Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Saatların çəkilməsinin faydaları və zərərləri
Saatların çəkilməsinin faydaları və zərərləri
Göndərən: Wiyinka
Şərhlər: 11
Baxılıb: 740
Səs ver:
Dünyada 120 ilə yaxındır ki, tətbiq edilən bu prosedur 15 ilə yaxındır ki, Azərbaycanda da gerçəkləşdirilir və bu addımın əsas səbəbi kimi iqtisadi səmərə göstərilir. 

Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il tarixli qərarına əsasən, respublika ərazisində hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçid tətbiq edilməyə başlayıb. Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi gerçəkləşdirir.

Lakin bu prosesin baş vermədiyi ölkələr də var. Bir çox elmi-tədqiqatlar yay vaxtina keçidin insan sağlamlığına mənfi təsir etdiyini nümayiş etdirir. Rusiyada aparılan araşdırmalara və statistikaya əsasən, yay vaxtına keçidin ilk beş günündə, infarkt səbəbindən ölüm halları 75 faiz, digər səbəblərdən ölüm halları 12 faiz artır. Aparılan sorğunun nəticələrinə əsasən müəyyən olunub ki, saat əqrəblərinin çəkilməsi daha çox uşaqlara və xəstələrə mənfi təsir göstərir. Rusiyanın Tibb Elmləri Akademiyasının alimlərinin apardığı elmi araşdırmaya əsasən, qışdan sonra insanın orqanizmi zəifləyir, ona görə də saatlara müdaxilə edilməsi, onların irəli-geri çəkilməsi məsləhət görülmür. Alimlərin fikrincə, bu zaman daha çox xroniki xəstəlikləri olan insanlar əziyyət çəkir. Keçid dövrü - yəni yay və qış vaxtına keçilməsi insan səhhətinə mənfi təsir göstərir. Statistikaya əsasən, saat əqrəblərinin çəkilməsi aşağıdakı hallara səbəb olur: infarktların sayı 1,5 dəfə artır; intiharların sayı 0,66% artır; təcili yardıma müraciətlərin sayı artır.

Bundan əlavə insanların əmək qabiliyyətində də azalma müşahidə edilir. Buna əsasən, alimlər yay vaxtının insan səhhətinə mənfi təsir göstərməsi barədə son, rəsmi nəticəyə gəlib. Dünyanın müxtəlif ölkələrində aparılan elmi araşdırmalar və həkim rəyləri də saat əqrəblərinin irəli-geri çəkilməsi insanların səhhəti ilə bağlı müəyyən problemlər yaratdığını sübut edir. Mütəxəssislərin fikrincə, vaxtın dəyişdirilməsi hər 5 insandan birinə mənfi təsir göstərir. Alimlər qeyd edirlər ki, insan orqanizminin öz bioloji saatı var saatların çəkilməsi insanların davranışında da özünü göstərir. Belə ki, insanlar öz "daxili saatlarına” uyğunlaşdıqlarından saatların çəkilməsi onların psixologiyasına mənfi təsir edir, yuxusuzluq yaradır, anaların davranışlarına təsir edir. Adaptasiya prosesində insanların sinir sisteminə mənfi təsir edir. Keçid dövrünü ən pis uşaqlar, əlillər və meteohəssas insanlar, ürək çatışmazlığı olan şəxslər keçirdir. Bu cür şəxslərin özlərinə gəlməsi üçün ən azı bir həftə vaxt tələb olunur.

Tövsiyyə: Mütəxəssislərin sözlərinə görə, saat çəkiləndən sonra insan orqanizminin ona uyğunlaşması 2 həftəyə yaxın vaxt alır. Bu müddət ərzində həm evdə, həm də işdə fiziki və mənəvi yükü azaltmağa çalışmaq lazımdır. Əgər imkan varsa, ağır olan işləri təxirə salın. Orqanizmə daha çox yatmağa imkan verir. Əvvəlki vaxtla yatmağa, yeni vaxtla isə yuxudan durmağa çalışın. Yuxu vaxtını ən azı 1 saat artırın. Nəhayət ən önəmli amillərdən biri olan qidaya diqqət edilməlidir. Daha çox vitamin, xüsusilə C vitamini qəbul etməyə çalışın.


Şərhlər: 11
Baxılıb: 740
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
emis
mende tez iyrsirem ma hec ferq elemir saatlarin cekilmeyi cekmeselerde olar ne deyisirki elece camaatnan oynayirlar ele bil her sey oz qaydasinda getse ne olar ki, her kes oyresdiyi kimi yasasa bu haqdada bilmirdim tesekkurler
10 aprel 2015 00:13
# 11
vipbetul
saatlarin geri yadaki evvel cekilmesinin hec bir menasi deyishikliyi ola bilmez heyatimizda mene gore eyni saatdi eyni vaxtdi eyni ishlerdi sadege olaraq ilk gun saatda deyishiklik qeribe gele biler sonradan yeniden eyni qeder yatilir durulur yaniki saat saatdida ne deyishiklik olure
9 aprel 2015 22:37
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ruzgargulum
Saatların çəkilməsi bizim üçün fərqi yoxdu tez örgəşirik onsuzda gec yatırıq tezdən dururq işə görə həmdə iş olmasada tezdən dururuq maraqlı xəbərdi təşəkkürlər canım.
9 aprel 2015 19:47
# 9
Elə bir əli tutun ki, heç vaxt sizi buraxmağa ürəyi gəlməsin ♥

Sən mənə öyrətdin səbəbsiz gülməyi,Mən sənə öyrətdim dəli kimi sevməyi.. ♥
Qlamurr
Mənimçün saatın irəli və ya geri çəkilməsinin fərqi yoxdu,asanlıqla öyrəşirəm))
9 aprel 2015 19:30
# 8
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
aliceWOnDer
Demək olar ki cox yata bilmirəm
9 aprel 2015 17:52
# 7
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
qanadli melek
Deyiwmese yaxsi olar
9 aprel 2015 11:29
# 6
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
BARBI
Offf bu yarali yerimdi hec cur oyrese bilmirem dunya alem qarisir mence lazimsiz bur seydi
9 aprel 2015 09:40
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Nur k-off
Yay vaxtında birdefelik qalsaq serfeli olar
9 aprel 2015 09:25
# 4
SVETA
Fialka
Saatların çəkilməsi olmasa yaxşı olardı necəki Rusyada da ləğv olub , ildə iki dəfə çəkilən saatın rejiminə uyğunlaşmağa çalışır insan, mənə görə saatların çəkilməsi gərəksizdir.
9 aprel 2015 08:22
# 3
Dosta_inam
Bunlarin xeyrin ziyanin bilmirdim,he düzdür Rusiyada saat çekme yoxdur artiq,leğv edibler.
9 aprel 2015 05:46
# 2
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
GünƏşimƏ_AiD_
Yaz ve yayin mene faydasi oduki axsama qeder Tarqovu Bulvar gezirem mamayla.gec qaralir deye hava.budabize serf edir islermizi yavas gorub bitirenden sora gezmeye gedirik.
Payiz ve qisin isemene faydasi yox amma Soyuqu sevirem men.ona gore payiz qis gelende menim ureyimce olur.hemde yatmaq rahat olur..istiye dozumum hec yoxdu.amma soyuqa cox dozurem.
9 aprel 2015 04:08
# 1
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz