Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ana haqqı və ana sevgisi
Ana haqqı və ana sevgisi
Göndərən: SEVGI DENIZIM
Şərhlər: 15
Baxılıb: 873
Səs ver:
Ən şərəfli və ən mükəmməl varlıq olan insan bir çox vəzifələrlə mükəlləf edilmişdir. Bu vəzifələrin içində birinci sırada Allaha qarşı, sonra isə ailəmizə qarşı vəzifələrimiz gəlir. Allah insanın və bütün kainatın yaradıcısıdır. Ata-anamız isə dünyaya gəlişimizin səbəbləridir. Canlılar arasında insanın xüsusi bir yeri vardır. Yeni doğulmuş uşaq həyatını davam etdirə bilmək üçün məcburi olan ən təbii ehtiyaclarını belə qarşılamaqda acizdir. Müəyyən bir müddət qayğıya, himayəyə, şəfqətə möhtac olur. Bu uşağa ən yaxşı baxan, onu hər cür çətinliklərə baxmayaraq, öz həyatını təhlükəyə ataraq belə qoruyan və himayə edən yeganə varlıq anadır.

O ana ki, övladlarına görə bir çox sıxıntılara qatlanır. Sevgi və şəfqət duyğuları ilə onları hər cür təhlükədən, dərd və sıxıntıdan qorumağa çalışır. Onların böyümələri və yaxşı bir insan olmaları üçün yoldaşı ilə birlikdə çalışıb əlləşib-vuruşur.

O, lazım gələndə özü yemir, yedirdir. Özü geyinmir geyindirir. Dinimiz ata-ananın uşaqları üçün qatlandığı sıxıntıların, çəkdiyi əziyyətlərin qarşılığında onları mükafatlandırmış, Allahın razılığını qazana bilmək üçün əvvəlcə ata-ananın razılığının qazanılmasını əmr etmişdir. Ata-ananın razılığını qazanmaq onlara xidmət etməklə, öyüd-nəsihətlərinə qulaq asmaqla, onlara ehtiram göstərməklə, əmrlərini yerinə yetirməklə, onları üzməməklə, incitməməklə, ehtiyacları olanda kömək etməklə mümkün olur.

Bu barədə Qurani-Kərimdə belə buyurulur: "Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalığın ən düşgün çağına yetərsə, onlara: "Uf!" belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış" (İsra, 23).

Göründüyü kimi, dinimiz valideynlərimizi üzmək, incitmək bir yana, hətta onlara "Uf!" belə deməyi qadağan etmiş, onlara son dərəcə ehtiram göstərməyi, mülayim davranmağı və onları ürəkdən sevməyi əmr etmişdir. Ata-anamız bizə hirslənsələr də, ağır və acı söz söyləsələr də, onlara həmişə gülər üz göstərməli, mülayim olmalıyıq. Onlardan heç vaxt şikayət etməməliyik.

Hər bir insan bilməlidir ki, bu həyatda etdiyimiz hər bir şey bir gün qarşımıza çıxa bilər. Əgər bu dünyada olmasa da axirət həyatında etdiyimiz hər bir əməlin əvəzini alacağıq. Bu gün öz valideynlərini müxtəlif bəhanələrlə qocalar evinə qoyan övlad bilməlidir ki, sabah eyni bəhanələrlə öz övladı tərəfindən oraya atıla bilər. Əgər övladlarımızın bizim üzümüzə ağ olmasını istəmiriksə, biz də öz böyüklərimizin üzünə ağ olmamalıyıq. Hər halda Hz Peyğəmbərin bu mövzuda buyurduğu tövsiyə hamımıza aiddir: "Ata-ananıza yaxşılıq edin ki, uşaqlarınız da sizə itaət etsin və hörmət göstərsin" (Təbərani).

Ana sevgisi sevgilərin ən gözəlidir. Ana – bağlılığın, fədakarlığın, əliaçıqlığın, qarşılıq gözləmədən verməyin və sevməyin simvoludur. Ana ilahi rəhmətə bənzəyir. Hər zaman verir, amma qarşılıq gözləmir.

Dinimiz anaya və ana sevgisinə xüsusi bir yer vermiş, cənnəti anaların ayaqları altına sərmiş, vaxtında qılınan namazdan sonra ən sevimli işin anaya yaxşılıq etmək olduğunu, Allahın rizasını qazanmağın, cənnətə çatmağın ən qısa yolunun anaya xidmətdən və ananı lazımi qaydada sevməkdən keçdiyini bildirmişdir.

Analar ömür boyu sevgiyə, ehtirama, xidmətə və hörmətə layiq ən uca varlıqlardır. Analar başımızın tacı, könlümüzün məlhəmidir. Ona görə də, onlarla davranışımıza xüsusi fikir verməliyik. Əgər yaşlı anamız bu gün bizim himayəmizdədirsə bunu bir ilahi lütf bilib, onlar körpəliyimizdə bizə necə qayğı göstərmişlərsə, biz də o qayğını onlara göstərməliyik.
Analarını layiqli şəkildə sevən, onları hər zaman xatırlayan, analarına ən gözəl şəkildə xidmət edən, analarının xeyir dualarını alıb dünya və axirət səadətinə qovuşanlar nə xoşbəxt bəndələrdir!


Şərhlər: 15
Baxılıb: 873
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Nazan
tewekkurler

tewekkurler
13 mart 2015 19:11
# 15
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
Şəbnəm Vüsal
anaların haqqını ödəyə bilmərik.hec vaxt.
13 mart 2015 17:24
# 14
Səndən sadəcə bir istəyim var hər zaman həyatımda,yanımda , qəlbimdə ən əsası sol yanımda ol Vüsal.Cünki səni coooooooox S E V İ R Ə M ♡
vipbetul
ay qurban olaram aileme valideyinlerime mene bu gozel valideyinleri bexs eden Yuce Rebbime,her zaman valideyinlerimizin bizim basimizin usdunde durmasini bize nesihetlerini yol gosdermesini dileyirem Rebbimden
13 mart 2015 13:37
# 13
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ulduz
anami cox sevirem onlara dunyani versek yene azdi .onsuzda sevirdim ana olduqdan sonra lap cox sevdim.qurban olum anama
13 mart 2015 13:18
# 12
Mrs.Pianist
Allah butun valideyinlerimiz qorusun,Anamiad Atamida onlara bir wey olsa men yawaya bilmerem.ALLAH qorusun onlari.Amin..
13 mart 2015 12:55
# 11
Acısı çox olan qizların guluşu gozel olur.!
AYKA-ISI
anana qurban olum anam menim her weyimdi Allah butun analari qorusun insan ana olduqdan sora bawa duwur anasi ne qeder eziyet cekib oncun evveller bu qeder derk elemirdim indi ozumde anayam deye anamin mencun ne qeder eziyer cekdiyini anliyiram
13 mart 2015 12:50
# 10
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
tatyana
Anaya olan sevgini dille anlatmaqda sozler azliq eder,bu sevgini sozle anlatmaq olmazki
13 mart 2015 12:07
# 9
KUREYIMDEN VURULMUS ZERBELERIN SAYINI DUSUNSEK COXDAN YOXX OLMALIYDIM......AMMA MEN O ZERBELERDEN SONRA TANIMAGA BASLADIM DOSTUMU VE DUSHMENIMI
cinqosh
uşaq dünyaya gətirən hər bir qadına ana demək olmaz. Ana o qadına deyilir ki, son nəfəsinə kimi qanadını balalarının üzərindən çəkmir, özü geymir geydirir, özü yemir yedirir, övladları arasında var-dövlətinə görə fərq qoymur...saymaqla bitməz..."Cənnət anaların ayaqları altındadır" bütün anaların qarşısında baş əyirəm. nə yaxşı ki varsız!!!
13 mart 2015 11:10
# 8
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
efsane..
Analar gozeldi hec bir sikayet etmedin usaqliqdan eziyyetimizi cekirler gecesini gunduzunu bize verirler danisa bilmedikde istediyimizi anlayib sakitlesdirirler taki ozleri qoclana kimi bele gozel varligin qiymetini bilmemek gunahdi anlamiramki bunca eziyyete qatlasan analari qocalanda xestelenende ovladlar nece atib gede bilirlerki Allah butun analari qorusun onlari sevdiyi bendelerden qerar versin insAllah
13 mart 2015 11:04
# 7
BARBI
Ana sevgisi sefqeti hec vaxt evez oluna bilmez bezen biz onlari acilayiriq mubahise edirik istemeden qelbini qiririq deyirikki her seye qarisir danisir daha bilmirikki anamiz hec vaxt bizim pisliyimizi istemez o her zaman bizim xos gunumuzu xosbextliyimizi gormek ister .Men bezen anama danisiram hirslenirem bir defede bele bir hal olmusdu cox pis olmusdum cunki anam bele bir ifade isletdi sen meni anlaya bilmezsen sen ancaq o dogus sancisini ovladini qucagina almagini onuncun yuxusuz geceler kecirmeyini gorende meni anlayacaqsan . Sonra oturrdum ve dusundum biz niye bele ulvi varligin qelbini qiririq o gunnen pesman oldum hec vaxt anama gulden agir soz demirem yalniz onu deyim ki ananizin qedrini bilin bilin ki sabah bu heyatdan kocub getdikde mezarinin basinda elinizi basiniza doymeyesiz ki men niye anamla maraqlanmadim niye ona aci soz dedim . Dunyada anadan ustun hec kes yoxdur
13 mart 2015 10:13
# 6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
angel H-va
Anama qurbam olaram.Allah butun analari qorusun.butun analar can sagligi versin
13 mart 2015 10:04
# 5
Fialka
Həyatımızda analarımız xüsusi bir yerə malikdir, onların uşaqları üzərində o qədər əziyyəti varki saymaqla bitməz və biz bu əziyyətləri heçnə ilə qaytara bilmərik ona görə hər bir övladın borcudur ki, valideyn yaşlananda o da valideynə sahib çıxmalı, üzünə ağ olmamalıdır. Allah bütün analara can sağlığı versin onları başımızın üstündən əksik etməsin Amin.
13 mart 2015 09:32
# 4
guler19
Allah can sagligi versin bütün analarımıza .Allah onun isti nefesini bizim ustumuzden eskik etmesin insallah.Dünyada ana məhəbbəti qədər ülvi bir hiss yoxdur Menim Anam menim ucun dunyanin en eziz en dogma varligidir menim ucun dunyanin en gozel en muqeddes qadinidir.bizi eziyyetnen dunyaya getiren boya basa catdiran.yuxusuz qalib amma bizim qarnimizi doyduran bir varliq.xeste olanda basimizin ustunden biran bele cekilmeyen..oz cani agrisa bele daim bizi dusunen.bizim ucun narahat olan bizim ucun yasayan.bizim ucun omrunu sam kimi eriden bir qadin.heyatim boyu tek bir seyi anlayib derk etmisem bu boyuklukde sevgiye mehbete sefqete yalniz ana ureyi sahib ola bilerdi.ovladlari ucunen boyuk fedakarliga qadir olanda yalniz anadir.ona gore mudruk insanlarda hemise deyibki insan Anadan yetim qalir.icimde anlata bilmeyeceyim qeder boyuk derin bir sevgi besleyirem anama.
Allah analarimizi bize cox gormesin. Həmişə başımızın üstündə olsunlar amin
13 mart 2015 09:01
# 3
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Melissa
menim anam bidenedi... onlara canim qurban
13 mart 2015 08:45
# 2
aziz a
Anama canim qurban olsun, herden gorursen mueyyen sebeblereden yuksek sesle cavab verirem anama, hemin,saniyede pesman oluram, amma anaki ana, oz ovladindan incimez, darlanmaz,,onu cox cox cox isteyirem, her gun Allahima ona gore dualar edirem.....Allah butun analari balalarina cox gormesin Amin......
13 mart 2015 08:37
# 1
Qelbim doludu !!!!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz