Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Neçə yaşından sonra boy qısalmağa doğru gedir
Neçə yaşından sonra boy qısalmağa doğru gedir
Göndərən: emis
Şərhlər: 21
Baxılıb: 1521
Səs ver:
Böyümə çağı və yeniyetməlik dövründə sürətlə uzanan boy 35 yaşdan sonra eyni sürətlə olmasa da, qısalmağa başlayır. Boy qısalmasını qadınlar daha çox hiss edirlər. Bu vəziyyətin ən əhəmiyyətli səbəbi isə qadınlarda kişilərə nisbətən daha çox rast gəlinən sümük əriməsi və qırıqlardır. Boyun qısalmasının qarşısını almaq mümkün olmasa da, gənc ikən bir sıra tədbirlərlə sümük əriməsinin qarşısını almaq mümkündür. Bunu Ortopediya və Travmatologiya Üzrə Mütəxəssis Doktor Səlim Sırrı Türkər boyun qısalmasına səbəb olan amillər və qarşısını almaq yollarından danışarkən deyib.
Qadınların sümükləri kişilərə nisbətən 5 dəfə çox əriyir
Sümük toxuması 35 yaşından sonra zəifləməyə başlayır. Hər kəsdə fərqli yöndə inkişaf edən bu zəiflik müəyyən bir səviyyəyə gəldikdə sümük əriməsi ilə müşayiət edilir. Qadınlarda sümük əriməsi kişilərə nisbətən 5 dəfə daha çox müşahidə olunur. Bunun ən əhəmiyyətli səbəbi isə klimaks dövründəən sonra estrogen səviyyəsinin düşməsidir. Sümük əriməsi sümüklərin çox asan qırılmasına, həm də boyun qısalmasına səbəb olur.
Sınıqların çoxu hiss olunmur
Sümük əriməsi ən çox bud və fəqərələrdə sınıqların əmələ gəlməsinə səbəb olur. Həmin sınıqların saylarına uyğun olaraq da boy qısalmağa başlayır. Bundan başqa, kürəkdə donqarlıq və digər duruş qüsurları da sümük əriməsinin gətirdiyi problemlər arasındadır. Bədənin fiziki şəklinin dəyişməsi və bu problemlər həyat keyfiyyətinə də mənfi təsir göstərir.
Sümük əriməsi vaxtında müalicə ediləndə boyun qısalmasını dayandırmaq mümkündür. Fəqərələrdəki sınıqların təxminən üçdə ikisində heç bir əlamət hiss olunmur. Odur ki, xüsusilə 50 yaşından sonra qadın və kişilər müəyyən fasilələrlə sümük ölçülərini hesablamalıdır.
Osteoraxondroz kimlər üçün risklidir
1. 60 yaş-dan yuxarı bütün qadınlar və kişilər
2. 45 yaşından əvvəl klimaks dövrünü keçmiş qadınlar
3. Daha əvvəl kiçik travma nəticəsində sınığı olanlar
4. 3 aydan çox kortizon istifadə edənlər
5. Siqaret çəkənlər
6. Gündə 2 qədəhdən artıq spirtli içki içənlər
7. Ağır pəhrizlər və D vitamini çatışmazlığı
8. İdman etməyənlər və gənclik illərində hərəkətsiz yaşayanlar
9. Xroniki qaraciyər xəstəlikləri və ya romatoid artrit kimi xəstəlikləri olanlar
Onurğa sınığının olub-olmadığını necə anlamaq olar?
50 yaşdan yuxarı hər kəs boy cədvəlini ölçməlidir. Onurğadakı qırıq səviyyəsini anlamaq üçün sadəcə aşağıdakı cədvəli doldurun:
Boy cədvəli:
1. Gənclik  və yeniyetməlik dövrü (18 yaş) --------- boy
2. Yetkinlik dövrü (30-40 yaş arası) ---------- boy
3. Hazırda (50 yaşdan yuxarı) ---------- boy
İndiki yaşla gənclik dövründəki boy ölçünüzdə 6 santimetr və ya daha çox fərq varsa, fəqərədə qırıq ehtimalı var.
Sümük əriməsindən əziyyət çəkənlərin daha çox yıxılma riski var
Sümük əriməsi yaşayanların təbii olaraq yıxılma riskləri də olduqca çoxdur. Bu insanların yıxılmasına mane olmaq üçün bəzi tədbirlərin görülməsi lazımdır. Sümük əriməsi yaşayanlar bu tədbirləri görməlidir:
Mütəmadi olaraq, göz və qulaq-burun-boğaz müayinələrindən keçin.
Təzyiqinizi nəzarət altında saxlayın.
Ayaqqabı seçimini düzgün edin. Dikdabanlı, ya da iti burunlu ayaqqabılara üstünlük verməyin.
Sürüşkən yoldan çəkinin.
Qarlı və yağışlı havalarda, əyri-üyrü yollarda ehtiyatlı gəzin.
Sümük əriməsinin yaranmasına mane olmaq üçün:
1. Əgər dərman istifadə edirsinizsə, fasilə verməyin.
2. Mümkün olduğu qədər qaralın. Yay aylarında saat 11.00-15.00 ı arasında yarım saatlıq və 3 həftəlik qaralma 6 aylıq D vitamini ehtiyacını qarşılayır.
3. Siqaret çəkməyin.
4. Tərkibində kalsium olan qidalara üstünlük verin.
5. Alkoqolu azaldın.
6. Sağlam qidalanın, yetərli zülal qəbul edin, təzə tərəvəz və meyvə yeyin.
7. Mütəmadi olaraq idman edin.
8. Sümüklərə toplanan yükü azaltmaq üçün əzələlərinizi gücləndirin.


Şərhlər: 21
Baxılıb: 1521
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Nazan
tewekkurler
13 mart 2015 19:16
# 21
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
cinqosh
boyum onsuz da balacadı, bir az da qısalsa çəkimlə boyum eyniləşəcək və mənim haqqımda deyəcəklər : eniynən uzunu birdi. yoooooooox off
13 mart 2015 11:26
# 20
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
Luna-90
Boyum 166di 170 olmagini istiyirem yoldasim 188di
12 mart 2015 22:53
# 19
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Aysel Tatli
Hec bilmirdimki getdikce boy balacalawir boyum balavadir balacalawsa nece olacaq goresen
12 mart 2015 22:51
# 18
SENSİZ
coxda uzun boylu deyilem
12 mart 2015 22:19
# 17
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
Mrs.Pianist
Hal hazirda 15 yasimin icindeyem 156 di sehv etmiremse boyum,Amma mende artacaq hele
12 mart 2015 22:01
# 16
Acısı çox olan qizların guluşu gozel olur.!
aziz a
1.64 boyum var......
12 mart 2015 21:46
# 15
Qelbim doludu !!!!
efsane..
hec esitmemisdim yeqinki siralamada olan dikdabani azaltmali olacam
12 mart 2015 21:27
# 14
guler19
ayaqüstü qidalar, çips, çərəz, müxtəlif içkilər qəbul edən uşaqların boyu uzanmır. Süd, meyvə, tərəvəz isə uşağın boyunun artmasına yardımçı qidalardandır.Balacda olsak yekede olsak birce əsl insan olaq ureymizden Allah sevgisi eksiy olmasin. Bax onda hər şey duzeler və yaxşı olar
12 mart 2015 20:36
# 13
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
ayan97
Mence insannan cox sey asilidir. Menim 1,68 boyum coxda raziyam
12 mart 2015 20:28
# 12
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
Qlamurr
Bu haqda həm eşitmişəm,həm də özüm müşahidə etmişəm,insan yaşlandıqca sümüyü əriyir,boyu balacalaşır,sadəcə elmi tərəfdən məlumatım yox idi,bunun da qarşısını almaq üçün demək həyat tərzimizə,qidalanmağımıza ciddi şəkildə fikir verməliyik.
12 mart 2015 20:04
# 11
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
qanadli melek
hec bilmirdim boy ne vaxtsa qisalmagada bawlayir
12 mart 2015 19:58
# 10
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
GünƏşimƏ_AiD_
boyum 1.68di.coox raziyam boyumdan.
12 mart 2015 18:49
# 9
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Sucan
Boyum 1.62di gorek nece olacaq
12 mart 2015 18:47
# 8
BARBI
Bunu demek olarki cox musahide etmisem insan yaslandiqca orqanizminde bir sira deyisiklikler bas verir boy da hemcinin qisalir
12 mart 2015 18:46
# 7
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
İnsanların yaşa dolduqda, boyunun qısalmasını müşahidə etmişəm ancaq bu qədər məlumatlı deyildim yəni səbəblərini bilmirdim demək ki, sağlamlığa diqqət edilsə, bu kimi problemlər az olar.
12 mart 2015 17:52
# 6
rəmsə
Onsuz boyum balacadı,qısalmağa doğru gedəndə necə olacaq görəsən...eyvah,eyvah
12 mart 2015 17:47
# 5
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
SEVGI DENIZIM
menim boyum 1.75 cox raziyam
12 mart 2015 17:44
# 4
Üstümə qışqıran, acıqlanan, küsən, küsdürən, qısqandıran lakin bir damla göz yaşımı görende dünyanı dağıdan birini sevdim cox sukur seni veren Allahima

♥ :)
KRALİCEM
Menimde boyum qisasi 1.60amma belede guzelim yaaaa
12 mart 2015 17:40
# 3
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
leyla_258
mence 40 yasdan sonra
12 mart 2015 17:33
# 2
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Melissa
tskrler
12 mart 2015 17:30
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz