Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xoşbəxt olmaq istəyirsən...
Xoşbəxt olmaq istəyirsən...
Göndərən: guler19
Şərhlər: 15
Baxılıb: 641
Səs ver:
Nədir xoşbəxtlik deyə başlamıram. Xoşbəxtlik haqqında düşünmək, oxumaq, yazmaq və eşitmək həmişə maraqlıdır. Müxtəlif fikirlər və rəylər olsa da onların hamısı xoşbəxt olmaq istəyən insanlar üçün maraqlıdır.

Xoşbəxtlik – Gözlə görünməyən, ölçülməsi mümkün olmayan, alınıb satılmayan, mənəvi bir hissdir.
Xoşbəxtlik – İnsan bunu öz içində hiss edir. Nəfsin təmizliyimi, müstəqilliyimi, ya qəlbin tam rahat olmasımı, ya vicdanın azadlığımıdır?!
Xoşbəxtlik – Bu insanın içindən doğur, xaricdən bunu almaq, ya əldə etmək mümkün deyil.
Xoşbəxtlik – Bəzən fədəkarlıq, qurban vermək və alicənablıqdan sonra oyanan hisslərin təmasıdır.
Xoşbəxtlik – Hər bir xeyir iş görəndən sonra fərəh və sevinc hissidir.
Xoşbəxtlik – Bu hissi İlahi insana bəxş edir.
Xoşbəxtlik – Razılıq və qənaət dolu çox dərin bir duyğudur.
Xoşbəxtlik – Bazarlarda satılan, varlıların ala biləcəyi və kasıbların əldə edə bilməyəcəyi bir şey deyil.
Xoşbəxtlik – Eyni zamanda başqalarının ürəyini rahat etmək, onlara yardım edib onları sevindirmək və sifətlərində təbəssüm rəsmini çəkməkdir.
Xoşbəxtlik – Faydalı bir elmin ardınca getmək, düzgün iş görmək və saleh bir həyat qurmaqdır.
Xoşbəxtlik – Həsəd, kin, nifrət və pis duyğuları ürəkdən silib atıb, azad olmağı bacarmaqdır.
Xoşbəxtlik – Vicdanın və mənəviyyatın rahatlığıdır.

Sənin xoşbəxtliyin sənin həyatda qoyduğun məqsəd və hədəflərindədir. Çoxlarının özünü xoşbəxt hiss etməməsi, həyatlarını məqsədsiz yaşamasıdır. Böyük və uca zirvələrdə olan hədəflər insanları xoşbəxtliklə məşəqqətlərdən keçməyə kömək edir.
Məqsədsiz insan bu həyatda itib batacaq və yox olacaqdır. Təsəvvür edə bilirsinizmi, bir təyyarəçi təyyarəni havaya qaldırdıqdan sonra enməyə yer tapmasın?! Əvvəldən enəcəyi yeri təyin etmədiyi üçün həm də xəritəsiz uçan təyyarəçini bir anlıq xəyal edə bilirsinizmi?!

Həqiqətən də xoşbəxtliyin sirri vicdanın və qəlbin rahatlığı ilə tamamlanmasındadır.
İmam İbn əl-Qeyyimin qiymətli sözlərindən bir-iki parçasında bunun əskini tapmaq olar:
"Qəlbdə bir narahatçılıq var ki, Allaha üz tutmadan o, yox olmur.
Qəlbdə bir kədər var ki, Allahla ünsiyyət yaratmadan məhz o kədər əl çəkmir.
Qəlbdə elə bir qəm-qüssə var ki, onu yalnız, Uca Tanrıya olan sadiqlik hissindən doğan sevinc hissi apara bilər.
Qəlbdə elə bir həyəcan var ki, Ona tərəf qaçmasan səni rahat buraxmayacaq.
Qəlbdə elə alovlar atəşlənir ki, Uca Tanrının əmri və qədərilə səbr edib razılaşmadan onlar sönmək bilməyəcək...”

Alçaqdan tikilmiş bir evdə, 17 il eyni ayaqqabını geyən, eyni paltarı yuyub geyinən, söküləndə tikilən, arada bir qırıq quru çörək tapan onu da yağla yeyən, ayda bir dəfə dilinə ət dəyən insanı belə xoşbəxt edən, rahat yaşadan nədir görəsən?! O, İman Əhməd bin Hənbəldir ki, xoşbəxtliyin sirrini tapmışdı. Bizim indiki müasir dövrün meyarları ilə götürsək, necə də bədbəxt və yazıq insandır – deyərik. Belə insan ömru boyu ancaq qəm-kədər içində yaşayar deyə düşünərik. Amma xoşbəxtlik insanın içində olur. Daxildə olan və insanı rahat edən o xoşbəxtlik hissini sahibindən başqa heç kim hiss edə bilmir və o xoşbəxtlik Allahla olan ünsiyyətə bağlıdır. O xoşbəxtliyi yaşadan, qəlbini döyündürən və damarlarında qanın hərəkətini dayandırmayan sirr, Allahın bəxş etdiyi daxili bir müvəffəqiyyətlə əlaqəlidir.
Abdullah bin Abbas (r.a) gözlərinin nurunu itirərkən, xoşbəxtlik hissini heç itirmədi və o bilirdi ki, artıq ömrünün qalan hissəsini zülmətin əsarətində kor olaraq keçirəcək. İçindən gələn razılıq hissi ilə bağırdı ki;
Allah götürsə də gözlərimdəki nuru,
Qəlbimdə və dilimdə qalacaq nuru.

Bəzən səadət çox yaxın olur, amma onu uzaqlarda axtarırıq.
Böyük şəxsiyyətlərdən biri olan ibn Teymiyyə demişdir ki; "Düşmənlərim mənə nə edə bilər axı?! Mənim bağçam və cənnətim də mənim sinəmdə, mənim içimdədir. Hara getsəm mənimlədir. Həbs etsələr, cənnətimdə xəlvət yaşayacam, öldürsələr şəhid olacam, vətənimdən sürgün etsələr səyahət edəcəm.”

Məhbus - qəlbi Allah məhəbbətindən həbs olunandır.
Əsir - nəfsinin istəklərilə qandallanandır.

Peyğəmbərimiz (s.a.s) mömini vəsf edərkən, insanlığın xoşbəxtlik zirvəsini də göstərmişdir. Buyurur ki, Rəsulullah (s.a.s); "Möminin işi çox qəribədir, maraqlıdır. Çünki bütün işləri xeyir içindədir. Özü də bu yalnız mömində olur. Xeyir bir iş baş versə, şükr edər bu onun üçün xeyir gətirər. Başına bəla gəlsə, səbr edər, bu da onun üçün xeyir gətirər.”
Ey mömin, səbr et, kədərlənmə, çünki Allah rəhmət qapısını həmişə üzünə açıq saxlayır. Nələr etsən də, sonunda səhvini anlayıb peşmançılıq hissiylə Ona dönsən, tövbən qəbul olunacaqdır.

Kədərlənmə! Əgər kasıbsansa, xatırla ki, başqaları illər boyu borclar içində yaşayır.
Kədərlənmə! Əgər maşının yoxdursa, başqaları şikəst və çolaq yaşayırlar.
Kədərlənmə! Əgər övladını itirmisənsə, başqası bütün ailəsini bir qəzada itirmişdir.
Kədərlənmə! Xəstələnmisənsə, başqası on illərdir yataqdan tərpənə bilmir.
Kədərlənmə! Çünki heç nəyə geri qaytara bilməyəcəksən. Mürəkkəb qurumuş və kitablar bağlanmışdır!
Kədərlənmə! Sənin duan var, Allaha açdığın əllərin və eşidilən müraciətin vardır!
Kədərlənmə! Yer üzündə olan hər şeyi Allah sənin üçün yaratmışdır.
Kədərlənmə! Sən ki, yerdə gəzir, təmiz hava udur və saf sudan hələ də içə bilirsən.
Kədərlənmə! Bu, yalnız düşmənini sevindirər.


Şərhlər: 15
Baxılıb: 641
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Nazan
cox sag olun lazimliydi
8 mart 2015 15:20
# 15
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
ece uslu
Xoşbəxtlik – Gözlə görünməyən, ölçülməsi mümkün olmayan, alınıb satılmayan, mənəvi bir hissdir.
7 mart 2015 23:39
# 14
MiRA
kederlenme Bu yalniz duwmenini sevindirer
7 mart 2015 23:00
# 13
Qədrimi bil -_-GECƏ-_- bir sənə göz yumuram...!
leyla_258
Xoşbəxtlik – Gözlə görünməyən, ölçülməsi mümkün olmayan, alınıb satılmayan, mənəvi bir hissdir.
Xoşbəxtlik – İnsan bunu öz içində hiss edir. Nəfsin təmizliyimi, müstəqilliyimi, ya qəlbin tam rahat olmasımı, ya vicdanın azadlığımıdır?!
baxin bunlar dogruduuuurrrr.....
7 mart 2015 16:14
# 12
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Şəbnəm Vüsal
Allah hər kəsə laiq oldugu xoşbəxtliyi yaşatsın inşAllah... 128
7 mart 2015 15:19
# 11
Səndən sadəcə bir istəyim var hər zaman həyatımda,yanımda , qəlbimdə ən əsası sol yanımda ol Vüsal.Cünki səni coooooooox S E V İ R Ə M ♡
Tomris Müslümova
eeeh bu xosbextlik xosbextlik...allah haminin ureyine gore versin
7 mart 2015 14:40
# 10
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
qanadli melek
Xowbext deyilem
7 mart 2015 13:01
# 9
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
emis
Xosbextlik bu deqiqe cox cetin tapilan birseydir tapanda qedrini bilmir
7 mart 2015 12:46
# 8
kama99
xowbetlik adi bele dilime yatmir artiq
7 mart 2015 11:42
# 7
BARBI
Xosbextlik ailem yanimdadir esas menimcun budur
7 mart 2015 10:34
# 6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
SEVGI DENIZIM
xosbextlik gozel hissdir
7 mart 2015 09:55
# 5
Üstümə qışqıran, acıqlanan, küsən, küsdürən, qısqandıran lakin bir damla göz yaşımı görende dünyanı dağıdan birini sevdim cox sukur seni veren Allahima

♥ :)
aziz a
Meni xosbext eden seyler coxdu heyatda, buna her zaman,sukur edirem edecemde, sadece ele meseleler varki xosbextliyimi elimden alir, men kedere ducar olyram, yalnus etdiyimi de bilirem, bununla
yanasi sukurumu dilimden eskik etmirem......Xosbext olmaq,ucun sebeblerimiz coxdu.
7 mart 2015 09:32
# 4
Qelbim doludu !!!!
Fialka
Xoşbəxtlik insanın daxilindədi nə qədər insan hər şeyə optimist yanaşırsa o özü üçün xoşbəxtlik tapacağ və bu xoşbəxtliklər üçün Allaha şükr edəcək...həmişə hər şeydən şikayətlənmək nəyə lazım insan əlindəkilərin qədrini bilib sevinməlidir çünki səndə olan başqasında olmaya bilər, bunun üçün həmişə Allaha şükr edək...
7 mart 2015 09:09
# 3
Melissa
allah hamimiza her zaman xoshbextcilik versin:)
7 mart 2015 08:45
# 2
isveç.de
Mənim üçün ən böyük xoşbəxtlik, Ailəmdir. Ailəmi Sevirəm həmdə çox. Ailəm dunyadə ən böyük var, dövlətimdir.
7 mart 2015 04:10
# 1
Mene sual verilse en boyuk dusmenin kimdir? Deyerem Anamin goz yaslari...

Arxamca danismaga davam et,chunki qarsima chixacaq qeder cesur deyilsen...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz