Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
"Toy olsun"a gedən xanımların məqsədi nədir ??
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1308
Səs ver:

Axır illər ailə həyatı qurmaq sarıdan problemlə üzləşən qızlardan bəziləri müəyyən internet saytları, evləndirmə qurumları vasitəsilə ərə gedib. Lakin çox vaxt bu evlilik qızlarımızı bədbəxt edib. Onların çoxu pullu, varlı, ev-eşikli ər axtarışında olduğu üçün edilən şirnikləndirici təkliflərə uyaraq özlərini oda atır. Bunun da mənfi nəticələri məlumdur. Bu faktlar qızları müvəqqəti olaraq təsadüfi evlilikdən saxlasa da, son vaxtlar onlar arasında bu işə meyl artıb.


alt

Onlar bu istəklərini ANS-in "Toy olsun" və ATV-nin "Onun yarısı" layihələrində reallaşdırmaq istəyir. Bunu artıq edənlər də var. 1) Verilişə qatılarkən "halal süd əmmiş", dürüst adamla ailə həyatı qurmaq bəyanatı verən qızların çoxunun proqramın gedişi zamanı saxtakarlıq etdiyi üzə çıxır. Belə ki, qızlara rayon, kənd yerlərindən talib çıxırsa, onlar həmin namizədlərə "hə" demir, onlara birbaşa rədd cavabı verir. Deyirlər ki, biz rayon yerinə ərə getmirik. Hətta rayon və kəndlərdən verilişlərə qatılan qızlar belə əyalətlərə gəlin köçmək istəmir. 2) Hamısı "məni almaq istəyən oğlanın Bakıda evi, işi, şəraiti" olmalıdır" deyir. Bu yaxınlarda evlilik proqramlarında bir neçə belə hadisə baş verdi. Ailə həyatı qurmaq niyyətilə verilişə gələn qızlardan biri ona talib olmaq istəyən oğlanı Azərbaycanın rayonlarından birindən olduğu üçün rədd elədi. Onun ardınca Rusiyada yaşayan bir soydaşımız həmin xanıma talib olmaq istədiyini telefon vasitəsilə çatdırdı. Qız "bu oğlana getməyə dəyər" deyib onu proqrama dəvət elədi. Bildirdi ki, rayonda can çürütməkdənsə, Rusiyada firavanlıq içində yaşamağı üstün tutur. Heç qız oğlanın orada evli olub-olmadığı ilə də maraqlanmadı.


Psixoloq Nərgiz ALLAHverdiyeva deyir ki, bəzi qızlar öz gözəlliyinə arxayın olaraq oğlanları təhqir edir. Psixoloqun bildirdiyinə görə, evlilik proqramlarında evlənmək istəyən qızlar əsasən həyatda insanlarla normal dil tapa bilməyən, psixoloji problemə malik olan insanlardır: "Bu qızlar ətrafda heç kəslə münasibət qura bilmir.

Bu onların yaşadığı gərginliklə bağlıdır. Ora çıxıb varlı adama ərə getmək istədiyini deyən qızların həyatını araşdırsan görərsən ki, onlar bir neçə dəfə sevgi problemi yaşayıb, oğlanlar tərəfindən rədd edilib. 3) Onların bir çoxu keçmiş sevgililərində qıcıq yaratmaq üçün efirə çıxır.

Məqsədləri oğlana "gördün səndən yaxşısına, pullusuna ərə gedirəm" deməkdir. Yəni bu üsulla oğlanlardan qisas alırlar. Azərbaycan elə böyük ölkə deyil ki, qızların ərə getməsi televiziya vasitəsilə həyata keçirilsin. Dədə-baba qaydası ilə də ərə getmək tam mümkündür. Qız sifariş verir ki, filan cür oğlanla evlənmək istəyirəm.


Bu kənardan çox gülməli görünür. O satlıq mal deyil ki, istədiyini alasan. Gənclər ailə quranda görünüşə yox, xasiyyətə önəm verməlidir. Bir şeyi də qeyd edim ki, ərə getmək istəyən qızların bir çoxu həddindən artıq aqressivdir. Bu da onların problemli həyat sürməsindən irəli gəlir"


Şərhlər:
Baxılıb: 1308
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz