Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişilər evlənməyə niyə bakirə axtarır?
Kişilər evlənməyə niyə bakirə axtarır?
Göndərən: NoName
Şərhlər: 29
Baxılıb: 29969
Səs ver:
Qapanmaqla rahibə, sevişməklə fahişə olunmaz. Bu misalı əbəs yerə çəkmədik.

Dünyanın normal ölkələrində çoxdan öz həllini tapmış, Azərbaycanda isə hələ də qadınlar üçün "ciddi sınaq” olaraq qalan bakirəlikdir. Gəlin, etiraf edək ki, cəmiyyətimizdə insanların daxili azadlığının olmaması, davranışlarında və ünsiyyətlərində qeyri-səmimiliyin əsas səbəblərindən biri, bəlkə də ən əsası seksual problemlərdir. Məsələyə tibbi aspektdən yanaşdıqda isə görərik ki, vaxtında başlamış, mütəmadi cinsi həyatın olmaması həm qızlar, həm də oğlanlar üçün gələcək yetkin həyatlarında bir sıra ciddi problemlər yaradır. Normada qızlar 18-19, oğlanlar isə 19-20 yaşlarında cinsi həyata başlamalıdır. Lakin bəzi cəmiyyətlərdə olduğu kimi, bizim toplumda da bakirəlik hələ də güclü ictimai qadağa olaraq qalmaqdadır.

Nikahdan əvvəl cinsi həyat vacibdir
Bizdə bu problemin həllini erkən nikahlarda görürlər. Əfsuslar olsun ki, bu da əslində səhv yanaşmadır. Çünki gənclərin ailə həyatına hazır olmadan nikah bağlamasının sonradan boşanma ilə nəticələnməsi qaçılmazdır. Əslində, hələ ailə qurmayan insanın normal həyatında mütəmadi və sağlam cinsi həyat yaşaması, onun həm fiziki, həm də mənəvi tələbatının ödənməsi deməkdir. Necə ki, yuxumuz gələndə yatırıq, acanda yemək yeyirik, məhz normal, müntəzəm seksual həyat da sadaladıqlarımız kimi vacibdir. Üstəlik, müntəzəm seks hər iki cinsin seksual tərbiyəsi üçün də önəmlidir. Onların gələcək nikaha hazırlanması, habelə, cütlüyün uzun müddət birgə yaşaya biləcəklərini müəyyənləşdirmək üçün çox vacib faktordur. Çünki tərəflər bir-birini ən yaxşı yataqda başa düşməlidir. Uzun zaman bir yerdə yaşamaq üçün əsas səbəblərdən biri də sağlam və müntəzəm seksdir.

Azərbaycan kişisi evlənəndə bakirə qız axtarır
Heç kimə sirr deyil ki, Azərbaycanda gənc ailələrdə boşanmaların sayı gündən-günə artır. Bu bəzən bir sıra problemlərlə yanaşı, sosial çətinliklərin də ayağına yazılır. Halbuki, yaxşı bilirik ki, əslində, cütlüklərin ən əsas problemlərindən biri də seksual uyğunsuzluqdur. Bəzən seksual uyğunsuzluğa baxmayaraq, ömürlərini məcburən bir yerdə keçirən cütlüklərimiz də az deyil. Bundan əziyyət çəkən isə yenə də qadınlar olur. Çünki kişi kənarda öz seksual həyatını başqa qadınlarla sürdürür. Azərbaycan kişisi evlənəndə bakirə qız axtarır. Yaşı az olan, seksdə "təcrübəsiz” olan bakirə qızı alıb, özünə arvad edir. Ona görə ki, Azərbaycan kişisi arvadı özü üçün deyil, ata-anası, qohum-əqrəbası və ən əsası, cəmiyyət üçün alır...

Arvadı onun həyat yoldaşı, seksual partnyoru deyil, uşaq doğanı, yemək bişirənidir. Aldığı qızın intellektual səviyyəsi, dünyagörüşü, fikirləri önəmli deyil. Önəmli olan odur ki, qız bakirədir, seks təcrübəsi yoxdur və ətrafda onu heç kim tanımır, təmiz ev qızıdır. Kişi evlənir, kənarda isə evlənməyə cürət etmədiyi sevimli qadını ilə öz həyatını (qadının deyil, məhz öz həyatını – red.) yaşayır. Sevdiyi qadınla evlənə bilmir, çünki onun həyatında əvvəllər başqa kişi olub... Əgər o, bu qadınla evlənərsə cəmiyyət, qohum, ya da qonşular onu qınaya bilər. Nəticədə isə iki qadın əzab çəkməli olur. Həm kişinin evləndiyi arvadı evə məhkum edilib, bədbəxt olur, həm də ki onu sevən digər qadını, yəni sevgilisi.

Boşanmaqdan qorxan və ya heç bir sosial statusu olmayan Azərbaycan qadını, kişinin arvadı evdə paltar, qabyuyan, yemək bişirən bir varlığa çevrilir. Onun işi ev təmizləmək, xörək bişirmək və uşaqların tərbiyəsi ilə məşğul olmaqdır. Az yaşından evdə oturan qadın zaman keçdikcə parfümünü bişirdiyi yeməklərin iyinə dəyişir. Kənarda özünün bütün seksual ehtiyaclarını ödəyən kişini isə evdəkinin nə vəziyyətdə olması qətiyyən maraqlandırmır. Bununla da qadında isteriya, nevroz kimi ciddi psixoloji xəstəliklər yaranır. Üstəlik, qadında hormonal disbalans sayəsində çəki artımı müşahidə olunur. Bu da kişinin arvadından daha da uzaqlaşmasına səbəb olur. Artıq o, öz arvadını mükəmməl seksual partnyor kimi qəbul etmir. Halbuki, bu halın baş verməsində ər günahkardır.

Hələ bu harasıdır? Seksual həyat yaşamayan qadın uşaqlıq və yumurtalıqların, həmçinin süd vəzlərinin müxtəlif xoş və bədxassəli şişləri və digər xəstəlikləri ilə üzləşir. Ayda-ildə bir dəfə arvadı ilə seksual akta girən kişinin əsas vəzifəsi öz işini missioner pozasında yerinə yetirmək və qadından əvvəl orqazm olmaq olur... Əslində, Azərbaycan kişisi bakirəlik kultundan qurtulub, sevdiyi, xoşlandığı qadınla evlənərsə, daha normal, sağlam həyat yaşamış olar.

Ya da təsadüfi partnyorlara həsr etdiyi enerjisini, yataq oyunlarını - müxtəlif pozaları, yüngül fetiş, sado-mazoxizm elementlərini, oral və anal yaxınlığı həyat yoldaşına tətbiq edərsə, onların arasında bir-birinə olan seksual maraq da artar. Bununla da Azərbaycan kişisi kənarda yeni həyəcan axtarışına son qoyar. Təbii ki, bu məsələdə tək kişiləri günahlandırmaq doğru olmazdı. Çünki bu, bütünlükdə toplumun ciddi problemidir.

Vaxtı keçmiş bakirələr müasir düşüncəli kişiləri maraqlandırmır
Bəzən əksər qızların "bəxti gətirir”, tez ərə gedir. Üzdə elə görünür ki, o, xoşbəxtdir. Heç olmasa, az-çox seksual həyat yaşayır (Təbii ki, bizdə qarşılıqlı sevgi, sayğı və ehtirasla dolu həyat yaşayan normal cütlüklər də xeylidir - red). Vay yaşı keçmiş bakirə qızların halına. Yaş ötdükcə bakirəlik orqanizm üçün bir sıra fəsadlarla müşayiət oluna bilər. Bura orqanizmin hormonal disbalansı, menstrual tsklin pozulması, bəzi hallarda tamamilə kəsilməsi, müxtəlif ginekoloji xəstəliklərin yaranmasını aid etmək olar.

Bundan başqa, normal müntəzəm seksual həyatın olmaması bir sıra nevroloji problemlərin yaranmasına da yol açır. Belə qızlar tez qıcıqlanan, müxtəlif mövzulara ilişib qalan, hər hansı bir məsələ barədə uzun-uzadı danışmağı xoşlayan, nəyəsə aqressiv münasibət bildirən olurlar. İllər ötdükcə isə heç bir seksual həyat, kişi təması yaşamayan "veteran bakirələr” sonralar əks cinsin nümayəndələrindən iyrənməyə başlayırlar. Bu qızlarda frigidlik (cinsi soyuqluq), daha pis halda vaginizm (cinsi əlaqə öncəsi uşaqlıq boynunun spazması- bağlanması) halları baş verir. Yəni vəziyyət o həddə gəlir ki, yaşı ötmüş bakirələr sonradan cinsi həyata başladıqda belə seksdən həzz ala bilmirlər.

Bakirəliyi tələb edən kişilərdir, sonda aldananlar da yenə onlardır
Peşəkar Psixoterapiya Liqasının psixoloq-psixoterapevti Təhminə Çələbi açıqlamasında bakirəlik tabusunun Azərbaycanda seksual aclıq yaratdığını bildirib:

"Azərbaycan insanında seksual aclıq var. İnsan orqanizmi üçün tabu yoxdur. Biz təbiətə qarşı çıxa bilmərik. Müəyyən yaş dövründən sonra orqanizmin seksual tələbatı ödənməlidir. Bu tələbat ödənmədiyi təqdirdə, qadınlarda müəyyən psixoloji gərginliklər yarana bilir. Təsadüfi deyil ki, qadınlarda isteriya, nevroz və digər psixoloji xəstəliklər daha çox yayılır. Bu da seksual həyatın olmaması ilə bağlıdır. Ümumiyyətlə, isteriya (yunan sözüdür- "бешенство матки”- "matkanın quduzluğu”) matkanın xəstəliyidir. Yəni qadın seksual istəklərini qarşılamadığı təqdirdə, orqanizmdə müəyyən psixoloji gərginliklər yarana bilir. Bizdə qaydadır, bir qız ömrü boyu ailə qurmursa, heç bir kişi ilə seksual münasibətə girmir, bakirəliyini toxunulmaz saxlayır. Bakirəlik tabusuna qarşı çıxa bilməməsi onun orqanizmində ciddi xəstəliklərin yaranmasına səbəb olur. Belə qadınların əsəbləri ilə bağlı müəyyən problemləri yaranır. Cəmiyyətdə bakirəlik tabusunun olması kişilərdə seksual aclığın artmasına səbəb olur.

Bizdə qadın yolla gedir, ona söz atırlar, pis formada baxırlar, maşınlarına dəvət edirlər. Avropada isə bunu ancaq seksual xidmət göstərən qadınlara edirlər. Bu da bizim insanların seksə qarşı çox ac olduğunu göstərir.

Qəribədir ki, bakirəlik tabusunu istəyənlər kişilərdir. Bundan daha çox zərərçəkənlər də onlardır. İnsanın əxlaqı onun bakirə olması ilə ölçülməməlidir. Onsuz da bunu etmək istəyən insanlar öz həyatlarını yaşayırlar, istəklərini reallaşdırırlar. Sonra isə başqası ilə yalan üzərində ailə həyatı qururlar. Burada da yenə də aldanan kişilərdir. Bakirəliyi tələb edən də kişilərdir, sonda aldanan da yenə onlardır. Bilirsiniz ki, müəyyən ginekoloji proseslərdən sonra bakirəliyin bərpası (himenoplastika əməliyyatı) mümkündür. Nəticədə isə insanlar yalan vasitəsilə ailə həyatı qururlar.
Yalana məruz qalmaqdan, qadının bakirəliyini bərpa edərək, onunla evlənməsinin qurbanı olmaqdansa, gələcək xanımının keçmiş münasibətlərini araşdırmamaq lazımdır. Əslində, bakirəlik tabusu olmamalıdır. Hər bir insanın fərdi, azad seçimi olmalıdır. Hər bir insan öz istəyi üzərində həyatını yaşamalıdır. İndi milli-mentalitetdən, mənəvi dəyərlərdən, əxlaqdan, namusdan danışırlar.

Gəlin etiraf edək ki, indi bir çox gənclər istədikləri seksual həyatı yaşayır. Amma bunu ətrafdakılardan, cəmiyyətdən gizlədirlər. Bunu gizlətmək də doğru deyil. Əksinə, bunu normal formada etmək lazımdır ki, sabah hər hansı bir xəstəliklərin yaranmasına rəvac verilməsin. Hətta təklif edirəm ki, məktəblərdə xüsusi psixoloqlar tərəfindən cinsi tərbiyə həyata keçirilsin. Seksuallıqla bağlı uşaqlara ətraflı məlumat verilsin. Çünki uşaqların bu mövzuya marağı onsuz da var. Yaxşı olar ki, bunu profilaktik tədbirlər vasitəsi ilə əldə etsinlər. Nəinki özləri özbaşına bunu edərək, müxtəlif qorxulu xəstəliklərə yoluxsunlar”.

Seksual həyatın olmaması qadın orqanizmi üçün böyük zərbədir
Həkim-ginekoloq Təranə Həsənova söhbətində Azərbaycan qanunvericiliyində nikah yaşının 18 olduğunu xatırladıb:

"Seksual münasibət üçün 18 yaş uyğundur. Amma orqanizm 18 yaşdan aşağı bu işə hazır deyil. Bu, orqanizm üçün çox böyük bir zərbədir. Qızın az yaşda hamiləlik keçirməsi də onun orqanizmi üçün ciddi zərbədir. Qadın orqanizminin belə bir xüsusiyyəti var ki, kişilərdən fərqli olaraq tez qocalır. Məsələn, eyni yaşda olan qadınla kişi evlənir. Onlar 60 yaşa çatanda baxırsan ki, qadın kişidən yaşlı görünür. Yəni qadın orqanizmi nisbətən tez düşür. Bunun da ən birinci səbəblərindən biri də qadının erkən yaşda hamilə qalması, doğuş həyata keçirməsidir. Qadının cinsi həyatının olması fizioloji prosesdir. Seksual həyatın olmaması qadında bir sıra hormonal pozulmalara apara bilər. Məsələn, fibromotoz düyünlər var ki, subay qızlarda rast gəlinir. Eşidən deyər ki, bunun nə dəxli var, 3 uşaq doğmuşam, problem məndə də var. Məsələ elə deyil, ərə getməyən qadınlar arasında bunun faizi daha yüksəkdir. Fibromotoz düyünün əsasında da hormonal pozulma dayanır. Seksual həyat olmayanda, müxtəlif hormonal pozulmalar baş verir. Seksual tələbat olmadıqda bu, istənilən qadın xəstəliyinə yol aça bilir. Sinir sistemində ciddi pozğunluqlar yaranır. Daha sonra nevrozun müxtəlif mərhələlərinin yaranmasına səbəb olur. Seksual tələbat yerinə yetirilmədikdə, qadının sinir sistemi yüklənir, o insanlar çox əsəbi olur”.

Və sonda...
Gördüyünüz kimi, bakirəlik qadın orqanizminə tibbi, fiziki və psixoloji baxımdan xeyli zərər vurur. Biz isə düşünürük ki, zaman keçdikcə, savadı, ağlı, zövqü, ən əsası dünyagörüşü olan Azərbaycanlı kişiləri "qara kurtkalılar”dan sayca çox olacaq. Onlar üçün qızın bakirə olması önəmli göstərici olmayacaq. Əks halda, qız qızıla dönəcək, oğlanların isə bundan heç xəbəri olmayacaq...


Şərhlər: 29
Baxılıb: 29969
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
oxumadim coox uzundu
10 mart 2015 20:46
# 29
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Mar Mar
Bura islam ölkesidi ne danışırsız bunu yazan ileride öz qızın bu dediklerini etse sene xoş gelecek bu nece maariflendirmedi biri oxuyub düzgun anlamasa nece yeni bir az yaşasinlar baxsinlar ki cinsi heuatlari alinir sonra evlensinler yaxşi tutalim ki alinmadi o qız sonra ne olacaq başqasinin artiğini hec bir oğlan qebul etmez birde namuslu qiz toy evine kimi özünü qorumalidi biz rus avropa deyilik ki 7 sinifde artiq qiz olmurlar qizlar miniyle yatib durub axirda birine getsinler bura Azerbaycandi bele namussuzluğu mence hec kim qebul etmez bu menim fikrimdi
5 mart 2015 10:28
# 28
Antikvar
Sagolunee ne gozel movzudu bu?Insanlarin qadinllarimizin aglini bax bele movzular super basqa yone getmeye fursetdi ele deyil?Sonra bosanma coxdu deye cemiyyetimizin dilinden dusmur...Hansi agilsiz yazib bu yazini?Neye uygun olaraq zemaneye yoxsa muselmanna yarasacaq formadami uygunlasdirib bu sirada olan yazilar?Heqiqeten milletimizin aglli berbat gundedi..yaziqligim gelir bax bele fikirlesib ozunu o hala qoymaq isteyen insanlarimiza.Yeni demek isteddiyiniz Rus qadinlardan geri qalmayaq nedi nedi geleceye hansisa bir odenisi qarssilamaq ucun?Bunu yazanda hansi rusla vaxtinizi kecirirdiz?Qadinin yemek bisirmeyini,usaqa baxmagini,bir aile qadinini ele berbat gunune saliblar ki,amma 17,18 yasinda bakireliyini pozmaq yuxarida sadaladigimin yaninda cox meslehet verilmeli bir yaxsi fikir kimi...Bunu yazan eyer kisicik cinsindendise o yaziga demek isterdim ki,bax bu yazdiqlariniza goredi elinizdeki qadinlari basqa kisilerin qoluna atmaginiz...Eyer qadindisa getsin terbiyesizlik etmek gelirse iccinden onunla mesgul olsun yoxsa setanliq edibde her bir qadina bele olun demekle muselman olduguqlarini insanlara unutdurmasin...Gulmek geldi mene bu movzunu oxuyanda...Birde bele yazi boluwub az yasli qizlarimiza pis ornek olmayin...
1 mart 2015 23:42
# 27
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Luna-90
Utanmırlar ona göre özleri temiz qiz axtarirlar ancaq o vaxta kimi yemedikleri p... qalmir kaşki onlarda bakir evlenerdiler.
28 fevral 2015 21:46
# 26
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Turkan Abbasova
Eger mende kisi olsam ozume bakire qiz alardim. Amma ki onu qelben severdim. Day onun bunun atmrtigiynan yasamazdim. Eger kiside agil olsa oz arvadina sadiq olar.
25 fevral 2015 16:31
# 25
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
adsiz-a
belenciy kiwiler manyakdi,qül kimi temiz halal arvadini qoyub qedib bir fahşeynen yataqa qirmey ne qeder duzqender,ordan burdan yiğib xesteliyi qetirib verir saf sene sadiq olan həyat yoldaşina...
25 fevral 2015 12:19
# 24
guler19
O kişi bakirə axtarsın ki,özüdə bakir olsun,Tək kişilər axtarmır bakirə qızı,eləcədə kişinin anası bacısıda istəyir evləndiyi oğlu ya qardaşı bakirə qız ilə evlənsin. Bakirəlik sadəcə olaraq qanuni bir nikah, başqa sözlə, dinə müvafiq qaydada kəsilən kəbin nəticəsində, yəni, evlilik vasitəsilə aradan qaldırıla bilər. Evlilikdən başqa birlikdə olmaq günahdır.
25 fevral 2015 11:05
# 23
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
SEVGI DENIZIM
bir qizin en gozel ceizi onun temiz adidir
25 fevral 2015 09:21
# 22
Üstümə qışqıran, acıqlanan, küsən, küsdürən, qısqandıran lakin bir damla göz yaşımı görende dünyanı dağıdan birini sevdim cox sukur seni veren Allahima

♥ :)
krisa
qadinin xosbextliyi kisinin elindedir.ister o,qadin bakire olsun,isterse de bakire olmasin.guya o kisi colde xosbext heyat yasayir?sadece cinsi telabatini odeyir.o,coldeki xanimi ile de evlensin gorum,ona sadiq qalirmi?belelerin cox gormusuk.
25 fevral 2015 07:49
# 21
Wappuw
Bir qizin en gozel cehizi opulmeyen dodaqlaridi
25 fevral 2015 02:12
# 20
Ne baxirsan menim kimi mende baxdim senin kimi senede baxarlar menim kimi
liza
Bu yazilanlarda birce seyle raziyam oda bu sevmediyin birini alib evde suvenir kimi saxlayib colde heyat yasamaq ve bunun sebebide oqlanin o qizi ozu isdeyib almasi yox valdeyinleri terefinden mecbur alinmasi hec bir oqlan evleneceyi qizi ustelik ozu sevib evlenmek isdediyi qizi gedib yuz emelden cixmisin almaz kisiler gezir tozur kef edir sonra bir gun birini sevir ve evlenir ele her gezdikleriyle sevgi yasayib evlenmiyecekler ki bu sadece beden telabatini odemek ucun burda yazildiqi kimi yemek yemek su icmek kimi bir telabat bu ezelden bele gelib bele de gedecek her bir kisi isdiyerki aldiqi qadin onun halali olsun biz muselmaniq yoxsa rusdar kimi 5 sinifde lagerlere qiz gedib gelin qayitmaq harda qaldi bes onda bizim terbiyemiz cox sukur geydiyimiz gelinliyi uzu aq alni aciq geyirik yoxsa yuz emelden cixib sorada terbiyeli qiz adiynan yox!!!!
He birde burda bir movzuyada duz toxunubsuz ki bakire axtarib yene yanilan kisiler olur cunki Her oyundan cixib sora ozun yiqdiranda az deyil bununda sebebi ailenin verdiyi terbiyeden aslidir der anasina bax qizin al yani oqlanlar o qedermi tupoydular sevib sececekleri qizin ne olduqunu anlamirlar mence eleleri bile bile alir cunki esl kisi qadinin ele danisiqindan anlayar ne olduqunu arginaldi yoxsa yigdirma
bunuda deyimki indiki erken bosanmalarin ekseriyyeti mecbur evlenmis evliliklerdir ve bununda sebebi bakirelik yox ele valideyinler ozleridir yox bir camahat getsin Her emelden cixsin ki neymis neymis anlayisim olsun bele maraqlanirlar getsinler ele kitablar var alsinnar oxusunnar Her seyden xeberdar olsunnar sorada basi dik alni aciq dede evinden ag gelinlikde cixsinlar bu qeder tesekkurler
25 fevral 2015 02:04
# 19
".......Dua Rehmetin... Destemaz Namazin... Namaz da Cennetin acaridir ........".
Miss_Angel
bunu yazanin eline sagliq mencede gelin ilk bakireliyin gelinlikde tawimalidi sozn yox ama menim kimi evli olub ayrilmiwlar daw duwur bawina imkan vermir camahat rahat hele nefs alasan mende haminin acigina subay oglana gedecem
25 fevral 2015 01:21
# 18
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
gulunnn
Menim fikrimce qiz uwaqi ag gelinliyi geyince oz heyat yoldawi ucun bakire olmalidir sonrada Allahin wukur meslehetine
25 fevral 2015 01:15
# 17
kespixo
Sona kimi oxumadim.cunki ele oxuduqlarim bes eledi.mence heeec duzgun fikir deyil.toydan evvel bakireliyini satmaq.eyer muselmaniqsa demeli yalniz halalimizla yawamaliyiq.beyem onda bele cixirki 17yawina catan kimi qizlar getsin heresi bir oglanla bakireliyini pozsunki xeyirdi yada desinki bir birimize oyrewirik.ne qederde muasirlewsekde mence oz muselmanliqimizi exlaqimizi qorumaq borcumuzdu.eyer kiwiler ucun bele problemdise, bakire istediyi qizla seks heyati yawamaq istiyirse bes onda niye aile quranda qizin bakireliyi daha onemli olur onun ucun.belke qiz bunan qabaq necesiyle yatib.neyse bu mesele yazdiqca uzanir.qisacasi hec duzgun deyil
25 fevral 2015 00:47
# 16
ismayilova ulker
Bizim qızlarımız bu xəbəri niyə bu qədər pis qarşıladılar anlaya bilmədim. Dərinnən dəqiq oxusanız halbuki burda pis birşey yoxdu. Burda deyən yoxduki get kimnən istisən gəz əylən. Xeyir burda sözün çoxsu xanımlara deyildə kişilərə aiddi. Tam razıyam bakirəlik axtarışına çıxıb ailə qurub sonra təmiz xanımını evdə qoyub qaçır küçədəkinin yanına. Evdəkidə oturub gözdüyürki əri haçan gələcək. Halbuki.belə vəziyyətdənsə elə o küçədəkiylə normal ailə qurub yaşasa bundan yaxşıdı. Elə savab da qazanar.

Əslində, Azərbaycan kişisi bakirəlik kultundan qurtulub, sevdiyi, xoşlandığı qadınla evlənərsə, daha normal, sağlam həyat yaşamış olar.
Bu fikirlədə tamamilə razıyam.
25 fevral 2015 00:35
# 15
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
sona
Sitat: Qlamurr
Məsələyə hərə öz prizmasından yanaşacaq,necə deyərlər kimə necə sərf edirsə,birincisi belə xəbərləri paylaşmaq düzgün deyil,çünki burda hər yaş da olan qızlarımız var.Bunu oxuyan hansısa az yaşlı qız bu addımı atıb,özünə bəraət qazandıra bilər.Biz Avropada yaşamırıq ki,bu cür düşünək,biz müsəlmanıq,evləndiyimiz oğlan və evlənəcəyimiz qız halalımız olmalıdır.Bu xəbəri paylaşan şəxs siz bakirə olmayan qızla evlənərdiniz?

Her bir cumlen ile raziyam tam duwunduklerimi yazmisan. Bu xeberi gec beyenmedim. Her yawda her duwuncede insan var burda bele bir xeberin yeri yox idi
25 fevral 2015 00:03
# 14
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
ece uslu
yazilanlarla hec razi deyilem miz avropali deyilik muselmaniq
24 fevral 2015 23:34
# 13
aziz a
Mene maraglidi bunu dusunub dasinib yazan insan varha ve onun kimi dusunenlerde onlar oz yaxin xsnimlarinin bele etmesine goz yumarlar?maragludi mene.yox nevar nevar bexti acilmayib deye gedib bakireliyini kime oldu pozdurmalidi ki saglam olsun?tuputum o saglamligada o dusunceyede...bes bizim adet en enemuz,abir heyamiz?abirsiz onsuzda abirsizdi.amma bu bizim butun qadinlarimiza aid deyil..bizim en boyuk varimiz dovletimiz bizim abir heyamizdi....Dozum coxduye belkede fikrimi tam catdira bilmurem amma men bele dusunurem ve bu qeder
24 fevral 2015 23:32
# 12
Qelbim doludu !!!!
Sucan
Hec razi deyilem bu yazilan sozlere
24 fevral 2015 23:17
# 11
BARBI
Mende cox pis baxiram insan evlendiyi insana bakireliyini saxlamalidir eger saxlaya bilmirse sozum yoxdur bes deqiqelik heves ucun ozunu alcaltmaga deymez
24 fevral 2015 23:14
# 10
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Qlamurr
Məsələyə hərə öz prizmasından yanaşacaq,necə deyərlər kimə necə sərf edirsə,birincisi belə xəbərləri paylaşmaq düzgün deyil,çünki burda hər yaş da olan qızlarımız var.Bunu oxuyan hansısa az yaşlı qız bu addımı atıb,özünə bəraət qazandıra bilər.Biz Avropada yaşamırıq ki,bu cür düşünək,biz müsəlmanıq,evləndiyimiz oğlan və evlənəcəyimiz qız halalımız olmalıdır.Bu xəbəri paylaşan şəxs siz bakirə olmayan qızla evlənərdiniz?
24 fevral 2015 23:07
# 9
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
lelos
Qadin oz namusunu qorumalidi men bu fikirle razi deyilem birini sevib birine aid olmalidi
24 fevral 2015 22:28
# 8
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Madina
Cox pis xeberdir,demeye coxlu sozler var,məqaləni yazan müəllifin adı qeyd edilmiyib ancaq sualim bu olar ki,ozu de bakire olmayan qizla evlenib?! Qizlar namuslarini hemise qorumalidilar. Ne ucun dinimiz buyurur ki,qizlar ve oglanlar mehz cinsi inkisafa basladigi dovrde namaz qilmalidir? Yeqin bixebersiniz... Usaqlari usaqliqdan iman ruhu ile gerek boyudesen,namazdan alinan enerji insanin nefsini onun quluna cevirir. Tebiiki eger namaz icden qilinarsa. Heqiqi iman sahiblerinin ailelerinde siz deyen problemler yasanmir,cenab!!! Bu xeberle hele heyatin hiylelerinden xebersiz nece-nece qizin taleyini mehv etmis olarsiz. Onlar gunaha batdiqlari qeder ikiqat gunah da size yazilar. Heqiqi imanli insanlar cinsi telabatlarini onlara halal olan heyat yoldaslari ile bolusurler. Gerek nefsine sahib ola bilesen ki,basqa qadinlara baxmayasan ve sende seytani istekler oyanmasin. Sadece allahi sevib imanli olmaq her seyin hellidir!!! Siz yazan pozgunluqlarla mesele hell olunmur!!!
24 fevral 2015 22:24
# 7
Kucuk bir soz yakarsa icini,
Dost bildiklerin anlamazsa seni,
Bos ver dokme icine
Koy alnini secdeye,al eline tesbihi
Vallahi ondan basqasi anlamaz seni.
rəmsə
bura azerbaycandi,islam olkesi.Her hansi bir avropa olkesi deyil oku bu yazilanlarla qeti razi deyilem
24 fevral 2015 22:18
# 6
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
AYKA-ISI
bir kiwinin bele fikir boluwmesine wokdayan beleleride varmiw fikrinize hormetle yanawsamda sizinle razi deyil bakirelim qadinin namusudu. temizliyidi hec kes hec neyi anasinin betninde oyrenmir
24 fevral 2015 22:17
# 5
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
Nergizz
qara kurtkali nedi bawa duwmedim?onsuzda get gede bakire qizlarada pis baxacaqlar hele,ele pis dovre gelmiwik ki,neise,bu hakda danwmaga deymez kim nece istyr ele edr,
24 fevral 2015 22:09
# 4
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
naxçıvan balası
Bu fikirle razı deyilem, elbbeteki qız öz namusunu gözlemelidi nedi ere getmir diye min hoqadan çıxmalıdı ya da.ere gedib isdekleri qarşılanmır yoldaşı terefinden yolunu azmalıdı esl AZERBAYCAN qadını heç vaxt yolundan çıxmaz ölene kimi namusunu qoruyar , menim tanıdığım evlenmek isdeyen oğlanlar lk önce qızın abr heyasına baxır sonra özüne heyat yoldaşı edir ,qadının sks tecrübesine baxmır 122
24 fevral 2015 22:01
# 3
Zeynebin nevesi
Bu xebere her xanim terbiye cehetden yanashacaq:xeberin megzini anlayan xestelik ve s. Aspektten yanashacaq;fikri "eyri yola"olanlar ise xeberi ozlerine beraet kimi qiymetlendirecek.
Bele baxanda ise Allah kebinsiz namehremin toxunmasini qadagan edib.Kebin kesdirsen de,bu olacaq nikahdan kenar aile.
En gozeli her sheyin ne gec,ne de tez olmasidir.
24 fevral 2015 21:58
# 2
xeyalperest
Men bunun razi deyilem şexsen.Yeni bele duşunmekdediler ki indi qizdar avropalaşib deyibde mekteb yaşinda min hoqqadan cixirlar.ona gore yeni normal evlilik istirler 20-22den evlensinler.nem men bu fikirleri qebul ede bilmirem.ve mence bu geride qalmişliq deyil.
24 fevral 2015 21:48
# 1
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz