Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bu mövzular hər gün təkrar olunmalıdı ki, unudulmasın!
Bu mövzular hər gün təkrar olunmalıdı ki, unudulmasın!
Göndərən: guler19
Şərhlər: 11
Baxılıb: 556
Səs ver:
Günümüzdə müalicəsi gecikən xəstəliklər çoxdur.Bunlardan ən mühümü isə haqqında söhbət açdığımız movzudur. Cəmiyyətin tərbiyəsi ailədən başlayır.Müasir dövrdə valideynlərin bir çoxu övladlarının tərbiyəsinə məktəb yaxşından başlayırlar.Bu yaşa qədər onların heç bir şey anlamadıqlarını zənn edir, hətta uşaqlarnın yaninda mübahisə belə edirlər.İslamdan xəbərsiz bu tip valideynlər daha bilmirlər ki, övladın tərbiyəsinə hələ o , rüşeym halında,ana bətnində ikən başlamaq lazımdır.Gələcək ananın tez-tez Qurana qulaq asması,özünün bildiyi surələri və ayələri ouxması doğulacaq körpənin psixologiyasına müsbət təsir edən amillərdən ən başlıcasıdır.Eyni zamanda yeni doğulmuş körpəni də Quran sədaları altında yatızdırmaq, dil açmağa başlarkən şəhadət kəlmələrini öyrətmək lazımdır.Daha sonra ağlı kəsməyə başlarkən uşağa dinimizin əsaslarını, insan haqlarını və haqların önündə gedən valideyn haqlarını təlqin etmək lazımdır. İndi bir anlıq düşünün, Mayası İslamla yoğrulmuş bir övlad valideynlərinin üzünə ağ olub onların haqqlarını tapdalayarmı?.Təəssüflər olsun ki, günümüzdə İslami tərbiyə metodunu seçən valideynlərə çox az rast gəlirik.Elə bunun nəticəsidir ki ölkəmizdəki "Qocalar evi”nin biçarə sakinləri günü-gündən artırlar.Qəlbinə daş bağlamış övladlar ayda-ildə bir dəfə bu evə gələrək valideynlərini ziyarət edir və bununla da vəzifələrini bitmiş hesab edirlər.Daha düşünmürlər ki, sabah özləri qocalıb atılmış valideynlərin yerində ola bilərlər.O valideynlərin ki, hər gün gözləri yolda , qulaqları səsdə, qəbləri övlad, nəsə həsrəti ilə çırpınır.O valideynlərin ki,ianə yardım fondlarının etdikləri maddi yardımdan daha çox xoş bir övlad sözünə ,nəvə-nəticə qayğısına ehtiyacları var.Maddi aclığı ödəmək asan, mənəvi aclığı ödəmək isə olduqca çətindir.Bunu üçün insan qəlbini doldura biləcək sevgi lazımdır.Sevgi insanları bir-birinə ,bağlayan ən qırılmaz teldir.Ən böyük sevgi isə Allah sevgisidir.Yəqin ki , qəlbində Allah qorxusu,Allah sevgisi, peyğəmbər məhəbbəti olan bir övlad heç vaxt onu illərlə boya-başa çatdırmış, bu yolda hər cəfaya dözmüş valideynlərinə əziyyət verərək, onların haqqlarını tapdalamağa razı olmaz.Çünki heç nə olmasa bu qorxu, bu sevgi onların bəd əməllərinin qarşısını alar.İmansız qəlbdən isə nə desən gözləmək olar.Elə isə əziz valideynlər , gəlin , övladlarımızın qəlbində iman toxumu əkməyə,onlara haqqı-nahaqqı, halal-haramı ayırd etməyi öyrətməyə çalışaq.Nə qədər geciksək,özümüzə ziyan etmiş olarıq. Əziz övladlar, sizə isə yalniz bir tövsiyyəmiz var.Allahdan qorxun! Valideyn haqları kimi uca haqlara laqeyd olmaqdan çəkinin.Çünki ölüm anidir.Boynunda haqq olaraq ölmək isə çox ağırdır.O ki,qala bu ata-ana haqqı ola! İnanırıq ki,bu müxtəsər məcmuəizdən sonra günümüzün ən aktual problemlərindən biri olan övlad-valideyn münasibətinə daha çox diqqət yetirəcək,valideynlərinizlə aranızda yaranmış ən kiçik anlaşılmazlıqları belə Allaha xoş gedən tərzdə çözməyə çalışacaqsınız.Movzumu isə açıq saxlayırıq.Çünki bu movzuya dönə-dönə qayıtmağa ehtiyac var. ...Son sözü də yazdıq.Əslində bütün son sözlər hələ ön sözdür.Nə qədər ki,hər şeyin sonu deyil, tövbə edib , doğru yola qayıtmaq olar.Xoşbəxtdir o kəs ki,son sözü "LƏ İLƏHƏ İLLƏLAH”olacaq.Bax əsl son söz budur! Uca Rəbbimizdən arzu edirik ki,O,bizim qədəmlərimizi dinimiz İslamda möhkəm etsin,bizə elm və hidayət versin!Amin!


Şərhlər: 11
Baxılıb: 556
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Dosta_inam
Her bir valideyn uşağin terbiyesi ile ciddi meşqul olmalidir ki,gelecekde terbiye etdiyi uşaqlara baxib xecalet çekmesin.
2 iyun 2015 16:36
# 11
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Cimbom Nilay
Butun valideynler usaqlarin terbiyesinde diqqetli olmalidir ve bu movzuya ciddi yanasilmalidi
1 iyun 2015 21:48
# 10
MovieStarPlanet-te kayıtta olan var mı? Ben- Trendde Benim
Tomris Müslümova
cox duz buyurmusuz.eslinde mektebe gedennen sonra yox ana etninde olandan usaga terbiye vermek lazimdi.ama cox teessfuki bir coxlari yubanirlar ve tenbellik edirler bu movzularda.ona gorde usaq boyuyende valideyinin uzune ag olur saymir atir qocalar evine.bele-bele basliyirdee her sey.en xirda sehvleer,buraxdigimiz bosluqlar gelecekde ne qeder boyuk yalnisliqlara getirib cixrir.ama biz bunu anlamiriq derk etmirik ki harda sehv etdik nede yalnisliga yol verdik! ama her ne de olsa valideyin valideyindi sebrle onlari dinlemek sevmek lazimdi uzune ag olmaq lazim deyil! tesekkur edirem gozel movzu ucun
1 iyun 2015 18:50
# 9
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Catwoman666
Butun valideynler usaqlarin terbiyesinde diqqetli olmalidir ve bu movzuya ciddi yanasilmalidir
1 iyun 2015 18:16
# 8
"All men must die, but we are not men"

Daenerys Targaryen
yarpaq33
Allah hec kimin aglin vicdanin insafin elinden almasin Amin
1 iyun 2015 16:37
# 7
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
BARBI
Teesufki valideynler usaqlari her seyle temin edirler terbiyeden basqa. Indiki dovrde usaqlar coxu terbiyesizdi ne danisigini ne de herekset qaydalarini bilmirler
1 iyun 2015 16:24
# 6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
ALESSANDRA
çox gözəl və maraqlı xəbərdi)məncədə uşaqlar islam ruhunda tərbiyə olunmalıdı.ancaq çox valideyn bunu etmir!
1 iyun 2015 16:04
# 5
Don't trust anyone ∆
14MsM
men hamileliyimde oxuyuram dualar atasi qulagina azan deyib iqame sureler oxuyub cox wukur bu ovladimcundaoxunar Inwallah
1 iyun 2015 15:58
# 4
vipbetul
gozel deyilib,her zaman Rebbimizin emrleriyle Qurani-kerimdeki surelerle ayelerle usaqi terbiye etsek o zaman usaq coox mukemmel olar

gozel deyilib,her zaman Rebbimizin emrleriyle Qurani-kerimdeki surelerle ayelerle usaqi terbiye etsek o zaman usaq coox mukemmel olar
1 iyun 2015 15:48
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fialka
Uşaqlara tərbiyə edərkən islam dinin gözəlliklərini, qanunlarınıda aşılamaq lazımdır, qəlbində Allah sevgisi, mərhəməti olan bir uşaq heç vaxt valideynlərinin üzünə ağ olmaz. Bu gün bəzi valideynlər övladları ola - ola qocalar evində qalır. Mənə görə qəbul edilməzdir övladın onun əziyyətini çəkən valideynləri qocalar evinə atması . Allah qəlbi daşlaşmış , valideyn üzünə ağ olan övladların günahını bu dünyada olmasa belə axirətdə mütləq verəcək. Allah ata və analarımıza uzun , sağlıqlı ömürlər nəsib etsin . Allah kömək olsun qocalar evində olan valideynlərə amin.
1 iyun 2015 14:56
# 2
Baharim ol
Bir hecneden ovladini atan ata analari, birde ata analarini qocalara evine atanlari hec basa dusmurem.Cox yazigim gelir ele insanlara.Tv de baxiram arada ueryim parcalanir.Allah o gunlerden hec bir ovlada nede ata analara gostermesin.Qocalar evinde cekilisler olanda baxirsam gozlerindeki qeher, keder,qem cox pis oluram.Allah komekleri olsun
1 iyun 2015 14:37
# 1
Ama yenede
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz