Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bundan sonra həyatı daha çox sevəcəksiniz
Bundan sonra həyatı daha çox sevəcəksiniz
Göndərən: Sabrina
Şərhlər: 10
Baxılıb: 661
Səs ver:
Gündəlik həyatın məcburiyyətləri ucbatından bəzi düşüncələr elə xəyal olaraq qalır. Bu halda insanın həyat səviyyəsi enir və yaşamaq marağı, sevgisi azalır.

Bəs bunun qarşısını almaq üçün nə etmək lazımdır? Daimi ruh yüksəkliyini qoruyub saxlamaq və həyata marağı artırmaq üçün nə etmək lazımdır?

Cəmi 10 üsulu tətbiq etməklə həyatı yenidən sevəcəksiniz:

1. Öncə evdəki bütün artıq, əl-ayağa dolaşan əşyalardan xilas olun. Həyatınızda yeni şeylərə yer açmaq üçün köhnələrdən xilas olamaq lazımdır. Bu həm də stres atmanıza və bəzi istənilməyən xatirələrdən xilas olmağa kömək edir.

2. Hər zaman olduğunuz məkanlardan fərqli yerlərə gedin. Bu fərqli bir evdə gecələmək, fərqli restoranda şam eləmək, fərqli bir şəhərə getmək olar bilər.

3. Gündəlik özünüzə müəyyən etdiyiniz rutindən kənara çıxın. Unutmayın, heç bir şeyi dəyişdirməsəniz, heç bir şey dəyişməyəcək. Kiçik şeyləri dəyişdirsəniz böyük şeylərin də dəyişdiyini müşahidə edəcəksiniz.

4. Yeni dostlar qazanmaq üçün səy göstərin. Əgər həyatınızda olmasını istədiyiniz biri varsa çəkinmədən yaxasından yapışın. Ya da elə birini tanıya bilərsiniz ki, həyatınıza rəng qatar.

5. Bütün boş zamanınızı evdə oturub film izləməklə keçirməyin. Bu halda başınıza maraqlı hadisənin gəlmə ehtimalı 0.1 %-dir.

6. Təbiət qoynunda daha çox vaxt keçirin. Mümkün qədər yalnız və telefonsuz. Ən azından Dağüstü parka çıxa bilərsiniz, ya da Nəbatət bağında gəzinti pis olmaz.

7. Sizi cəsarətləndirəcək pozitiv dostlarınıza planlarınız və hədəflərinizdən bəhs edin.

8. Bu zamana qədər xəyalını qurduğunuz hər bir şeyi dəyərləndirin. Hər birini ağlınızda tək-tək fokslayın və bir-bir ona nail olun.

9. Bir xəyalınızı gerçəkləşdirmək üçün mütləq şəkildə plan qurun, bu sizi həmin hədəfə daha çox yönəldər və işin həyəcanını artırar.

10. Əgər hesab- kitabı düzgün bacarırsınızsa istəklərinizi həyata keçirmək üçün kredit çəkin.

Son olaraq, unutmayın ki, insana ən böyük özgüvəni və həyat sevincini verən şey istəklərini öldürmək yox, həyata keçirmək cəsarətidir.


Şərhlər: 10
Baxılıb: 661
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
emis
bunlu bunsuz heyati sevib dadini cixarmalyiq mecbur olene kimi yasamaliyiq canimiza qesd etmemeliyik.heyati sevmek ucun tek bunlar deyil bir cpx sebeblerde var. heyatin ozu bir mocuzedi her yasadigimiz anda bir mocuzedi bize calisaq heyatin dadini cixaraq ve zamanin qedrini bilek,tesekkurler:)
2 may 2015 23:14
# 10
vipbetul
Sizi cəsarətləndirəcək pozitiv dostlarınıza planlarınız və hədəflərinizdən bəhs edin.
bu fikirle tam razi deyilem her bir dosta da dosd demek olmaz
birdeki kredit yerine pulunu yiqib getmek daha yaxsi olar,kredit cekmeyi hec xoslamiram
30 aprel 2015 17:05
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
aliceWOnDer
heyati ne vaxt sevecem? 1-2 meqsedlerime catdigdan sonra insallah
30 aprel 2015 15:37
# 8
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Fialka
Həyatı daha maraqlı edən onun özü və istəkləridi qeyd olunanlar ümumidir, hamıya şamil oluna bilməz ancaq bəzən yorulan zaman təbiətin gözəlliklərini seyr etməyi sevirəm və gördükcədə hər şeyin real olmadığını zamanın isə dayanmadığını anlayıram odur ki, pessimistliyə qapılaraq günümü qara edəsi deyiləm hər şeydən çalışıram ki, zövq alım...
30 aprel 2015 15:03
# 7
tek umidim sen
Maraqli ve faydali meslehetlerdi...men heyati sevirem...
30 aprel 2015 14:25
# 6
Kadın derin ama adam yüzme bilmiyor...
Catwoman666
heyatimi cox daa sevmirem buna gore de calisiram ki geleceyim daha parlaq olsun. amma hemise sukur etmek lazimdir Allaha
30 aprel 2015 14:13
# 5
"All men must die, but we are not men"

Daenerys Targaryen
Antikvar
Allahimin mene bexs etdiyi heyati onsuzda sevirem.Sadece etrafda olan menasiz ,bosbogaz insanlari gormek istemirem.Ne yaziqki onlarda allahin verdiyi agili,dilini sadece qulaqlarimin dibinde vizildamaq ile bos bos vaxt itirirler))Ellerinden gelen zamani,vaxti,saati ve saniyeni yersiz olan dede-qodu etmekle oldurmekleridi.Baslarini qatacaq bir yerleri olsa etmezler axi amma nerde geri dusunulmus agillari ancaq buna yetir)
30 aprel 2015 13:14
# 4
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Nezka
Müəyyən rutinə düşməmişəm deyə həyatım maraqlı keçir gündə bir sürpriz olur
30 aprel 2015 11:55
# 3
İçimi görsən mənə aptek alarsan.
xeyalperest
Duzu hal hazirda monoton bir heyatim var sadece dersler.ama yayda gezintileri getmeyi planliram cunki gelen il vaxtim olmuyacaq lazimli xebere gore tewekkur
30 aprel 2015 11:11
# 2
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
BARBI
Heyati cox sevirem ,cunki o insana verilmis en boyuk sansdir doya doya yasamaq lazimdir
30 aprel 2015 09:29
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz