Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mərhəmət nədir?
Mərhəmət nədir?
Göndərən: Nazlı_qız
Şərhlər: 11
Baxılıb: 558
Səs ver:
Mərhəmət nədir? Yaradılmışlar, bütün canlı varlıqlar üçün bir əksiklik, zəiflik, fanilik, möhtaclıq, kövrəklik duyğusu yaşandığı üçün mərhəmət olmadan həyata davam etmək olmaz. Bu dünyada çətinlik, acı və kədər, qorxu, yoxsulluq və məhrumluq, haqsızlıq, bütün insanları birləşdirən ortaq məxrəcdir. Hər kəsə Yaradan öz ölçüsündə bu paydan vermişdir. Yaradılan heç bir varlıq öz yaranmasının və var olmasının, yaşamasının təməlini özündə tapa bilməz. Öz həyat və kamal zəmanətini öz- özünə təmin edə bilməz. Köməyə, qorunmağa, maraq və dəstəyə ehtiyac duymadan, varlığını qoruyub, inkişaf etdirə bilməz. Onun üçün də hər kəs və hər şey mərhəmətə möhtacdır.

Mərhəmət, hər kəsin yaxşılığını istəyib, onlara kömək etməyi arzulamaqdır. Mərhəmət, bütün insanlar və canlılar üçün dünyanı etibarlı bir yer bilib, ona söykənib yaşamaqdır. Hər kəsə və hər şeyə anlayışla, qayğıyla, anlayış və şəfqətlə yanaşmaqdır. Var olan varlıqları qoruyub, onların üzərində əsməkdir. Bütün canlı varlıqların azadlıq və etibar içində yaşaması üçün inkişafa kömək etmək, varlıqlarının davamı üçün güc və dəstək vermək mərhəmətin təməli hesab olunur. Bizim sahib olduğumuz imkanlara, haqq və hüquqlara, azadlığa başqalarının sahib olmaması içimizdə bir acıma duyğusu oyandırmalıdır. Əgər bu duyğu oyanarsa, onda bunun adı mərhəmətdir. Mərhəmət, başqasının gücsüzlük, çətinlik və dərdi ilə maraqlanmaq, onun vəziyyətinə görə ağrıma və şəfqət göstərmə, onunla birliktə iztirab çəkməkdir. İnsanlar bir pislikdən əziyyət çəkirsə, düşünürüksə ki, o buna layıq deyil, ona duyduğumuz şəfqət, yaxşı niyyətli bir üzüntüdür. Dərd və sıxıntı içərisində olan adamın dərdinə ortaq olmaq, üzüntüsünə kədərlənmək və ona kömək etmək çox məsuliyyətli və mərhəmətli bir əməldir. Mərhəmət, varlıqlardan heç birinə zülm və haqsızlığı rəva görməyib, içlərində zərərli olmayan gücsüzlərin zəif hallarına yanıb, imdad və yardımlarına yönəlməkdir. Mərhəmətin əks mənaları - sərtlik, mərhəmətsizlik, lağlağaçılıq, zalımlıq, qısqanclıq, soyuqluq, maraqsızlıq, daş ürəklilik, eqoizm və duyğusuzluqdur. Mərhəmətli insan başqalarından tamam ayrı bir mənlik və şəxsiyyətlə fərqləndiyi kimi, başqalarının hal və vəziyyətlərini dırk edərək, onlara hər mənada dayaq olar. İnsanlara mərhəmətlə yanaşdıqda, onların daha yaxşı həyat şəraitinə qovuşmasını, hətta bizim kimi olmasını istəyirik.

Mərhəmət eyni zamanda həm ədalət, həm də bərabərlik duyğusunun qaynağıdır. Aralarında, əlbəttə ki, bir fərq vardır. Mərhəmət, bizi yaxşılıq etməyə, başqalarının vəziyyətinə maraq göstərmək və kömək etməyə yönəldən bir duyğudur. Bu maraq və yardım, ağıllı, məntiqi, hüquqi bir ölçü və qanuna görə edildikdə də ədalət ortaya çıxır. Mərhəmət, qarşı tərəfin şəxsiyyətini güdmədən hər kəsə bərabər payladığımız bir acıma duyğusu olmalıdır. Iztirabdan bərabərlik yoxdur, lakin mərhəmət bizə iztirab ehtimalının bərabərliyini öyrədir. Bir başqasının başına gələn mənim də başıma gələ bilər. Mərhəmət, insanların bərabərliyi anlayışına söykənir. İnsan olaraq, hamımız iztiraba qarşı həssasıq, ağrı-acı hamımızı yaralayır. Hər fərdin insanlığının bərabər dəyər daşıdığı bir dünya anlayışı içərisində ancak mərhəmət fərqlənə bilər. Mərhəmət sahibləri, digərlərinin yaşadığı iztirabın nə qədər ağrı verici olduğunu təxəyyül edə bilən insanlardır. Mərhəmət, ağrı, ya da kədərə duyulan hissdir, başqa sözlə, başqasının ıstirabına qatılmaqdır. Mərhəmət, əxlaqi olaraq acı verici bir iztiraba üzülməkdir. Mərhəmət bu hüznün özüdür, daha doğrusu bu kədər mərhəmətin başlanğıcı və ən kiçik vahididir. Mərhəmət, başqasının iztirabını paylaşmaqdır.

Başqasının iztirabını paylaşmaq və ya acı çəkməsinin yaxşı, ya da pis səbəblərini paylaşmaq demək deyil. Bu, nə olursa olsun, bir iztirab qarşısında maraqsız qalmağı və kim olursa- olsun bir canlını bir obyekt kimi qəbul etməyi rədd etməkdir. Bu səbəblə o, prinsipial olaraq ayrı-seçkilik etmədən yanaşma tərzidir. Bundan başqa günahkarlara da mərhəmət duyulur. Pislik edən bir kimsənin içindəki kinə, kədərə, səfalətə baxmayaraq, onun iztirabına qarşılıq olaraq mərhəmət etmək, onun içini gəmirən pislik qarşısında yaxşılıq nümayiş etdirməkdir. Həqiqi mərhəmətin qaynağı Allah sevgisidir. İnsanın Allaha olan sevgisi, Onun yaratdığı varlıqlara qarşı ürəyində bir istilik hiss etməsinə səbəb olar. Allahı sevən insan, Onun yaratdıqlarına qarşı doğrudan bir söhbət və yaxınlıq hiss edər.


Şərhlər: 11
Baxılıb: 558
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
cox merhemetli olmaq da bir ise yaramir.....her kesin icinde merhemet olmalidi amma her defe de merhemetli olmaq lazim deyil! bezen en agir qerarlar vermek lazim olur ve her kese merhemet etmek olmaz!!
22 may 2015 17:39
# 11
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
bezi insanlara qarshi hedsiz merhemetli bezilerine qarshi ise hedsiz qeddar ola bilirem qeddar olduqum insanlarcinsa diyiremki hele buda azidi,esas insanlarin deyil qoy bizlere bizi yaradan Rebbimiz merhemetini eskik etmesin Amin insallah
22 may 2015 15:57
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
WiRiN BaLaM
merhemet qalıbki meyer
22 may 2015 13:53
# 9
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Niquw Abdulayeva
Her bir sey aileden gelir. Valideynler usaqlarina asimalidir merhemet hissini. Bezilerinin sozleri ile razilasmiram. Biri pisdi deye hami pis ola bilmez.
22 may 2015 13:38
# 8
Tomris Müslümova
merhemet??? -indi insanlarda catismayan cehetlerden biri...
22 may 2015 13:26
# 7
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Bestoş
Insanlarda indiki zamanede merhemet yoxdur cox tesuff
22 may 2015 12:29
# 6
Coxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx xooooooooooooowbexxxxxxxxxxxxxxxxxxtemmmmmmmmmmmmmmmmmmmmmmm
efsane..
insanda merhemet olmadiqda onun insanligida olmur cox teessufki bugun usaqlari oldurenler bu hissden mehrumdurlar ve insanliqlarinida unudublar
22 may 2015 12:09
# 5
Dosta_inam
İnsanin üreyinde merhemet hissinin olmasi çox gözel şeydir,ama bezi insanlarin üreyi daşlaşib artiq.Allah hamiya kömek olsun.
22 may 2015 11:12
# 4
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
yarpaq33
Allah her kesin ureyine merhemet salsin yaxwi hissdir duzdu bezileri bu hissden mehrumdu urekleri dawdi sanki bu daw ureklilere Allah merhemet versin
22 may 2015 10:24
# 3
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Fialka
İnsanda ən gözəl xüsusiyyətlərdən biridir mərhəmət ancaq çoxları bu hissdən uzaq və yaddırlar. Mərhəmətli olmayan insan hec cürə yaxşı birisi ola bilməz . Bağışlamaq isə mərhəmətlilərin ən mərhəmətlisi olan uca Allaha məxsusdur. Günahkar bəndələr isə yalnız mərhəmətli olan Allahdan imdat diləyə bilər...
22 may 2015 09:53
# 2
BARBI
Allah her kesin qelbine bir parcada olsun merhemet verib. Ama zemanemiz eledirki insanlar hami bir birinin ustune basir heyatlarini mehv edir. Hec kim hec kime merhemet gostermir. Merhemetden yoxsun insana cevrilirler
22 may 2015 09:09
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz