Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Siz bu sənət əsəri olaraq özünüzü sevirsinizmi?
Siz bu sənət əsəri olaraq özünüzü sevirsinizmi?
Göndərən: SEVGI DENIZIM
Şərhlər: 14
Baxılıb: 618
Səs ver:
Siz nə üçün sevimlisiniz? Ruhunuzu,indiki halınızı və gələcəyinizi nə üçün sevməlisiniz? Yer üzündə olan ən möhtəşəm insanlarla eyni zamanda dünyaya gəldiyinizi bilirsiniz? Bəs siz özünüzü kəşv etdinizmi? Kim olduğunuzu yetərincə bilirsinizmi?

Min illər boyunca olan araşdırmalara baxmayaraq insan olan ilahi möcüzənin sirri hələ də tamamlanmayıb. Böyüklər, "Özünü bilən,tanıyan bir insan Rəbbini də bilir,tanıyır” sözünü hər zaman inancla söylədilər. Özünüzü kəşv etdikcə sizi var edən ilahi qüdrəti anlayacaqsınız.

Sağlam,hüzurlu,bacarıqlı,savadlı olmaq sizin içinizdə olan öz sevginizdən keçirsə özünüzü sizə sevdirəcək səbəbləri necə kəşv edə bilərsiniz? Özünüzdəki gözəlliyi,üstünlüyü,faydaları qavramaqdan başlayın.Buna hazırsınız?

1.Siz gözəl bir ilahi sənətisiniz.

İnsan əli ilə yaradılan sənət əsərlərini görmək istəyənlər çox vaxt muzeylərdə bunu görməyə can atırlar.Bəs əgər siz ilahi bir sənət əsəri olaraq hansısa bir muzeyə göndərilsəydiniz bütün dünyanın diqqətini çəkməzdinizmi? Özünüz kimi bənzərsiz bir sənət əsəri barəsində heç düşünüb özünüzdə olan gözəlliyi kəşv etmisinizmi?

Siz yer üzündə olan kəpənəklərlə,ceyranlarla,möcüzəli heyvanlar, həşaratlarla,təbiət və təbiət gözəllikləri zəngin olan inanılmaz maddi və mənəvi gözəlliklərə sahibsiniz.

Bir saray düşünün ki,kainatın ən dəyərli parçaları ilə düzəlib və bəzədilib.İnsan kainatın ən dəyərli sarayıdır.Bir meyvə ağacın bütün xüsusiyyətlərini özündə necə daşıyırsa insan da kainatın ən gözəl xüsusiyyətlərini özündə cəmləmişdir.

Ağıl,ürək,vicdan,nəfis,ilham qapısı,xəyal,yuxu aləmi,cisimlər və nurani bədən bütövlüyü sizə məxsusdur.Başqa heç bir varlıq sizin kimi sevgidən heyranlığa doğru uzanan zənginliklə bəzənmədi.Bir sevgi yaşaya bilirsiniz ki,bunun tayı bərabəri olmaz.Bir kanaldan gələcəyi hiss edə bilir,digərindən nurani enerji göndərir, bəsləyərsiniz.Keçmişlə gələcəyi tək bir məqamda toplaya bilir,geniş məkanları dar bir məkanda yaşa bilirsiniz. Xəyal dünyanıza gerçək dünyanızdan yüz qat dərinlikdə olan həyatlar sığdıra bilirsiniz.

Dünyaya təmiz və hüzurlu gəldiniz.İnamsızlıq,qorxu,kin,eqoistlik kimi xəstəlikləri sonradan qazandınız.Vicdanınızın səsi ilə özünüzə dürüstlük,gözəllik,məsuliyyət kimi əxlaqi dəyərlər qazandırırsınız.
Gözlərinizlə,kipriklərinizlə,qaşlarınızla,bütün üz gözəlliklərinizlə inanılmaz bir möcüzəyə sahibsiniz.Bu barədə səhifələrlə kitablar yazmaq olar.Bu cür gözəllik hansı canlıda var? Üzünüzdəki hər duyğunu və düşüncəni ifadə edən cizgilərinizə baxın.Onlarda şəfqət var,kədər var,həsrət var! Bu cür zəngin ifadələr hansı canlıda var? Belə bir sənətə mələklər,cinlər,heyvanlar qibtə edirlər. Siz bu sənət əsəri olaraq özünüzü sevirsinizmi?


Şərhlər: 14
Baxılıb: 618
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
emis
gozel yazidi her bir setir gozel qey olunb oldugu kimi.mende ozumu beyenenlerdenem. bu demek deyil ki biz yekexanayiq sadece ozumuzu sevirik burda ne var ki ,men ozumu sevib hormet ediyim ucun ele etrafimdakilarda menim ozume etdiyim hormetden mene edirler hemise ozumu ustun tutmusem ve buna gore mene deyirler ki sen ancaq hemise ozunu dusunursen tek ozumu dusunmurem men hemis esevdiklerimide dusunmusem. tesekkur edirem
17 aprel 2015 13:55
# 14
vipbetul
ne qederde gozel yazidir,insani ozune sevdiren ozunu yuksekde hiss etmeye mecbur eden yazidi,beli biz ozumuzde Rebbimizin bir resm eseriyik biz ozumuzde gozel canli bir eserik,Rebbimin yaratdiqi bir eser olaraq ozumu tebiki coox sevirem
16 aprel 2015 16:28
# 13
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Catwoman666
men ozumu cooooox sevuremmucux canim nerminim)))))))))heqiqeten ozumu sevirem ve her zaman ustun gorurem
16 aprel 2015 15:05
# 12
"All men must die, but we are not men"

Daenerys Targaryen
Zeynep_Fatih
Men duwunurem ki,insan ozunu sevmeli,ozune deyer vermelidir.eger insan ozunu sevib ,ozune deyer verse,etrafindakilar da onu sever
16 aprel 2015 12:41
# 11
Fialka
Allah insanları bütün canlılardan üstün yaratdı və digər canlılar ona təzim etdi yalnız şeytandan başqa və Allahın qəzəbinə tuş gələrək cənnətdən qovuludu..İnsanlar isə bir tək yaradana Allaha sitayiş və təzim edirlər. Bu cümlələr müqəddəs kitabımızda da qeyd olunub , və Allahın yaratdığı hər şey onun bir möcüzəsidir.
16 aprel 2015 11:26
# 10
aliceWOnDer
Duzu belə ozumu sevmirəm , amma ətrafıma elə davranıram ki , guya ozumu sevirəm,deyər verirəm, hormət edirəm vəs bunuda etməyimin səbəbi mənə hormət etsinlər

Duzu belə ozumu sevmirəm , amma ətrafıma elə davranıram ki , guya ozumu sevirəm,deyər verirəm, hormət edirəm vəs bunuda etməyimin səbəbi mənə hormət etsinlər
16 aprel 2015 10:01
# 9
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
aytil
men cox ele ozumu beyenmirem basqalarinin gozunden baxsaq men ozumu cox ele beyenmezdim
16 aprel 2015 09:58
# 8
benimki geliyor o da biliyor kalbimi yerden yere vuruyor sarkicicornetto keyfi yolunda aski sonundaicecream
BARBI
Men cox oxumu seven insanam bele desek narsistem ozumun vurgunuyam. Ozumnnen gozel qiymetli hec kes yoxdur menimcun
16 aprel 2015 09:54
# 7
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Nur k-off
Allaha çox şükür her şeye göre
16 aprel 2015 09:47
# 6
SVETA
Nezka
Allahıma şükür eləyirəm ki mənə həyat verib ama özümü sevmirəm
16 aprel 2015 09:44
# 5
İçimi görsən mənə aptek alarsan.
efsane..
Cox sukur Allahin bu gunune mocuze axtaririq amma ozumuz tamamen mocuzeyiq Allahin mukemmel yaratdiqlari hereket edir danisir deyir gulur seve bilirik her biri gozeldi Allah bizleri sevdi yaratdi beli ozumu sevirem Allahin yaratdigi eseri sevirem ve sukur edirem
16 aprel 2015 07:33
# 4
ayan97
Ozumu elede sevmirdim cunki butun fikrim heyatim her seyim o idi ammAkii o gedennen sonra ozumi sevirem hormet qoyuram ve calisacamki her les meni men oldugum ucun istesin. Basqa sebebnen yoox…!!!
16 aprel 2015 07:18
# 3
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
Dosta_inam
insan özünü sevib özüne deyer vermelidir ki,etrafindakilerde onu sevib deyer versin,men özümü çox sevirem,Yaradana teşekkür edirem meni yaratdiği üçün.
16 aprel 2015 06:54
# 2
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
aziz a
Ozumu sevmirem....
16 aprel 2015 05:55
# 1
Qelbim doludu !!!!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz