Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamı kim olmaq istəyirsənsə, heç kim ola bilməyəcəksən
Hamı kim olmaq istəyirsənsə, heç kim ola bilməyəcəksən
Göndərən: Bestoş
Şərhlər: 13
Baxılıb: 604
Səs ver:
İnsanların ən çox bilmək istədikləri şey, həyatdan əslində nə istəmələridir.

Hamı kim olmaq istəyirsənsə, heç kim ola bilməyəcəksən.

Əgər sən hamı kimi düşünürsənsə, sən artıq səhv edirsən. Çünki hamı fərqli cür düşünür.

Əgər sən hamının əvəzinə düşünürsənsə, sən yenə də səhv edirsən. Hərənin öz qayğıları var.

Özünəməxsus tərzdə və öz əvəzində düşün, amma yadda saxla ki, başqalarını düşünməməklə, sən ilk növbədə özünü düşünmürsən.

Əgər sən sual verirsənsə, demək artıq cavabın yarısı sənə məlumdur.

İnsanların sənə necə münasibət bəslədiyinə fikir vermə -fikrini sənin onlarla necə münasibət qurmağına yönəlt.

Tənbəl insanlara kömək etməklə, sən onları boğazından asılmış yük olmağa kömək edirsən.

Başqasının səhvini bağışlamamqla, özün səhvə yol verirsən.

Zalımlığa göz yummaqla, daha bir zalımlığa rəvac verirsən. (Pisliyi bağışlamaqla, sən başqa pirliyə kömək edirsən).

Axmaqlıq isə ümumiyyətlə bağışlanma tələb etmir. O sanki külək kimidir, heç nədən asılı deyil. Onu olduğu kimi qəbul etmək, onun ziyanında qorunaraq və xeyrində fayda tapmağa çalışaraq yaşamaq lazımdır.

Əgər bütün dünyada səliqə-sahman istəyirsənsə, ilk növbədə öz evindən başla.

Xeyirxahlıq müdafiəsizdir və ona görə də o, bu günə qədər mövcuddur.

Əksər pis əməlləri insan ona görə həyata keçirmir ki, onun bundan xoşu gəlir və ya bunlar ona xeyir gətirir, sadəcə o, düşünür ki, ondan məhz belə əməllər gözləyirlər.

Vicdanlılıq mükafatlanır, amma pulların buna heç bir aidiyyəti yoxdur.

Gül, ona toxunana qədər gözəldir.

İnsan hər şey haqqında düşünə bilər, amma yalnız tam əmin olduğu şeyləri etməlidir.

Güclü insanı zəifdən necə fərqləndirmək olar? Əgər güclü insan həyatından narazıdırsa, o, iradları özünə yönəldir, əgər zəif insan həyatından narazıdırsa, onda onu şikayətləri digər insanlardan olur.

İdeyalara və tanrılara xidmət etmək daha asandır, onlar canlı insanlardan qat-qat daha sadədirlər.

Bütün itilər getdikcə öz itiyini itirir, yalnız kütlər getdikcə daha da kütləşir.

Hökmdarların müdrikliyi onların əldə etdiyi görkəmli nailiyyətlər ilə deyil, baş verməsinə yol vermədikləri axmaq səhvlər ilə ölçülməlidir.
Müdrik böyük varlıqlar haqqında çox düşünən deyil, xırda şeylərdən haqqında az fikirləşən insandır.

Həm böyük, həm də balaca insan eyni anda eyni bir məqsədə doğru gedə bilər, balaca insanın niyyəti məqsədə çatmaq, böyük insanın niyyəti isə daha da irəli getməkdir.

Qəzəbindən qışqıran insan gülməli, incidiyi halda susan isə qorxuludur.

Yeni bir gerçəyə çatmaq üçün, köhnə yalandan uzaqlaşmaq lazımdır.

Vacib olan heç nə təcili deyil. Təcili olan hər şey yalnız çaxnaşmadır.
Lovğalanmaq –özünə inamsızlıq əlamətidir. Kobudluq isə acizlik əlamətidir. Onların xeyirli olmasına ümid etmək isə -axmaqlıq göstəricidir.

Zənginliyin olmaması hələ yoxsulluq demək deyil. Yoxsulluq –zənginliyə olan hərislikdir.

Nə qədər ki, sən əsl düşündüyünü demirsən və ya tam inanmadığın bir şeyi dinləyirsən və ya tamamı ilə sənə uyğun olmayan bir işi görürsən – onda yaşayan da tam sən deyilsən.


Şərhlər: 13
Baxılıb: 604
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
gozel aforizimlerdir
5 may 2015 15:49
# 13
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
tek umidim sen
Başqasının səhvini bağışlamamqla, özün səhvə yol verirsən.
5 may 2015 15:25
# 12
Kadın derin ama adam yüzme bilmiyor...
yaz_yamuru
Qezebinden qışqıran insan gülmeli,incidiyi halda susan ise qorxuludur
men hemise inciyende susuram...susmağımdan incidimi anlayırlar
5 may 2015 15:03
# 11
Meleknur
Qəzəbindən qışqıran insan gülməli, incidiyi halda susan isə qorxuludur
Mende incidiyimde susuram
5 may 2015 12:29
# 10
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
emis
Nə qədər ki, sən əsl düşündüyünü demirsən və ya tam inanmadığın bir şeyi dinləyirsən və ya tamamı ilə sənə uyğun olmayan bir işi görürsən – onda yaşayan da tam sən deyilsənhmmm
5 may 2015 12:20
# 9
Catwoman666
Əgər sən hamı kimi düşünürsənsə, sən artıq səhv edirsən. Çünki hamı fərqli cür düşünür.

Bunu cox beyendim. Raziyam bu fikirle
5 may 2015 12:16
# 8
"All men must die, but we are not men"

Daenerys Targaryen
nayino
Yeni bir gerceye catmaq ucun, kohne yalandan uzaqlasmaq lazimdir
5 may 2015 11:55
# 7
Tomris Müslümova
bele xeberleri hemise secilmislere atiram bunuda hemcinin tesekkurler gozel sozlerdi
5 may 2015 11:24
# 6
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
guler19
Özünəməxsus tərzdə və öz əvəzində düşün, amma yadda saxla ki, başqalarını düşünməməklə, sən ilk növbədə özünü düşünmürsən.

hamısı çox gözəl düzgün deyilmiş cümlələrdi tşkler xəbər üçün
5 may 2015 10:47
# 5
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Anuka
Dogurdan da hami kimi olmag istiyen hec kim ola bilmez her bir insan ozu olmagi bacarmalidi.Cox xowuma geldi derin menali cumlelerdi twk.
5 may 2015 10:41
# 4
Ey insan, həddini bil. Unutma ki, bir hədd yoxdursa heç bir hədd yoxdur.
BARBI
Men de hele heyatdan ne istediyimi bilmirem.
5 may 2015 10:14
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
yarpaq33
Agilli ibretamiz meslehetlerdi
5 may 2015 10:13
# 2
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Fialka
Nə qədər ki, sən əsl düşündüyünü demirsən və ya tam inanmadığın bir şeyi dinləyirsən və ya tamamı ilə sənə uyğun olmayan bir işi görürsən – onda yaşayan da tam sən deyilsən.

Hər biri çox gözəl, mənalı statuslardı , sadəcə bir şey deyə bilərəm tam sən olmaq istəyirsənsə maskalardan uzaq özün ol sadəcə vəssalam.
5 may 2015 10:13
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz