Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yuxularımızı kimlər yoza bilər?
Yuxularımızı kimlər yoza bilər?
Göndərən: Miss_Azerbaijan
Şərhlər: 21
Baxılıb: 1805
Səs ver:
İnsanlar həyatlarının təxminən 31%-ni yuxuda keçirirlər. Bu da 60 illik bir ömrün 20 ili deməkdir. Yuxu, gündəlik işlərdən yorğun düşən insan bədəni və sinirlərinin istirahət etmə zamanıdır.

Yuxuda yaşananlar inanılmayacaq qədər sürətlə baş verir. Bir neçə dəqiqəlik yuxu əsnasında belə çox uzun davam etdiyini düşündüyümüz qəribə, çaşdırıcı və çox dəyişik hadisələr bir-birini izləyir. Qədim dövrlərdən indiyədək primitiv cəmiyyətlərdə yuxulara çox önəm verilir. Qədim insan yuxuların qorxulu tanrılar tərəfindən verilən ərmağan və cəza olduğunu düşünürdü. Daha sonra kahinlər görülən yuxuları şərh etməyə başladılar. İlk yuxu şərhçilərinin hansı dövrdə meydana çıxdığı bəlli olmasa da, o dövrlərdə Babil kahinləri adıyla məşhur idi. Zamanla müəyyən yuxuların mənaları da konkretləşməyə başladı. Qədim misirlilər, yunanlar və ərəblər yuxuyozmaları haqqında kitablar yazmağa başladılar.

Mütəxəssislərə görə, yuxu bir neçə səbəblə görülür. Psixoloq Aynur Əlibəyli bildirir ki, aparılan araşdırmalara görə, yuxular 6 cür olur. Yorğun, hər zaman eyni mövzu haqqında düşünən insan qarmaqarışıq yuxular görür: "Bu cür yuxular yozulmur. Məsələn, televiziyada həyəcanlı bir filmə baxan insan həmin hadisələri yuxusunda görə bilər. Bu, filmin təsirindən görülən yuxudur".

İkinci növ yuxular kabus və qarabasmalardır. Məsələn, yuxuda gözəl bir hadisə qorxunc hal ala bilər, gördüyünüz insanların üzü dəyişə bilər. Kabus yuxuların yozumu olmur. Kabusları, yuxuda bir dəfə görülən qorxuducu səhnələrlə qarışdırmamaq lazımdır.

Psixoloq deyir ki, qarabasma görən insan yuxuda olduğunu hiss edərək oyanmaq istəyir, amma bacarmır. Yuxudan ayıldığını düşünər və kabus davam edər. "Hər bir insan həyatı boyu bir neçə dəfə kabus görür. Tez-tez kabus görən insanların sinirləri zədələnmiş ola bilər. Belə insanlar həkimə müraciət etməlidir".

Üçüncü növ yuxular isə gerçəkləşən yuxulardır. Hansı ki, belə yuxular dəyərli yuxulardır. Ümumiyyətlə, hissiyyatlı insanlar, kahinlər belə yuxular görə bilirlər. Məsələn, insan illərdir rast gəlmədiyi dostunu yuxusunda görə bilər. Bir müddət sonra həyatda dostu ilə qarşılaşar. Belə yuxular gerçək yuxulardır. Bu cür yuxu görənlər diqqətli davranmalıdırlar. Gördükləri şeyləri yaxşıya yozmağa çalışmalıdırlar.

Dördüncü növ yuxuları hər kəs görür. Belə yuxular tez-tez görülən yuxulardır. Məsələn, insan yuxuda uzun-uzadı hadisələr görsə belə, yadında ancaq müəyyən hissələri qalmış olur. Yadda qalan anlar yozula bilir. Yuxuyozmaları belə yuxular üçün önəmli hesab edilir. Belə yuxularla da diqqətli olmaq lazımdır. Çünki yuxu necə yozulursa, elə də həyata keçir.

Beşinci növ yuxular yuxu içində görülən yuxulardır. Belə yuxu zamanı insan yuxusunda gördüyü yuxunu elə yuxusunda da yozar. Və bu da gerçəkləşər.

Altıncı növ yuxular maraqlı yuxulardır. Çünki bu yuxuları insan həyatı boyu dəfələrlə görə bilir. "Məsələn, yuxusunda daim eyni evə girdiyini, eyni küçədə durduğunu və s. görə bilər. Halbuki özü nə o evi, nə də küçəni tanıyır. Və ya insan yuxuda eyni hadisəni dəfələrlə təkrar yaşaya bilər".

Mütəxəssislərin fikrincə, görülən yuxular yatdığımız zamanın 10020-ni təşkil edir. Belə ki, 8 saat yatan bir insanın yuxusunun ilk saatı ağır və yuxusuz keçir. Bundan sonrakı on dəqiqə içində yuxu görülür və sonra yenə bir yarım saat davam edəcək ağır yuxu dövrəsi başlayır. Sonra iyirmi dəqiqəlik bir yuxu və yenə bir yarım saatlıq ağır yuxu. Beləcə yuxu bitir.

Psixoloqlar bildirirlər ki, 20 saniyəlik bir yuxuda 6 aylıq zaman yaşana bilər. Amerikalı doktor Klein bir neçə könüllü üzərində apardığı araşdırmasından sonra bildirib ki, insanlar 3-5 saniyə ərzində gördükləri yuxuları saatlarla danışa bilir. Klein araşdırması zamanı belə qənaətə gəlib ki, ən uzun görülən yuxu 90 saniyəni keçmir.

Parapsixoloq Nailə Sultansoyun dediyinə görə, yuxunu hər adam yozmamalıdır. Yuxu yozan insanın 6 hissi olmalıdır. Yuxu yozan qarşısındakı insanın bütün hallarını nəzərə almalı, əsəbi problemlərə yol aça biləcək şərhlər verməməlidir. "Yuxular mütləq şəkildə yaxşıya yozulmalıdır. Yuxuyozan şəxsin dinlər, ənənələr, mədəniyyətlər və s. haqqında məlumatı olmalıdır".

Parapsixoloq bildirir ki, qəza zamanı görmə qabiliyyətini itirənlər yuxularında vizual obrazlar görə bilərlər. Doğuşdan görmə problemi olan insanlar isə şəkilli, obrazlı yuxu görə bilməzlər. Onların gördükləri yuxular qoxu və mənəviyyatla bağlı ola bilər. "Zehnimiz heç yoxdan simalar yarada bilməz. Yuxuda qarşılaşılan sifətlər həyatımızda üz-üzə gəldiyimiz, lakin kimə aid olduğunu bilmədiyimiz sifətlərdir. Hamımız həyatımız boyunca çox sayda sifət gördüyümüz üçün yuxumuzda da sərhədsiz görmə qabiliyyətinə sahibik. Yuxular simvolik mesajlar verir. Kişilər daha aqressiv yuxular görürlər".

Həmsöhbətimizin sözlərinə görə, səhər saat 4-5 arası görülən yuxular 3 gün ilə 2 ay arasında həyata keçir. Saat 10-11 arası görülən yuxular 15-30 gün, saat 12-də görülən yuxular eyni gündə gerçəkləşir. Günortadan sonra - saat 3-4 arası görülən yuxular 1-2 günə reallaşır. Axşamüstü görülən yuxular yozulmayan yuxulardır və gerçəkləşməz.

N.Sultansoy hesab edir ki, yuxunun gerçəkləşməsi görüldüyü günlə də izah edilə bilər. Məsələn, ayın 6-da görülən yuxu 1-2 günə, ayın 9-da görülən yuxu həmin gün gerçəkləşər. Ayın 10-da görülən yuxu 20 günə, 13-ü görülən yuxu 9 günə, 14-ü görülən yuxu 26 günə, 15-i görülən yuxu 3 günə, 16-sı görülən yuxu 2 günə gerçəkləşər. Ayın 28, 29 və 30-da görülən yuxular eyni gündə çin olur.

Çox xörək yeməkdən və ya spirtli içki qəbulundan sonra görülən yuxular yozulmamalıdır. İnsanlar gördüyü yuxuların 90 faizini unudur. Yuxu görmədiyini deyən insanlar da yuxu görür, ancaq unutduğu üçün görmədiyini düşünür. Hər insan rəngli yuxu görə bilmir. Rəngli yuxuları qadınların 60 faizi görə bilir. Mütəxəssislər bunu düşüncələrin rəngarəngliyi ilə əlaqələndirirlər.


Şərhlər: 21
Baxılıb: 1805
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Yusif Ulker
men qabaglar cox yuxu gorurdum indi yuxu zad gormurem yuxulara dehset inaniram men
18 aprel 2015 04:54
# 21
heyat wahmat kimidi....men sah sen mat men seni itirsem bir dawin iter sen meni itirsen oyun biter.......
aytil
cox ele inana bilmirem
17 aprel 2015 11:54
# 20
benimki geliyor o da biliyor kalbimi yerden yere vuruyor sarkicicornetto keyfi yolunda aski sonundaicecream
ayan97
Yuxularim cox vaxt duz cixir birdeki.kimse menim haqqimda danisanda axsam yuxuma girir.. coox yoxlamisam, arada unuduram amma aradada 1 ay hemin yuxunu xatirlayiram, beynime qaziilir
17 aprel 2015 01:26
# 19
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
Zeynep_Fatih
Cox vaxt yuxularim yadimdan cixir
16 aprel 2015 21:15
# 18
Catwoman666
yuxularim yaddan cixariram cox vaxt amma men qorxulu yuxu gorende ya da nese mistik yuxular gorende butun gun hemin yuxu haqqinda fikirlesirem nece defe olub ki qorxulu yuxular gormusem. Bu yuxu yozma elmi de coooox derindi
16 aprel 2015 21:01
# 17
"All men must die, but we are not men"

Daenerys Targaryen
emis
gorduyum yuxularin her birine birine inaniram., gelecekde 10 ilden sorada olsa o gorduyumuz yuxu cin olur. men sahidi olmusam.meselen bir nece il evvel gorduyum yuxu indi cin oluyr ve hemin ani yasaynda kecmisdeki yuxum yadima dusur.men deyerem ki belkede mennen cox yuxu goren olmaz. deyilene gore 13 saniyeden artiq yuxu gormek olmur men o 13 saniyenin icine 13 dene yuxu sigdiriram. hec cox vaxt bezileri yadimda qalmir. birden sohbet dusende nedense menim yadima yuxum dusur. bu sohbetden cox vaxt gorduyum yuxular axsam yadima dusur.seher seher yuxudan qalxanda aynaya baxan kimi adamin yuxu yadinnan cixir. birden gece yuxu goren vaxti ayilanda qayidib yene yatanda yarimciq yuxumun arxasini gore bilirem..yuxulari mende hemise yozduram daha dogrusu burdaki yuxu yozma bolmesine baxiram her gun dehset inaniram yxuma tesekkurler
16 aprel 2015 20:44
# 16
Madina
Maraqli melumat idi,yuxularimi ozum yozuram,her gun de rengareng yuxular gorurem ve gercekleri de cox olur.
16 aprel 2015 20:42
# 15
Kucuk bir soz yakarsa icini,
Dost bildiklerin anlamazsa seni,
Bos ver dokme icine
Koy alnini secdeye,al eline tesbihi
Vallahi ondan basqasi anlamaz seni.
tek umidim sen
Cox vaxt yuxularim yadimda qalmir...Yuxumnan yarimciq durguzulmasinnan zehlem gedir...
16 aprel 2015 20:06
# 14
Kadın derin ama adam yüzme bilmiyor...
Sucan
Men ne gercek yuxu gorurem nede hecne
16 aprel 2015 19:36
# 13
Nezka
Bir neçə gündü ki yuxu görmürəm
16 aprel 2015 19:20
# 12
İçimi görsən mənə aptek alarsan.
Tomris Müslümova
yuxularin duz cixdigi da olur bezen oda duz yozan lazimdi

yuxularin duz cixdigi da olur bezen oda duz yozan lazimdi
16 aprel 2015 19:09
# 11
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Rakella
tekce Yusif peygemberin yuxuyozmasina inaniram o da indi mumkun olmadigina gore hec yozmaga cehd bele etmirem yuxularin az qismi seher duranda yadima gelir ama bezen olur ki bezilerini zaman kecdikce xatirlaya bilirem Demek olar ki hemise menfi sonluqlu yuxular gorurem ama maraqli burasidi ki qorxulu filmlere cox baxiram ama hemin gece yatanda qorxulu yuxu gormurem
16 aprel 2015 19:04
# 10
Impossible is not a word,it's just a reason for someone not to try
Nur k-off
yuxumu ozum yozuram 02
16 aprel 2015 18:56
# 9
SVETA
aliceWOnDer
yuxu gormeyime baxmayaraq hec de cin olmur
16 aprel 2015 18:23
# 8
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Luna-90
Mende qeyri adi yuxular gorurem herdenbir.bir defe gormusdumki silahla vuruldum o yuxunu real kimi gorub yasamisam .nece vaxti o yuxunu unuda bilmirem.bir defede gormusem atam olub o qeder agladimki yuxuda oz honkurtume ayildimki realdada aglayiram.

Pis yuxu gorende butun gun onu fikirlesirem ancaq hec kime danismiram gunu basa vurub gorurem hecne pis bir sey olmadi sevinirem.
16 aprel 2015 18:21
# 7
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Meleknur
cox yuxu gorurem qatma qariwig
16 aprel 2015 18:17
# 6
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
Nazan
yuxum uzun olmasina baxmayaraq, menim de yuxularim yadimda qalmir
16 aprel 2015 18:10
# 5
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
BARBI
Gorduyum yuxular yadimda qalmir. Eger yuxu gorsemde her zaman yaxsiliga yozuram.
16 aprel 2015 18:06
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
vipbetul
yuxularima inaniram,beli yuxunu her zaman yaxsi yonde yozmaq lazimdirki yuxumuz yaxsi alinsin insallah
16 aprel 2015 18:01
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fialka
Çoxda yuxu görən birisi deyiləm, görəndədə nadir hallarda olur, bəlkədə görürəm ancaq duran kimi silinir yaddaşdan)) birdə yuxuları çin çıxanlardan deyiləm, ama çıxanlar var, nə görsələr çin olur , bu da maraqlıdı əlbətdə..
16 aprel 2015 17:49
# 2
Dosta_inam
Mende yuxu görürem,ancaq gördüyüm bezi yuxular gerçek olur.
16 aprel 2015 17:48
# 1
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz