Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
HƏYAT ÇOX QƏRİBƏDİR...
HƏYAT ÇOX QƏRİBƏDİR...
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1102
Səs ver:
alt

HƏYAT ÇOX QƏRİBƏDİR-hörmətə layiq olanlar ayaq altında tapdanarkən,layiq olmayanlar əl üstündə saxlanılır.

HƏYAT ÇOX QƏRİBƏDİR-vicdansızlar çoxaldıqca,vicdanlılar ortada əzilir.

HƏYAT ÇOX QƏRİBƏDİR
-ədalətsizliyin baş alib getdiyini bilə-bilə hamı susur...

HƏYAT ÇOX QƏRİBƏDİR-bir tərəfdə bir tikə çörək üçün dua edib,yardım gözləyənlər,digər tərəfdə hər şeyə sahib olduqlarına baxmayaraq yenə də öz həyatindan narazı olanlar.

HƏYAT ÇOX QƏRİBƏDİR-bəzi ailələr uşaq həsrəti ilə məhv olarkən,bəziləri boş-boş səbəblərə görə öz doğma övladlarını küçələrə və ya "Körpələr evi"nə atır.

HƏYAT ÇOX QƏRİBƏDİR-anaların gecə-gündüz yatmayıb,onları necə əzab-əziyyətlə böyütdüklərini bilə-bilə bəzi nankor övladlar havadan-sudan səbəblərə görə belə ana qatili olmaqdan çəkinmirlər.

HƏYAT ÇOX QƏRİBƏDİR-kimisi yeməyə belə çörək tapmadığı halda,neməti başa düşməyən "yekəqarınlar" qonaq qarşılamaq üçün önündəki çörəyi ayaqlıyıb keçirlər.

HƏYAT ÇOX QƏRİBƏDİR-Azərbaycanda "hörmət" deyəndə ilk ağla gələn pul olur.

HƏYAT ÇOX QƏRIBƏDİR-bəzi kişilər ailəsini dolandırmaq,övladlarına xoşbəxt bir gələcək verə bilməK üçün gecə-gündüz işləyib,dəridən-qabıqdan çıxarkən,bəziləri öz xoşbəxtliklərini içkiyə qurban verirlər.

HƏYAT ÇOX QƏRİBƏDİR
-cinayətkarlar küçələrdə X5 sürərkən,məsumların azadlıqları əlindən alınır.

HƏYAT ÇOX QƏRİBƏDİR-pul artdıqca,insanlıq azalır,bəzən də unudulur,ölür.

HƏYAT ÇOX QƏRİBƏDİR-"papanın balaları"əsgərliyini sərhəddən çox uzaqlarda çəkərkən(saxladılanlardan danışmaq belə istəmirəm),ata-ananın gözünün ağı-qarası olan bircə oğulları ən sərhəd bölgələrə yerləşdirilir.

HƏYAT ÇOX QƏRİBƏDİR- naşükürlər sahib olduqlarına şükür etmək əvəzinə,başqasının mal-mülkünə göz dikirlər.

HƏYAT ÇOX QƏRİBƏDİR-ölməsi gərəkən insanlar "xan" kimi yaşarkən,hələ yaşamalı olanlar kiminsə səhlənkarlığına görə vaxtsız ölümə gedirlər.

HƏYAT ÇOX QƏRİBƏDİR-bəzi insanlar öz sevgilərini göstərə bilmək üçün əllərindən gələnin ən yaxşısını etməyə çalışarkən,bəziləri sevildiklərini bilə-bilə sevgilərini başqa insanlarda axtarrlar.

HƏYAT ÇOX QƏRİBƏDİR- bəziləri Allah yaratdığı kimi qalmaq əvəzinə,təbii gözəlliklərini yox etmək üçün plastik əməliyyatlara minlərlə pul sərf eləyirlər.

HƏYAT ÇOX QƏRİBƏDİR-bəziləri yaşamaq üçün bir şans daha istəyərkən,bəziləri həyatlarını məhv etmək üçün bir an belə düşünmürlər.

HƏYAT ÇOX QƏRİBƏDİR-həmişə "MƏN" deyənlər belə zamanı gələndə "YALNIZ SƏN"deyirlər.


Şərhlər:
Baxılıb: 1102
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz