Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Güllərin mənası nədir?
Güllərin mənası nədir?
Göndərən: ismayilova ulker
Şərhlər: 22
Baxılıb: 1906
Səs ver:
Gül dəstəsi hədiyyə vermək qədim adət olsa da, bu gün də dəbdədir. Əsrlər boyu güllər hədiyyə etdiyin adama deyə bilmədiklərini ifadə edib. Amma tədricən onların mənaları unudulmağa başlayıb.

Gül mağazalarında ən çox alınanı qızılgüllərdir. Müştərilər daha çox qırmızı qızılgüllərə üstünlük verirlər. Demək olar ki, bu gül əsrlərin sınağından keçib. Ona qarşı maraq indiyə kimi itməyib. Bu güllərin 35 milyon il əvvəl də bitdiyi müəyyən olunub. Qızılgül gözəllik və sevgi rəmzi hesab olunur. Bu güllər rənginə görə fərqli məna verir. Hamıya məlum olduğu kimi qırmızı qızılgüllər "səni sevirəm" deməkdir, çəhrayılar isə hədiyyə etdiyin insana qarşı incə hisslərin varlığını göstərir. Qırmızı ilə ağ qızılgüllərin vəhdətindən ibarət gül dəstələri birlik, sarılar sevinc mənasını verir. Lakin qızılgüllərdən fərqli olaraq digər sarı güllər xəyanətə işarədir. Qara qızılgüllər isə bitməz kədərdir.

Qırmızı dağ laləsi də "səni sevirəm" mənasını verir. Məşhur güllərdən olan zanbaq isə təmiz sevgiyə xoşbəxtliyə, harmoniyaya işarə edir. Qırmızı zanbaq sevgi etirafıdırsa, sarılar münasibətə görə sevinmək deməkdir. Bundan başqa orxideyalar da sevgiyə işarədir.

Süsən, çəhrayı qərənfil kimi gülləri isə dostlara, tanışlara hədiyyə vermək lazımdır. Belə ki, bu güllər dostluq, etimad mənalarını verir. Papatya, yonca kimi bitkilər isə gənclik rəmzidir. Papatyadan gül dəstəsini hədiyyə etməklə həmin adama qarşı zərif hisslərinin olduğunu etiraf edirsən. Yaddaşçiçəyi, xrizantema, zanbaq kimi güllər sadiqlik rəmzidir. Ötənləri geri qaytarmaq niyyəti ilə isə adətən akasiya, yasəmən, lavandanın hədiyyə olunur.

Nərgiz gülü özünə aludə olmaq mənasının verir və eyni zamanda günəş, işıq və yaz rəmzidir. Nərgiz güllərindən hədiyyə "Sənin yanında olmaq məni xoşbəxt edir" deməkdir. Mimoza isə utancaqlıq və həssaslığa işarədir. Bəzən mimoza sizə qarşı olan gizli hisslərdən də danışa bilər. Sirli sevgi haqqında bənövşə də xəbər verir. Qardeniya gülünü hədiyyə etdikdə isə adətən həmin adama layiq olmadığını boynuna alırsan.

Hədiyyə olunan gül dəstəsi hisslərin soyumasına da işarə ola bilər. Bəzi gül dəstələri ayrılığın gözlənildiyindən xəbər verir. Bu, əsasən, sarı rəngdə olan gül dəstələrinə aiddir. Bununla yanaşı, sarı uğur və günəş rəngidir. Belə gülləri incəsənət adamlarına hədiyyə edirlər. Sevgiliyə hədiyyə isə ayrılıqdan danışır. Sarı xrizantema, qızılgül qısqanclıq, ayrılıq, deməkdir. Bundan xəbəri olanları belə hədiyyə sarsıda bilər.

Çəhrayı güllər insana qarşı yaxşı münasibətdən danışır. Belə gülləri kişiyə və qadına hədiyyə etmək olar. Qırmızı rəngli güllər isə yalnız çox sevdiyin insanlara hədiyyə verilə bilər. Bu, həm sevgili, həm də qohum və ya dost ola bilər. Tünd qırmızı qızılgül ehtiras mənasını verir. Təmizlik rəmzi hesab olunan ağ rəng toy və mərasimlər üçün idealdır. Bənövşəyi və göy güllərdən hədiyyə isə "siz gözəl və kübarsız" mənasını verir".

Güllərin sayına görə mənalarının çoxu unudulub. Hər şey zaman keçdikcə dəyişir, lakin güllər bu gün də xanımların sevimli hədiyyələri olaraq qalır. İndi artıq güllər sms, mms və elektron poçt vasitəsilə ilə də hədiyyə olunur.


Şərhlər: 22
Baxılıb: 1906
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Antikvar
Quzilgulu cox sevirem.Rengi qoxusu meni valehedir)Amma evde dibceklerde boyuyen gullernen hec aram yoxdu.Nezer bele yetirmirem eksine yoldasim gulleri cox sevdiyinden o baxir sulayir gulleri)
20 aprel 2015 01:09
# 22
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
FISTIK
Ele bele oteri bilirdim. Ulker xeberin yayimda amma ozun coxdan gorunmursen haralardasan?
20 aprel 2015 01:06
# 21
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
emis
Gülləri sevməsəm də mənalarını bilirdim hər birinin mənasına görə hədiyyə etmək LAZIMDI. BİR DAHA XATIRLATDIGIN ÜÇÜN TƏŞƏKKÜR EDİRƏM CANIM
20 aprel 2015 00:14
# 20
rəmsə
Kişilər gülləri hədiyyə edəcək qədər kübar olsunlar,mənalarını bilməsələr də olar01
19 aprel 2015 23:17
# 19
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Nergız33
Cox sevire gülleri
19 aprel 2015 18:06
# 18
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
Miss_Angel
guler menimm her weyimdi 20
19 aprel 2015 17:58
# 17
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
vipbetul
gulleri cox sevmirem
19 aprel 2015 17:15
# 16
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
qanadli melek
Gulleri cox sevirem
19 aprel 2015 15:47
# 15
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Dosta_inam
gülleri çox sevirem,menalarini bilsemde ferq etmir,ürekden hediyye olan gülün çiçeyin kimdi menasin axtaran qelb sevinir o besimdir,teşekkür.
19 aprel 2015 15:47
# 14
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
BARBI
Mende gulleri seven deyilem . Umumiyetle orxideyani beyenirem gozel gorunusu var
19 aprel 2015 15:43
# 13
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
naz_vefa
Qirmizi ve qizil gul en sevdiyim gulerdi ve tebiki yasem gullu
19 aprel 2015 14:56
# 12
Bədən çox yükü daşıya bilər, amma ürək hər sözü daşıya bilməz...
Fialka
Bütün gülləri sevirəm, hər biri özünə məxsus gözəldi və mənaları haqqında da məlumatım var, qızılgüllərdən rənginə görə ən çox qırmızı və mavi olanları bəyənirəm..
19 aprel 2015 13:59
# 11
Catwoman666
Menalarini bilirdim. Amma menalari menim ucun adidir yeni daha dogrusu mene ferq eetmur. Bir gulu seviremse renginin anlami nedi maraqli deyil))men sevdiyim gul yasemendi. Hele bir defe mektebimizn direktoruna da yasemenden buket hazirlamisdim. Coooox beyendi. Sen deme ele onun da en ssevdiyi gul yasemeniymis. Hemin gulu eelimde gorende sinif rrehberimiz hevesle sorusdu ki onu kime getirirbsen. Dedim direktora. Ele bil yazoq bir aaz sindi)))seherisi gun ona da basqa gullerden qarisiq buket duzeldib aparib otagina qoydum ))))yeni deyirem nece dusunceli qqizamee)))

Sitat: Fidan Q-ova
Mən gulu hec sevmirəm ətrafımdakı insanlar deyir ki mən sənin kimi qız gorməmişəm qızlar gulu sevəndi axı mən sevmirəm

wexsen men kaktusi gullerden daaha cox sevirem122
19 aprel 2015 13:46
# 10
"All men must die, but we are not men"

Daenerys Targaryen
WiRiN BaLaM
coox sevirem gulleri en coxda tek qizilgulu ve ag gulu 20
19 aprel 2015 13:43
# 9
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Rakella
men de en cox qirmizi qizilgulu sevirem
19 aprel 2015 13:08
# 8
Impossible is not a word,it's just a reason for someone not to try
Nur k-off
Men daha çox yasemen ve çobanyastihini beyenirem
19 aprel 2015 13:08
# 7
SVETA
Meleknur
Gulleri sevmeen qadin var goren bu dunyada her gulleri iyledikce Peygember (s.e.s) xatirlayin
19 aprel 2015 12:44
# 6
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
Tomris Müslümova
bilirdim menalari haqqinda 20
19 aprel 2015 12:39
# 5
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Nezka
Gülləri sevirəm ama hələ verən olmayıb
19 aprel 2015 12:29
# 4
İçimi görsən mənə aptek alarsan.
Zeynep_Fatih
Gulleri cox sevirem ama menalarini bilmirdim.tewekkur edirem))
19 aprel 2015 12:19
# 3
aliceWOnDer
Mən gulu hec sevmirəm ətrafımdakı insanlar deyir ki mən sənin kimi qız gorməmişəm qızlar gulu sevəndi axı mən sevmirəm
19 aprel 2015 12:15
# 2
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
my_angel
Gülləin mənası maraqlı oldu,bilmirdim,öyrənmiş oldum 20

Təşəkkürlər 20
19 aprel 2015 12:13
# 1
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz