Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
1 Aprelin tarixi və hekayəsi
1 Aprelin tarixi və hekayəsi
Göndərən: Qlamurr
Şərhlər: 6
Baxılıb: 389
Səs ver:
1 Aprel bir çox ölkədə, eləcə də Azərbaycanda həm "Aldatma günü”, həm də "Gülüş günü” kimi qeyd olunur.

Ən əsas gözəlliyi isə ondadır ki, dünyanın ən ciddi insanı belə aprelin 1-i  ona edilən zarafatı xoş qarşılayır. 1 Aprelin tarixçəsi ilə əlaqəli 2 real hekayə var. Bunların hər ikisi ilə sizi tanış edirik.

I hekayə. Bu hekayə dünyada daha çox tanınır. Belə ki, aprelin 1-də zarafat ənənəsi 500 il bundan əvvəl Fransada başlanıb. Fransa Kralı IX Çarlz 1564-cü ildə yeni ilin aprelin 1-dən qeyd ediləcəyini elan edir. Bu tarixdə insanlar bir-birlərinə sürpriz hədiyyələr verir, doğru olmayan xəbərlər söyləyirdilər. Və o gündən köhnə adətləri yox etmək məqsədilə 1 apreldə bayram keçirənləri "1 aprel səfehləri” adlandırmağa və ələ salmağa başlayırlar. Fransadan sonra bu ənənə tezliklə digər ölkələrə keçir. Üstündən uzun müddət keçməsinə baxmayaraq Beynəlxalq Gülüş Günü hələ də öz aktuallığını davam etdirir.

II hekayə.  XV əsrin sonlarında Xaçlı ordusu müsəlmanların son qalasını əhatə edir. Uzun müddət əhatədə qalmasına baxmayaraq, qala tam ələ keçirmək mükün olmurdu. Vəziyyətin çətinliyini anlayan Xaçlı ordusunun komandiri dəyişik taktikalar düşünürdü. Sonda belə bir nəticəyə gəldi, 31 Mart gecəsi qalanın önünə gedərək bir əlində Quran bir əlində İncil tutaraq  'Bu iki kitab üzərinə and içərəm ki, təslim olsanız bu axşam sizə bir şey etməyəcəyəm'  dedi. Bu fikrə əsasən, müsəlmanlar sağ qalmaq məqsədiylə qalanı təslim etdilər. Sabahısı, yəni 1 Aprel günü Xaçlı ordusunun komandiri  müsəlmanların öldürülməsi əmrini verir. Bunun qarşılığında müsəlmanlar  "And içmişdiniz, bizə söz vermişdiniz" dedikdə, Xaçlı ordusu komandiri belə bir cavab verir: 'Mənim sözüm sizə dünən axşam üçün idi, bu gün üçün sizə bir sözüm yoxdur' deyə cavab verir və bütün müsəlmanları öldürtdürür. Elə o gündən 1 aprelə  "Hiylə Günü"  adı verilir.


Şərhlər: 6
Baxılıb: 389
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ayka
men bilirdim bir kitabda oxumuwdum
8 aprel 2015 13:56
# 6
Birini gördüm "Allahım sən nələr yaradırsan?" deyəcəkdim ki, dönüb təkrar baxım dedim, sən demə güzgüymüş suslu pilka parfum
Qlamurr
Doğrudan da hiylə günüdür,ancaq bu günün mənimçün heç bir anlamı yoxdur.
3 aprel 2015 23:55
# 5
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
aliceWOnDer
Bu haqda məlumatım yox idi
2 aprel 2015 19:08
# 4
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
rəmsə
shokAaa onda ikinci hekayəyə əsaslansaq müsəlmanlar 1 apreli Gülüş günü kimi qeyd etməməlidilərki...
2 aprel 2015 19:06
# 3
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Fialka
Maraqlı tarixcəsi varmış əsasda ikincisi, doğru hərəkət etməyiblər..
2 aprel 2015 18:52
# 2
leyla_258
heqiqetende maraqli melumatlardi.
2 aprel 2015 17:37
# 1
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz