Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Tarixi ən çox dəyişdirən 10 kitab
Tarixi ən çox dəyişdirən 10 kitab
Göndərən: tek umidim sen
Şərhlər: 14
Baxılıb: 903
Səs ver:
Yəqinki çoxlarınızda bu kitablarin hansilar olduğu haqda təsəvvür yaranır. İstər müqəddəs istərsədə digər elmi kitablar haqqinda qısa da olsa əsas məlumatlar yazılıb. Ümumiyyətlə kitab müasir dünyanın bir parçasıdır. Hər gün bütün dünyada milyonlarla kitab çap edilir, satılır, müzakirə edilir və s. Amma bəzi kitablar var ki, onlar insanların, xalqların həyatında mühüm rol oynayıb və belə kitablar dünyanı dəyişib. Bu gün sizə dünyanı dəyişə 10 kitabı təqdim edirik.

1. "Quran”
"Quran” İslam dininin müqəddəs kitabıdır. "Quran” müsəlmanlar tərəfindın Allahın sonuncu kitabı olaraq qəbul edilir. 1 milyarddan çox insan islam dininə tapınır və təbii ki, "Quran” dünyanı dəyişən kitablardan biridir.

2. "İncil”
Şübhəsiz "İncil” qədər dünyanı dəyişən ikinci kitab tapılmaz. Bu kitab yaranmasından 2 əsr sonra bütün Roma İmperiyasını bütpərəstlikdən xilas edib və imperiya əhalisi xristianlığı qəbul edib. O zamandan bəri xristianlıq dünyanın ən çox tərəfdara sahib dinidir.

3. "Kommunist Manifesti” – Karl Marks və Fridrix Engels
Marks və Engelsin bu traktatı tarixdə ən çox iz qoyan siyasi əsərlərdəndir. Manifest proletariatı burjua ictimai quruluşunu devirməyə və nəticədə bütün insanların bərabər olduğu sinifsiz bir quruluş yaratmağa çağırırdı.

4. "Millətlərin sərvəti” – Adam Smit
Bu kitab müasir dünya iqtisadiyyatı anlayışını formalaşdırıb – azad iqtisadiyyatı və rəqabəti. Kitabda Smit görünməz əl prinsipini irəli sürür, öz marağını güdmənin ümumilikdə cəmiyyətə faydalı olacağını deyir.

5. "Növlərin Mənşəyi” – Çarlz Darvin
Kitab növlərin təkamülünün öyrənilməsində əvəzsiz rol oynayıb. Əsərdə növlərin zamanla təbii seçimi və yeni növlərin meydana gəlməsindən bəhs edilir. Bir çox dini inanca zidd olduğuna görə, Darvinin nəzəriyyələri çoxlu mübahisələrə səbəb olub.

6. "Riyaziyyatın prinsipləri” – İsaak Nyuton
Nyutonun 1687-ci ildə yazdığı bu əsər müasir fizika və riyaziyyat elmlərinin təməlini qoyub. Kitab 3 cilddən ibarətdir. Burada Nyutonun klassik mexanikanın təməli sayılan sürət qanunu, həmçinin ümumdünya cazibə qanunu haqqında fikirləri yer alır. "Riyaziyyatın prinsipləri” indiyə qədər yazılmış ən əhəmiyyətli elmi əsərlərdən biri sayılır.

7. Qalileyin Dialoqu
Bu kitab əsrlər boyu müzakirə ediləcək "din, yoxsa elm” mübahisələrini başladan kitabdır. Əsər Qalileyin həbs olunmasına və yazıçılıq karyerasına son qoymasına səbəb olub. Həmin dövrdə mübahisələrə səbəb olan isə kitabın elmi təbliğ etməsi yox, Qalileyin Papanı ələ salması idi.

8. "Tarix” – Herodot
"Tarix” qədim dünya haqda biliklərimizin mənbəyi və Qərbdə tarix elminin əsasını qoyub.
Herodotun "Tarix” əsəri Qərbdə tarixlə bağlı ilk əsər hesab olunur. Eramızdan əvvəl 440-ci ildə yunanca yazılan "Tarix” Yunan-fars müharibəsindən, V əsrdə Yunanıstanın şəhər-dövlətlərindən bəhs edir.

9. "İkinci cins” – Simon de Bovuar
"İkinci cins” Simon de Bovuarın ən məşhur əsəridir. Bu kitab feminizmin əsas kitablarından sayılır. Kitabda Bovuar qadınlarla tarix boyu "ikinci cins” kimi davranıldığını iddia edir.

10. "Yuxu Yozmaları” – Ziqmund Freyd
"Yuxu yozmaları” Freydin psixoanalizə ən böyük töhvəsi hesab olunur. Kitab ilk vaxtlarda çox az satılıb, hətta ilk 600 nüsxənin satılması üçün bir neçə il lazım olub. Freyd kitaba azı səkkiz dəfə yenilik edib.


Şərhlər: 14
Baxılıb: 903
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
BARBI
Eh ola biler diqqetsizlik gelen defe diqqet yetirerik
8 mart 2015 23:34
# 14
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
ayan97
Dogrudur Quranin gosterislerine gore dunya deyisilib bezi xanimlar sehv basa dusub…) Quran haqqinda melumatim varidi…)
8 mart 2015 18:42
# 13
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
ece uslu
quranin dunyani deyiwen kitab oldugunu bilirdim digerlerini ise yox
7 mart 2015 23:10
# 12
Nazan
qalibiyyetn dialoqumu? 28
6 mart 2015 17:22
# 11
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
emis
Quranın dəyişdiyini məndə bilmirdim ama başqalarını bilirdim
6 mart 2015 14:35
# 10
leyla_258
hamisi maraqli kitablardi....
6 mart 2015 14:12
# 9
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
ayshen
Eslinde xeberin bashligi duzgun qoyulmayib.. Bashliq xeberin metnine Uygun gelmir, ona gore xanimlarimizda cashqinliq yaranib.. Xeberin adi " Tarixin en cox deyishilen kitablari" yox " tarixde dunyani deyishen kitablar" olsaydi, daha Uygun olardi, deye dushunurem...
6 mart 2015 12:51
# 8

Xoşbəxt qadınlar ən Gözəl qadınlardır....
Nergizz
maraqlidi,ama indi here bir cur danwir quran incil haqqinda,bilmirsen hansina inanasan,
6 mart 2015 12:14
# 7
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
qanadli melek
Incili oxumuwam
6 mart 2015 11:07
# 6
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
cinqosh
"Quran" dəyişdirilmiyib, mətni düz oxuyun., sonra şərh yazın. "Quran” dünyanı dəyişən kitablardan biridir. deyə yazılıb mətndə, yazılmıyıb ki, "Quran"ın özü dəyişdirilib.
maraqlı məlumatlara görə təşəkkür edirəm.
6 mart 2015 10:46
# 5
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
Fialka
Hər bir kitab çox maraqlıdı yəqinki hər biri böyük səs küy yaradıb və məşhurdu ən çoxda müqəddəs kitabımız Qurani Kərim...
6 mart 2015 10:20
# 4
aziz a
He maraglidi Quran haqqinda olanu oxudum, o daha lazimli geldi.
6 mart 2015 10:09
# 3
Qelbim doludu !!!!
tatyana
quran ve incili oxumusam
6 mart 2015 10:00
# 2
DEDILER ,,COX UREYI YUMUSAQ OLMA,,
NIYESINI SORUSANDA ISE DEDILER
,,NE QEDER UREYI YUMUSAQ OLSAN,
O QEDERDE TALEYIN CETIN OLAR,,......DOGURDANDA TALEYIM UREYIMIN YUMUSAQLIGINDAN DAG CEKIR MENE....
BARBI
Quranin bu qeder deyisdiyini bilmirdim yeqinki elaveler olunub
6 mart 2015 08:07
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz