sonra nə edəcəyimizdən, hansı yolla gedəcəyimizdən asılı olmayaraq sevəcək şəxs.
 
Anadan küsüb "#buanadan" heşteqi ilə sosial şəbəkələrdə ondan şikayətlənməyimizi ağlınıza gətirin.
Düşündünüzmü?
Onda anamızın anasını, ölkəmizi şüurunuza gətirin.
 
Sosial şəbəkələrdə "#buölkədən" heşteqi yaradaraq mühacirətə çağırmaq, ölkədə hər şeyin və az qala hər kəsin yaxşı olmadığını yazaraq "bu məkandan mümkün qədər uzaqlaşmağa" çağırışların məntiqsizliyini bir kənara qoyuram.
 
Sözsüz, Azərbaycanda hər kəs və hər şey yaxşı deyil. Rüşvət alan məmurlar, bisavad müəllimlər, işini bacarmayan həkimlərimiz, ədaləti unudaraq öz "ƏT"ini hər şeydən üstün tutanlar, hətta allahın adından danışıb allahsızlığı yaşam qaydasına çevirənlərdən də xali deyilik.
Hamısından varımızdır.
 
Amma bu ölkənin insanlarının çoxu halal zəhməti ilə çalışanlar, övladının səadətini, yaxşı gününü istəyənlər, min zillətlə işləyib atası və anası üçün məhdud olsa da, imkanları içində normal həyatda yaşatmaq istəyənlərdir.
O şəxslər ki, Azərbaycanda yaşayır və Azərbaycanı yaşadırlar.
 
Ölkəsizlik ən pis dərdlərdən biridir, cənablar.
Yəhudilər minilliklər boyu "#oölkəyə" fikri ilə yaşadılar, İsrail qurmaq istədilər.
Kürdlər "#ölkəüçün" İraqda, Suriyada, Türkiyədə nəyəsə can atırlar və tavtologiya olmasın, o "nə" hələlik terrorla separatçılıqdan o yana getmir.
Assuriyalılar dünyanın ən müxtəlif ölkələrinə səpələnərək yaşayırlar və minillərdən süzülüb gələn, illər keçdikcə daha da ağırlaşan dərdlərini qəlblərinə daş təki basaraq qüssələnirlər.
 
Həmin assuriyalıların atalar sözü var: "Tanrı, o ölkədə ölməyi mənə qismət et".
 
Azərbaycanın adını eşidəndə Avstraliyada kövrələn və bayrağımızı dərdli bağrına basıb hönkürən Məhəmməd bəy Cavadlını görmüşdüm illər əvvəl. 73 yaşlı Məhəmməd bəy bayrağımız sinəsində pıçıldayırdı: "Allahım, ölkəmizi qoru, azadlığımızı bizə çox görmə!"
 
Əsrlərdən bəri bu ölkənin torpaqlarını qanları ilə suvarıb vətəninin daşı olanlar məhz bu ölkə üçün yaşayıblar.
Yaşayıblar ki, bizləri yaşatsınlar.
 
Məhz bu ölkədə.
Çünki biliblər: vətənsiz insan, sadəcə, canlı ölüdür.
 
Öldüyündən bixəbər birisi.
Hə, onu da bilək ki, "#buölkədən" deyib harasa gedə bilərik.
Orada pis, yaxşı yaşaya bilərik.
 
Amma günlərin birində qübar qəlbi parçalayanda "Ölkəmdən niyə getdim?" sualı səslənəcək.
 
Və onda Andrey Tarkovskinin "Nisgil" filmindəki qüssənin nə olduğu anlaşılacaq...
 
... 1873-cü ildə Rusiyanın Novqorod quberniyasında doğulmuş, 1943-cü ildə ABŞ-ın Kaliforniya ştatındakı Beverli-Hills şəhərində vəfat etmiş dahi rus bəstəkar və virtuoz pianoçu Sergey Raxmaninov gözlərini əbədi yummazdan əvvəl xanımına demişdi: "Vətənsiz ölümümün cismani ölüm anı çatır. Məzarımın yanında iki ağcaqayın əkərsiniz. Öləndən sonra barı vətənimin ruhu ilə olum".
 
Ağcaqayınlar əkildi, amma qurudu.
Ağac da vətənsiz qalanda kök ata bilmir.


Şərhlər: 10
Baxılıb: 403
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
lelos
heyif deyil vetenimiz men bunu yaşamişam qürbetde olmaq çox pis şeydi insan özünü pis hiss edir her zaman vetenimin her qarişina qurban olum
12 may 2015 18:56
# 10
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Catwoman666
men universitete daxil olub qurtarandan sonra isleyecem pulumu yigacam ve dunya seyathetine cixacammm. amma bilmek olmaz. belke de ele elnurla turkiyede evlenib orda qalmali oldum 122 xeyal
7 may 2015 19:17
# 9
"All men must die, but we are not men"

Daenerys Targaryen
efsane..
mekteb vaxtlari bir soz oxumusdum ve coxda xosuma gelmisdi" milli qusurlara gore xalqa nifret eden axmaqdir " calisib dovletimizi qorumali ve qusurlarimizi aradan qaldirmaga cehd etmeliyik qacmaqla hec bir problem hel olmur
7 may 2015 18:26
# 8
vipbetul
tebiki insanin Veteni kimi rahat yer yoxdu doqma yer yoxdu ne olursa olsun Vetendeki kimi ozunu yaxsi hec yerde hiss ede bilmessen
7 may 2015 16:40
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fialka
Hər nə olsada yaxşısıyla da pisiylədə doğulduğun, yaşadığın torpaq həmişə sənə əzizdi onun adı vətəndi. Hansı şəhərində olsan da özünü bir az arxayın mı deyim yada doğmalıqmı vətən olduğu üçün rahat olursan ancaq başqa yad bir ölkədə əzizlərindən, havasından, torpağından uzaq yaşamaq qısaca qəribçilik insanı içdən içə sızladır hardasa məqalədə olan sonuncu abzas isə daha da təsir etdi mənə qəribçilik hamıya xoşbəxtlik gətirmir nə qədər xoşbəxt olsada içində o nisgil qalır...
7 may 2015 16:21
# 6
yarpaq33
Muellimler ve hekimler barede duz yazmisiniz elleriniz derd gormesin amma neyniyek bizimde bir Azerbaycanimiz var ve onunla fexr etmeliyik
7 may 2015 16:13
# 5
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Antikvar
Ağcaqayınlar əkildi, amma qurudu.
Ağac da vətənsiz qalanda kök ata bilmir.

Bu sonuncu cumle cox menadasiyici kelme idi.Bu xeber sanki mene gore yazilib.veteninden bezen naraziciliq eden milletimin rusvetliyini,hormetsizliyini,insanlarin yasam terzini,cetinliklerini,imkansizliqlarini,mensuliyyetsizliklerini,milletini dusunmeyen basda oturanlari gordukce bezen etiraz bayragimi qaldirib isyanimi bildirmek isteyirem.Amma ne fayda?Sonda elime bir sey kececekmi?Tek etirazini bildirenin sonu ne olacaq?Ne qeder naraziciliqmi bildirsemde ayaqlarim vetenime deydikde ,qelbindeki sevincin heddi hududu yoxdu.Kim isterki oz veteninden uzaqda yasamaq ,oz veteninde svabodna heyat surmek sansi varken geceleri basqa olkede gezmeye bele cekinen biz tergiy etdiyimiz sadece vetenimizdi.Hec kim xosbextlikden veteninden ayri yasamir ,basqa olkeye getmeyin sadece bir sebebi var oda istediyin seraiti ,istediyin imkani qazanmaq ucun atilmis bir addimdir.Amma bu addimda kimlerse bedbext olur kimlerse ise xosbext.Kimlerse menim imkanim olar deye sevincli gedir itkin dusur heyati puca cixir,kimlerse ise sifirdan basladigi heyatdan xisbextlik tapir.Bununda tam adi qismet,allaahin taleyine yazdigi yazi...
Bes bu insanlari bu dereceye catdiranlar kim?....bilenler ne demek istediyimi anlarlar....

Qelbimden kecen bir nece saniyelik fikirlesibde bedaheten gelen seirimi yazim))

Veten menim ucaligim
Ayri dusdum addim-addim
Azerbaycan Dedikde
Ureyin sizlar damla-damla
**************************
Qerib olke nedirki?
Ne gunduzun var,ne gecen
Adimlasan qorxa qorxa
Onda anlarsan vetenin yeter

Mence pis alinmadi))
7 may 2015 15:28
# 4
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
tek umidim sen
Gezmeye qerib olke olmeye veten yaxsi)
7 may 2015 14:40
# 3
Kadın derin ama adam yüzme bilmiyor...
BARBI
Hec vaxt vetenimi qoyub bir yere getmerem getsemde son nefesimi burda vermek isterem
7 may 2015 14:11
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Nur k-off
Anam menim ureyimdir Allah butun Analarin canin sag etsin
7 may 2015 14:11
# 1
SVETA
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz