Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qara məxmər və ağ mürəkkəb...
Qara məxmər və ağ mürəkkəb...
Göndərən: sia
Şərhlər: 10
Baxılıb: 645
Səs ver:
Mənə desəydilər ki,sən doğulanda səni hamı tərk edəcək mən yenə də doğulmaq istərdim.Çünki,xəstəxana künclərində dayanıb birdən körpənin ağlama səsini eşidənlər,əllərində hədiyyələrlə ananı ziyarətə gələnlər düşünürlər ki,həmişə onun yanında olacaqlar....mənimsə yanımda heçkəs olmasın doğulanda..içərisi heliumla dolu şarlarla,qəlbləri eqoizmlə dolu olanlar da gəlməsin...qulağıma azan da oxunmasın...mən yalnız öz səsimi eşitm?k istəyirəm...mən ölmək üçün doğulmayacam....mən bu dünyaya o dünyada ağ mürəkkəblə qara məxmərə qazıdığım bir neçə söz qoyub uçacam...amma bu dəfə qanadlarım olmayacaq...mən istəmirəm ki,kimsə mənim yükümü xəfiflətmək üçün məni dinləyirmiş kimi gözlərimin içinə əsrlərlə baxsın bir şey anlamadan...əllərimin,ovuclarımın məsamələri arasındakı istini yanan ümidlərə dəyişməyəcəm mən başqası üçün...sonra milyardlarla ulduzun altında əllərimi tutarsan...və qəlbimizə şığıyar gecə ulduzlarının parıltısı.indi sən de görüm mən doğulanda o yanımda olan kimsələr başa düşərmi ki məni...anlarmı heç...demə ki,anlarlar..anlamazlar..anlasaydılar sən indi orda olmazdın......yenə qar yağdı bu şəhərə...dəfn etdi bəzi hissləri ən azından..sükutdur,sus..Sus,sadəcə sükut nalə çəksin, qışqırsın.Onun səsini eşitmək istəyirəm,qulağım batsın istəyirəm...Biri məni tutub silkələsin,qarla dolu qurumuş budağı silkələyən kimi...bəyaz qar dənələritək yorğunluğumu alsınlar məndən...mən sənə demişdim,demişdim ki,xəyallarının ardınca qaç,əlbəttə bir gün yorulacaqlar....Sənsə dedin ayaqlarımı hiss etmirəm.Bu soyuqluq məni dondurur..deyəsən ölürəm...Qara məxmərin yükü ağırdır,dost..Boğar səncə bu dünyanın izdihamını?Soyuq otağımda yaratdığım bu lirika..."məsum doğulmaq" hər insanın frazeoloji vahididir.Amma "yalnız doğulmaq" təkcə mənə aiddir.Başqa heçnə.."yarımçıq yaşamaq"sa ikimizin arasındakı incə cizgidir..


Şərhlər: 10
Baxılıb: 645
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ismayilova ulker
Hər bir körpə saf doğulur. Sadəcə zaman insanı dəyişir. Yaşa dolduqca o məsumluğdan əsər əlamət qalmır.

Çox gözəl yazıdı.
24 mart 2015 01:04
# 10
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
Catwoman666
"içərisi heliumla dolu şarlarla" cox süni yazılıb burası.....qısacası "şar"
23 mart 2015 21:36
# 9
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
gozel yazdi,butun ovladlarin valideyinler arasinda boyumesini dileyirem
23 mart 2015 20:35
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Qlamurr
Hər kəs doğulanda ağ vərəq kimi tər-təmiz doğulur,elə ki yaşıyır,böyüyür böyüdükcə o saflıqları itirir,ən nəhayət həyat insanı dolğunlaşdırır.O saf günlər üçün insan bəzən darıxır.
23 mart 2015 20:17
# 7
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Tomris Müslümova
qesey metindi xosuma geldi
23 mart 2015 18:53
# 6
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
qanadli melek
Tesirli ve menali yazidi
23 mart 2015 18:29
# 5
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Fialka
Mənalı yazıdı, hər kəs saf məsum doğulur ancaq ölərkən bu məsumluqdan, saflıqdan əsər əlamət qalmır..
23 mart 2015 17:48
# 4
tek umidim sen
Metni cox beyendim…Tesekkurler..
23 mart 2015 17:38
# 3
Kadın derin ama adam yüzme bilmiyor...
aynur2002
Yazi cox menali ve tesirli idi
23 mart 2015 17:38
# 2
Əvəz edilməz insan yoxdur...
-Sadəcə insan varki onu başqası ilə əvəz etmək
istəmirsən...!
BARBI
Beyendim yazini cox tesirliydi. Hamimiz mesum doguluruq kirli oluruk
23 mart 2015 17:34
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz