Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bu dəfə yerişiniz xarakterinizi söyləyəcək
Bu dəfə yerişiniz xarakterinizi söyləyəcək
Göndərən: ayka
Şərhlər: 27
Baxılıb: 1130
Səs ver:
Yerişlərlə insanların daxili dünyasını müəyyən etmək olar. Çünki yeriş insanların xarakter və xasiyyətlərini tamamilə biruzə verir.

YERİYƏRKƏN SAĞA – SOLA BAXAN
Ayağı sürüşkən şəxslərdir. Daima macəra axtaran insanlardır. Bir sevgi ilə kifayətlənməzlər. Sevgi onlar üçün yalnız əyləncə vasitəsidir. Xasiyyətcə əhlikef olan bu şəxslər sabahı heç düşünməzlər. Əllərindən yaxşılıqdan savayı hər nə desən gəlir. Öz eyiblərini əsla görməzlər. Əvəzində başqalarında səhv axtarmaqla yanaşı, onları ləkələməkdən də çəkinməzlər. Bu şəxslərə bel bağlamaq olmaz. Çünki səni yolda qoyacaq. Alış-veriş, sənəd toplamaq və bu kimi işlər onun üçün yaddır. Hazırına nazir olan bu kateqoriya davamçıları tənbəllikdə bənzərsizdirlər. Yeriyərkən belə sağa – sola baxan insanlar kimdəsə, nədəsə səhv axtarıb, tapıb qalmaqal yaratmaqla məşğuldurlar.

YELLƏNƏ-YELLƏNƏ GƏZƏNLƏR
Olduqca yelbeyin şəxslərdir. Onları bir tapan bir də itirən sevinər. Onlar üçün yaxşı ilə pisin fərqi yoxdur. Ətrafda baş verən hər hansı bir hadisə onları əsla narahat etməz və reaksiya verməzlər. Təsadüfən bu baş veribsə, deməli, hadisə özləri ilə bağlı olub. Dostluqda, yoldaşlıqda dözülməzdirlər. Bu günlə yaşayırlar. Onlar üçün ailə, uşaq, hətta iş ad-sanüçündür. İstənilən vaxt fikirlərini düşünmədən dəyişə bilərlər. Ağıla, həyat tərzinə deyil, geyimə görə insanlara qiymət verərlər. Belə şəxslərin dostları da özləri kimi olurlar.

ŞAX YERİYƏNLƏR
Özlərindən yaman razı olurlar. Sanki alçaq dağları bunlar yaradıblar. Ac vaxtlarında belə özlərini tox göstərib bununla rahatlıq taparlar. Ev-eşikləri təmirsiz olsa da öz makyajları qaydasından da artıq olar. Xasiyyətcə ikiüzlü olan bu kateqoriya davamçılarına inanmaq, bel bağlayıb sirr vermək olmaz. Çünki öz mənafeyi üçün səni keçi qiymətinə utanmadan satar.Hətta öz səhv və günahlarını da sənin üstünə yıxar. Belə şəxslərdən nə qədər uzaq olsanız, bir o qədər yaxşıdır. Onlar çörəyin, haqq-salamın, yoldaşlığın qədir-qiymətini bilməzlər. Onların görünüşləri, yerişləri özləri kimi yalandır. Bu insanlara əsla bel bağlamaq olmaz. Çünki onların mayası yalanla yoğrulub. Həyatda heç vaxt dostu olmaz. Heç sevgidə də bəxtləri gətirməz. Onların şux və özüdənrazı yerişi özləri kimi maskadır.

BAŞI AŞAĞI GƏZƏN ŞƏXSLƏR
Həyatdan, insanların riyakarlığından yorulublar. Düşmənləri dostlarından çoxdur. Az ilə qane olub, həyatın nəbzini tutub yaşamağı yaxşı bacarırlar. Həmişə təmiz və gözəl geyimə üstünlük verirlər. Səliqə-səhmanı, sevgi və ailəni hər şeydən üstün tuturlar. Onların istək və fikirlərinə müdaxilə etmək olmaz. Nə istədiklərini yaxşı bilirlər. Təbiətin bütün mövsümlərini xoşlayır və istirahət günlərini təbiət qoynunda keçirməyə üstünlük verirlər. Bu kateqoryaya aid olan insanlara düşünmədən bel bağlamaq olar. Çünki onlar həyatda nə istədiklərini bilirlər. Allah xofunu çiyinləri üzərində daşıyan bu insanlar yalanı, xəyanəti əsla sevməzlər. Kinli olsalar da intiqam almağı istəməyib hər şeyi Tanrının ixtiyarına buraxarlar.

GÜLƏ-GÜLƏ YERİYƏNLƏR
Sadəlöhv, yeri gələndə isə mərd insanlardır. Bu şəxslərdə sevinc və kədər eyni səviyyədədir. Problemlər içərisində çabalasalar da, həmin problemləri özləri həll edirlər. Adətən danışanda, güləndə yüksək səslə edirlər. Onlara yalan danışmaq, satqınlıq, xəyanət, ev yıxmaq, dedi-qodu, pintilik və digəranlayışlar yaddır. Onlar həyatdan zövq alıb davasız yaşamağa daha çox üstünlük verirlər. Makyajdan bacardıqları qədər az istifadə edən xanımlar xəstəlik dərəcəsinə çatan səliqə-səhmana malikdirlər. Onların həm də yaxşı əl qabiliyyətləri var. İstəsələr çörəyi daşdan belə çıxararlar.

QƏMLİ, FİKİRLİ YERİYƏNLƏR
Sanki bütün dünyanın yükünü öz çiyinlərində gəzdirirlər. Və hamının dərdi-səri elə bu insanlara qalıb. Tək özləri üçün yox, başqaları üçün də yaşayırlar. Ətrafdakıların dərd-qəmini özününkü hesab eləyirlər. Bu şəxslərə də inanmaq, etibar etmək olar.

NAZ İLƏ YERİYƏNLƏR
Nazla yeriyən, bədən əzalarını burcudan insanlar, xüsusilə xanımlar ətrafdakıların diqqətini çəkmək arzusunda olurlar. Daima öz mənfəətlərini güdərlər. Əks təqdirdə heç bir addım belə atmazlar. Bəzən bu cür insanların nəfəsləri belə yalandır. Onlara bel bağlamaq olmaz. Kifayət qədər ikiüzlü və qısqancdırlar. Hamıdan yaxşı geyinmək, yaşamaq arzusundadırlar. Belə insanların dostları çox az olur. Bu cür insanların sevgidə də nadir hallarda bəxti gətirir.

ÖZÜNƏMƏXSUS YERİŞ TƏRZİ
Bu insanlara güvənmək olar. Bütün kateqoriyalar içərisində yalnız bu kateqoriya sahibləriideal insanlardır. Onlarda ailəyə, böyüyə-kiçiyə hörmət, Allah və din xofu düşünüləndən də artıqdır. Hər şeyin yerini bilən bu insanlar ədəbiyyata, musiqiyə, sənətə və yaşamağa yüksək dəyər verirlər. Bütün insani keyfiyyətlər yalnız bu kateqoriya daşıyıcılarında cəmləşir. Özləri ideal olduqları üçün hər şeyin yaxşısını tələb edirlər. Ətrafdakılarla münasibətdə mərd və diqqətcildirlər. Bir sevgiylə kifayətlənib xəyanətə xəyanətlə cavab verməzlər. Dava-dalaşdan qaçmaları onların qorxaqlığından deyil, böyüklüklərindən irəli gəlir. Onlar başqalarının fikirləri ilə deyil, öz ağıl və ürəklərinin hökmü ilə hərəkət edirlər. İstəsələr daşdan belə pul qazanan bu şəxslər heç vaxt başqalarına ağız, əl açmazlar, heç kömək belə gözləməzlər. Yaşadıqları dövrdə nə əldə ediblərsə, bunu ancaq özləri ediblər. Kifayət qədər dostları çoxdur. Və heç vaxt heç kimi yarı yolda qoymazlar. Düşmənləri çox olsa da onları heç nə qorxutmur. Çünki həyatda necə yaşamağı və necə hərəkət etməyi bilməklə yanaşı, nə istədiklərini yaxşı bilirlər.


Şərhlər: 27
Baxılıb: 1130
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ALESSANDRA
mn yeriyerken sağa soğa baxiram ama burada cooox pis sözler yazılıb cooox eslinde hele deyilem axiii
27 aprel 2015 20:25
# 27
Don't trust anyone ∆
Nazan
vallah bilmirem

24 aprel 2015 23:18
# 26
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
lelos
yeriyende başi aşaqi yeriyirem
24 aprel 2015 07:45
# 25
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Sucan
Men normal axrinci soze gore normalam
23 aprel 2015 23:06
# 24
GünƏşimƏ_AiD_
Men en cox esger kimi yeriyirem..ona gore mama meje kablukgeyindirirki biraz ince yeri. Qiz kimi 122
Amma sifetim cox az hallarda gezende guler..cox ciddi oluram bayirdaaa oxude vecni bir qas yuxari cixir..ozumden asli olmure.ozume mexsus qeribe yeriyisimvar..herdenozumozume qeribe gelir yeriyisim.
23 aprel 2015 22:57
# 23
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Little girl
Men sonuncuyam.Duzdur heqiqeten de.
23 aprel 2015 21:05
# 22
Anladım artıq sevgilərin nağıl,nağıllarınsa yalan olduğunu... agla
Narın Yağış
Həyatdan, insanların riyakarlığından yorulublar. Düşmənləri dostlarından çoxdur. Az ilə qane olub, həyatın nəbzini tutub yaşamağı yaxşı bacarırlar.kateqoryaya aid olan insanlara düşünmədən bel bağlamaq olar. Çünki onlar həyatda nə istədiklərini bilirlər. Allah xofunu çiyinləri üzərində daşıyan bu insanlar yalanı, xəyanəti əsla sevməzlər. Kinli olsalar da intiqam almağı istəməyib hər şeyi Tanrının ixtiyarına buraxarlar.

Bu hisseler tam mene aid -_-
23 aprel 2015 18:27
# 21
Ayrılmağımızı istəyənlərin acığına bir yerdə olaq heart
Rakella
Sitat: BARBI
Mende kefime gore her gun bir havada oluram ona gore yerisim deyisilir

mende de deyiskendir heresinden bir az
23 aprel 2015 16:10
# 20
Impossible is not a word,it's just a reason for someone not to try
Fialka
BAŞI AŞAĞI GƏZƏN ŞƏXSLƏR
Həyatdan, insanların riyakarlığından yorulublar. Düşmənləri dostlarından çoxdur. Az ilə qane olub, həyatın nəbzini tutub yaşamağı yaxşı bacarırlar. Həmişə təmiz və gözəl geyimə üstünlük verirlər. Səliqə-səhmanı, sevgi və ailəni hər şeydən üstün tuturlar. Onların istək və fikirlərinə müdaxilə etmək olmaz. Nə istədiklərini yaxşı bilirlər. Təbiətin bütün mövsümlərini xoşlayır və istirahət günlərini təbiət qoynunda keçirməyə üstünlük verirlər. Bu kateqoryaya aid olan insanlara düşünmədən bel bağlamaq olar. Çünki onlar həyatda nə istədiklərini bilirlər. Allah xofunu çiyinləri üzərində daşıyan bu insanlar yalanı, xəyanəti əsla sevməzlər. Kinli olsalar da intiqam almağı istəməyib hər şeyi Tanrının ixtiyarına buraxarlar.

Bu cür yeridiyimə görə bir - iki tanış küsüb məndən elə bilirlər qəsdən görməmişəm və salam verməmişəm başa sala bilmirəm ki, ay müsəlman yerişim budu ondan sonra arada bir başımı qaldırıb qabağa baxıram))))
Ən xoşum gəlməyən yeriş bəzi qızların guya nazla burcudaraq yeriməsidi guya yeriş formaları budu da)))..
23 aprel 2015 15:54
# 19
Catwoman666
Men soldat kimi yeriyirem122 yeni nazlana nazlana yerimirem. Normal ozume mexsus yeris terzim var
23 aprel 2015 15:43
# 18
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
ozunemexsus yerish terzi menlikdi
23 aprel 2015 15:42
# 17
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
aliceWOnDer
Sitat: emis
BAŞI AŞAĞI GƏZƏN ŞƏXSLƏR
Həyatdan, insanların riyakarlığından yorulublar. Düşmənləri dostlarından çoxdur. Az ilə qane olub, həyatın nəbzini tutub yaşamağı yaxşı bacarırlar. Həmişə təmiz və gözəl geyimə üstünlük verirlər. Səliqə-səhmanı, sevgi və ailəni hər şeydən üstün tuturlar. Onların istək və fikirlərinə müdaxilə etmək olmaz. Nə istədiklərini yaxşı bilirlər. Təbiətin bütün mövsümlərini xoşlayır və istirahət günlərini təbiət qoynunda keçirməyə üstünlük verirlər. Bu kateqoryaya aid olan insanlara düşünmədən bel bağlamaq olar. Çünki onlar həyatda nə istədiklərini bilirlər. Allah xofunu çiyinləri üzərində daşıyan bu insanlar yalanı, xəyanəti əsla sevməzlər. Kinli olsalar da intiqam almağı istəməyib hər şeyi Tanrının ixtiyarına buraxarlar
.
Doğru yazılıb hər bir cümləsi. Eləyəm maraqlı oldu təşəkkürlər:)

Aynən cox duz yazılıb
23 aprel 2015 15:00
# 16
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
SEVGI DENIZIM
axirinci mene aiddir
23 aprel 2015 14:46
# 15
Üstümə qışqıran, acıqlanan, küsən, küsdürən, qısqandıran lakin bir damla göz yaşımı görende dünyanı dağıdan birini sevdim cox sukur seni veren Allahima

♥ :)
Ayten666
BasasGi yeriyirem
23 aprel 2015 14:06
# 14
gulun leceklerini qoparmaqla onun gozelliyini qazana bilmezsen!!!
Melek5
Nem vallahbilmirem nece yeriyirem
23 aprel 2015 13:56
# 13
Qadın.
5 hərifdən ibarət əvəzsiz bir dünya.
Meleknur
Men bilmirem nece yeriyirem ) yoxdu burda
23 aprel 2015 13:36
# 12
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
aytil
menim heqiqeten de ozumemexsus yerisim var
23 aprel 2015 13:28
# 11
benimki geliyor o da biliyor kalbimi yerden yere vuruyor sarkicicornetto keyfi yolunda aski sonundaicecream
Nergizz
ay Allah necede duzgun yazilib hamisi,cox sagolun xeber ucun,bawi awgi gezerem cox vaxt, ele vaxt olub ki marwrutda qohumun yaninda oturmuwam o salam verib,yeni baxmamiwam,,ama guleruzde oluram,birdende ele kederli yolu gedremki goren deyecek qem deryasindayam,
23 aprel 2015 12:58
# 10
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
emis
BAŞI AŞAĞI GƏZƏN ŞƏXSLƏR
Həyatdan, insanların riyakarlığından yorulublar. Düşmənləri dostlarından çoxdur. Az ilə qane olub, həyatın nəbzini tutub yaşamağı yaxşı bacarırlar. Həmişə təmiz və gözəl geyimə üstünlük verirlər. Səliqə-səhmanı, sevgi və ailəni hər şeydən üstün tuturlar. Onların istək və fikirlərinə müdaxilə etmək olmaz. Nə istədiklərini yaxşı bilirlər. Təbiətin bütün mövsümlərini xoşlayır və istirahət günlərini təbiət qoynunda keçirməyə üstünlük verirlər. Bu kateqoryaya aid olan insanlara düşünmədən bel bağlamaq olar. Çünki onlar həyatda nə istədiklərini bilirlər. Allah xofunu çiyinləri üzərində daşıyan bu insanlar yalanı, xəyanəti əsla sevməzlər. Kinli olsalar da intiqam almağı istəməyib hər şeyi Tanrının ixtiyarına buraxarlar
.
Doğru yazılıb hər bir cümləsi. Eləyəm maraqlı oldu təşəkkürlər:)
23 aprel 2015 12:28
# 9
tatyana
fikirli yeriyenler-yol gedereken o qeder fikirli gediremki hec kimi hecneyi gormurem sanki,herden salam veren olanda fikirden ayiliram
23 aprel 2015 12:26
# 8
KUREYIMDEN VURULMUS ZERBELERIN SAYINI DUSUNSEK COXDAN YOXX OLMALIYDIM......AMMA MEN O ZERBELERDEN SONRA TANIMAGA BASLADIM DOSTUMU VE DUSHMENIMI
cinqosh
Əksər vaxt fikirli və başı aşağı gəzirəm.O tərəf bu tərəfə, insanların üzlərinə, geyimlərinə baxmağı sevmirəm.Yazılanlar da tamamilə mənim xüsusiyyətlərimdi.çox sağ ol maraqlı xəbərə görə.
23 aprel 2015 12:19
# 7
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
Tomris Müslümova
men həm şax yeriyirem belimi yeni dumduz tuturam ama basimi aşağı salib gedirem dəə onda qoy ikisini de oxuyum
23 aprel 2015 12:16
# 6
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Antikvar
BAŞI AŞAĞI GƏZƏN ŞƏXSLƏR
Həyatdan, insanların riyakarlığından yorulublar. Düşmənləri dostlarından çoxdur. Az ilə qane olub, həyatın nəbzini tutub yaşamağı yaxşı bacarırlar. Həmişə təmiz və gözəl geyimə üstünlük verirlər. Səliqə-səhmanı, sevgi və ailəni hər şeydən üstün tuturlar. Onların istək və fikirlərinə müdaxilə etmək olmaz. Nə istədiklərini yaxşı bilirlər. Təbiətin bütün mövsümlərini xoşlayır və istirahət günlərini təbiət qoynunda keçirməyə üstünlük verirlər. Bu kateqoryaya aid olan insanlara düşünmədən bel bağlamaq olar. Çünki onlar həyatda nə istədiklərini bilirlər. Allah xofunu çiyinləri üzərində daşıyan bu insanlar yalanı, xəyanəti əsla sevməzlər. Kinli olsalar da intiqam almağı istəməyib hər şeyi Tanrının ixtiyarına buraxarlar
.

Doğru qeyd olunub.Yeriyərkən arada düz baxaram oda yolumu şaşmayım deyə))
23 aprel 2015 12:12
# 5
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Nur k-off
Men ne vareee
23 aprel 2015 12:09
# 4
SVETA
BARBI
Mende kefime gore her gun bir havada oluram ona gore yerisim deyisilir
23 aprel 2015 12:06
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Luna-90
Men basi asagi yeriyirem yanimdan kecen adama fikir vermirem fikrim ancaq ozumde olur
23 aprel 2015 12:04
# 2
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Nezka
Gündə bir cür yeriyirəm
23 aprel 2015 12:02
# 1
İçimi görsən mənə aptek alarsan.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz