Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Telefonla nə qədər danışırıq???
Telefonla nə qədər danışırıq???
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1063
Səs ver:
alt

Bakıda şəhər telefonları üçün tarif müəyyənləşdi. Ümumi istifadədə olan telefon şəbəkəsinin vaxt hesabı ödəniş sistemində danışıqların yuxarı limitinin hər əlavə dəqiqəsi 0,01 manata başa gələcək. Bu barədə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (İB) baş direktoru Beytulla Hüseynov deyib.

Hüseynovun sözlərinə görə, İB-nin baxılmaq üçün Tarif Şurasına təqdim etdiyi vaxt hesabı ödəniş sistemi iki variantı nəzərdə tutur.

Birinci paket iki manat həcmindəki mövcud aylıq abunə ödənişinin saxlanmasını nəzərdə tutur ki, bura 450 dəqiqə limiti daxil ediləcək. Danışıqların əlavə dəqiqələrinin qiyməti 0,01 manata başa gələcək.

Beş manat dəyərində olan ikinci paket telefon rabitəsindən limitsiz istifadəni nəzərdə tutur. Bununla yanaşı, abunəçilərə əlavə üstünlüklər təqdim ediləcək. Bunlar genişzolaqlı ineternetə avtomatik qoşulma, multimedia xidmətləri və s.-dən pulsuz istifadədir.

“Bizim hesablamalarımıza görə, hazırda abunəçilərin 80 faizindən çoxunun danışıqları ayda 450 dəqiqəni ötmür. Hazırda vaxt hesabı ödəniş sistemi CDMA simsiz şəbəkəsində tətbiq edilir. Stasionar rabitədə vaxt hesabı ödəniş sisteminin tətbiqi rabitədə tariflərin artırılması məqsədini daşımır. Orada abunəçilər üçün bir sıra üstünlüklər və güzəştlər nəzərdə tutulub. Məsələn, ikinci paketdə beynəlxalq zənglərə olan borclara görə abunəçinin telefon xətti bağlanmayacaq” , – Hüseynov bildirib.

Bu və ya digər paketin seçimi abunəçidən asılı olacaq.

Əvvəllər İB-dən Trend-ə verilən məlumata əsasən, vaxt hesabı ilə ödəniş sisteminin tətbiqi gələn ilin əvvəlində gözlənilir və bu gün operatorun infrastrukturu ümumilikdə bu xidmətlərin tətbiqinə hazırdır. Bununla belə, İB-dən bildiriblər ki, hələlik əsasən billinq sistemi ilə bağlı texniki məsələlər həll edilməyib.

mənbə: ann

P.S: Məqaləni oxuyanda 80% əhalinin ayda cəmi 450-dən az danışdığını eşitmək mənim üçün bir az gülünc oldu...bu hesabla gündə təqribən 15 dəq. vaxt düşür. Azərbaycan xanımlarının telefon sevdasını azdan çoxdan mənim kimi siz də eşitmisiniz...bəlkə də ona görə 80% rəqəmi mənə inandırıcı gəlmədi. Elə nümünə kimi öz ailəmizi düşündüm. 4 üzvlü bir ailə olduğumuzu nəzərə alsaq gün ərzində ümumilikdə ən azı 30 dəq. telefanla danışırıq...=)) Görəsən biz çox danışırıq, ya hamıda belədir??

Sualımsa Sizlerdir:
Ailənizdə gün ərzində təqribən neçə dəqiqə telefondan istifadə olunur?
Ümumiyyətlə təyin edilən tariflərəmünasibətiniz necədir??


Şərhlər:
Baxılıb: 1063
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz