Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ağlayırsan. Çünki hüznlüsən və gücsüzsən.
Ağlayırsan. Çünki hüznlüsən və gücsüzsən.
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1234
Səs ver:

Ağlayırsan. Çünki hüznlüsən və gücsüzsən.

Ağlayırsan. Çünki hüznlüsən və gücsüzsən.
Ağlayırsan. Bax sən busan. Kövrəksən. İncimisən. İncitmisən. Tərk etmisən. Tərk edilmisən.Getsin. Yoxsan. Ayrısan. Birləşmisən.Getmisən. Gəlmisən. Həyat ayaqlarının altından sürüşür. Başın fırlanır. Səmadakı günəşə və göyьn maviliyinə qarşı duyğuların boza dönmüş. Ürəyinə buludlar toplanır. Boğazın sıxışır. Daralırsan. Çatlayacaq qədər sıxışırsan. Boşalmağın gərək. Bir şəkildə insanın içindəki təzyiq düşməli.Dözə bilmirsən.
Ağlayırsan. Ürəyindəki buludlar gözyaşı sağır.
Ağlayırsan. Ağlaya bilirsən. Fikir vermisənki? Ruhundakı ağrılar kristallaşır. Gözyaşı olur. Hava kütləsinin soyuğa məruz qaldığında yağışa çevrilməsi kimi. Ruhun üşüyür. Titrəyirsən. Çılpaqsan. Qorunmasızsan. Özünü qoruya bilmirsən. Ruhun kömək edə bilmir sənə. ürəyin kömək edə bilmir sənə.
Birlikdə ağlayırsınız. Ürəyin üçün
də özün üçün də ağlayırsan. Ac bir pişik görürsən. Ac bir uşaq diqqətini çəkir. Yetim bir uşaq ürəyinə toxunur. Saralan yarpaqlar ürəyini deşib keçir. Darıxırsan. Buram buram darıxırsan.

Ağlayırsan. Ağladıqca...ürəyin dəlik deşik. Hər şey səni yaralaya bilir. Nə qədər nəzakətlisən. Nə qədər kövrəksən. Çünki insansan.
Ağlayırsan. Yorğunsan. Yaşamaqdan yorğunsan. Ən çox könül yorğunusan.. Yaşadıqların ürəyinin düşəməsinə yığıldı. Bəlkə çox şey yaşamadın. Amma çox ağır şeylər yaşadın. Ürəyini deşir sanki yaşadıqların.
Ağlayırsan. Ürəyini yıxırsan. Bir az da olsa boşalırsan. Ölüm mələyi bu an gəlsə etiraz etməyəcəksən. Dünyanın içindəsən. Amma dünyadan soyumusan. Getmək istəyirsən. Kənara keçmək istəyirsən.

Ağlayırsan.Neyəmi? Hər şeyə. Hər şey üstünə üstünə gəlir sanki. Çarəsizsən. Boşluqdasan. Həyatdasan amma həyatda olduğunu hiss edə bilmirsən. Dayan. Ağladığın üçün zəif olduğunumu söyləyirsən? Əsla demə bunu. Lütfən demə. Tez ol geri götür sözünü. Çünki insansan. Bax buna görə mələklərdən üstünsən. Çünki mələklər gözyaşı tökə bilməz. Çünki mələklərin ürəyi dəlik deşik ola bilməz. Çünki mələklər könül yorğunluğu nədir bilə bilməzlər. Ağlayan insanlara kədərlənmirəm bilirsənmi? Ağlayan bir insan gördüyümdən "niyə ağlayırsan, ağlama, güclü olmalısan" deməyi çok uzun illər əvvəl tərk etdim. Ağlayan bir insan görsəm gözyaşlarını silmək üçün bir dəsmal uzatmaq keçər içimdən.



Şərhlər:
Baxılıb: 1234
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz