Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yuxunun faydaları o qədər çoxdur ki
Yuxunun faydaları o qədər çoxdur ki
Göndərən: emis
Şərhlər: 22
Baxılıb: 1058
Səs ver:
Yuxu, insan orqanizmində enerjini artırır, stresi azaldır və sağlamlığımızı qoruyub saxlamaqda kömək edir. Mütəxəssislərin fikrincə, hər bir insan hər gün 7-8 saat yatmalıdır. Bu sağlamlıq üçün vacibdir.
Çünki yuxu orqanizmin yaxşılaşmasına və yorğunluğun aradan qalxmasına kömək edir. Bunlardan başqa yuxunun orqanizmə bir çox faydası var:
Artıq çəkidən xilas edir. Gecə doyunca yatmaq, istirahət etmək artıq çəkidən xilas olmağınıza kömək edir. Yuxusuzluq iştahı artıran "grelin” hormonu artırır. Bu zaman doyduğumuzu göstərən "leptin” hormonu azalır. Buna görə də, artıq çəki almamaq üçün müntəzəm olaraq yatmaq, istirahət etmək lazımdır.
İmmunitet sistemini gücləndirir. Müntəzəm yuxu vərdişi immunitet hüceyrələri və immunitet sistemi proteinlərini aktiv saxlayaraq onların xəstəliklərlə mübarizə aparmalarına kömək edir. Bu zaman insan orqanizmi qrip, soyuqdəymə və digər infeksiyalara qarşı daha yaxşı mübarizə aparır. Bundan əlavə, yuxu peyvəndlərin də daha təsirli olmasını təmin edər.
Ürəyin sağlam qalmasına kömək edir. Yuxusuzluq yüksək qan təzyiqinə, infarkta və bir çox ürək problemlərinə, xəstəliklərinə səbəb ola bilir. Yuxusuzluq stress hormonlarını artırır. Buna görə də ürək daha çox yorulur.
Qəza ehtimalını azaldır. İnsan yuxusuz qalan zaman səbirsiz olur və diqqətini cəmləyə bilmir. Bu da avtomobil qəzəlarına səbəb olur. Hər gecə nizamlı olaraq 6-7 saat yatanların qəza etmə riski 8 saat yatanlara görə daha çoxdur. 5 saatdan az yuxu isə qəza riskini 4 qat artırır.
Enerjini yüksəldir. Yuxunuzu kifayət qədər aldığınızda özünüzü daha optimist və həyat dolu hiss edərsiniz. Bu zaman əhvalınız yaxşı olar və daha az əsəbiləşərsiniz. Ancaq bir gecə belə yuxusuz qalsanız ertəsi gün əsəbi və kefsiz olarsınız.
Beyni qidalandırır. Kifayət qədər yatmaq konsentrasiyanı və zehni funksiyaları inkişaf etdirir. Yuxusuz keçən bir gecə bütün günü başınızın ağrımasına səbəb ola bilər.
Ünsiyyət qurmağa kömək edir. Yuxusuzluq gərginliyə, əsəbiliyə səbəb olur. Az yatan insanlar çox vaxt gərgin olurlar və ətrafdakı insanlarla ünsiyyət qurmaqda çətinlik çəkirlər. Belə insanlar iş yoldaşları, dostları, hətta ailə üzvləri ilə daha çox problem yaşayırlar. Yuxu vərdişləriniz ətrafınızdakı insanlar üzərində təsiri olduqca böyükdür.
Ağrını azaldır və dözümlülüyü artırır. 2012-ci ildə "Sleep” adlı jurnalda nəşr olunan bir məqaləyə görə, alimlər insanları iki qrupa ayıraraq bir təcrübə aparıblar. Birinci qrup gecə 9 saat yatanlar, digər qrup isə 7 saat yatanlar olublar. Təcrübə iştirakçıları istilik yayan cihaza barmaqlarını tutublar. 9 saat yatan qrup digər qrupa nisbətən, istiliyə 25 faiz daha uzun müddət dayana bilib. Araşdırmaya görə, uzunmüddətli gecə yuxusu ağrıya qarşı müqaviməti artırır.


Şərhlər: 22
Baxılıb: 1058
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
beasloove
Marqli melumat idi. alkis
19 noyabr 2015 19:23
# 22
vipbetul
esasi sinirlerimiz eseb sisdemimiz yaxsi olur orqanizim yaxsi fealiyyetde olur
12 aprel 2015 22:12
# 21
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
arzum-aysum
normal yuxu yata bilmirəm, çünki fikrim qalir usaqlarin yaninda. üstü açıq yatırlar
12 aprel 2015 20:00
# 20
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Dosta_inam
demek olar ki,men sutqanin 24-saatin yatiram,ölüremee yatmaqdan ötrü,dindiren söyleden olmasa 3-gün yataram durmadan.
12 aprel 2015 15:56
# 19
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
ALESSANDRA
mn coox az yatiram mektebe gedirem axi ona göre
12 aprel 2015 15:30
# 18
Don't trust anyone ∆
Zeynep_Fatih
Yuxunu cox sevirem
12 aprel 2015 13:59
# 17
Tomris Müslümova
elede yuxu delisi deyilem
12 aprel 2015 13:34
# 16
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Qlamurr
Yuxunun faydaları danılmazdı,indi çox insanlar yuxusuzluqdan əziyyət çəkir,səbəbi də telefon,planşet,kompyuterdi,öz təcrübəmdən deyirəm,nə vaxt ki,çox məşğul oldum,sinirlərim oyanır,yata bilmirəm ümumilikdə isə çox yatan deyiləm.
12 aprel 2015 13:01
# 15
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
aliceWOnDer
yatmaqoi cox sevirem durguzan olmasa gunlerle yataram
12 aprel 2015 13:00
# 14
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
leyla_258
adami gozellesdirir.
12 aprel 2015 12:57
# 13
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
qanadli melek
Yuxum gelmir geceni seherede oyaq qaliram
12 aprel 2015 12:56
# 12
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Nur k-off
men awiq olmuwam yuxuya 04
12 aprel 2015 12:56
# 11
SVETA
Bestoş
En cox 7-8saat yatiram
12 aprel 2015 12:55
# 10
Coxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx xooooooooooooowbexxxxxxxxxxxxxxxxxxtemmmmmmmmmmmmmmmmmmmmmmm
RamiLya )))
8 saatdan az yatmiram komp
12 aprel 2015 12:36
# 9
Meleknur
evveller cox yatirdim mektebden gelirdim ustumu deyiwib yemey yeyib namaz qilib yatirdim birde seher mektebe gedende dururdum 122 indi cox yata bilmirem telefondan dolayı gozlerim agriyir deye az yatiram
12 aprel 2015 12:08
# 8
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
yaz_yamuru
Yuxunun bu qeder faydasinin oldugunu bilmirdim
12 aprel 2015 10:57
# 7
BARBI
Mende en cox 5 saat yatiram uje yuxu sistemim pozulub ne qederde etsem onnan artiq yata bilmirem
12 aprel 2015 10:42
# 6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Catwoman666
yuxunun coxlu faydalari oldugunu bilirdim
12 aprel 2015 09:51
# 5
"All men must die, but we are not men"

Daenerys Targaryen
aziz a
Evveller yuxu ile bagli probemlerim var idi, yuxusuzluqdan eziyyet cekirdim, oda yeqin eseblerimin gerginlesmesi ile elaqedar idi, indi yoluna dusub, ne,hedden artiq cox yatmagi sevirem nede lap tez durmagi, yani normal bir sekilde yuxu ehtiyacimi odeyirem...
12 aprel 2015 09:20
# 4
Qelbim doludu !!!!
xeyalperest
Mende bir az anormaldi yuxum derslerle elaqeder
12 aprel 2015 08:57
# 3
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
Nezka
Ölürəm yatmaq üçün qoysalar günlərlə yataram yatanda adamın dərdləri yadından çıxır
12 aprel 2015 08:56
# 2
İçimi görsən mənə aptek alarsan.
Fialka
İnsan orqanizmi üçün yatmaq çox faydalıdır, qeyd olunduğu kimi əgər insan normal yatmırsa onda bir çox xəstəliklər yarana bilər.
12 aprel 2015 08:45
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz