Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qızıl başqa harda var?
Qızıl başqa harda var?
Göndərən: tek umidim sen
Şərhlər: 14
Baxılıb: 1334
Səs ver:
Doğurdan da qızılı belə bir mötəbər edən nədir? Yer kürəsində bu metalın ehtiyatları çox deyil. Rast gəlmə ehtimalına görə 73-cü elementdir. Lakin nəzərə alın ki, platin daha nadir metaldır və qiyməti qızıldan bahadır.

Bütün dünya dillərində qızıl adı ya "sarı”, ya da "qırmızı” mənasını verir. Onun Latınca adı Aurum da "dan parıltısı” və ya "şəfəq” deməkdir.

Qızılı nəcib metal edən odur ki, o başqa kimyəvi maddələrlə gümüş kimi reaksiyaya girmir. Qızıl həmçinin çox plastikdir və onu döyərək son dərəcə nazik lövhə şəklinə salmaq mümkündür. Məsələn, düyü boyda qızılı döyərək ondan 1 kvadratmetr sahəsi olan lövhə hazırlamaq olar.

20 ildən sonra qızıl tükənəcək
1500-cü ildən bəri cəmi 100 min ton qızıl çıxarılıb və onun qırx faizi bir yerdən – Cənubi Afrikanın Vitvotersrand əyalətindən gəlir. Ən paradoksal hal budur ki, dünyada nadir tapılan qızıl, aşkar olunarkən bəzən çox asanlıqla çıxarılır. O düyü və ya noxud boyda dənələrlə üzə çıxa bilər. Qızılın qeyri-reaktiv təbiəti onu qarışıqlardan təmizləməyi asanlaşdırır. Məsələn, tərkibində qızıl olan süxurları adi xörək duzu ilə birlikdə qızdırmaq kifayətdir ki, başqa metallar yanıb tökülsün və yalnız təmiz qızıl qalsın.

Lakin qızıl yataqlarını tapmaq getdikcə çətinləşir. Bu gün qızıl mədənlərində 500 min insan çalışır, lakin bir ildə əldə edilən qızıl 2500 tonu keçmir. Təxminlərə görə dünyada asanlıqla çıxarılacaq qızılın yalnız 20 illik ehtiyatı qalıb.

Qızıla sevgi qanımızdadır
Bəli, qızıl gözlənilməyən yerlərdə də olur. Məsələn, bizim qanımızda. Lakin bu ən qeyri-kommersiya qızıl mənbəyidir. Çünki onun qanımızdakı miqdarı 0,2 milliqramdır. 8 qram qızıl 40 min nəfərin qanından əldə oluna bilər. Qadınlarda qızılın miqdarı kişilərdən 5 dəfə çoxdu.

Bəzi küknar növləri və doqquzdon adlı bitki də torpaqdan qızıl sormaq xüsusiyyətinə malikdir. Doqquzdon Bakının bir çox məhəllələrində, adətən bağçaların çəpərlərində bitir. Lakin bu da kommersiya əhəmiyyəti daşımır.

Qızılın ən böyük ehtiyatı dünya okeanıdır. Orada 10 milyon ton qızıl var, amma bunun da emalı olduqca baha başa gələ bilər. O qədər baha ki, heç dənizə girməyə də dəyməz.

Yeməli qızıl
Qızılın e-nömrəsi də var: E175. Bu isə o deməkdir ki, Avropa İttifaqı və İsveçrə standartlarına görə, qızıl qida əlavəsi kimi işlədilə bilər və səhhət üçün heç bir təhlükə təşkil etmir.

Məsələn, İsveçrədə istehsal olunan darçınlı "Goldschlager” likörlərinin içində qızıl zərrəcikləri var.

Qızıldan təbabətdə revmatik artritlərin müalicəsi üçün istifadə olunur və buna "qızıl terapiyası” deyilir.

Diş həkimləri qızılın dünya ehtiyatının 2 faizindən istifadə edirlər ki, bu da 60 ton deməkdir.

Lakin unutmayın ki, qızıl dişin yalnız 75 faizi qızıldır. Qalanı gümüş, palladium və sinkdən ibarət olur.

Təmiz qızıl
Qızılın təmizliyi karatlarla ölçülür. Karat yunan sözü olan «keration»dan götürülüb. Noxudkimilər fəsiləsinə aid olan bu bitkinin Azərbaycanca rəsmi adı buynuzcuqlu seratoniyadır. Belə hesab olunur ki, bu bitkinin 24 toxumu ilə eyni çəkidə olan qızıl sikkə ən təmiz qızıldır. 24 karatlı qızıl 99,99 faiz qızıl deməkdir. Avropada 24 karatlı qızıldan sonra 18 karatlı qızıl gəlir. Belə qızılın tərkibində 75 faiz qızıl var.

Britaniyada 9 karatlı qızıl məmulatları geniş yayılıb. Belə qızıldan hədiyyələr üçün zinət əşyaları hazırlanır. Lakin 9 karatlı boyunbağıların qutusunda yazılır ki, duş qəbul edərkən belə hədiyyəni boynunuzdan açmanız məsləhətdir. Çünki onun yalnız 38 faizi qızıldır və o su dəydikdə qarala bilər.

Hər ölkədə qızılın "öz təmizliyi” var
Çində, Honk Konqda, Tayvanda, Malaziyada, İndoneziyada və bir sıra Ərəb ölkələrində təmiz qızıl deyəndə 24 karatlıq qızıl başa düşülür (99,99%).

Böyük Britaniya, Banqladeş, Hindistan və Şri-Lankada 22 karatlıq (91,6%) qızıl ən yaxşı qızıl hesab olunur.

Dubay da daxil olmaqla, Fars körfəzi ölkələrində 21 karatlıq (87,5%), Misirdə 18 karatlıq (75%) qızıl ən yaxşı qızıl sayılır.

Almaniya, Aralıq dənizi hövzəsi, Türkiyədə ən yüksək əyarlı qızıl deyərkən, 18 karatlıq (75%) qızıl başa düşülür.

Portuqaliyada və Cənubi Avropanın bir sıra ölkələrində ən yaxşı qızılın karatı 19,2-dir (80%). "Rolex” saatları əsasən belə qızıldan hazırlanır.

Keçmiş Sovet ittifaqında ən yaxşı qızıl sayılan 585 əyarı 58,6 faizə uyğun gəlir. Rusiyada zinət əşyaları üçün 375, 500, 585, 750, 900, 916 və 958 əyarlı qızıldan istifadə edilir. Belə əşyalarda qızılın faizini bilmək üçün əyarda 2-ci və 3-cü rəqəmin arasına vergül qoymaq lazımdır. Yəni 900 əyarlı qızılda 90,0 faiz qızıl vardır.


Şərhlər: 14
Baxılıb: 1334
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
elmarrrrr
susmaq qizildir danismaq qizildi hahahahahahahahahahaha lahmacun hazirdi cekkkkkkkkkkk
5 aprel 2016 08:26
# 14
Nezka
O xalalar əmilər güləndə qızıl diş görünür haa ətim tökülür
30 aprel 2015 13:22
# 13
İçimi görsən mənə aptek alarsan.
Catwoman666
men daha cox ag qizil sevirem. qizil haqqinda bildiyim sadece elementin kimyevi formuludu Au. vessalam daha cox da bir şey bilmirem))yemeli qizil oldugunu da indi oyrendim))
30 aprel 2015 12:39
# 12
"All men must die, but we are not men"

Daenerys Targaryen
cinqosh
qızıl haqqında bu qədər geniş məlumatım yoxdu.hətta yeməli qızıl da varmış. 26
29 aprel 2015 15:20
# 11
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
aliceWOnDer
Mama qızılı cox sevir coxda istifadə edir amma mən yox
29 aprel 2015 14:18
# 10
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
vipbetul
qizil kim sevmirki,bizim vetende esas Qarabaqda qizil chixarilirdi odaki indi tesuf dusmanlarin elindedir
29 aprel 2015 13:24
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
emis
Qızıl haqqında bu qədər ilk dəfədir ki oxuyub öyrənirəm maraqlı oldu qızılın miqdarı qanımızda var imiş. Düzdü mencede qizila həvəs qadınlarda kişilərdən daha çoxdu. Ama menim heç marağım yoxdu bircə üzük və sirqa taxiram o da toydan toya, gündəlik yox, təşəkkür
29 aprel 2015 12:16
# 8
ALESSANDRA
Mamam qlzlı çox sevir esasen ağ qızıl taxır.ama menim hevesim yoxdu taxsam ya gümüş taxacam yadaki prasyoyyy ama zinet esyalarını çox seviremmm
29 aprel 2015 11:15
# 7
Don't trust anyone ∆
Nergız33
Maraqlı idi. Bacımızın ellerine sağlıq. Qızıl haqqında bilmediyim cox şeyi öyrendim.
29 aprel 2015 10:17
# 6
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
BARBI
Bildiyim qederiyle esl temiz qizil yere dusdukde qirilir deformasiya olunur ona gore terkibine bir sira terkibli kimyevi maddeler qatirlar ki eyilmesin deformasiyaya ugramasin
29 aprel 2015 09:31
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Miss_Oxatan
Men bu temada cox wey oyrendim,bilmirdim bu melumatlari.qanda qizil,karat bunlar hamisi mene yeni melumat oldu.hemiwe eyar mene maraqli gelirdi,onu da indi oyrendim.tewekkur edirem muellife.bir weyler oyrendim sayesinde.

Men bu temada cox wey oyrendim,bilmirdim bu melumatlari.qanda qizil,karat bunlar hamisi mene yeni melumat oldu.hemiwe eyar mene maraqli gelirdi,onu da indi oyrendim.tewekkur edirem muellife.bir weyler oyrendim sayesinde.
29 aprel 2015 09:31
# 4
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Fialka
Qızıl haqqında olduqca maraqlı məlumatlardı çünki qanın tərkibində qızılın olduğunu, bəzi ağacların qızıl sovurduğunu bilmirdim, hələ sonda keyfiyyətini öyrənmək üçün vergülün qoyulduğunu da bilmirdim təşəkkürlər.
29 aprel 2015 09:07
# 3
lelos
maraqli xeberdi.qida kimi istifade edile biler qizil bunu yeyen mence olmaz
29 aprel 2015 07:51
# 2
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
xeyalperest
Maraqliydi cunki qanimizda agaclarin qizil sormasini bilmirdim tewekkur
29 aprel 2015 04:44
# 1
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz