Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Şüuraltı düşüncənizi dəyişin - 5 yolu
Şüuraltı düşüncənizi dəyişin - 5 yolu
Göndərən: Sabrina
Şərhlər: 9
Baxılıb: 663
Səs ver:
Bəzi insanlar hədəfləri və niyyətləri ilə ayaqlaşmayan qərarlar verirlər. Məsələn, səhər ertə qalxıb idmana getməli olsanız da, gecə yarısına kimi televizora baxırsız. Əlinizdə həftə sonuna qədər bitirməli olduğunuz layihəniz varsa, zamanınızın böyük qismini əyləncəylə, ya internetdə keçirməməlisiz. Arıqlamaq istəyirsizsə , şəkərli qidalar yeməməlisiz.

Bu cür avtomatik hala gəlmiş davranışlardan xilas olmaq hər zaman mümkündür.

Başqa bir nümunə: karyeranızı inkişaf etdirmək istəyiniz var, ancaq öyrənmə çətinliyiniz olduğundan özünüzü elə də çox zəkalı, bacarıqlı hesab etmirsiz. Şüuraltınızda bu inanclar sizin hədəfinizə yönələn addımlar atmanızın qarşısını alır. Şüuraltında onsuz da bacarıqsız olduğunuza çoxdan qərar vermisiz və bu da sizi hədəfinizə çatmaq üçün yarı yoldan qaytarır.

Bu düşüncələr şüurlu beyin xaricində baş verdiyi üçün bir çox insan onları qətiyyən nəzərdən keçirməz. Bilmədən bu düşüncələrlə hərəkət etməklə onları daha da gücləndirmiş olarsız. Vərdişlər də bununla yaranır. Bütün bu əngəllərdən xilas olmaq üçün şüuraltınızı dəyişdirməlisiniz.

1. Həyat keyfiyyətinizi pozan bu düşüncə qəliblərindən xilas olmaq istədiyinizə səmimiyyətlə yanaşın. Çox yemək, idmana getməmək, həmişə eyni həyat yaşamaq kimi düşüncə qəlibləriniz ola bilər.

Məsələn, çox yemək kimi düşüncəniz varsa, canınız nə zaman nəyi istəyir onu yemək haqqınızın olduğunu düşünə, ya da "yemək yemək məni xoşbəxt edir”, - deyə fikirləşə bilərsiz.

2. Hər davranış bir məqsədə yönəlib. Düşüncə qəlibinizdə var olduğunu düşündüyünüz məqsəd, ya da pozitiv bir niyyət təsbit edin. Bu inanc hansı məqsəd, ya da pozitiv niyyətə xidmət edir? Məsələn, çox yemənin arxasındakı pozitiv niyyət rahatlamaq, nəzarət etmək, zövq almaq, stress atmaq inancı ola bilər.

3. Bu inanclarla əlaqəli olan hər duyğunu önə çıxarın.
Duyğular şüuraltı beynimizin təməl dili olduğu üçün düşüncə qəliblərini şüur səviyyəsinə çıxardığınızda orda toplanmış olan duyğu enerjisini ifadə etmək imkanınız olur. Duyğular sizi keçmiş təcrübələrinizə bağlayan "yapışdırıcıdı”.

4. Hazırkı həyatınız və imkanlarınızı düşünərək sizə rahatlıq, qane olmaq duyğusu, xoşbəxtlik hissi yaşadacaq bu pozitiv niyyəti bəsləyəcək davranışlar, alternativ yollar müəyyən edin.

Şüuraltındakı pozitiv niyyət, sizi razı salacaq bir şey tapmasanız, keçmiş düşüncə qəlibləriniz yenidən dövrəyə girəcək. Buna görə özünüzə yeni məşğuliyyətlər tapın. Çətinlik çəkərkən dostlarınızla vaxt keçirin, məsləhətçi tapın, həzz və mükafat qaynaqları tapın.

5. Həyatınızın bu sahəsinə yönələn daha sağlam düşüncələr təyin edib onları beyninizdə təkrarlayın və tez-tez pıçıldayın.

Çox yemək istəyirsizsə, "bədənimin ehtiyacı olduğu qədər yeyər və xoşbəxt olaram. Az yeyib tam doymadan qalxaram, özümü yüngül hiss edirəm, ehtiyacım qədər qidalanıram”, - deyərək özünüzə təsəlli verin.


Şərhlər: 9
Baxılıb: 663
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Nazan
tewekkurler
29 mart 2015 20:45
# 9
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
emis
Bu cür avtomatik hala gəlmiş davranışlardan xilas olmaq hər zaman mümkündür.
26 mart 2015 00:08
# 8
vipbetul
gozel yazilib
25 mart 2015 23:18
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ayka
atdim secilmiowlere bir azdan oxuyacam
25 mart 2015 19:41
# 6
Birini gördüm "Allahım sən nələr yaradırsan?" deyəcəkdim ki, dönüb təkrar baxım dedim, sən demə güzgüymüş suslu pilka parfum
Qlamurr
İnsanın həyata baxışından çox şey asılıdır,çünki insan pozitiv olarsa,hər çətinlikdə ayaqlarının üstündə dura bilirsə,normal qarşılıyırsa,bu insan güclü insandı.
25 mart 2015 18:53
# 5
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Catwoman666
men de eleyem. yeni seher tez durmaliyam amma hec yatiram. nese is gormeliyem. amma vaxtimi internetle falan kecirirem
25 mart 2015 12:22
# 4
"All men must die, but we are not men"

Daenerys Targaryen
BARBI
Teesufki suuraltinnan cox sey asilidir neqeder pozitiv dusunmeye calissaqda mumkun deyil etraf muhit insanlar bizi bedbinlesdirir
25 mart 2015 09:37
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Şüur altı özümüzü pozitiv şəkildə yükləsək bizim üçün bir o qədər faydalı olar və əgər insan iradəli olub qarşısında məqsəd qoysa istəyinə nail ola bilər ancaq bu yolla sadəcə ürəyində biraz özünə inamlı olmalıdır.
25 mart 2015 08:09
# 2
xeyalperest
Nese hec sevmedim men bu yazini.insan cox yeyeceyini beraet qazandirsa saglam duşunce ola bileer ama saglam heyati yox yeni tekce yemek yoxda yeni tewekkur
25 mart 2015 08:05
# 1
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz