Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gözəllik, yoxsa əsarət?
Gözəllik, yoxsa əsarət?
Şərhlər: 20
Baxılıb: 946
Səs ver:
Tatuajda istifadə edilən boyalar allergik reaksiya verə bilər
Gözəllik qadın üçün önəmli nüansdır. Ancaq zaman-zaman gözəllik xatirinə edilən yanlış addımlar insanı peşman olmağa vadar edir. Müxtəlif tatuajlar, gellər, botoks, uğursuz əməliyyatlar bunlara misal göstərilə bilər. İlk əvvəl gözəl görünsə də, bir müddət sonra insanı yoran, ən pis halda fəsad verən bu üsullara əl atanlar da az deyil.

Müxtəlif görünüş dəyişdirici, estetik müdaxilələrə açıq olan Avropa ölkələri belə son illər olduqca çox baş verən fəsadlardan çəkinməyə başlayır. Hətta makiyajdan belə imtina edib sadə gözəlliyə üstünlük verən avropalıların imtina etdikləri isə Azərbaycana ayaq açar-açmaz xanımlarımızın marağını çəkir. Bir müddət olduqca çox yayılan şişirdilmiş dodaq dalğası daha sonra yerini tatuaj qaşlara, müxtəlif botokslara verməyə başladı. Hazırda isə dəbdə yuyulsa belə getməyən makiyajlardır. O makiyajlar ki, xanımların üzünə 1 illik, hətta daha çox müddətə tətbiq olunur və tibbi müdaxilə olmadan heç bir vasitə ilə bu makiyajları silmək olmur. permanent makiyaj adı ilə məşhurlaşan makiyajın ən qorxunc tərəfi isə bunu hətta ən adi salonların belə tətbiq etməsidir.
Estetik gözəllik uzmanı, Türkiyədə ixtisaslaşan Mərvə Uğurun sözlərinə görə, permanent makiyaj yalnız ehtiyac olduğu an edilməli, qüsurların örtülməsi üçün istifadə olunmalıdır. Üzdə olan əyər-əskikləri yox etmək üçün tətbiq olunan makiyaj ifrat dərəcədə çirkin görünmür və bu cür müdaxilə əksinə qadını gözəl göstərir: "Bu proses əsasən qaşların və dodaqların rəngini və formasını yaxşılaşdırmaq, göz qapaqlarının formasını korrektə etmək və gözlərin mənalılığını artırmaq üçün istifadə olunur. Əgər permanent makiyaj yaxşı kosmetoloji klinikada, yaxşı mütəxəssis tərəfindən yerinə yetirilərsə, bu halda o, təbii görünəcək, xarici görünüşü xeyli yaxşılaşdıracaq və qüsurları gizlədəcək. Onu da bilmək lazımdır ki, tatuajda istifadə edilən boyalar allergik reaksiya verə bilər. Buna görə allergiyaya meylli xanımlar bu proseduradan çəkinməlidir. Edilən permanent makiyajdan öncə bir sıra testlər tətbiq olunmalıdır ki, arxayın olasan. Əks halda edilən makiyaj mənfi təsir verə, hətta insanı şoka belə sala bilər".
M.Uğur qadınlar arasında enli dodaq makiyajın daha çox istənildiyini deyir. Bu cür makiyajın çox insana yaraşmadığını qeyd edən müsahibimiz qeyd edir ki, makiyaj 1 aylıq edilərsə, daha effektiv və daha münasib olar. Əks halda yaşam müddətində eyni makiyajla gəzmək qadınları bezdirər: "Gündəlik yaşamda elə məkanlar var ki, ora makiyajla getmək heç də düzgün sayılmır. Bu baxımdan risk edib 1 illik permanent makiyaj edilməməlidir. Eyni zamanda, xanımlar bilməlidirlər ki, keyfiyyətli boyalarla edilən makiyajın qiyməti ucuz ola bilməz. Əgər ucuzdursa, bu, artıq materialın keyfiyyətsizliyindən xəbər verir və bir müddət sonra izlər silinməyə və ala-bula görünməyə başlayır".

Dində permanent makiyaj heç də xoş əməl kimi qəbul edilmir. İnsanın bədəninə müdaxiləsi, dəyişdirməsi, verilən gözəlliyi qəbul etməyib yeniləmək arzusu şeytan əməli kimi qəbul edilir. Hacı Kamilin sözlərinə görə, qalıcı bəzək (vəşm) bədəndə qalıcı iz qoyur. Beləliklə, bəzəyin özü də bədənin bir hissəsinə çevrilir: "Bəzək məsələsində bu məqama xüsusilə fikir vermək lazımdır. Üz və bədən nahiyəsinə bəzək vurdurmaq və vurmaq peyğəmbərimiz tərəfindən lənətlənmiş bir şeydir. Başqa sözlə desək, qalıcı boyalarla bəzək vurmaq və vurdurmaq dini cəhətdən düzgün deyil, qadağandır".

İstənilən halda qadınlar nəzərə almalıdırlar ki, permanent makiyaj olduqca ağrılı bir prosedir və yerli keyidilmə olmadan bu cür makiyajın edilməsi mümkün deyil. permanent makiyaj olduqca diqqət və əl qabiliyyəti tələb etdiyindən qadınların iş zamanı ağrıdan tərpənməsi nəticənin uğursuz olmasına səbəb ola bilir. Məhz bu səbəbdən keyidilmə mütləqdir.


Şərhlər: 20
Baxılıb: 946
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Nazan
men ce esaret
29 mart 2015 20:47
# 20
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
Qlamurr
Təbii gözəlliyimi heç nəyə dəyişmərəm,həm tatuaj,qalıcı makyaj zərlidir,dini tərəfdən də günahdır,edənlərə də yaxşı baxmıram.
25 mart 2015 19:01
# 19
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
ece uslu
tatuaj hec sevmirem hemde gunahdi hex vaxt eletdirmerem
25 mart 2015 14:28
# 18
Aydan Habili
Sitat: Catwoman666
Men hecccc sevmirem tatuaj falan....iyremc gorunur o botokslar silikonlar geller....

Raziyam tam
25 mart 2015 00:04
# 17
rosh-nura
Sade ve balaca tatuları cox sevirem.amma Cox günahdı deyne hec vaxt etmerem.tatu yerine xınayla bileyimde yazılar yazdırıram bacıma
24 mart 2015 22:31
# 16
Catwoman666
Men hecccc sevmirem tatuaj falan....iyremc gorunur o botokslar silikonlar geller....
24 mart 2015 22:03
# 15
"All men must die, but we are not men"

Daenerys Targaryen
sia
xowma gelir ama icaze vermezler
24 mart 2015 21:36
# 14
Və bir gün məni heç vaxt sevməyəcək birinə aşiq olduğumu anladım...
Ayten666
Men ciyinde arxadan tatunu sevirem oda balaca bir simvalik nese daha iyrenc yox ama eletmerem hemde qoymazlar
24 mart 2015 21:09
# 13
gulun leceklerini qoparmaqla onun gozelliyini qazana bilmezsen!!!
Nergizz
iyrencdi bele weyler,
24 mart 2015 20:33
# 12
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
Luna-90
Tatudan xosum gelir ayagima isterdim ancaq yoldasim herbicidi diye icazesi yoxdu onun icazesi olanda 2de edeceyik
24 mart 2015 19:56
# 11
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
vipbetul
oz tebıyı gozellıyımı hesh neye qurban vermerem
24 mart 2015 19:00
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Rusi
tatunu sevirem balaca kepeney ya bileyimde yada boynumun ardinda
24 mart 2015 18:53
# 9
BARBI
Tatunun delisiyem ama basqasinin bedenide oz bedenime etmerem hem ziyandir hem deki gunahdir
24 mart 2015 18:31
# 8
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
emis
hec sevmirem men ele seylerin eleyhineyem lazimsiz seydir insana hem aci veriri hemde tebii gozelleik elden geidr
24 mart 2015 18:06
# 7
Nezka
Tatunu sevirəm da bütün bədəndə başdan aşağı yox
24 mart 2015 17:52
# 6
İçimi görsən mənə aptek alarsan.
lelos
hec xoşlamiram
24 mart 2015 17:51
# 5
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Fialka
Ümumiyyətlə həm perqament makyaja həm də tatu edilməsinə heç yaxşı baxmıram, dini tərəfdən isə məlumatım yox idi və öyrənmiş oldum.
24 mart 2015 17:50
# 4
qanadli melek
Hec sevmirem cox gereksiz yersiz bir weydi
24 mart 2015 17:48
# 3
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Tomris Müslümova
yox hec sevmirem tatunu ne oglanda nede ki qadinda,qadinda vapse xoslemiram heta pis baxiram ele seye
24 mart 2015 17:46
# 2
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
GünƏşimƏ_AiD_
Tatunu cox sevirem.hetta bayiram.amma daa aziri derecede yox sadece ince ve beden uzvlerinde olan ince yerlere vurulandaa
24 mart 2015 17:37
# 1
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz