Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yüksək səs - həyatımızın yeni bəlası
Yüksək səs - həyatımızın yeni bəlası
Göndərən: Wiyinka
Şərhlər: 16
Baxılıb: 1304
Səs ver:
Akustik zədə almaq istəmirsinizsə, musiqini normal tonda dinləyin

Bəzən küçələrdən keçərkən, avtobus dayanacaqlarında nəqliyyat gözləyərkən, hətta yoldan keçən maşınların salonundan belə ətrafa yüksək səsli musiqi yayılır. Həmin musiqini səsləndirənlər nəinki səs tonunun və ya musiqi janrının ətrafdakılar tərəfindən narazılıqla qarşılanacağını fikirləşmirlər, hətta səs tonunun səhhətlərinə mənfi təsiri barədə də düşünmürlər. "Musiqi can dərmanıdır” sözlərini də ona görə deməyiblər ki, bu dərmandan dozadan artıq istifadə edəsən. Necə ki, qədərindən artıq hər bir şey fəsadlar törədir. Elə bu günlərdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi "Eşitmə qabiliyyətlərini qorumaq üçün adamlar gündə bir saatdan çox musiqiyə qulaq asmamalıdırlar” məsləhətini həkimlər qulaqardına vurmamağa çalışırlar. Belə ki, musiqiyə həddən artıq çox və həddən artıq bərkdən qulaq asan 1,1 milyard gənc eşitmə qabiliyyətinə həmişəlik ziyan vura bilər. Qurum bildirir ki, audio-pleyerlər, konsertlər və barlar sağlamlıq üçün ciddi təhlükə yaradır. ÜST-nin rəqəmlərinə görə, 12-35 yaş arasında 43 milyon adamın eşitmə qabiliyyəti zəifdir və bu hal getdikcə çoxalır. Əgər hər gün ictimai nəqliyyatda, küçələrdə qulağına qulaqcıq taxan gənclərlə rastlaşırıqsa, vəziyyətin nə qədər gərgin olduğunu düşünmək çətin deyil.

Qulaqcıqların ziyanı
Müntəzəm olaraq qulaqcıqdan istifadə edən melomanların sağlamlığı daha çox risk altındadır. Belə ki, həkimlərin fikrincə, müasir gənclər musiqiyə qulaqcıq vasitəsilə qulaq asırlar və bu da gələcəkdə kütləvi karlığa səbəb ola bilər. Amma faktdır ki, bu gün qulaqcıqlar az qala gənclərin gündəlik həyatının ayrılmaz bir hissəsinə çevrilib. Təbii ki, kiçik, kompakt bir şeyi hər zaman üstündə gəzdirmək bəzən insan üçün çox rahatdır. İdman zalında, məktəbdə, universitetdə, avtobusda, metroda – qulağında xoş bir musiqi ilə gəzməkdən çoxları zövq alır. Bu cür hallarla hər addımda qarşılaşmaq olur.

Statistikaya görə, Rusiyada karlaşma həddi cavanlaşır. Belə ki, əvvəllər bu hədd 70 yaşdan sonra yaranırdısa, indi artıq 30-40 yaşında insanlar bundan əziyyət çəkir. "Gənclərin yüksək səslə musiqi dinləməsi nəticəsində qulaqlarda "akustik zədə" meydana gəlir ki, bu da zaman keçdikcə qulaqda küyün yaranmasına səbəb olur. Qulaqda olan küy yüksək səsli musiqi nəticəsində daha da artır”,-deyə rusiyalı həkimlər bildirirlər.
Mütəxəssislər həmçinin iş yerində musiqiyə qulaq asmağın xeyirli olmadığını bildirirlər. ABŞ-ın Corciya Universitetində aparılan araşdırmaya görə, işləyərkən musiqiyə qulaq asmaq heç də motivasiyanı gücləndirmir. Belə ki, gənc və orta yaşlı könüllülərə verilən işi musiqi dinləyərək və musiqisiz yerinə yetirmək tapşırılıb. Nəticədə qruplardan birinin musiqisiz, sakit mühitdə verilən tapşırığı daha tez yerinə yetirdiyi bəlli olub.

Tədqiqatçılar belə qənaətə gəliblər ki, iş zamanı musiqiyə qulaq asmaq diqqəti yayındırır. Bunu vərdişə çevirənlərdə isə konsentrasiya və yaddaşın itməsi kimi problemlərin yarana biləcəyi bildirilir. Hətta musiqiyə həddən artıq çox qulaq asmağı narkotik aludəçiliyinə bənzədən ekspertlər də var. Artıq burda söhbət musiqinin gözəlliyindən və zövqdən yox, mənfi uyğunlaşmadan gedir.

Təbiətin qisası

Psixoloq Dəyanət Rzayev hesab edir ki, uyğunlaşma nəticəsində davam edən proses çərçivəsində hisslər yox ola bilir: "Məsələn, hər kəs televizora xoşladığı bir səs yüksəkliyində qulaq asır. Həmin çərçivədən yuxarı və ya aşağı səsi qəbul eləmir”. Psixoloqun sözlərinə görə, musiqiyə çox qulaq asdıqda sağlamlıq və ya psixoloji baxımdan müəyyən ziyanlar ola bilər: "İlk növbədə insanda əzginlik, yorğunluq yaranır. Xüsusən bu cür hallar eynitipli musiqiyə qulaq asanda baş verir. Bu, həmçinin əhval-ruhiyyəyə də təsir göstərir. Eləcə də bədbin və ya şən musiqiyə qədərində qulaq asmaq lazımdır. Qədərindən çox və yüksək səslə musiqiyə qulaq asdıqda bu, insanın səhhətində problemlər yaradır”. Psixoloqun sözlərinə görə, həkimlər insanlara sakitlik üçün adətən klassik musiqini məsləhət görürlər. Belə ki, Bethoven, Motsart, Vivaldinin musiqisi insanlara sakitlik gətirir: "Əlbəttə, bu da əhval-ruhiyyədən asılıdır. Əgər insan depressiv vəziyyətdədirsə, ona kədərli musiqiyə qulaq asmaq məsləhət deyil. Bu cür musiqi onu daha da bədbinliyə qapadar”. Psixoloqun fikrincə, küçələrdə, insanların yaşadıqları ərazilərin yaxınlığında və avtomobillərin salonlarında yüksək səslə səsləndirilən musiqi də ətrafdakıların rahatlığına və səhhətinə ziyandır: "Avropa ölkələrində, hətta qonşu Gürcüstanda belə bu formada musiqi səsləndirilmir. Bu, mədəniyyətdən asılıdır”.

Professor Nəsib Quliyev hesab edir ki, hər bir səsin gücü həddini aşanda ziyan gətirir. Ancaq səsin gücü beyinin normal şəkildə qəbul etdiyi səviyyədə olursa, onun heç bir ziyanı yoxdur: "Ailədə uşaq böyüyür, o, daim səslə əhatə olunur. Ona deyə bilmərik ki, heç bir səsə qulaq asma və ya kiməsə deyə bilməzsən ki, danışma, uşağa ziyan olacaq. Ancaq səsin qıcıqlandırıcı təsiri insana ziyan gətirir. İnsanın eşitmə orqanının normal qəbul etdiyi səs heç vaxt saatla ölçülə bilməz. Çünki insanın həm gördüyü şeylərlə, həm də səslə daim ünsiyyəti var”. Professorun fikrincə, qulaqda gəzdirilən qulaqcıq xüsusən zərərlidir: "Belə ki, yaxın məsafədən daimi təsir insana ziyan gətirir. Bu, təbiilikdən kənar məsələdir. Süni nə yaradılırsa, əslində insanın özünə qarşı yaradılır. Təbiətdə olan canlıların heç biri öz həyat tərzini dəyişmir. Amma insan şüurlu hesab olunaraq cürbəcür yeniliklər icad edir. Sonda da bunların hamısı insanın özünə qarşı çevrilir. Təbiət o insanlardan əvəzini çıxır. Ona görə də təbiətin elə qanunları var ki, onları pozmaq olmaz. Məsələn, gecə ilə gündüzün yerini dəyişmək olarmı? Bu, bizim gücümüz xaricindədir. Canlıların həyat tərzi də belədir”. N.Quliyevin sözlərinə görə, səs səsgücləndirici ilə yayılırsa, həm böyüyə, həm də uşaqlara ziyan gətirir: "Bu, xüsusən uşaqlar üçün ziyanlıdır. Çünki onların eşitmə orqanları formalaşmayıb. Məsələn, bu gün toylarda əksər adamlar yarım saatdan artıq əyləşə bilmirlər. Gücləndirici ilə yayılan səs onların səs sisteminə təsir edir. Bundan əlavə, bütün zövqlər alt-ust olur. Yaxın məsafədən qulaq daxilinə yönəldilən səslər də qıcıq gətirir və insana ziyan verir”.

Həkimlər məsləhət görür ki, adi qulaqcıqlarla maksimum səviyyədən bir az aşağı səslə musiqiyə qulaq asmaq olar. Ancaq bu o demək deyil ki, günün bütün saatı həmin qulaqcıq qulaqda olmalıdır. Arabir qulağa istirahət verilməlidir. Bundan əlavə, ətrafdakı səsi batırmaq üçün qulaqcığa çox səs vermək məsləhət deyil. Ən yaxşısı, ətrafdakı insanların təbii səsidir. Bu səsi dinləmək üçünsə qulaqcığa qətiyyən ehtiyac yoxdur.


Şərhlər: 16
Baxılıb: 1304
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Nazan
yuksek sesle mahni ruhun qidasidi
6 mart 2015 17:26
# 16
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
efsane..
adeten nausnikden sefere cixarken istifade edirem adi vaxtlarda istifade etmirem yuksek sesede oyresmemisem azaciq mohkem seside goturmurem demek ki bele yaxsi imis
6 mart 2015 13:44
# 15
cinqosh
mən həyatımı qulaqcıqsıztəsəvvür edə bilmirəm. İndi mən kar olajaaaaaaam?
6 mart 2015 11:24
# 14
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
lili)
hec vaxt yuksek sesle qulaq asa bilmerem eseblerim tarima cekilir o andaca
6 mart 2015 10:56
# 13
ayan97
Men elede nalosnikdan istifade etmirem evveller cox ederdim amma evvelki kimi gurultulu yerde qala bilmirem yeqin artig qocaliram…) ziyan oldugunu bilirem eslinde biz insanlar ne ziyandisa onnan istifade edirik…)
6 mart 2015 00:59
# 12
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
aziz a
Eslinde heyat seraitimizi asanlasdiran, bizim ucun marag kesb eden her bir seyin bir basa sehettimize ziyani var, amma biz bunu dusunmeden ozumuzcun asan okan, rahat olani edirik.
5 mart 2015 23:44
# 11
Qelbim doludu !!!!
Şəbnəm Vüsal
oxudum.mən az isdifadə edirəm qulaqcıqdan.uniyə 10-15dəqiqəlik yolda.o daki ildə iki ay vəssalam.əvəllər aşkımla nauşniklə danışırdım.indii cox danışmırıq deyə isdifadə etmirəm demək olarki....
5 mart 2015 23:26
# 10
Səndən sadəcə bir istəyim var hər zaman həyatımda,yanımda , qəlbimdə ən əsası sol yanımda ol Vüsal.Cünki səni coooooooox S E V İ R Ə M ♡
ece uslu
yuksek sesle qulaq asa bilmirem
5 mart 2015 22:27
# 9
aynur2002
Musiqiye yuksek tonda qulaq asmiram.
5 mart 2015 22:02
# 8
Əvəz edilməz insan yoxdur...
-Sadəcə insan varki onu başqası ilə əvəz etmək
istəmirsən...!
leyla_258
oxumadim,ama oxusam da hec ne deyismez menim heyatimda,men hemise bele yuksek sesle qulaq asiram..
5 mart 2015 21:48
# 7
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
SENSİZ
men danisandada nausniknen danisiram cox danisanda basim aqriyir .birde deyirler qulaqda gobelek xesteliyi yaradir
5 mart 2015 21:34
# 6
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
emis
mende ses goture bilmirem
5 mart 2015 21:02
# 5
GünƏşimƏ_AiD_
aaancaq bayira cixianda istifaede edirem nausniklerden..evdede anacaq mamagili olmuyanda yuksek sesle qulaq asiram.bele oz otaqimdaa normal xodda dinliyirem.nezere Alaaacam mutleq
5 mart 2015 20:44
# 4
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Fialka
Düzdü qulaqcıqlardan istifadə edirəm ancaq yüksək səslə yox bir az aşağı olur çox olanda telefon xəbərdarlıq edir sağolsun))..
5 mart 2015 20:09
# 3
Сладкий Ангел
onsuzda telde nausnikler qulaq asanda normaldan cox ses vermey mumkur deyil
5 mart 2015 19:57
# 2
.Bir gülüşüm var Sizlərə ömür...
arzum-aysum
oooo emim yene dokdurubbbb eee turkler demişkən.
p. s. nesib quliyev menim emimdi. opurem coxluuuuuuu
5 mart 2015 19:55
# 1
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz