Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Əziz qızım
Əziz qızım
Göndərən: tek umidim sen
Şərhlər: 20
Baxılıb: 951
Səs ver:
Əziz qızım! Gün gələcək, mən qocalacağam – o zaman səbr et və məni anlamağa çalış. Əgər yemək yeyərkən üzərimə tökərəmsə və ya sənin köməyin olmadan əynimi geyinə bilmərəmsə, səbrli ol.

Sənə bütün bunları öyrədərkən necə səbirli davrandığımı xatırla. Əgər səninlə danışarkən eyni şeyi dəfələrlə təkrarlasam – sözümü kəsmə, sonacan dinlə. Kiçikkən yuxulamağın üçün eyni nağılı dəfələrlə oxuduğumu xatırla. Görsən ki, yeni texnologiyanı anlamaqda çətinlik çəkirəm, mənə gülmə. Mən min bir çətinliklə sənə bundan da asan şeyləri öyrətmişəm; yeməyi necə yeyərlər, daha gözəl necə geyinə bilərsən, həyatın çətinlikləri ilə necə mübarizə aparmaq lazımdır...

Əgər birdən iştaham küsərsə, məni yeməyə məcbur etmə, mən özüm nə zaman yeməli olduğumu bilirəm. Əgər ayaqlarım məni gəzdirməyə çətinlik çəkərsə, mənə əlini ver, necə ki, sən ilk addımlarını atarkən mən verərdim...

Əgər nə zamansa nəyisə unudaramsa və ya nitq qabiliyyətimi itirərəmsə — mənə xatırlamağım üçün zaman ver. Əgər yenə də alınmasa, narahat olma. Axı əsas olan mənim ne dediyim deyil, əsas olan mənim səninlə olmağım, səninlə danışmağım və sənin də mənə qulaq asmağındır...

Mənim qocalığımı görüb kədərlənmə, əsəbiləşmə, özünü çarəsiz görmə. Sən o zamanlar mənim yanımda olub mənə kömək etməli, məni anlamağa çalışmalısan, necə ki, sən həyata ilk addımlarını atanda mən sənə bunları edirdim...

Yardım et irəli gedim, yardım et öz yolumu sevərək və səbirlə bitirim. Buna qarşılıq səni, heç sönməyən, ölümsüz sevgim və təbəssümümlə mükafatlandıracağam. Qızım, səni sevirəm...


Şərhlər: 20
Baxılıb: 951
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Brilliantam
Agliyiram hecne yaza bilmirem.
2 may 2015 02:42
# 20
BIR GUN OLMEK UCUN,HER GUN YASAYIRIQ.
yaz_yamuru
Bilmirem eee ne yazim oxuduqca kederlendim Allah valideynlerimize uzun omur versin onlari basimizdan eksik etmesin axi bizim her seyimiz valideynlerimizdi
30 aprel 2015 19:37
# 19
Nezka
Gözəl sözlərrdi eehh mən özümü qoca hiss edirəm
30 aprel 2015 13:23
# 18
İçimi görsən mənə aptek alarsan.
Catwoman666
ne yazacagimi bilmirem.........amma men varli olacam ki komekci tutum evde mamama baxsin. cunki menim evim ayri olacaq axiii. hem de mamam da basqa evde(insallah villada) yasayacaq. soz vermisem ki mamamin cekdiyi butunnnn cetinlikleri ona unutduracam. ailemizin yegane geleceyi menem....
30 aprel 2015 12:37
# 17
"All men must die, but we are not men"

Daenerys Targaryen
cinqosh
yaşlı ata-anasına uf deyənlər, bezdim eee əlindən deyənlər, qoca ata-anası xəstələnəndə onsuz da bir ayağı gordadı deyib həkimə aparmayanlar, geniş evlərində qoca ata anasına yer tapa bilməyənlər, unutmayın ki, bir gün siz də qocalacaqsınız!
29 aprel 2015 15:15
# 16
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
aliceWOnDer
Ehhh gozumun qabağında qocalır anam həmşə demişəm ki onların pis gununu mənə görsətmə ay allahım
29 aprel 2015 14:17
# 15
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
GünƏşimƏ_AiD_
Allah bizi valdeyinsiz qerar vermesin..Allah haminin valdeyini qorusun.cunki heqiqten valdeyin her seydi
29 aprel 2015 13:55
# 14
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
vipbetul
Rebbim valideyinlerime omur saf can saqliqi versin bizi her zaman valideyinlerimizle sevindirsin,valideyinlerimizle imtan etmesin AMin insallah

Rebbim valideyinlerime omur saf can saqliqi versin bizi her zaman valideyinlerimizle sevindirsin,valideyinlerimizle imtan etmesin AMin insallah
29 aprel 2015 13:22
# 13
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
emis
Gözəl yazıdı ananın dəyərini bilməyən axırını görmüşəm. Mən internetdə bir şəklə baxdım mənə pis təsir bağışladı deməli balaca vaxtı uşaqlar adlarının üstündə dava edir ki mənim anamdi biri deyir menim anamdi biri də deyir mənim anamdi bölüşə bilmirlər gün gəlir ana yaşlanır və ortada qalır uşaqların biri deyirssənin anandi biri də deyir yox sənin anandi. Axırda qocalar evi olur yeri, mənim atamın anası daha doğrusu atamın anasının xalasunin uşağı olmurmuş bacısı nəvəsini götürüb saxlayıb yəni atamı qocalandan sonra agilni itirdi nə danışdığını bilmədi və atama anama o qədər zulum etməyin qabağında atam ondan üz dönmədi. Çünki o böyüdüb bu günlərə çatdırıb atamı ananın yalnız pis günündə yanında olmalıyıq çünki balaca vaxtı ananın bizim yanımızda olduğu kimi bizim də indi onların yanında olmağımız lazımdı. Bizə hər şəraiti yaradanda yaxşı idi. Indi pis? Indi öz əlimiz hər şeyi tutur deyə ananı çölə atmalıyıq? Bütün anaların əllərindən öpürəm və can sağlığı uzun omur arzulayıram .Təşəkkür edirəm.
29 aprel 2015 12:28
# 12
Ayten666
Kim yazib bunu goresen????
29 aprel 2015 11:48
# 11
gulun leceklerini qoparmaqla onun gozelliyini qazana bilmezsen!!!
ALESSANDRA
Çox maraqlıdı.men öz anamı dünyalar qədər sevirəm. Düzdü herden meni acılıyır döyür ama mn onu seviremmm
29 aprel 2015 11:19
# 10
Don't trust anyone ∆
Nergız33
Ay yene gözlerim doldu. Allah analarımıza da atalarımızada can sağlığı versin. Oları bizim başımızın ustunden bizide balalarımızın başının üstünde esgiy elemesin. Amin
29 aprel 2015 10:06
# 9
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
BARBI
Ana ne gozel kelmedir. Teesufki coxu qizlar anasinin sozunu dinlemir onlarin uzune ag olur. Biz hele derk etmerik cunki ana deyilik , hele yarimiq . Hec vaxt anamin uzune ag olmamisam her zaman qedrini bilmisem xestelenende sehere qeder basinda gozlemisem . Niye cunki ana en muqeddes varliqdie
29 aprel 2015 09:36
# 8
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Təsirli yazıdı, hamı bir gün qocalır bu təbiətin qanunudu eləcədə bizi böyüdən hər anımızda yanımızda olan valideynlər. İnsan qocalanda ahıl yaşa çatanda onlar sanki yenidən uşağa çevrilirlər, kövrək həssas olurlar, onlara bir uşağı böyütmək üçün necə qayğı göstərirsək onlarada o cür səbrlə, qayğı göstərməliyik. Ancaq təəssüflər olsun ki, valideyn üzünə ağ olanlar öz valideyninə baxmaq əvəzinə aparıb qocalar evinə qoyur, mənim aləmimdə bu kəslər Allahdan üz döndərmişlərdi, kim bilir dövran dönər onların qocalığı necə olar...
29 aprel 2015 09:17
# 7
Nergizz
ne gozel duygulu,qizlar ucun ibretli sozlerdi,mene ele gelirki menim anamdan yoxdu,hec yerde yoxduu,insanin herweyi anasidi esasende qizlar ucun,Allah analarimizi qorusun,twk

ne gozel duygulu,qizlar ucun ibretli sozlerdi,mene ele gelirki menim anamdan yoxdu,hec yerde yoxduu,insanin herweyi anasidi esasende qizlar ucun,Allah analarimizi qorusun,twk
29 aprel 2015 08:05
# 6
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
lelos
çox duyquludu.allah analarimiza can saqliqi versin onlarin nece olmaqi önemli deyil esas odur kiher zaman yanimizda olsunlar ister qoca ister cavan bu bizim borcumuzdu
29 aprel 2015 07:54
# 5
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
neri
kovreldim allah butun analari saxlasin qizin en boyuk destekcisu heyati anadi.men cox ana sevgisi gormemisem ama yenede anami cix istrem .
29 aprel 2015 07:53
# 4
Sert
Dosta_inam
Allah bütün analari var etsin,biz qizlarin baş tacidir onlar,ne gözel qeyd edilib her biri doğrudur bizlere nece eziyyet çekib bele böyüdübler,bizde onlari xoş emellerimizle sevindirek,canim anam darixmişam seninçün,başimi dizlerine qoyub doyunca ağlamaq gelir içimden,ama elim çatmir ki.Allah ömür versin bütün valideynlere.
29 aprel 2015 06:00
# 3
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
aziz a
Analar ,gozel analar.Allah sizi biz qizlarina cox gormesin.Amin.Necede dogru vurgulanib Vallah onlar bizimcun neler cekmeyibler.canim anam, her seyim...seni cox isteyirem.
29 aprel 2015 05:34
# 2
Qelbim doludu !!!!
xeyalperest
Cox kederlidi hemde gozeldi.Anam menim canimdir ureyimdir. Allah butun analari umumen valideynleri qorusun
29 aprel 2015 04:46
# 1
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz