Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Məsumluqla şəhvətin sərhədi
Məsumluqla şəhvətin sərhədi
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 880
Səs ver:

http://imgs.su/tmp/1323173805-367.jpg


Bir fotonun oyatdığı hiss

Bu şəklə yaxşı baxın.

Xüsusilə də yaşı 40-dan yuxarı kişilər, siz diqqətlə baxın.

Təbii ki, qadınlar da baxa bilər.

30 saniyə vaxt.

Diqqətlə baxın, bir azdan sizə çox maraqlı bir şey söyləcəyəm...

***
Bir gün doktordan soruşdum:


- Doktor, "qadınla məsələm" nə zaman bitəcək?

Həyatım boyunca unutmayacağım bu cavabı verdi:

- Öldüyün zaman...
- Yəni bu "problem"lə doğuldum, bu "problem"lə öləcəyəm, eləmi?


- Tamamilə doğrudur!


***

Fotodakı qadın Skarlett Johansondur...


Hələ 26 yaşı var.

Hər şeyi görmüş bədənim və ruhum yaşı 40-dan çox olan qadınlara meyllidir. Amma xəyalımda qoynuma başqa bir qadın almaq hüququ varsa, mən bu fotodakı qadını seçərdim.

Çünki həyatımın son illərində xəyalımın fövqəladə tablosu budur. "Vanity Fair" dərgisinin noyabr sayında yayımlandı bu şəkil... Dərgini aldığım gündən bəri gecə-gündüz, 24 saat ərzində doktorun sözləri gəlir ağlıma:

"Bəli, oğlum, Yer üzündə belə bir qadın varsa, sənin qadın məsələn bitməyəcək..."


***


Bir zamanlar bir dostum birlikdə olduğu qadından danışarkən, "bir sənət əsəri" ifadəsini səsləndirmişdi.

Dönüb dolaşıb yenə fotoya qayıdıram.

Aleksander Kuinin bir paltarı içində görünür. Görünür ona görə deyirəm ki, sanki paltar geyməyib, paltarı bir aksesuar kimi üstünə taxıb. Kürək zəncirbəndi insan əti yeyən ekzotik bir çiçək kimi açılıb. Açılan yarıqdan Venera fışqırır. Fövqəladə bir fotodur... intimoqrafiyanın incə çizgiləri...

***


Sol əlin etina ilə acdığı döşləri yenə sol əli gizlədir.

Sol gözü xəfif böyümüş kimi...

O göz və dodaqlar qulağınıza eyni cümləni pıçıldayır:

"Məsumluqla şəhvətin sərhədi naməlumdur".

Üç santimetr o yana bir kişi üçün itirmə qorxusunun, yəni cəhənnəmin qapısıdır.

Belə bir qadınla ancaq ərafda zifaf edə bilərsən. Üç saniyə sonranın cənnət, beş saniyə sonranın mütləq cəhənnəm olduğu bir "no mans land"dir bu qadının qoynu.

Bu foto sizə bu əbədi həqiqəti anladır.

Dost, eşqlə, ehtirasla çırpınan hər qadının qoynu əbədi bir ərafdır.

Bəlkə də bir gün ölümlə bitəcək o əsrarəngiz ehtiras həmin itirmə qorxusudur.

Ölümü kişi ruhunun gerçək qurtuluşu halına gətirən bir qorxudur bu.

Fövqəladə gözəllikdəki bu zəhərli sarmaşığın içindən fışqıran bu bədənlə yaşamağa məhkumsan.

***

Skarlet bu fotonu özü çəkib.


O ağ-qara görüntünü sanki fövqəladə bir fotoqraf çəkmişdi.

Bir insan öz gözəlliyini necə belə gözəl izah edə bilər?

"Çünki ən gözəl tərəfimi ən gözəl mən bilirəm", - deyir.

Aleksander Kuinin o fövqəladə zəhərli sarmaşığının içindən ancaq bu qədər gözəl bir Narsis çıxa bilər.

Ötənlərdə bir yerdə belə bir cümlə oxudum: "Bir qadının ətinə toxuna bilmək..."

Skarlett Johanssonun fotosunu bax, bu iştahayla seyr edirəm.

Mənə dünyanın ən gözəl şeyini anlatdığı üçün...

Xatırlatdığı, heç unutdurmadığı, hər gün yenidən qorxutduğu üçün.

***

Anais Ninin aşnası olmaqdan çox böyük həzz alan Henri Miller 1932-də həyat yoldaşının yanına qayıtmaq qərarı verəndə bunları yazırdı: "Sənə qızıl və çörək verdim və bir sonrakı qiyama qədər döndün. Qiyamı mən yaratmıram. Bir-birimizdən bəslənmək üçün bir-birimizə ehtiyacımız var".

Əgər bir-bizimizdən bəslənmək üçün belə xəyali bir məşuqəyə ehtiyacımız varsa, qadın məsələsi ölənə qədər yaxamızı buraxmayacaqsa...

Bu fotoya yaxşı baxın.

Aleksander Kuinin zəhərli sarmaşığının içindəki bu qadın hər kəsin içindəki gizli bir məşuqənin başqasından götürülmüş qiyafət fotosudur.

Oxşarı olmayan, tək, yeganə nüsxə.

Yəni xəyal bir aşnanın eynilə çapıdır.

Və o qadın ölüncəyə qədər yaxanızı buraxmayacaq.

 



Şərhlər:
Baxılıb: 880
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz