Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İndi sən de bu hallar nə qədər düzgündür
İndi sən de bu hallar nə qədər düzgündür
Göndərən: guler19
Şərhlər: 19
Baxılıb: 699
Səs ver:
Sual
Bu gün ətrafımıza baxsaq dəyişən və cılızlaşan cəmiyyət görməyə başlayırıq buna təsir üdən xüsusi ilədə TV proqramlarıdır. Bu haqda gəlin biraz söhbət edək

Məslən
Məktəb uşaqlarının efirə çıxarılması, skandal yaradılması, onların ulduz olduqlarına inandırılması! Başlıca problem budur.

Niyə bu layihəyə məktəb uşaqlarını qəbul edirlər ki, axı bu uşaq 4 ay boyunca hər həftə oxuyacağı musiqiyə hazırlaşmalıdır. Hər gün məşqlərə qatılmalı, rəqslər və ya geyim təşkil etməlidir. Bəs bu məktəbli nə vaxt dərsini oxusun? Əlbətdə o dərs oxumayacaq. Vaxtını, zamanını bu yarışa sərf edəcək. O zaman Məktəblinin günahı nədir ki, bu layihə şərtlərinə görə o dərs oxuya bilmir. Ulduzluq sindromu onu təhsildən uzaqlaşdırır.

Qoy bu layihəni incəsənət universitetinin uşaqları üçün etsinlər və ya məktəbdə oxumayan istedadlı uşaqlar üçün etsinlər. Niyə bu məktənliləri təhsil almaqdan məhrum edək. Niyə onları 15-16 yaşlarından təhsildən aralanıb özlərini ulduz saymaları üçün inandıraq???

Yalnız Azərbaycanda "filankəs insafla rüşvət alır..." ifadəsi işlənir... Bilirəm ki, bu cümləni oxuyan hər kəsin simasında xoş bir təbəssüm yaranır! Gülməli səslənir, elə deyilmi? "Filankəs insafla rüşvət alır..."
Bu ifadənin yaranması və hətta geniş miqyasda yayıla bilməsi üçün "insafla rüşvət alan filankəsin"in yerində ondan əvvəlki insan ya hədsiz qeyri-insani davranışlarıyla seçilibmiş, ya da başqa obyektdə eyni səlahiyyətlərə malik olan başqa filankəs daha acınacaqlı variantlara əl atırmış...
Həqiqətən də acınacaqlıdır, görün nəyə sevinirik: Filankəsin rüşvəti "insafla" almasına... Rüşvətin də "insaf" meyarı olurmuş...

Digər bir ünsür, evlilik verlişləri. "Toy olsun" və "Onun yarısı"... İlk baxışdan düçünürsən ki, savab işlə məşğuldurlar... amma kaşke niyyət bu olsa... reyting naminə hazırlanmış bu layihəə düşünmürəm o qədərdə cəmiyyət üçün faydalıdır.

Ailə qurmaq OOOOObbbaa deyərək arxı oppanmaq kimi deyil. İki insanın bir ömür boyu xoşbəxt yaşaması üçün bir ocaq altında birləşməsidir.

Efirə çıxan bu gənclər bu gün cəmiyyətin önündə, cəmiyyətin dəstəyi ilə ailə qurur amma bunlar bir gün ailədə yaşanacaq pis hadisələrdə cəmiyyəti yanlarında görməyəcək. Milyonların önündə GAZA gəlib evlənmək olar amma boşananda kimsə yanında olmayacaq.

Düşünün hər bir ailədə kiçikdə olsa problemlər olur. Hələ bir də bu tip ailədə problem  olsa, qız oğlana, oğlanda qıza deyəcəyi söz budur, səni alan yox idi (sənə ərə gələn yox idi) deyə getdin çıxdın verlişə... və ilk başa vurmalarda burdan başlayacaq. Çünki bir zəngə efirə dəvət edib səninlə çay içmək istəyirəm deyib qurulan ailə heç də uğurlu atılmış addım deyil.

Odur ki, niyə öz adət ənənəmizə sadıq olan bir xalq olaraq, normal şəkildə qurulan ailələrə bu şəkildə yenilik gətirib yeni ailə pozuntularını yaradırıq?

Yalnız Azərbaycanda avtomobil idarə edən bir şəxs küçədə tanışını görəndə dərhal avtomobilini onun üzərinə sürə bilər! Bununla da nə qədər zarafatcıl, nə qədər original fikirli, nə qədər səmimi insan olduğunu sübut etməyə çalışacaq! Belə hallarda sürən şəxsin hələ bir avtomobildən düşdükdən sonra "qorxdumuəəəə???" deməsi də mümkündür...
Bu cür reaksiya Azərbaycanda bəlkə də 100 ildir dəyişilmir! Əminəm ki, ulu babalarımız da bayırda bir tanışını görəndə atlarını, eşşəklərini həmin tanışın üzərində sürüblər!

İndi isə siz deyin bu nə qədər düzgündür

Bu gün ölkəmizdə ən çox istifadə olunan slogan:

Qızlar: "İndi heç bir oğlana inanmaq olmaz"

Oğlanlar: "indi qızlara inanmaq çətindir"

Nədir bu inamsızlıq hə??? Burda kimin Günahı nədir?  Nədir bu inamsızlıq? kim kimə nə edib? SİZ KİMƏ NƏ ETMİSİNİZ???

Mənim fikrimcə problem hər kəsdə deyil, amma biz hər kəsi bura qatırıq. Problem cəmiyyətdəki bəzi mikroblardadır ki, bu mikroblar qız və ya oğlanlar cəmiyyətdə sərbəst yaşam sürən digərlərini öz çirkin əməlləri ilə inandırmağa çalışır. Daha sonra bu çirkin əməllər ortaya çıxır və SİZ HAMINIZ BELƏSİNİZ şüarı formalaşır. Dərd ondadır ki, bu mikroblar azalmır, virus kimi digərlərinə keçərək növbəti mikrobu yaradır. və bu proses sağlam düşüncəyə sahib olan gənclərimizi inandırmağa  başlayır.

İndi sən de bu hallal nə qədər düzgündür


Şərhlər: 19
Baxılıb: 699
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
leyla_258
maraqliydi,twkler.
5 yanvar 2016 19:59
# 19
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
emis
gundelik nece isletdiyimiz ve esitdiyimiz cumlelerdi hamsi o proqlamlara cox pis baxiram snein heyatini aile prablemini niye basqasi hell elemelidir?oglanlar qizlar haqda qizlarda oglanlar ele dusunub ele deyirler,hamsida yalnis dusuncelerdi bu sozleri bizlere dedirden zamanin bize gosterdiyi pis exlaqsiz hereketleridi,buna gor biz deyirkki hec guven olmaz duzdu heckime guven olmaz ama gerek o insanin icinde ola sudde ola yoxsa ximi ele olmayan insanda pis sey olmur,indi men deyirem bu hallari yaradan camaat ozudu isteseler yaratmaga yol vermezler tesekkur
28 aprel 2015 23:47
# 18
Rakella
Bir nece nefere gore hamini eyni adlandirmaq olmaz
27 aprel 2015 21:59
# 17
Impossible is not a word,it's just a reason for someone not to try
tek umidim sen
Yazilan her bir fikirle tam raziyam. Heqiqeten beledi. Bu kimi seylerdi cemiyyetimzi inkisafdan saxlayan. muasirlik adiyla cixmadigi oyunlardan qalmirlar. Yene cox sukurki o evlilik verlisleri baglandi!... Axirinci abzasda yazilmis fikire ise kobudda seslense bele cavab vererdim... "BIR DANA BIR NAXIRI KORLUYUR"
27 aprel 2015 20:28
# 16
Kadın derin ama adam yüzme bilmiyor...
ulduz
Ailə qurmaq OOOOObbbaa deyərək arxı oppanmaq kimi deyil. İki insanın bir ömür boyu xoşbəxt yaşaması üçün bir ocaq altında birləşməsidir.
27 aprel 2015 17:02
# 15
Qlamurr
Gülərcim çox gözəl,aktual problemə toxunmusunuz,qeyd olunanlar təəssüf ki,cəmiyyətimizdə baş alıb gedən proseslərdi,görün nə günə qalmışıq ki,artıq az rüşvət alana insaflı deyirik,ancaq hər şeydən əvvəl rüşvətin günahını özümüzdə də axtarmalıyıq,onlar rüşvət alırlarsa,biz insanlarda onlara yardımçı oluruq,əslində demək ki,asanına qaçırıq,çalışıb nəyisə qazanmaqdansa rüşvət verib,tez əldə etməyə çalışırıq.Qaldı digər məsələlərə hər birində həqiqət var,ancaq heç bir halda zəmanəni deyil də,insanları qınamaq lazımdı.Fikir vermisinizsə artıq çox az saf insan qalıb,elə bil hamı bicləşib,heç kimi heç kimin sevincinə sevinmir,qabağa getməsini istəmir,bir növ insanlar xudbinləşib,paxıl olub.Qaldı oğlanlarla qızların bir-birlərinə inamsızlığına,düzdü hər tərəfdə ac canavarlar var ki,saf ovunu gözləyir ki,parçalasın,ancaq burda da birmənalı deyildə,hələ də yaxşı insanların olduğuna inanmaq lazımdır,istər qız olsun,istər oğlan ağzını açanda,davranışından kimliyini göstərir,yəni çoxları bilə-bilə ki,qarşıdındakı onluq deyil,sevgi deyə özünü aldadır,sonda da xəyanətlə üzləşir,acı çəkir.Ağılla hərəkət edək ki,ağılsızlarla da qarşılaşmıyaq.Ən əsası Rəbbim qarşımıza doğru insanları çıxarsın.
27 aprel 2015 16:43
# 14
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
leyla_258
aralarinda mentiqli cumleler var.
27 aprel 2015 16:31
# 13
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
sadecə mən
Sizin fikirlərinizlə razıyam.Təşəkkürlər.
27 aprel 2015 14:47
# 12
"Qız" var..Qışda mini yubka geyib oğlana görə,QIZda var..Yayda hicab geyib Allaha görə dözür.
aliceWOnDer
cox gozel xeberdi, menali cumleler
27 aprel 2015 14:20
# 11
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Nergizz
mence heckimde problem gunah yoxdu,tek gunahkar problem varsa,o da mobil telefonlarla,internetdi,vessalam,
27 aprel 2015 14:02
# 10
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
adsiz-a
Duzdu hamisi mende raziyam
27 aprel 2015 13:47
# 9
vipbetul
yazilan cumleler bu gunun en papulyar cumlelerindednir movzularindandir,cammat deyirki zaman pisdir zamanin ne gunahi varki insanlar namusuzlashir exlaqsizlashir,cilizlashir,insnalarin ozlerini guyaki tanitmaqcin etraflarinda esasende oqlanlar qizlari guya gedib gezmekle bunlar neyese nail olurmushlarkimi belege insanlarin terbiyesi exlaqi pozulur daha demirki sen gedib kiminse qizini bacisini doluyursansa seninde bacini qizini doluyageylar,bele-bele qizlarin oqlanlara oqlanlarinda qizlara inami azalirda

yazilan cumleler bu gunun en papulyar cumlelerindednir movzularindandir,cammat deyirki zaman pisdir zamanin ne gunahi varki insanlar namusuzlashir exlaqsizlashir,cilizlashir,insnalarin ozlerini guyaki tanitmaqcin etraflarinda esasende oqlanlar qizlari guya gedib gezmekle bunlar neyese nail olurmushlarkimi belege insanlarin terbiyesi exlaqi pozulur daha demirki sen gedib kiminse qizini bacisini doluyursansa seninde bacini qizini doluyageylar,bele-bele qizlarin oqlanlara oqlanlarinda qizlara inami azalirda
27 aprel 2015 13:27
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Nezka
Birazdann Azərbayycanda qutularda narkotik satılacaq və üstündə kiçik yazı olacaq :"Səhiyyə nazirliyi xəbərdarlıq edir ,narkotik çəkmək sizin sağlmıığınıza zərərdi ".
27 aprel 2015 13:08
# 7
İçimi görsən mənə aptek alarsan.
Nur k-off
Guler bacim ellerinize saglig cox gozel fikirlerdir hamsi cemiyyetin problemidir
27 aprel 2015 13:03
# 6
SVETA
aziz a
Cox gozel movzuya,toxunulub,artiq serh yazmaga ehtiyac yoxdu,her sey ayri ayeiliqda izah edilib cox raziyam burda yazilanlarla, tesekkur.
27 aprel 2015 12:37
# 5
Qelbim doludu !!!!
Fialka
İlk öncə onu deyim ki, çox gözəl və eyni zamanda yerində deyilmiş bir məqalədi. Çox təəssüflər olsun ki, bir çox şeylər yalnız Azərbaycandadı deyə bilirik və bu heçdə yaxşı tərəflərə yozulmur. Nədir axı bunları yaradan rüşvətxorluqlar , mənfəət güdənlər , çirkaba batanlar baş alıb gedir. Bu yerdə professor Rəşid bəyin çox gözəl sözü var , deyir" Nazirlərin əlində olsa nağıllarda göydən düşən 3 almanıda əlimizdən alarlar" həqiqətən az qala belədir , gör nə günə qalınıb ki, az rüşvət alana insaflı deyilir. Həqiqətən əsl gülünc vəziyyətdi...İndi isə çox istifadə olunan slogana keçək: indiki zamanda yaxşı qız( oğlan ) tapmaq çətindir deyənlərə , əlbəttə çətindi çünki cəmiyyətdə o qədər parazitlər var ki, güvənmək çox çətindi həm oğlana həm qıza təbii bunu hər kəsədə aid etmək olmaz amma fakt faktlığında qalır və bir çox buna misal göstərmək olar , bu yerdə ancaq bir şey deyə bilərəm bir məqalədə deyildiyi kimi başımızı qoruyaq və Allah bizi dil bilməz ağılsız insanlarla rastlaşdırmaqdan qorusun Amin.
27 aprel 2015 12:35
# 4
Meleknur
Menim sevdiyime guvenim tamdi indi ki dovurde duzdu inam biraz cetin olur amma menim ele problemim yoxdu
27 aprel 2015 12:32
# 3
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
BARBI
Yeri gelende mende deyirem butun oglannar eynidir hamisi xeyanet edir . Ama bu hec duzgun deyil cunki biz butun oglannari tanimiriq ya da oglannar butun qizlari tanimir.
27 aprel 2015 12:14
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Tomris Müslümova
sexsen men hec kime hecne etmemisem,cunki oglanlar qizlarin ele hoqqalardan cixdigini gorullerki qizlara inamlari olmur olara da ancaq ele pis gozle baxillar,elece de oglanlar seviyyesiz hereketler qizlari aldatmalri qizlarda inamsizliga getirib cixarir.... elbetdeki bu hallah hecde duzgun deyil,qeyd elediyiniz kimi cemiyyetde ne qederki bele mikroblar var bu hallarda o qeder de olacaq
27 aprel 2015 12:04
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz