Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mən saymağı belə öyrəndim!
Mən saymağı belə öyrəndim!
Göndərən: guler19
Şərhlər: 22
Baxılıb: 899
Səs ver:
Mən saymağı necə öyrəndim sizə bu haqda yazmaq istəyirəm...
Uşaq ikən gözlərim hər zaman əllərimə baxardı, 10 barmaqıma baxardım.Həmişə xəyallar qurrardım sanki barmaqlarım bir biri ilə söhbət edir deyə...
Baş barmaqla, çeçelə barmağım həmişə mübahisə edərdi... amma yenədə hər barmağıma baxdığımda onlar 10 dənədir deyirdim.
Mən 10 rəqəmini belə öyrəndim!
 
Məktəb vaxtı coğrafiya dərsini çox sevirdim. Azərbaycanın coğrafiyası haqda oxuyanda hər zaman qürur duyacaq bir cümləni xatırlardım. Bizim ölkəmizdə 9 iqlim qurşağı var deyə. Kiçik ölkəmiz də olsa ordan 11 iqlimin 9-u keçirdi...
Mən 9 rəqəmini belə öyrəndim!
 
Uşaq vaxtı atam məni bəzi uşaqlarla oynamağa qoymazdı. Onlar sənin tayın deyil deyirdi. Onunla şahmat oynamağımı istəyirdi.
İlk dəfə belə izah etdi. Şahmat 8 sütün, 8 sətir var. Hər 2 sıraya 8 daş düzəcəksən. Şahmat oynamaq üçün bu şahmat löbhəsində ki, 8-lik kombinasiyanı öyrəndim.
Çox oynadıq atamla, həmişə uduzdum amma illər keçdikcə mənim strategiyam dəyişdi. indi mən onu uduram))
Mən 8 rəqəmini belə öyrəndim!
 
Böyüdükcə xarici ölkələri gəzmək meylim artdı əsasəndə dünyanın möcuzələrini görmək həvəsim. O vaxtdan heç bir möcüzəni canlı görə bilmədim amma hər zaman bu 7 möcüzəni görmək ümidi ilə yaşadım. nə olursa olsun bu 7 yerdə olacağımı düşünürəm.
Mən 7 rəqəmini belə öyrəndim!
 
Hələ uşaq ikən danışardılar mənə dindən. Bilmirdim günah olduğunu amma o zaman mən Allaha Allah baba deyə müraciət edərdim.
Kiçik vücüdumdan daim sadəcə 1 dua çıxardı: "Allah baba ana-atamın  canları sağ olsun və onlara çooooooxlu pul yetir"
Böyüdükcə İmanın və İslamın 6 şərtini olduğunu anladım. Bu 6 qaydanı bilməyin və əməl etməyin nə dərəcədə vacib olduğunu öyrəndim!
Mən Allahımdan qorxmaqla bərabər onu sevməyi öyrəndim!
Mən 6 rəqəmini belə öyrəndim!
 
Uşaq ikən insanlar tez böyüməyə can atar.Mən də elə düşünən biri idim. Tez böyümək istədim amma böyüdükcə həyatdan çox dərslər alırsan, bəzən bezirsən bəzən isə həyata bağlanırsan. amma bu həyatdan 5 əsas qaydanı öyrəndim ki, bunlar olmasa həyat sənə daim şirin gələr.
Bu 5 qaçınılası şeylər: Yalan, Qiybət, Paxıllıq, İki üzlülük və Cahillikdir!

Mən 5 rəqəmini belə öyrəndim!
 
İnsan kiçik yaşlarında qonşu uşqlarla dostluq edər. Mənimsə uşaqlıqda dostum yox idi, atam qoymazdı onlarla oynayım deyə... həmişə onlar oxumur bütün gün həyətdədirlər sən onlaramı qoşulmaq istəyirsən dedi... bax belə keçdi illərim, dostsuz... böyüdükcə artıq seçim etməyi,  kimə dost deməyi öyrəndim...
İstər sevincli anımda istər kədərli anımda yanımda olan 4 dostum olduğunu öyrəndim. Bu 4 dostumun mənə nə dərəcədə yaxın, səmimi və bacı olduğunu gördüm.
Mən 4 rəqəmini belə öyrəndim!
 
Cəmiyyət insana nələri öyrətmir ki... bəzən deyirik cəmiyyətin fikri bizə vacib deyil amma hər zaman cəmiyyətdə müəyyən mövqeyə gəlməyə çalışırıq.
Bir insanın cəmiyyət də yer tutması, daim sevilən daim hörmət olunan insan olması üçün 3 qızıl qaydanı unutmamalıdır!
Ağıl, vicdan və mənəviyyat!
Ağıllı insanlar nə üstün insanlardır, hansı ki ağlı ilə nə nailiyyətlər əldə edir. Amma ağıllı insana ağıllıdır dedizdirəcək sözlər onun vicdanıdır.
Daim vicdanlı olan insanlar ağılları ilə hörmət qazanırlar. amma bütün bu qazandıqlarını qorumaq üçün isə Mənəviyyatın olmalıdır! Mənəviyyatsız insan ağıllı belə olsa kimsə ona ağıllı deməz, kimsə onu dəstəkləməz...
Odur ki bu 3 qaydanı heç vaxt unutmayın. Mən bunları cəmiyyətdən öyrəndim.
Mən 3 rəqəmini belə öyrəndim!
 
Bəzən ətrafıma nəzər yetirində kimə yaxşı kimə pis deyəcəyimi bilmirəm... bəlkədə tanıya bilmirəm.. amma zaman keçdikcə biz Azərbaycanlılar kimin pis olduğunu öyrəndik. Mən artıq bilirəm kimdir bizim düşmənlərimiz. Onlar sadəcə 2-dir... sadəcə 2 düşmənimiz var! ruslar və ermənilər!
Bu 2 düşməndir bizi yox etmək istəyən, daim bizi əzən, əziyyət verən və torpaqlarımıza göz dikən! odur ki unutmayın bu 2 düşməni!
Mən 2 rəqəmini bele öyrəndim!

 
Uğrunda nə çox şəhidlər verdiyimiz bu quru torpaq adlandırdığımız yer sadə bir torpaq parçası deyil o VƏTƏNDİR!
Mən illər böyü 1 tək vətənim olduğunu öyrəndim! İstər dünyanın o başında istərsə də yerin qatında belə yaşasam mən sadəcə 1 vətənim olduğunu anladım!
Daim sömürülsə də başını daim dik tutan 1 vətənimin olduğunu öyrəndim!
Mənim 1 vətənim, Azərbaycanım var!
Mən 1 rəqəmini belə öyrəndim!
 
1-dən 10-a qədər saymağı mən həyatımda belə öyrəndim! amma Həyatımda daha vacıb bir rəqəmi də öyrəndim!
Bu sonsuz işarəsidir. Biz bu sayını çox az hallarda istifadə edirik amma ən çooooxunu, ən yüksəyini göstərmək üçün istifadə edirik!
Bu yüksəklik ANADIR!
O sonsuzdur. Onu nə 1- kimi nədə onu əvəz edən (3-2) kimi göstərə bilmirik. O əvəz olunmazdır!
O var olub və sonsuza dək var olacaq yaradılandır! O daim seviləcək daim hörmət ediləcək və daim sitaiş olunacaq varlıqdır.
O heç bir qarşılıq gözləmədən, ona pislik etsən belə səni sonsuzadək sevəcək tək insandır!
Analar ölmür! Onlar sevgiyə çevrilir və övladlarının ürəklərinə dolur. Onlar daim sonsuza dək yaşayır!!!
Sən mənim qibləmsən ANA!


Şərhlər: 22
Baxılıb: 899
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ALESSANDRA
maraqli xeberdii öz dilindne di yoxsa hardansa götürmüsən?
4 may 2015 19:09
# 22
Don't trust anyone ∆
emis
maraqli xeberdi ama menim yadima gelmir men nece oyrenmisem saymagi deyesen hec mektebe getmirdim ele mende 0 dan sona qeder saymagi bilirdim. ama milyonlari trilyonlari qarisdiridim birce. cox gozel hazirlamisan bacim tesekkurler
17 aprel 2015 13:39
# 21
tatyana
5reqemini cox gozel oyrenibsen.
cox maraqliydi,paylasdigina gore tsk
16 aprel 2015 11:33
# 20
DEDILER ,,COX UREYI YUMUSAQ OLMA,,
NIYESINI SORUSANDA ISE DEDILER
,,NE QEDER UREYI YUMUSAQ OLSAN,
O QEDERDE TALEYIN CETIN OLAR,,......DOGURDANDA TALEYIM UREYIMIN YUMUSAQLIGINDAN DAG CEKIR MENE....
Turkan Abbasova
Cox gozel menali xeberdi.
15 aprel 2015 22:58
# 19
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
Antikvar
Hələ uşaq ikən danışardılar mənə dindən. Bilmirdim günah olduğunu amma o zaman mən Allaha Allah baba deyə müraciət edərdim.
Kiçik vücüdumdan daim sadəcə 1 dua çıxardı: "Allah baba ana-atamın canları sağ olsun və onlara çooooooxlu pul yetir"
Böyüdükcə İmanın və İslamın 6 şərtini olduğunu anladım. Bu 6 qaydanı bilməyin və əməl etməyin nə dərəcədə vacib olduğunu öyrəndim!
Mən Allahımdan qorxmaqla bərabər onu sevməyi öyrəndim!
Mən 6 rəqəmini belə öyrəndim!


Burdakir butun cumleler meni tami tamina anlatdi ve buda meni duygulandirdi.Beli men ve her gece uzandigim yerden ellerimi allahima uzadib dua eden balaca saf,temiz qelbli qiz...anam,atam ve qardasim ucun saatlarca dua eden qiz necede boyudu qelbinde zerif ,duygusal olsada onu oz inadkarligi,daha cox qeddarligi ile ortmeye calisir...Bax bu zaman men neinki reqemleri butunlukde heyati oyrendim.Oyrendiklerim ile oz ovladlarimi boyutmey ile arzularima catmaga calisiram.

Gulerim cox maraqli menali xeber oldu.Ellerine sagliq)
15 aprel 2015 22:40
# 18
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Meleknur
Men saymagi amma bacimdan oyrenmiwem bacim oyredib mene
15 aprel 2015 22:01
# 17
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
Catwoman666
vallah men ozumu bildim bileli 0dan laaaaap boyukler qeder saymagi bilirdim. ddaha sahmat oynayib 8i, 7ni 3 quzil qqaydani falan oyrenmedin))))))oz ozume yani ))))
15 aprel 2015 21:24
# 16
"All men must die, but we are not men"

Daenerys Targaryen
tek umidim sen
Xeber cox gozeldi,oxuduqca tesirlendim,bir anliq,men saymagi nece oyrendiyimi xatirlamaga basladim... Halal olsun her sey ela idi. Sadece bir iradim var. “Məktəb vaxtı coğrafiya dərsini çox sevirdim. Azərbaycanın coğrafiyası haqda oxuyanda hər zaman qürur duyacaq bir cümləni xatırlardım. Bizim ölkəmizdə 9 iqlim qurşağı var deyə. Kiçik ölkəmiz də olsa ordan 11 iqlimin 9-u keçirdi...” Bu fikir duzgun deyil. En cox iqlim qursaginda yerlesen Atlantik ve Sakit okeanlardi,onda bele cixirki Azerbaycan onlardan da boyukdu? Azerbaycan 2 iqlim qursaginda yerlesir!
Bir daha tesekkur edirem... 01
15 aprel 2015 21:10
# 15
Kadın derin ama adam yüzme bilmiyor...
lelos
Maraqli idi
15 aprel 2015 21:05
# 14
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
aziz a
Inaninki, cox cox super xeber oldu tebii ki hamimiz 1 10 qeder muxtelif yolarla iyrenmisik, amma bacimizin versiyalari cox ela idi, tesekkur canim bacim.
15 aprel 2015 20:08
# 13
Qelbim doludu !!!!
aytil
tesekkur maraqliydi
15 aprel 2015 20:08
# 12
benimki geliyor o da biliyor kalbimi yerden yere vuruyor sarkicicornetto keyfi yolunda aski sonundaicecream
Qlamurr
Ən gözəli bilirsiniz nədir,bu rəqəmləri bizə öyrədəndə analarımızdır))Çox maraqlı xəbər oldu,bilmədiklərimizi öyrəndik,sonunda da analarımızın nə qədər dəyərli olmasını.Təşəkkür
15 aprel 2015 19:13
# 11
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
my_angel
Böyük maraq hissləri ilə oxudum.Axırıncı hissəlri valideynlərlə əlaqəli olduğu üçün daha da xoşladım,çox sağolun belə gözəl məlumat üçün. :)
15 aprel 2015 18:35
# 10
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
Tomris Müslümova
ne maraqli xeberdi bu? xosuma geldi ferqlidi
15 aprel 2015 18:34
# 9
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Zeynep_Fatih
Cox maraqla oxudum
15 aprel 2015 18:33
# 8
Nezka
Fərqlı xəbər alınıb
15 aprel 2015 18:28
# 7
İçimi görsən mənə aptek alarsan.
aliceWOnDer
Cox bəyəndim zatən hər şeyi onlar oyrədir bizə
15 aprel 2015 18:26
# 6
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
BARBI
Analar neinki saymagi yazmagi oxumagi yerimeyi durmagi ve en nehayet heyati oyredir . Allah onlari qorusun
15 aprel 2015 18:10
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
WiRiN BaLaM
cox maraqlidir ,, sonunu ise lap cox beyendim,, ellernize sagliq
15 aprel 2015 18:04
# 4
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
vipbetul
cox gozel yazidi,nege deyerler lap elifba kimidir,tesufki bizim iki deyil dahha cox dushmanimiz var,buda bizim ne qeder boyuk guclu var olan dovletimizin gosderigisidr
15 aprel 2015 17:59
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Marta
cox maraqla oxudum ve cox beyendim ureyinize sagliq..
15 aprel 2015 17:49
# 2
Немного терпения, и у тебя все получится..
Fialka
Çox göxəl, maraqlı xəbərdi və hər bir rəqəmin öyrənilməsi çox maraqlı maarifləndiricidi sonda isə həqiqətən analar əvəz olunmazdır və bizim qibləmizdir)... Paylaşana təşəkkür)
15 aprel 2015 17:38
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz