Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Təyyarədə yeməklərin dadı niyə dəyişir?
Təyyarədə yeməklərin dadı niyə dəyişir?
Göndərən: cinqosh
Şərhlər: 17
Baxılıb: 765
Səs ver:
Təyyarədə yeməklərin dadı niyə fərqli olur?
Təyyarəyə mindiyimiz zaman normal dadalma duyğumuzu artıq giriş qapısında ikən itiririk. Verilən yeməklər bizə dadsız,duzsuz gəlir. On min metr yüksəklikdə dad və qoxu hiss etmə duyğusu dəyişir. Yeməklərin ləzzətini hiss etmək üçün bu iki duyğunun normal işləməsi lazımdır. Təyyarədəki təzyiq səbəbiylə şirin və duzlu dad qəbulumuz da azalır.

Ekspertlər bunun səbəbini nəm nisbətinin azlığına, hava təzyiqinin aşağı olmasına və səs-küyə bağlayır.

Hava quruluğu və aşağı təzyiq.
Təyyarəyə addım atdığımızda ilk qoxu hiss etmə duyğumuz təsirlənir. Təyyarə yüksəldikcə hava təzyiqi ilə birlikdə kabindəki nəm nisbəti də düşür. On min metrdə bu nisbət yüzdə 12-yə enir ki, bu da çöl havasından daha quru deməkdir.

Bu quruluq və aşağı təzyiq səbəbiylə şirin və duzlu dadlara qarşı həssaslığımız yüzdə 30 azalır.

Lakin problem yalnız dad alma duyğumuzda deyil. Dad olaraq düşündüyümüz şeyin yüzdə 80-ı qoxu hiss etmə duyğusuyla əlaqəlidir. Qoxu ala bilmək üçün burun içi mayesinin buxarlaşması lazımdır. Havanın quru olduğu bir mühitdə qoxu hiss etmə duyğularımız normal işləmədiyi üçün yediklərimizin dadını ala bilmirik. Bu səbəblə hava yolu şirkətləri təyyarədə verilən yeməklərə əlavə duz və ədviyyat qatırlar.

Psixoloqlar təyyarə mühərriklərindən qaynaqlanan səs-küyün qulaqlara təsir etdiyi kimi dad alma duyğusuna da təsir etdiyinə inanır. Edilən araşdırmalar gurultulu mühitlərdə yemək yeyənlərin səssiz mühitdə yeyənlərdən daha çox duza ehtiyac duyduğunu, ayrıca çaşdırıcı olsa da, səs-küydə yemək zamanı mühərrikin çıxardığı səsin daha çox qəbul edildiyini ortaya qoydu.

Kütləvi istehsal.
Təyyarədə yeyilmək üzrə hazırlanan yeməklərdə diqqətə alınması lazım olan tək şey kabin içi mühit deyil. Bu yeməklər əvvəldən yerdə və kütləvi halda hazırlanır. İsti halda qablaşdırılır, sürətli şəkildə soyudulur, soyuducuda saxlanır və sonra təkrar isidilir. Bütün bu əməliyyatlar dəniz səviyyəsində belə edilsə yeməyin dadının dəyişməsinə səbəb olar.

Beynəlxalq Uçuş Xidmətləri Birliyi, təyyarədəki yeməklərin dadını daha ləzzətli etmək üçün yeməkləri bağlı plastik paketlər içində uzun müddət aşağı istilikdə bişirmənin sınandığını ifadə edir. Bu yeməklər kabin simülasyonlu mühitlərdə dadılaraq doğru ləzzətdə olub olmadığına qərar verilir.

Sinif fərqi.
Təyyarə yolçuları üçün yemək hazırlayan "Sky Chefs” adlı şirkətin idarəçisi David Marguiles, yerdə hazırlanan yeməklər üçün istifadə edilən yemək reseptlərinin eyni şəkildə təyyarə yeməkləri üçün istifadə edilə bilməyəcəyini ifadə edir. "Lakin bu o yeməklərin də eyni ləzzətdə ola bilməyəcəyi mənasını verməz. Reseptlər lazım olduğu şəkildə uyğunlaşdırılır," deyir.

Ancaq bunun daha çox birinci sinif yolçu biletləri üçün etibarlı olduğunu ifadə etmək gərəkdir. Şirkət bunun üçün xüsusi aşbazlar tutur və ən müasir mətbəxləri istifadə edir.

Burun spreyləri.
Uçuş zamanı bütün dadlar eyni şəkildə təsirlənmir. Məsələn, təyyarədəki gurultulu mühit, beşinci dad olaraq bilinən və yosun, göbələk, pomidor və soya sousu kimi dadları verən "ümid hormonu” dadını üzə çıxarır. Təyyarədə sərnişinlərin yerdəkindən daha çox pomidor suyu sifarişi verməsi bundandır. Bəzi hava yolları bu səbəblə yeməklərdə daha çox pomidor, ispanaq və qabıqlı dəniz məhsulları istifadə etməyə üstünlük verirlər.

British Airways (BA) isə daha radikal bir yanaşma sınadı: Yeməkdən əvvəl sərnişinlərə burun spreyi paylayıb burun sinuslarını açmalarını və daha yaxşı dad almalarını təmin etdi. Ancaq bu sınaq elə də uğurlu alınmadı. Bundan sonra BA ayrıca birinci sinif sərnişinlərə təyyarədəki səs-küyü eşitdirməyəcək qulaqlıqla yeməyə uyğun musiqi səsləndirilməsinə başladı.

Bəzi hava yolları isə yeməklərdə plastik çəngəl, qaşıq, stəkan istifadə edilməsinin yeməklərin dadını mənfi təsir etdiyi düşüncəsiylə daha keyfiyyətli vəsait istifadə etməyə başladı.

Şərab dadı.
Havada yalnız yeməklərin deyil, şərabların da dadı dəyişir. Ekspertlər, yerdə meyvə dadı verən şərabların havada daha turşulu hala gəldiyini söyləyir.  Quru hava damaq dadına təsir etdiyindən, şərab içməyə niyyətiniz varsa uçuş sonuna doğru deyil, başlanğıcında içməniz tövsiyə edilir.


Şərhlər: 17
Baxılıb: 765
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Nazan
serap dadi?
29 mart 2015 20:23
# 17
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
Nergizz
teyyarede yemek nede su icmemiwemki gorum dadi nece olur,ama enende halim cox pis olur,oksigen verirler,boguluram,bunuda bilremki ureyimde problem var ona gore,ama nese cox rahat oluram elebil evde oturmuw kimi hiss edrem, twk xebere gore,
29 mart 2015 16:14
# 16
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
vipbetul
bos seydi,lap dadli duzlu olur yemekleri teyyarede iyi dad bilmede itmir
29 mart 2015 16:02
# 15
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Catwoman666
men dadin deyisdiyini bilmirdim. teyyareye dde nece ddefe minmisem amma lap usaq vaxti
28 mart 2015 23:12
# 14
"All men must die, but we are not men"

Daenerys Targaryen
Qlamurr
Maraqlıdı,bu haqda heç bir məlumatım yoxdu,demək ki,yüksəkliyə qalxdıqca dad və qoxu hissi dəyişir.
28 mart 2015 21:02
# 13
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Nezka
təyyarədə olmamışam deyə ordakı yeməklərin dadlarını bilmirəm
28 mart 2015 14:15
# 12
İçimi görsən mənə aptek alarsan.
adsiz-a
bilmirdim bulari
28 mart 2015 11:28
# 11
emis
duzuu mende minmemisem ama mence yaxca temiz olar ele seye yaxsdilar dadini deye bilmerem deyilene gore teyyarenin ickileri yaxsi olur
28 mart 2015 11:15
# 10
BARBI
Teyyareye cox minmisem orda verilen yemekler ele bil xeste yemeyidir ne dadi yox nedeki duzu
28 mart 2015 10:45
# 9
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Demək təyyarədə olarkən yaranan şərait dad almamıza tərir edir, maraqlıdı..
28 mart 2015 10:28
# 8
aliceWOnDer
Teyyarədə 1 dəfə olmuşam oda ki hardasa 3-4 yaşım olum...tam dərk etməmişəm nə olan şeydi
28 mart 2015 09:57
# 7
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
ayan97
teyareye hec minmemisem, amma inaniramki dadli olar birdeki yukseklikden qorxmiram. Insallah bur gun qismet olar uzaglara gederem
28 mart 2015 09:41
# 6
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
ILAHE_
Teyyarede olmamiwam. Hemde qorxuram. Teyyarede olanlar biler ne deyiwir.
28 mart 2015 09:24
# 5
aziz a
Yalan deyerem, hec hara getmediyim ucun teyyareyede minmemisem.
28 mart 2015 07:41
# 4
Qelbim doludu !!!!
SEVGI DENIZIM
yememisem belke ne vaxtsa
28 mart 2015 07:16
# 3
Üstümə qışqıran, acıqlanan, küsən, küsdürən, qısqandıran lakin bir damla göz yaşımı görende dünyanı dağıdan birini sevdim cox sukur seni veren Allahima

♥ :)
qanadli melek
Cox xowuma gelir teyarede yemek yemek
28 mart 2015 03:08
# 2
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Luna-90
Teyyareye minmemisem ancaq teyyare ye.eklerini cooox yemisem atam anam ketrinqde isleyirdi mamamin xalasi oglunun teyyarelerinde .goyu bilmirem yerde cox dadli temiz bahali yemekler idi
28 mart 2015 03:05
# 1
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz