Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Fərqinə varmadığımız günahlar
Fərqinə varmadığımız günahlar
Göndərən: Wiyinka
Şərhlər: 21
Baxılıb: 1124
Səs ver:
Bəzən bir adam öz məqsədinə nail olmaq üçün başqa bir adamdan "məharətlə” istifadə edir.

Məsələn, onun yanında bir söz buraxır və ya onun yanında bir xəbər yayır. Əgər bu ikinci adam eşitdiyi sözü elə orada unutsa (yəni o sözə əhəmiyyət verməsə), deməli, birinci adamın oyununa alət olmayacaq, yox əgər eşitdiyi sözü hər yerdə yaysa, başqasının əlində alətə çevriləcək.

Hər eşitdiyini danışmaq cahillikdir. Sınamadan, yoxlamadan, kiminsə ağzından eşitdiyi sözü yaymaq insana əskiklikdən başqa bir şey gətirmir. Hər eşitdiyini danışmaq insanı həlak etmək üçün kifayətdir. Yəni başqasının ağzından eşitdiyin sözü doğru, yaxud yalan olduğunu yoxlamadan danışmaq doğru deyil. O, yalan danışırsa, sən niyə onun yalanını yayırsan? Ona görə də insan gərək ağzından hansı sözü çıxardığını bilsin və ağzından çıxardığı sözün məsuliyyətini daşısın.

Elə adamlar da var ki, həmişə hər yerdə hər hansı məsələ barədə məlumatlı görünmək istəyirlər. İstəyirlər ki, hər məsələyə müdaxilə etsinlər, hər işdən xəbərdar olsunlar. Ona görə də doğru olub-olmadığını bilmədən kiminsə ağzından götürdükləri sözü hər yerdə danışırlar. Məqsədləri də budur ki, ağıllı görünsünlər, seçilsinlər.

Cəmiyyətdə bəzən bu cür söhbətlər daha tez yayılır. İnsanlar yalan zəncirinin halqalarına çevrilirlər. Beləcə, yalanlar onları bir-birinə bağlayır. Halbuki insan ona aid olmayan işlərlə məşğul olmasa yaxşıdır. İnformasiyanın beynimizə, yaddaşımıza yük olduğu bir vaxtda izafi yüklərdən azad olmaq, öz əməllərini hesaba çəkmək, qüsurlarını düzəltməyə çalışmaq daha doğru olmazmı? Sən də öz başına bəla axtarırmış kimi, başqalarının sözü ilə məşğul olur, başqalarının söhbətini danışmaq istəyirsən. Bir məsələni də xatırlatmaq istəyirik ki, əgər biri sənin sözünü danışıb, nəticədə yalançı çıxırsa, siz də müqəssirsiniz. Yəni ağıl ön planda tutulmalıdır, deyilən söz ağıl süzgəcindən keçirilib ağızdan çıxarılmalıdır. Kor-təbii qərar qəbul edənlər, birinin ağzından qapdığını düşünmədən, araşdırmadan yayanlar kölgə kimi olurlar.

Səhv də danışsa, qulaq asın!

Bu cür məsələlər ailədə, xüsusilə də, uşaq tərbiyəsində mühüm amillərdir. Ona görə də böyüklər uşaqlarının yanında danışarkən nə danışdıqlarını, nə dediklərini yüz ölçüb, bir biçməlidirlər. Unutmaq olmaz ki, uşaq eşitdikləri ilə deyil, gördükləri ilə tərbiyə olunur. Ona görə də uşağını tərbiyəli görmək istəyən valideyn gərək, əvvəlcə, özünü tərbiyə eləsin ki, ondan tərbiyə tələb etməyə haqqı olsun.

Təbii ki, uşağınız məktəbdə gördüklərini sizə danışacaq. Özü də məsələnin özünə sərf edən tərəflərini qabardacaq, sərf etməyən tərəflərini isə gizlədəcək: "Ona elə dedim”, "buna belə dedim”, "o işi elə gördüm”, "bu işi belə gördüm”... və sair və ilaxır...

Əlbəttə ki, siz onun söhbətlərinə qulaq asacaqsınız. Ancaq qulaq asdıqca da məqsədlərini, məramlarını öyrənəcəksiniz. Əslində isə siz ona diqqət ayırmaqla, marağını özünüzə cəlb edir və beləliklə də, təsir, daha doğrusu, tərbiyə imkanı əldə etmiş olursunuz. Səhv danışdığını bilsəniz belə, o anda onun sözünü kəsməyin, təqsirini üzünə vurmayın. Çünki əgər sözünü kəssənız və ya "Yalan danışırsan!” desəniz, deməli, hər şey bitdi. Ona görə də maksimum dərəcədə səbirli olmalısınız. Və uşaq anlamalıdır ki, siz onun sözlərinə dəyər verirsiniz. Unutmayın ki, islah etməyin yolu bir çox hallarda dəyər verməkdən keçir.

Söz gəzdirmək

Bir nəfər padşahın yanına gəlir və deyir ki, filankəslər onun əleyhinə danışırlar. Padşah da acı-acı bu adamı başdan-ayağa süzür və deyir:

- Əgər sən yaxşı adam olsaydın, onların cavabını yerində verər, heç mənim yanıma gəlməzdin. Ancaq görürəm ki, sən sözgəzdirənsən. Qeybət edənlərə bir söz deyə bilmirsən, sonra da gəlib mənə onların sözünü çatdırırsan. Sənin kimi adamlara bizdə rəğbət yoxdur...

Əxlaqımız bizə öyrədir ki, əgər bir insanın haqqı tapdanırsa, onun tərəfini tutmaq lazımdır. Yəni konkret olaraq, yuxarıdakı misaldan çıxış etmiş olsaq, padşahın dediyi kimi, qeybət edənlərin cavabını vermək, sonra da söhbəti unutmaq ən doğru seçimdir. Şəxsiyyət bu cür yetişir, böyük insan bu cür formalaşır. Hər şeydən əvvəl insanın gərək içi geniş olsun, eşitdiyi hər sözdən coşub-daşmasın, söz udmağı, söz unutmağı bacarsın.

Ara vurmaq

İnsanları bir-birindən incik salmaq, insanlara bir-birindən yalan danışmaq, əxlaqımıza görə çox pis əməldir. Bu cür əməllər bəzən zarafatla başlayıb, ölümlə nəticələnən cinayətlərə qədər uzanır. Əxlaqımızda bildirilir ki, insanların arasını vurmaq, onları bir-birinə düşmən etmək qatillik kimidir.

Bir insan kimi hər birimizin vəzifəsi yaxşılıq etmək, xeyirli olanı bölüşmək, paylaşmaqdır. Bunun əksini etmək, yəni insanları bir-birinin düşməninə çevirmək isə insanlıq yox, şeytanlıqdır. İnsanlar bir-birini sevdikcə ucalırlar. Sevgi, hörmət, ehtiram cəmiyyətin sərvətidir, xoşbəxtliyidir; kin, nifrət, ədavət isə ağır yüküdür, dərdidir.

Ara vuran insanlara el arasında mərdimazar deyirlər. Mərdimazarın heç bir yerdə hörməti olmur. İnsanlar onu görəndə üz çevirirlər. Beləsi ilə oturub-duranda adamın ürəyi sıxılır. Pis niyyət, qara düşüncə insanın özündən asılı olmayaraq sanki şüalanır və görünür. Əvvəla, bu cür adamların üz-gözü həmişə bürüşmüş olur, nə olur olsun sevinə bilmirlər, hər şey onlar üçün qorxudur, təhlükədir. Çünki özləri dünyaya belə baxırlar.

Sən hansı yükü daşıyırsan?

Söz yükü duz yükündən ağır olur. Əslində ömür adlanan bu yolda hər kəs bir yükün daşıyıcısıdır. Yükün xeyirlisi var, zərərlisi var. Ona görə də köhnə kişilər dua edəndə: "Allahım, məni xeyir işlərə alət elə!”- deyərmışlər. Əslində sözün xeyirlisini daşımaq, yaymaq, o sözlərlə insanlara xeyir vermək insanlıq borcumuzdur. Əgər sənin danışdığın söz bir insanın xarakterinin formalaşmasına, onun yanlış düşüncədən qurtarıb, doğru istiqamətə yönəlməsinə səbəb olursa, demək xeyir işlərə alət olursan. Amma daşıdığın və yaydığın söz yalandırsa, insanların düşüncəsini pozur, onları yalana yönəldirsə, onda da zərərli işlərə alət olursan, özü də könüllü olaraq. Çünki insanın başına gələn bəla onun öz əməllərinin nəticəsidir. Bizi qurtaransa xeyir əməllərimiz olacaq. İnsanın zərərə uğramasına ən çox səbəb olan bədən üzvümüz dilimizdir, yəni nəyi danışmağımız, niyə danışmağımız... Yəni hər eşitdiyini danışmaq fəlakətə düşməyimiz üçün kifayət edər. Ona görə ağzımız, dilimiz işləmədən əvvəl başımız işləməlidir ki, sonra bəlaya düşməsin. Vəssalam.


Şərhlər: 21
Baxılıb: 1124
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Nazan
senin vijdan azabin
29 mart 2015 20:21
# 21
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
leyla_258
bunu oxumaga sebir lazimdir,o da mende yoxdur.
29 mart 2015 18:21
# 20
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
vipbetul
padsah duzgun deyib ya sozu yayma yadaki kiminse baresinde danusildiqda cavabini ver o adamin
29 mart 2015 17:04
# 19
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
efsane..
hec xoslamiramda bu xususiyyeti bezi insanlar yaxsi cehetleri gormur sadece pisi axtarir pisini deyir danisir aleme yayir get gede ise paxilliq xesteliyine tutulub hec bir yaxsini gormurler Allah uzaq elesin bele islerden
29 mart 2015 15:42
# 18
pozitiv
Gunahsiz insan yoxdu.Allah gunahlarimizi bagislasin
29 mart 2015 05:01
# 17
Biz seni gormeden sevdik Ya Resulallah

"Bismillah" her xeyirin baslangicidir.
Yeni güne Bismillah!
Sehere qovusduran Rebbime sukurler
olsun...
Catwoman666
Sitat: Svetoklana
Nifret edirem qeybet eden,və ara vuran insanlara...

canim men de eynen senin kimi.nifret eedirem ele insanlara..
28 mart 2015 23:39
# 16
"All men must die, but we are not men"

Daenerys Targaryen
emis
catmaq istediyim ele bir meqsedim yoxdu heleki.. Allah butun gunahlarimizi bagislasin. Allahdan tek dileyim aileme can sagligi vermesdir basqa hecne tesekkurler
28 mart 2015 22:42
# 15
SENSİZ
allah butun gunahlarimizi baqislasin dua
28 mart 2015 21:52
# 14
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
Mrs.Pianist
ALLAH ozu bagislasin.Amin
28 mart 2015 21:42
# 13
Acısı çox olan qizların guluşu gozel olur.!
aynur2002
Bu keyfiyyetlere sukur malik deyilem Allah komeyimiz olsun.
28 mart 2015 21:37
# 12
Əvəz edilməz insan yoxdur...
-Sadəcə insan varki onu başqası ilə əvəz etmək
istəmirsən...!
Qlamurr
Günümüzdə nə çoxdu belə insanlar,ara vursunlar,qeybət etsinlər,bilib-bilmədən kiminsə haqqına girsinlər bu cür insanları sadəcə insan cildində şeytan adlandırmaq olar.Şəxsən elə insan tanıyıram ki, buu insanın işi-gücü qeybətdi,qarğışdı,kimsə buna nəysə edibsə,o adama nə olsa onun nəfəsi edibdi,sadəcə belə insanlara gülməyim gəlir,hamısı cahillikdəndi,bekarçılıqdandı,insan dediyin lap nəysə eşitsədə,onun doğru olub-olmamasını,mənbəyini araşdırmadan,kimlərəsə yaymaq olmaz.Bu ən böyük günahdı.
28 mart 2015 20:24
# 11
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Catwoman666
men meqsedime catmaq ucun istedoyim her seyi ede bulerem
28 mart 2015 19:12
# 10
"All men must die, but we are not men"

Daenerys Targaryen
Nezka
Söz gəzdirən insanlara ömrüm boyu nifrət etmişəm vur
28 mart 2015 18:29
# 9
İçimi görsən mənə aptek alarsan.
ayan97
Bu aralar kar kor ve lal olacam. Kimlerise oldurmum deye...
28 mart 2015 18:17
# 8
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
Fialka
Həyatımızda bu cür söz gəzdirən, qeybət edən, ara vuran insanlar çoxdu. Həmişə nəisə danışanda ağızdan çıxan sözə çox diqqət etmək və məsuliyyətini dərk etmək lazımdır.Ancaq bəzi insanlar bunu dərk etmir və doğru söz danışmırlar bununla elə bilirlər nə isə əldə edirlər ancaq olan ən çox onlara olur həm günah qazanırlar həmdə bu cür hərəkətləri öz övladlarınada aşılamış olurlar. Çox olub ki, bu cür vəziyyətlərə düşmüşəm kimdənsə bilib bilmədən danışırlar deyəndəki bəlkə heç sən bildiyin deyil, nə desə yaxşıdı deyir yox filankəsdən eşitmişəm o ele adam deyil ...beləsinə nə deyəsən sadəcə yola verirəm gedir və çalışıram o insanlarla ünsiyyətdə olmayım .. Düşünürəm ki, Allaha imanlı olan şəxs bu cür hərəkətlərə yol verməz , Allah keçsin günahlarımızdan...
28 mart 2015 18:15
# 7
Luna-90
Hec kime yaxinliq vermirem
28 mart 2015 18:10
# 6
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Tomris Müslümova
gelek yasadigin heyatda kar kor lal olasan...
28 mart 2015 18:08
# 5
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
aliceWOnDer
Barbi bacı ilə tam razıyam...elə insanlardan uzaq durmağa calşıram
28 mart 2015 18:08
# 4
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
BARBI
En nifret etdiyim ara vuran ve soz gezdiren insanlardi bele insanlar her zaman insanlarin yuvasini dagidir
28 mart 2015 17:59
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Nergizz
movzudaki deyilenlerin hamisina demek olarki rast gelmiwem,bir mesel var e deyr,sozu danwan adamnan qorxma,danwan adamnan sene soz getren adamnan qorx,indiki vaxtda her cur insana rast gelirsen,gerek her kesin yaninda her soz danwmayasan,hec maragindada deyilem,
28 mart 2015 17:52
# 2
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
Menim balam
Cəmiyyətdə bəzən bu cür söhbətlər daha tez yayılır.
28 mart 2015 17:35
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz