Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
"Təşəkkür etmək” haqqında (2-ci hissə)
Göndərən: cinqosh
Şərhlər: 10
Baxılıb: 584
Səs ver:
"Təşəkkür etmək” dinimizdə.

Təşəkkür etmək-  edilən yaxşılığın idrakı içində olduğumuzu yaxşılıq edənə göstərmək, məmnuniyyətimizi ifadə etməkdir. Dilimizdə, insanlardan gələn yaxşılığa qarşı göstərilən şükrü, təşəkkür sözüylə ifadə edirik. "Şükr" sözünü isə, eynilə "həmd" kimi Allah üçün istifadə edirik.

Dinimiz, yalnız Allahdan gələn nemətlərin şükrünün ədasına qiymət verməz, insanların etdiyi yaxşılıqlara qarşı təşəkkür etməyi də bir borc hesab edər, buna da o birisi qədər qiymət verər. Həmd, qulluq borcu isə, təşəkkür də insanlıq borcudur. İslam dini mənsublarına Allaha həmd etməyi əmr etdiyi kimi, yaxşılıq edən insanlara da təşəkkür etməyi əmr etmişdir.

Bu hissədə təşəkkürün lazımlılıq və ədəbiylə əlaqədar hədislərdən bəzilərini təqdim edirik.

1. Üsamə İbnu Zeyd (r.a) izah edir: "Rəsulullah (əleyhissalatu vəssalam) buyurdular ki:

"Kim, özünə edilən bir yaxşılığa qarşı, bunu edənə: "Cezakellahu heyran (Allah sənə xeyirli mükafaat versin!)" deyərsə təşəkkürü ən mükəmməl şəkildə etmiş olar." [Tirmizi, Birr 86, (2036).]

ŞƏRH:
Əslində yaxşılığa yaxşılıqla, eyni cinsdən əməllə cavab vermək əsasdır. Lakin hər yaxşılığa anında eyni cinsdən əməllə cavab vermək mümkün olmaz, bu məsələdə insanoğlu acizdir. Elə isə təşəkkürümüzü sözlə ifadə etməmiz lazımdır. Bəziləri: "Mükafaat verməkdən əlin qısa qalsa, dua və təşəkkürdə dilini uzun tut" demişdir.

Bu hədisdə Rəsulullah (əleyhissalatu vəssalam), edilən yaxşılığa qarşı, anında ediləcək ən mükəmməl şifahi cavabın yaxşılıq edənə: "Sənin bu yaxşılığın, mənim nəzərimdə o qədər qiymətlidir ki, qarşılığını şəxsən verməkdən acizəm, onu ancaq Allah verə bilər dünyada və ya axirətdə, mənə əvəz O, sizi mükafaatlandırsın" mənasında olmaq üzrə "Cezakellahu heyran" demək olduğunu ifadə edir.

2. Hz. Cabir (r.a) izah edir: "Rəsulullah (əleyhissalatu vəssalam): "Kim bir lütfkarlıq görsə, tapdığı təqdirdə qarşılığını dərhal versin, tapa bilməzsə, verənə tərif etsin. Çünki onu tərifləməklə, təşəkkürünü yerinə yetirmiş olar. Cavab verməyən nankorluq etmiş olar" dedi.

Tirmizinin rəvayətində "... Kim də özünə verilməyənlə bəzənsə iki yalan paltarı geyən kimi olar." bildirilir. [Tirmizi, Birr 86, (2035); Əbu Davud, Ədəb 12, (4813, 4814).]

ŞƏRH:
Bu hədisdə Rəsulullah (əleyhissalatu vəssalam) edilən yaxşılığa, eyni cins bir yaxşılıqla cavabın əsas olduğunu ifadə edir. Çünki "lütfkarlıq" deyə tərcümə etdiyimiz sözün əsli "maddi hədiyyə” deməkdir. Yaxşılığa yaxşılıqla anında cavab verilə bilmirsə, tərif edilməlidir, yəni tərif sözlə, məmnuniyyətimizi ifadə edici, yaxşılıq edəni məmnun edici bir ifadəylə olmalıdır. Bu ona təşəkkür etmək və ya dua etmək surətiylə reallaşar. Lakin nə hərəkətlə, nə də sözlə cavab verməyən nankorluq etmiş olar."

3. Əbu Səid (r.a)dan gələn bir rəvayətdə, Rəsulullah (əleyhissalatu vəssalam) belə buyurmuşdur: "Halqa təşəkkürdə olmayan Allaha da şükr etməz." [Tirmizi, Birr 35, 1955); Əbu Davud, Ədəb 12, (4811).]

ŞƏRH:
İslamın insanlara olan təşəkkür borcunun ödənməsinə verdiyi əhəmiyyəti göstərəcək bundan daha yığcam ifadə ola bilməz. Çünki burada, insana təşəkkür etmək, Allaha həmd etməyə bərabər tutulmaqdadır.

1- Rəsulullahın belə hökm etməsinin səbəbi budur: Qul, Allaha olan şükrünü, Allaha itaət və əmrlərini ifa ilə əksiksiz olaraq yerinə gətirə bilər. Allahın əmrlərindən biri də, Allahın nemətlərinin özünə çatmasında vasitələr vəziyyətində olan insanlara təşəkkür etmək olunca, bu əmrə uymayan, Allahın özünə olan nemətlərinin şükrünü ödəməmiş olar.

2- Təbiətində, insanlardan gələn yaxşılıqlara qarşı nankorluq və təşəkkür etməyə qiymət verməmək olan bir kimsə, nemətləri səbəbiylə Allaha şükrü tərk etməyi  adət  edər.

Elə isə təşəkkürlə yaxından bağlı olan şükrü, Cənab-ı Haqq, tək başına qəbul etməyəcək.

4. Hz. Ənəs (r.a) izah edir: "Muharcirler hicrətlə Mədinəyə gəlib ənsarın köməklərini gördükləri vaxt belə dedilər:

"- Ey Allahın Rəsulu! Biz, çox maldan beləsinə comərdcə verən, az maldan da köməyi  əsirgəməyən bu Mədinəlilərdən başqa bir qövmü heç görmədik! Bizim əvəzimizdə işlərimizi etdilər, həyatımızı nizama qoymaqda köməkçi oldular. Biz (hicrət və ibadətlərimizlə qazandığımız) savabların hamısını onlar alacaq deyə qorxuruq!"

Rəsulullah (əleyhissalatu vəssalam) onlara bu cavabı verdi:

"- Xeyr! Onlar sizin dua və təşəkkürlərinizdən hasil olan savabı alacaqlar." [Tirmizi, Qiyamət 45, (2489); Əbu Davud, Ədəb 12, (4812).]

ŞƏRH:
Təşəkkürün əhəmiyyətini ifadə edən ən əsas məqam hədisin son qismi, Rəsulullah (əleyhissalatu vesselam)ın, narahatlığa düşən mühacirləri təsəlli etmək üçün bəyan etdiyi həqiqətdir:

"Sizə kömək edən ənsarın o böyük köməklərinə, sizin təşəkkür və dualarınızdan hasil olan savab çatacaq. Digər xeyirli işlərinizin, ibadətlərinizin savabı sizə qalacaq."

Bu cavabda Rəsulullah (əleyhissalatu vəssalam), edilən yaxşılıqlar müqabilində, edilən dua və təşəkkürlərin əhəmiyyətini də ifadə etmişdir.


Şərhlər: 10
Baxılıb: 584
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Nezka
Təşəkkür eetməkdə heç bir eyb yoxdu
25 aprel 2015 19:07
# 10
İçimi görsən mənə aptek alarsan.
emis
men tesekkur etmekdepis birsey gormurem salam kimi bu da onemlidi,mende hemise nese serh yazanda axirna mutleq tesekkur sozunu yazmaliyam, men bir seye qiciq oluram xeberlere elece tesekkur yazanlara men hemis eserhimi yazib axirda tesekkurumu bildirirem hormet elameti olaraq bu arada Catwoman666dediyi kimi tsk yazanlara nifret edirem barmaqlari quruyar elebil 2 dene herfde artiq yazsalar 08 tesekkur edirem xeber ucun
25 aprel 2015 16:30
# 9
Catwoman666
mende hemise tessekkur edirem kimse mene meselen nedese komek edende tesekkur edirem bu tesekkur mence aradaki munasibeti de daha yaxsilasdirir. amma bu o demek deyil ki her kes tsk msk yazmalidi serhlere)))deyirem indi bu xeberden sonra yene tsk yazanlar coxalar))
25 aprel 2015 16:26
# 8
"All men must die, but we are not men"

Daenerys Targaryen
aliceWOnDer
tebii ki, tesekkur etmek lazimdi, amma yerinde
25 aprel 2015 16:08
# 7
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
my_angel
Teşekkür etmek en çox sevdiyim etika-medeniyyet qaydalarındandır.Elbette ki, bir insana çekdiyi eziyyet,etdiyi yaxşı emel qarşılığında teşekkür edilmelidir. 22
25 aprel 2015 15:32
# 6
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
vipbetul
twk etmek yaxsi emeldi en azindan qarshindaki dahada sene hormet edegey
25 aprel 2015 13:50
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
aytil
kimse sene tesekkur edirem deyende ozunu xosext hiss edirsen
25 aprel 2015 13:02
# 4
benimki geliyor o da biliyor kalbimi yerden yere vuruyor sarkicicornetto keyfi yolunda aski sonundaicecream
Fialka
Əlbətdə ona edilən yaxşılığın müqabilində hər kəs təşəkkür etməyi bacarmalıdır.
25 aprel 2015 11:32
# 3
BARBI
Her zaman her veziyyetde tesekkur etmeyi bacarmaq lazimdir. Hem sevabdir hem de medeniyyeti numayis etdiri
25 aprel 2015 10:20
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
aziz a
Tesekkur etmek senin insani keyfiyyetlerinin varligindan xeber verir.
25 aprel 2015 09:32
# 1
Qelbim doludu !!!!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz