Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Lars fon Trierdən sitatlar
Lars fon Trierdən sitatlar
Göndərən: tek umidim sen
Şərhlər: 9
Baxılıb: 647
Səs ver:
Çəkmənin içində daş olanda insanı necə narahat edirsə, kino da elə narahat olmalıdır.

Haqqımda düşündükləriniz vecimə deyil. Jurnalistlər tez-tez sözlərimi təhrif edirlər, amma mən bunu sakit qarşılayıram artıq. Belə bir söz var, eşitmisiz? "Mürəkkəblə əlləri yumazlar”. Müsahibə verərkən, həmişə bu sözü xatırlayıram.

Mən nudizmlə maraqlanan ailədə doğulmuşam. Uşaq vaxtı mənə etmək istədiyim hər şeyə icazə verilirdi, mənim dərsə gedib getməməyim valideynlərimi maraqlandırmırdı.

Valideynlərim tez-tez məni nudist düşərgəsinə aparardılar. Ora haqda heç bir erotik xatirəm yoxdur, amma ordakı kiçik poçt şöbəsini xatırlayıram. İçəri girirsən, poçt işçisinin ancaq şlyapası var. Əslində onun sviteri də var idi, çünki içəri yetərincə soyuq olurdu. Amma içəri kimsə girəndə o soyunmalı idi. Qayda belə idi.

Anam mənə indiyə kimi atam olduğunu düşündüyüm adamın əslində əsl atam olmadığını deyəndə bunun bioqrafiyam üçün yaxşı fakt olacağını düşündüm.

Həyata yalnız bir şeyə təəssüf edirəm. Balaca olanda bir quşum var idi, hər gün onu yedizdirirdim. Tətilə gedəndə quş yaddan çıxdı. Qayıdanda gördüm ki, ölüb. Həqiqətən təəssüflənirəm. Kann festivalında dediklərimə görə üstümə hücuma keçəndə isə (Trierin Hitler haqda dedikləri nasizmə haqq qazandırması kimi qiymətləndirilmişdi) özümü velosipeddən yıxıldığına görə valideynləri tərəfindən danlanan uşaq kimi hiss edirdim.

Öz statusumla qürur duyuram: "Kann festivalının persona non-qratası”. Bu status mənə yaraşır. Deyəsən festival tarixində belə şey olmamışdı.

Politkorrektlik – Amerikanın dünyaya bəxş etdiyi ən pis şeydi. Məhz politkorrektlik dürüst diskussiyanı öldürdü, ona görə də indi insanların çoxu nədəsə ittiham edilməkdən qorxduqlarına görə susmağa üstünlük verirlər.

Kimləsə birlikdə olanda onda mənə qarşı nifrət oyadacaq nəsə deməməyim mümkün deyil.

Əgər kimsə məni döymək istəyirsə, o bunu etməkdə sərbəstdir. Amma xəbərdarlıq etməliyəm: mən bundan həzz ala bilərəm.

Pozğunluq? Başqalarına mane olmadıqca, mən burda pis heç nə görmürəm.

Praktik olaraq bu dünyada heç kimə zərər vermədən yaşamaq mümkün deyil. Sən hətta nəfəs alanda belə, havanı kimdənsə almış olursan. Mənə gəldikdə isə mən çalışıram balıqlardan başqa heç kimi incitməyim. Əlbəttə, balığa da yazığım gəlir, amma mən bir qoca balığı tivola tutanda, başqa bir  gənc və xoşbəxt balıq üçün yeri boşaltmış oluram. Yaxud da düşünürəm ki, tutduğum balıq bir neçə ay idi depressiyadan əziyyət çəkirdi və özünü öldürmək haqda düşünürdü. Amma bilmirdi bunu necə etsin. Əgər sən balıqsansa, bu elə də asan deyil.

İnsan şüuraltı olaraq həmişə melanxoliyaya can atır. Nakam sevgi xoşbəxt sevgidən daha romantikdir və kədər, yaxud ağrı kimi, biz melanxoliyanı daha kəskin hiss edirik, nəinki xoşbəxtliyi.

Mən çoxlu fobiyaları olan insanam. Amma kamera ilə qeyri-adi nəsə etmək kimi fobiyam yoxdur.

Mən də hamı kimiyəm. Mükafat almağı sevirəm, amma onlar məni xoşbəxt etmir.

Süjetlər bizim ətrafımızda yaşayır. Hətta bu otaqda belə min cür hekayət var. Bilirsiniz ki, bu stul bura necə gəlib çıxıb? Onda kimlər oturub? Niyə burda məhz bu stul dayanıb? Bəs bura gətirilməyən digər stul hardadır?

Necə yəni mən komediya çəkmirəm? Mənim filmlərimin çoxu komediyadır. Sadəcə onlar çox melanxolikdirlər.

Sən Allah, mənim filmlərimi müzakirə etməyi dayandırın, gedin özünüzünküləri çəkin.

Mənbə: "Esquire”


Şərhlər: 9
Baxılıb: 647
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Nezka
Maraqlı sözlərdi
4 may 2015 21:51
# 9
İçimi görsən mənə aptek alarsan.
Catwoman666
mene maraqli gelmedi hec biri. 1cinin menasini vobse anlamadim
2 may 2015 22:09
# 8
"All men must die, but we are not men"

Daenerys Targaryen
emis
betulun dediyne qatliram bu sozler normal birinin dediyine oxsamir pzogunluq serbstdi demek nedi
2 may 2015 19:01
# 7
vipbetul
burdaki bezi statlar bu insanin normal biri olmadiqinin isbatidi
2 may 2015 17:30
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
xeyalperest
adi ve menasiz ferqlilik qatani bu oldu mence
2 may 2015 15:15
# 5
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
lelos
Maraqli deyil
2 may 2015 14:51
# 4
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Nur k-off
o qederde agilli kelmelri yoxdur
2 may 2015 13:51
# 3
SVETA
Fialka
Fikirləri olduqca sərbət, biraz qeyri adi və fərqlidi. Bundada böyüdüyü nudist ailənin böyük rolu var mənə görə bu qəbul edilməzdi çünki valideyn uşağı nudist düşərgəsinə aparır və uşaq o yaşda lazım olmayan mənzərələrlə qarşılaşır)))) bunun nəticəsidir ki, onun fərqli psixoloqiyası var ...
2 may 2015 12:47
# 2
BARBI
Hamisi maraqli ve dusunulmus sitatlardi. Dahiler bu heyati yasayaraq gorerek bu sitatlari yazirlar
2 may 2015 12:31
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz