Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qiymətli daşların sağlamlığa təsiri haqqında bilinməyənlər
Qiymətli daşların sağlamlığa təsiri haqqında bilinməyənlər
Göndərən: ayka
Şərhlər: 15
Baxılıb: 1523
Səs ver:
Litoterapiya elmi təbii daşların insan orqanizminə müalicəvi təsirini öyrənən bir elm sahəsidir. Litoterapiya dedikdə daşların insan orqanizminə kimyəvi deyil, energetik, psixoterapevtik təsiri başa düşülür. Belə hesab edirlər ki, daşların vibrasiyası insan orqanizminin vibrasiyasına bərabərdir və daşlar orqanizmdə energetik axını optimal formada stimullaşdırır. Daşlardan müalicə məqsədilə ilə istifadə və bu istifadənin müxtəlif formalarının vətəni Hindistan hesab edilir.

Daşların magik, müalicəvi təsir xüsusiyyətləri və bu təsirlərə inam çox qədim əsrlərdən qaynaqlanır. Demək olar ki, bütün dağ mineralları müalicəvi xüsusiyyətlərə malikdir. Uzun əsrlərdir ki, litoterapiya bir çox müxtəlif ölkələrdə tətbiq edilir. Qədim Misir papiruslarında isə daşların müalicəvi xüsusiyyətləri və bunlara aid müxtəlif reseptlər vardır.

Tibet təbibləri özlərinin tibbi traktatlarında 58 mineraldan hazırlanmış müxtəlif dərmanlardan bəhs etmişlər, bunlardan əlavə qədim ərəb həkimləri də xəstəliklərin müalicəsində müxtəlif minerallardan istifadə etmişdir. "Çaraka-Samxita” və "Suşutra-Samxita” kimi qədim hind tibb traktatlarında da daşların müalicəvi xüsusiyyətlərindən danışılır.

Müasir dövrdə daşların müalicəvi təsirinə olan maraq günü-gündən artır. Bu sahədə Fransa, Almaniya və s. ölkələrdə bir çox tədqiqatlar aparılır və daşların müalicəvi təsirləri öyrənilir. Son zamanlar litoterapiyanı XXI əsrin təbabəti hesab edirlər.

Kəskin infeksion xəstəliklər, yüksək təzyiq və temperatur, kəskin ağrı və hamiləlik zamanı litoterapiyadan istifadə etmək olmaz. Bunlardan əlavə ciddi ürək-damar xəstəlikləri, kəskin stenokardiya, insult və infarktdan sonra, onkoloji xəstəliklər zamanı da bu üsuldan istifadə edilməsə yaxşıdır.

Qiymət daşların müalicəvi xüsusiyyətləri haqqında maraqlı məlumatları təqdim edirik:

Akvamarin
Diş, mədə, qaraciyər ağrılarını azaldır, orqanizmin immun müqavimətini artırır. Dəniz xəstəliyini, allergik xəstəlikləri müalicə edir. Görmə qabiliyyətinin artırır.

Aqat
Uzun müddət davam edən öskürəkdə, boğaz və diş ağrılarında istifadə edilir. Belə hesab edilir ki, bu daş insanı podaqra xəstəliyindən və radiasiyadan qoruyur, potensiyanı artırır, qıcolmaların qarşısını alır, insanı radiasiyadan qoruyur. Mədə turşuluğunu normallaşdırır. Körpə uşaqların isə qorxmasının qarşısını alır, sakitləşdirir, onların erkən yerimələrinə kömək edir.

Aleksandrit
Qan dövranını yaxşılaşdırır, qanı təmizləyir, damar divarını möhkəmləndirir, qanyaranmanı artırır. Hindistanda bu daşdan alkoqolizmin və qoturluğun müalicəsində istifadə edilir.

Almaz
Yüksək temperaturu aşağı salır, yorğunluğu azaldır, mübadiləni sürətləndirir, infeksiyalarla mübarizə aparır. Böyrək daşının yaranmasının, dəri xəstəliklərinin, şizofreniyanın və depressiyanın qarşısını alır.

Amazonit
Sinir sistemini sakitləşdirir, yorğunluğu azaldır, insan psixikasına müsbət təsir göstərir. Ürək əzələsini möhkəmləndirir. Baş ağrılarının qarşısını alır. Dərini cavanlaşdırır, rəngini yaxşılaşdırır.

Ametist
Endokrin və sinir sistemini möhkəmləndirir. İntellektual qabiliyyəti artırır. Alkoqola qarşı ikrah hissi yaradır.

Avantürin
Arterial təzyiqi azaldır, nevralgiyanı, bronxiti, soyuqdəyməni müalicə edir, yaraların sağalmasını sürətləndirir, görməni yaxşılaşdırır. Tüklərin tökülməsinin qarşısını alır.

Ay daşı
Tibet xalq təbabətində ay daşından epilepsiyanın, müxtəlif qıcolmaların, astenik vəziyyətlərin müalicəsində istifadə edilir.

Azurit
Hpertoniya müalicə edir, sınmış sümüklərin bitişməsini sürətləndirir, melanxoliya, hallüsinasiya, isteriya və epilepsiyanın qarşısını alır. Qanı təmizləyir, astmatik tutmaları səngidir.

Beril
Müxtəlif ginekoloji xəstəliklər, sinir pozğunluqları, bel, kürək ağrıları, soyuqdəymə, zökəm zamanı istifadə edilir.

Bezoar
Arsen zəhərlənməsində, çətin doğuşlarda, sidik kisəsi xəstəliklərində istifadə edilir. Belə güman edilir ki, İran şahı Napoleona bezoar hədiyyə etmişdir, o isə bu daşın müalicəvi təsirinə inanmayaraq onu oda atıb yandırmışdır. İngiltərənin kraliçası Yelizaveta daima yanında bu daşı gəzdirərdi.

Dioptaz
Orqanizmin ümumi tonusunu artırır, daxili və xarici yaraların sağalmasını sürətləndirir, ürək fəaliyyətini stimullaşdırır. İnfarktdan sonra yaranmış fəsadları yüngülləşdirir.

Firuzə
Gecələr yata bilməyənlərə, dəhşətli yuxu görən insanlara tövsiyə edilir. Xüsusilə ürək, ağciyər, qaraciyər və mədə üçün faydalıdır. Görmə qabiliyyətini yaxşılaşdırır, baş ağrılarını azaldır. Belə hesab edirlər ki, üzərində firuzə daşı gəzdirən insanlar xəstələnən zaman bu daş da öz rəngini dəyişir.

Heliotrop
Orqanizmin normal həyat fəaliyyətini bərpa edir. Zəhərlənmələrin qarşısını alır, qanı təmizləyir, qanda hemoqlobinin miqdarını artırır. Sərbəst radikalları orqanizmdən çıxarır. Psixoloji sonsuzluqla mübarizə aparmağa kömək edir.

Hematit
Arterial təzyiqi normallaşdırır, stresslə mübarizə aparır, potensiyanı artırır. Zöhrəvi xəstəliklərin müalicəsində kömək edir. Qədim Romada varlı qadınların əlinə doğuş zamanı bu daşdan qoyurdular ki, qanaxma baş verməsin.

Kəhrəba
Qədim zamanlardan bəri belə hesab edirlər ki, kəhrəbanın müalicə edə bilmədiyi xəstəlik yoxdur. Tərkibində yod olduğuna görə qalxanabənzər vəzi xəstəliklərində istifadə edilir. Qanın parçalanmasının qarşısını alır. Dişləri yenicə çıxan uşaqlara damaqlarını qaşımaq üçün kəhrəba çox faydalıdır. Baş ağrıları zamanı gicgah nahiyələri kəhrəba lövhələri ilə masaj edilir. Mastopatiya zamanı da ondan istifadə edilir.

Kvars
Kvars döş qəfəsi orqanlarının fəaliyyətinə müsbət təsir edir, soyuqdəymənin qarşısını alır. Müntəzəm olaraq kvarslı su ilə yuyunma dərinin elastikliyini artırır, onu daha hamar edir.

Qaqat
Qədimdən belə hesab edirlər ki, bu daş hamilə qadınların talismanıdır. Həmçinin görməni də yaxşılaşdırır. Ağrıkəsici təsirlərə malikdir.

Malaxit
Sağlamlıq daşı hesab edilir. Astma, revmatizm, diş ağrıları, zəhərlənmə zamanı istifadə edilir. Amerikalı alimlər bildirir ki, malaxit antiradioaktiv təsirlərə malikdir. Daşın rəngi nə qədər parlaqdırsa, daşın təsir gücü bir o qədər artıqdır.

Mirvari
Mirvari sinirləri sakitləşdirir, yaddaşı möhkəmləndirir, görmə itiliyini artırır. Mirvari çox güclü qankəsici təsirə də malikdir. Buna görə də onun tozundan diş əti və babasil qanaxmalarında istifadə edilir. Orta əsrlərdə anemiyası olan uşaqlara mirvari tozu qatılmış süd içirdirdilər.

Nefrit
Qərbdə bu daşı "böyrək daşı” hesab edirlər. Buna görə də daha çox uroloji xəstəliklər zamanı tətbiq edilir. Bundan əlavə nefrit təzyiqi normallaşdırır, beyin qan dövranını yaxşılaşdırır, yorğunluğu aradan qaldırır.

Oniks
Potensiyanı artırır, eşitməni itiləşdirir, insanı cavanlaşdırır, yaddaşı möhkəmləndirir. Belə hesab edilir ki, oniksdən hazırlanmış fincandan su içdikdə yorğunluq və aclıq hissi azalır.

Opal
Sinirləri sakitləşdirir, ürəyin, hipofizin və epifizin fəaliyyətini yaxşılaşdırır, potensiyanı artırır. Orqanizmdə xəstəlik olduqda opal öz parlaqlığını itirir.

Yaqut
İmmun sistemi möhkəmləndirir, maddələr mübadiləsini yaxşılaşdırır, həyat gücünü və tonusunu artırır. Ürəyin və beynin fəaliyyətini tənzimləyir.

Sapfir
Qədim zamanlardan göz xəstəliklərinin müalicəsində istifadə edilir. Arterial təzyiqi aşağı salır, şəkərli diabet zamanı müsbət təsir göstərir.

Sirkon
Qaraciyərin fəaliyyətini artırır, hipofiz və qalxanabənzər vəzin işinə müsbət təsir göstərir. Yuxusuzluğun qarşısını alır. Qdəimdə hesab edirdilər ki, qırmızı sirkon (giasint) dölün düşməsinə kömək edir.

Süleyman daşı
Orqanizmi təmizləyir, zədələnmiş orqanlarda sağalmanı sürətləndirir, ürək fəaliyyətini stimullaşdırır. Qırmızı süleymandaşı endokrin və həzm xəstəliklərinin, yaşıl süleymandaşı sinir və qan damar sistemi xəstəliklərinin müalicəsində istifadə edilir. Ağ süleymandaşı mədə şirəsi və ağız suyu ifrazını tənzimləyir, sarı və qəhvəyi süleymandaşı isə qəbizlikdə, bir çox dəri xəstəliklərində və allergiyada effektiv təsirə malikdir. Belə hesab edirlər ki, bu daş hamilələrdə doğuşu yüngülləşdirir.

Topaz
İmmun sistemi möhkəmləndirir, soyuqdəymədən qoruyur, qorxunu götürür, yuxunu yaxşılaşdırır. Qızılı rəngdə olan topaz daha energetik hesab edilir.

Yəşəm daşı
Ömrü uzadır, insan gücünü bərpa edir, yaddaşı möhkəmləndirir, yuxunun keyfiyyətini yaxşılaşdırır. Qədim Romada xəstə insanlar boyunlarında adları yazılmış yəşəm daşı gəzdirirdilər.

Zümrüd
Qədimdən bu daş göz xəstəliklərinin müalicəsində istifadə edilir. Bir çox iltihabi və infeksion xəstəliklərlə mübarizə aparır, temperaturu aşağı salır.

Qiymətli daşların qan qrupuna görə seçilməsi:

I qan qrupu: Sarımtıl-narıncı rəngdən qırmızı, purpur rəngə qədər olan qiymətli daşlar

II qan qrupu: Mavi və yaşıl rənglərdə olan qiymətli daşlar

III qan qrupu: Qırmızı, narıncı, mavi, yaşıl və bənövşəyi rənglərdə olan qiymətli daşlar

IV qan qrupu: Mavi və yaşıl rənglərdə olan qiymətli daşlar


Şərhlər: 15
Baxılıb: 1523
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
emis
bu barede biraz melaumtim var idi bezi xestelikler var ki onlar daslarla mualice olunur bu qederini bilmirdim yeqin ki bu daslar cox bahali olar derman evezine istifade edlidyine gore tesekkur
2 may 2015 22:58
# 15
vipbetul
cox gozel melumatdi,prosdaki biz hansisa cevahirati alarken saqlamliq baximindan deyilde gornush gozellik baximindan aliriq
25 aprel 2015 22:21
# 14
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Catwoman666
Onda bu das qaslari aptekde satacaqlar bundan sonra))))))derman evezi122
Bu aarada menimki de 2ci qrul
25 aprel 2015 21:14
# 13
"All men must die, but we are not men"

Daenerys Targaryen
Marta
ııı cu qan qrupuyam burcumun dasi akvamarindir
25 aprel 2015 20:44
# 12
Немного терпения, и у тебя все получится..
FISTIK
Bir tek qara inci xosluyuram qiymetli daslarI hec sevmirem xeyrli olsalar bele sevmirem mecburyetden qaynanam incimesin deye aldigi zinet esyalarin taxiram odaki harasa meclis yerine. Daslarinda bu qeder faydalı olduğunu bbilmirdim . təşəkkür
25 aprel 2015 19:50
# 11
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
aliceWOnDer
II qan qrupu: Mavi və yaşıl rənglərdə olan qiymətli daşlar

P.S.raziyam 01
25 aprel 2015 19:46
# 10
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
my_angel
III qan qrupu: Qırmızı, narıncı, mavi, yaşıl və bənövşəyi rənglərdə olan qiymətli daşlar.
Daşların insan sağlamlığına təsiri haqda bir az da olsa, məlumatım var idi, day bu qədər də yox. :) Minnətadaram. 20
25 aprel 2015 19:38
# 9
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
WiRiN BaLaM
1 qan qrupuyam isdifade etmirem
25 aprel 2015 18:38
# 8
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Nezka
Faydaları olduğunu bilirdim amma işlətmirəm bu arada qan qrupum 1-di
25 aprel 2015 18:29
# 7
İçimi görsən mənə aptek alarsan.
qanadli melek
I qan qrupu: Sarımtıl-narıncı
rəngdən qırmızı, purpur
rəngə qədər olan qiymətli
daşlar
25 aprel 2015 18:24
# 6
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
BARBI
Qiymetli daslari o qederde sevmirem heveskari deyilem . Ama insan orqanizmine faydalari coxdur
25 aprel 2015 18:23
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Nur k-off
Mende almaz var çox istifade etmeyide bilmirem. Amma qan qrupum 2 dir en sevdiyim reng ise yaşildir
25 aprel 2015 18:06
# 4
SVETA
Fialka
Qiymətli mineral daşlar təkcə vizual olaraq gözəl deyil eyni zamanda sağlamlıq baxımındanda faydalıdır , bəziləri haqqında məlumatım var fərqi yoxdu ya bürcümə uyğun olsun yada qan qrupuma ümumilikdə bəyəndiyim daşlar var)) təşəkkür.
25 aprel 2015 18:01
# 3
Meleknur
|| Qan qrupu :Mavi veyawil renglerde olan qiymetli dawlar
25 aprel 2015 17:45
# 2
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
Tomris Müslümova
birinci qan qrupu...allaha qurban olum ee neler yaradir
25 aprel 2015 17:41
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz