Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Asqırmaq haqda maraqlı faktlar
Asqırmaq haqda maraqlı faktlar
Göndərən: Wiyinka
Şərhlər: 17
Baxılıb: 1126
Səs ver:
Asqırmaq - insan orqanizminin qıcıqlandırıcı maddələr və allergenlərə qarşı olan qoruyucu reaksiyasıdır.

Bu qoruyucu refleks, insan və heyvanlara aiddir. Asqırmaq, həmçinin bir sıra respirator və allergik xəstəliklərin əlamətləri ola bilər. Bu məqaləmizdə sizə, insan niyə asqırır, asqırmağın mexanizmi və asqırmaq haqda bir sıra maraqlı faktları təqdim edirik:

1. Asqırmağa ən çox səbəb olan əlamətlər;

- Müxtəlif allergenlər: bir çox insanlarda allergiya yaradan bitkilərin tozcuqları, adi toz, kəpək, müxtəlif heyvanların tükləri və s.

- Kəskin qoxu: tütün tüstüsü, aerozollar, parfümeriya məhsulları, yuyucu və təmizləyici vasitələr, çirkli hava və s.

- Burunda poliplər.

- Ətraf mühitdə temperaturun kəskin dəyişməsi.

- Bəzi hallarda fiziki yüklənmə hallarında, hiperventilyasiya (intensiv nəfəsalma) zamanı burun yolu və ağız quruduqda.

- Gözlərin parlaq işıqdan qıcıqlanmas( əsasən günəş işığından)

- Soyuq havalarda, asqırmaq adətən soyuqdəymə və ya yuxarı tənəffüs yollarının infeksion xəstəlikləri zamanı.

- Həmçinin hamiləlik zamanı baş verir ki, buna səbəb hormonal dəyişikliklərdir.

2. Asqırmanın mərkəzi - uzunsov beyin sayılır. Uzunsov beyin həmçinin, öskürmə, qusma, göz yaşının ifraz olunması və göz qırpması kimi müdafiə reflekslərinin mərkəzidir. Beyinin bu hissəsi zədələndikdə, bu refleksləri itirmək mümkündür.

3. Asqırmaq, anadangəlmə refleks olduğuna görə, başladıqda onu dayandırmaq mümkün deyil. Proses qeyri ixtiyari başlayıb, heç bir kontrola tabe olmur.

4. Asqırmanı saxlmaq ziyandır. Burunu sıxıb, ağzınızı bağlayaraq, asqırmanı saxladıqda, siz, qulaq pərdəsini zədələmə təhlükəsi yaradırsınız. Çünki təzyiq burun- udlaqla orta qulağı birləşdirən, Evstaxiev borusuna yönlənir. Bu prosesi saxladıqda, qan damarlarının partlaması, burundan qan axma, baş ağrısı, bəzi hallarda görmə qabiliyyətini itirmə kimi hallara rast gəlinir. Bundan əlavə asqırma zamanı orqanizm mikrob və allergenlərdən azad olur.

5. Yuxuda asqırmamağımızın səbəbi odur ki, asqırmağa cavab verən sinirlər də bu zaman istirahət edir.

6. Asqırma zamanı nə baş verir? İlk olaraq, qıcıqlanma baş verir, dərin nəfəs alınır, ciyərlər hava ilə dolur, asqırma zamanı gözlər və səs bağları qapanır, qabırğarası əzələlər, diafraqma, udlaq əzələləri və qarın əzələləri yığılır,döşdaxili təzyiq kəski n artır və nəhayət səs bağları açılaraq, burun- udlağın açılması ilə kəskin nəfəs vermə baş verir.

7. Asqırma zamanı havaya 100000 mikroorqanizm atılır. İnsan asqırdıqda burun və ağzını tutmadıqda ətrafında olan 150 insana bakteriya ötürə bilər.

8. Sonda isə bu təbii bir refleks olduğuna görə, aydın olur ki nahaq yerə baş vermir. Bu proses orqanizmi qoruyur və immun prosesin əsasını təşkil edir. Asqırmaq, yuxarı tənəffüs yollarından bakteriyalar və yad cisimlərin qovulmasını təmin edərək, sağlamlığımızı qoruyur.


Şərhlər: 17
Baxılıb: 1126
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Antikvar
Allergiyam var tozlara, qarsi)amma asqirmaq yaxsidi mende daha cox burnum qasinir)))Xestelenende asqirmaqllarim olur birde istiotla temasa girende))))))
5 aprel 2015 00:13
# 17
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
arzum-aysum
bunlari bilirem.
qrip vaxti daha cix asqiriram, onda da burnum acilir
4 aprel 2015 23:24
# 16
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Сладкий Ангел
men hec ama hec asqran deyilem tesadufen olar ki asqram odaki hec ama hec cut olmur 122 amma indi qripem gunde necesin getirirem Allax bilir 122
4 aprel 2015 22:34
# 15
.Bir gülüşüm var Sizlərə ömür...
Qlamurr
Maraqlı faktlardı,əsasən qrip olanda çox asqırıram,onda da rahatlaşıram.
4 aprel 2015 22:12
# 14
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
emis
marali bilmediyim melumatlariydi.. menim mamam cox asqiqir asqiranda da dayanmaq bilmir hami gozduyur 6 bitende saglam ol deyir.inanmayacaqsiz ama men bir defe ozumu saymisdim duz 18 defe dalbadal asqirdim ozumde mehettel qaldim az qala nefesim kesilmisdi,o da birce defe olmusdum indi az asqiriram cmi iki defe hemd emen asqiranda burunumu tuturam oyresmisem hemi da meni danliyir ki, beynin partdayacaq
tesekkurler
4 aprel 2015 21:31
# 13
ayka
men asqiranda 2-3 defe dalbadal asqiriram
4 aprel 2015 21:11
# 12
Birini gördüm "Allahım sən nələr yaradırsan?" deyəcəkdim ki, dönüb təkrar baxım dedim, sən demə güzgüymüş suslu pilka parfum
Şəbnəm Vüsal
bilmirdim....maraqlı idi.cox sagolun....
4 aprel 2015 21:07
# 11
Səndən sadəcə bir istəyim var hər zaman həyatımda,yanımda , qəlbimdə ən əsası sol yanımda ol Vüsal.Cünki səni coooooooox S E V İ R Ə M ♡
aliceWOnDer
bizim sinifde tez-tez muzakire edilen movzu asqirmaq esasende asqiranda niye gozumuzu yumurq?
4 aprel 2015 19:41
# 10
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Dosta_inam
Men o qeder asqiran deyilem.qara istiotu idtifade eden zaman meni asqirmaq tutur oda az tez keçir.teşekkür maraqli idi.
4 aprel 2015 19:13
# 9
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Melissa
men tez tez asqiranam tskrler cox mragli geldi oxudum :)
4 aprel 2015 19:02
# 8
naxçıvan balası
Men toz olanda asqırıram 15
4 aprel 2015 18:52
# 7
Fialka
Hərdən bir olur hamı kimi bu qədər də məlumatlı deyildim hərdən məndə saxlamalı oluram müəyyən yerlərdə..
4 aprel 2015 18:43
# 6
Menim balam
Acı biber, paltar paroşoku ne bilim bezi iyili qoxulu malzemelere alergıyam var
4 aprel 2015 18:39
# 5
vipbetul
asqirmaqin bu qederde praseslerden kecdiyini bilmirdim
4 aprel 2015 18:17
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
tatyana
asqirma haqda bilirdim bunlari,amma hec vaxt burnumu tutmadan asqirmiram,acigim gelir kimse yanimda berkden asqiranda
4 aprel 2015 18:15
# 3
DEDILER ,,COX UREYI YUMUSAQ OLMA,,
NIYESINI SORUSANDA ISE DEDILER
,,NE QEDER UREYI YUMUSAQ OLSAN,
O QEDERDE TALEYIN CETIN OLAR,,......DOGURDANDA TALEYIM UREYIMIN YUMUSAQLIGINDAN DAG CEKIR MENE....
Catwoman666
asqirmaq faydalidir eslinde mikroblardan temizlenir beden
4 aprel 2015 17:32
# 2
"All men must die, but we are not men"

Daenerys Targaryen
BARBI
Men daha cox allergiya olduqda asqiriram
4 aprel 2015 17:30
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz