Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Eynəyin ixtirası
Eynəyin ixtirası
Göndərən: Qlamurr
Şərhlər: 12
Baxılıb: 1082
Səs ver:
Optik cihazlardan ən sadəsi eynəkdir. Bəzən ona çeşmək də deyirik. Bu cihaz uzağı və yaxud yaxını görməkdə göz qüsuru olan insanların yaxın köməkçisidir. Eynək olmasaydı belə insanlar fəal işdən qalardılar. Yaxından asılı olmayaraq çoxsaylı insanlar eynək adlı optik cihazdan istifadə edir. Deməli, eynək ən mühüm texniki ixtiralardan biridir.

Bu optik cihaz quruluşca sadədir. Lakin buna baxmayaraq o xeyli gec, orta əsrlərdə icad olunmuşdur. Bunun səbəbi iə sadədir: yalnız həmin dövrdə təmiz və yeknəsək quruluşlu şəffaf şüşə istehsal edilməyə başlanmışdır.

Bu fikir də çox maraqlıdır ki, insanlar hələ çox qədim zamanlardan linzaların quruluşu və xassələri ilə tanış olmuşlar. Bu zaman linzalar şəffaf daşlar olan büllur və berildən hazırlanırdı. Arxeoloji qazıntılar zamanı belə linzalar Misir, Yunanıstan, İkiçayarası və İtaliya ərazilərindən aşkarlanmışdır. Krit adasındakı Knos sarayının xarabalıqlarından tapılmış büllur linzanın tarixi e.ə. 1600-cü ilə gedib çıxır. Bu linzalardan bəzək və əyləncə məqsədilə istifadə olunurmuş.

İlk eynək 1280-ci ildə İtaliyada ixtira olunmuşdur. Bu ixtiranın müəllifi Salvinio delli Arleti olmuşdur. Əşyaların daha yaxşı görünməsini təmin edən bu eynək sağanaqla birləşdirilmiş iki qabarıq linzadan ibarət idi. İlk eynəklər dəstəksiz idi. Dəstəkli eynəklər isə, yalnız XV əsrdə ixtira olundu. İstər dəstəksiz, istərsə də dəstəkli eynəklər göz qabağında əl ilə tutulurdu. XIX əsrin ikinci yarısında isə qulağa keçirilən eynəklər meydana gəldi. İlk eynəklər uzaqgörməni yaxışlaşdırmaq məqsədilə düzəldilirdi. Çox sonralar başa düşdülər ki, elə həmin eynək çökək, şüaları səpələyən linza salmaqla yaxıngörmə qüsurunu da düzəltmək olar. Bəs nə üçün eynəyin vətəni İtaliya hesab olunur? Tarixdən məlumdur ki, XIII-XV əsrlərdə İtaliyada şüşə istehsalı özünün ən yüksək zirvəsinə çatmışdı. İtaliyan ustaları dünyada şüşəbişirən, ondan müxtəlif məmulat hazırlayan, onu cilalayan ən mahir sənətkarlar hesab olunurdular. Ustalar müxtəlif əyri səthi olan şüşülərlə işləyərkən onların optik xassələrini də aşkar etmişlər.


Şərhlər: 12
Baxılıb: 1082
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Nazan
bilmirdim
29 mart 2015 20:34
# 12
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
ece uslu
bu haqda melumatim yox idi sayende oyrenmiw oldum
27 mart 2015 13:20
# 11
cinqosh
hərtərəfli məlumatlı olmaq lazımdır. bu da bir nümunədi. əlinə sağlıq.
27 mart 2015 12:11
# 10
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
Aydan Habili
Cox sagolun bizi maariflendrdiyiniz ucun
26 mart 2015 22:26
# 9
Catwoman666
ixtirasi haqqinda melumatim yoxdur ancaq yaxsi ki ixtira olunub))
26 mart 2015 20:03
# 8
"All men must die, but we are not men"

Daenerys Targaryen
Qlamurr
Bu il optik eynəklərdə qara çərçivə dəbdədi,mənimdə eynəyim eynilə şəkildəki qızın eynəyindəndi.Uzaq görməm zəifdi.
26 mart 2015 18:59
# 7
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
aliceWOnDer
bu haqqda bilgim yox idi
26 mart 2015 18:42
# 6
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
vipbetul
maraqli melumatdi
26 mart 2015 18:31
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Bu haqda oxumusdum ama ne vaxt ixtira olundugunu bilmirdim maraqlidi
26 mart 2015 17:57
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Luna-90
Eyneyim ele sekildeki qizin eyneyindendi masin surende istifade edirem uzagi zeif gorurem
26 mart 2015 17:55
# 3
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Tomris Müslümova
1280 ci ilde??? eh maraqli oldu ixtirasini bilmirdim
26 mart 2015 17:40
# 2
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Fialka
Eynəyin tarixi haqqında bu qədər ətraflı məlumatım yox idi, təşəkkürlər canım.
26 mart 2015 17:38
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz