Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Buz içində 230 ölü dirilməyi gözləyir - "Crynonics"
Buz içində 230 ölü dirilməyi gözləyir -
Göndərən: tek umidim sen
Şərhlər: 22
Baxılıb: 1002
Səs ver:
Bütün dünyadan 230 cansız bədən içi maye azot dolu böyük metal silindirlər içərisində, mənfi 196 dərəcədə tibbin irəliləyib özlərini yenidən dirildəcəyi günü gözləyir. İnsanların bu cür dondurulmasına elmdə «Cryonics» deyilir. Kayzen.az saytı olaraq bu elmi prosesi sizlərə təqdim edirik.

Mənası insanların bilinməyən bir gələcəkdə dirildilmək üçün dondurulmaq olan cryonics termini ilk olaraq 1965-ci ildə istifadə edildi. Ancaq ilk dəfə Neil R. Jones 30-cu illərdə yazdığı bir romanda insanların dondurulmasından söz edirdi. Məşhur fizik Robert CW Ettinger də 1964-cü ildə yayımlanan "Ölümsüzlük Ehtimalı" adlı kitabında insanların gələcək illərdə canlandırılmaq üzrə dondurulması fikrinin ağla batan olduğunu irəli sürürdü. Dünyada dondurulan ilk adam 73 yaşında ağciyər xərçəngindən ölən amerikalı psixoloq James Bedforddı.

James 1967-ci ildən bəri buzlar içində dirildiləcəyi günü gözləyir. Bəziləri hesab edir ki, nano texnologiyanın və tibbin çox irəlilədiyi, hər xəstəliyə çarə tapıla, tək bir hüceyrədən belə bir insanın yenidən yaradıla bildiyi bir dövrdə oyandırılmaq üzrə dondurulmaq ticarətdən başqa bir şey deyildir. Ancaq aparılan bir təcrübə heç də elə demir. Dr. Paul Segalin 1992-ci ildə «Amerika Cryonics Society»nin sponsorluğunda Kaliforniya Universitetinde apardığı məşhur təcrübədən söz edirik. Dr. Segal beagle cinsi sevimli iti Miles'ı dondurub yenidən diriltməyi bacarmışdır və bu təcrübə cryonicsist elm insanları üçün o gündən bəri böyük bir sübut sayılır. Miles qanı çəkildikdən sonra doldurularaq öldürülmüş, 70 dəqiqəlik klinik ölümün ardından qanı təkrar damarlarına enjekte edilərək otaq temperaturuna geri qaytarılmışdır. Üç yarım yaşındakı it həyata geri döndüyündə bütün xarakteristik xüsusiyyətlərini olduğu kimi daşıyırdı, vərdişləri və xasiyyəti dəyişməmişdi. Bu, dondurulan insanların bir gün yenidən canlandırıldığında yaddaşlarının yerində olacağına sübut olaraq göstərilir.

Cryonics, yəni insanların Mel Gibsonun «Forever Young» filmindəki kimi irəlidə canlandırılmaq üzrə dondurulması cəsədi buzların içinə yatırmaqla olmur. Çünki insan bədəni tədbir alınmadan dondurulursa buz kristalları hüceyrələrin ətrafını sarır və su itkisinə səbəb olur. Çəkilən hüceyrə pərdəsi yırtılır və hüceyrə parçalanır. Buna maneə olmaq üçün qliserin kimi donmayan kimyəvi maddələr istifadə edilir.

Ölü bədən əvvəl buz qəliblərdə soyudulur və döş qəfəsi açılaraq bədəndəki qan damarlardan çəkilir. Yerinə mənfi 50 dərəcədə qliserin yeridilir. Bədənə yayılan bu məhlul bədən istiliyinin mənfi 50 dərəcəyə düşməsini təmin edir. Hüceyrə ətrafındakı yağların soyuducuda qalmış bir neçə günlük yağlar kimi buruşmaması üçün də xəstə içi maye azot dolu böyük metal silindirler içərisində mənfi 196 dərəcədə qorunur.

Ən böyük cryonics şirkəti ABŞ-da «Alcorn Life Extension Foundation»dir. Onu «Amerika Cryonics Society», «Cryonics Institute» və «Trans Time» təqib edir. Bu şirkətlərdə dondurulmuş olaraq bir gün dirilməyi gözləyən 230 xəstə vardır. Öldüyündə dondurulma üzrə müqaviləyə imza atmış insan sayı isə 900 ətrafındadır. Bütün bədəni dondurmanın xərci 150 min, yalnız başı dondurmanın xərci isə 80 min dollardır. Ödəmədə güzəştlər də təmin edilir. İlk əvvəl həyat sığortası etdirirsiniz. Sigortanızın xərclərini ölənə qədər nizamlı olaraq ödəyirsiniz. Ölümünüzdən sonra qalacaq olan toplu pul yaxınlarınıza ödənmir, bir miqdarına dondurulma xərcləri qarşılanır. Geri qalanı isə faiziylə birlikdə yenidən həyata qayıtdığınız günə qədər sizin adınıza yığılır.

 

 

 

 

 



Şərhlər: 22
Baxılıb: 1002
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Sucan
Esi seydiler de sey bos verseniz alimlere
5 mart 2015 02:41
# 22
leyla_258
bele xeberlerle necenci defedi ki,qarsi-qarsiya gelmisem.....
4 mart 2015 15:40
# 21
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
cinqosh
"heç ölünün də qıdığı gələr"
bədənini donduranı başa düşdüm, 80 min dollara başını donduranı başa düşmədim. tutaq ki, dirilmə mümkün oldu, bu baş bədənsiz nə işə yarayacaq ki??? 28
4 mart 2015 11:11
# 20
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
efsane..
agilsiz insanlardi beden o qeder qalsinki onu canli eden ruhdu Allah o ruhu aldiqdan sonra hec kimin diriltmeye gucu catmaz
4 mart 2015 08:49
# 19
isveç.de
Allah alan canı kimsə onan başqa qaytara bilməz. Bunlar nə danışılar
4 mart 2015 05:58
# 18
Mene sual verilse en boyuk dusmenin kimdir? Deyerem Anamin goz yaslari...

Arxamca danismaga davam et,chunki qarsima chixacaq qeder cesur deyilsen...
Qlamurr
İnsan öldükdən sonra,yslnız qiyamət günü dirilə biçər,siz belə şeylərlə camaatın pulunu yeməyin...
3 mart 2015 22:53
# 17
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
aynur2002
İnsallah hemin insanlar bir gun dirilerler
3 mart 2015 22:16
# 16
Əvəz edilməz insan yoxdur...
-Sadəcə insan varki onu başqası ilə əvəz etmək
istəmirsən...!
Nergız33
Gerey indiden pul yığım oraycun
3 mart 2015 22:04
# 15
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
Mar Mar
Allahım ağıl versin bele şey olar Allahın verdiyi canı yalnız o dirilde biler yoxsa soyiducu yuhhhh sizeeeee yaaaaa
3 mart 2015 21:09
# 14
Nazan
esitmisdim ancaq bu qederde yox de
3 mart 2015 21:04
# 13
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
naxçıvan balası
Sitat: ayan97
Ne yaxsi gerek evde deyim.men olede soyuducuya qoysunlar belkem dirildim

Qızz evdekilere dene meni de qoysular senin yanına 122
3 mart 2015 19:40
# 12
Menim balam
Sitat: ayan97
Ne yaxsi gerek evde deyim.men olede soyuducuya qoysunlar belkem dirildim

Allah güldürsün seni 122
3 mart 2015 19:32
# 11
Nergizz
bu lap bilirsiz neye oxwadi?turkiyeden biri avam camaati aldadib cennetin torpagin satirmiwki,o dunyada yerinzi indiden alin camaatda pul verib o dunyadan torpaq alrmiwdar,indide pul alib olu dirildirler,
3 mart 2015 19:23
# 10
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
Luna-90
Demeli bunlarin bu gicbeser filmleri bu tip seylerden cekilir.hele 2 nefer uzerinde prob edin pul yemeyin derdinden basi xarab insanlari aldadib o qeder pul yigirlar 230 nefer ne demekdi gör.allah uzaq elesin dondurmaq deyende o insanlarin basina acmadiqlari oyun qalmir ondansa rahat olmek meslehetdi .insan bir emeliyyatdan qalxanda nece müddet özune gelmirki orqanlarinda emeliyyat olur qaldiki butun orqanla oyuncaq kimi oynanila .onlar özleri bu dediklerine inanirlar?

Paris Hiltonda burayla müqavile baglayib nece milyon pul töküb kiii meni geri qaytararsiz.kime lazimsa
3 mart 2015 19:21
# 9
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
sia
bele wey munkun ola bilmez Allah agil verende bular hara olube
3 mart 2015 19:14
# 8
Və bir gün məni heç vaxt sevməyəcək birinə aşiq olduğumu anladım...
qanadli melek
Boy bu nedi bele adam dirilse hec kim olusunu torpaqa qoymaz soyuducuya qoyar
3 mart 2015 18:46
# 7
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
ayan97
Ne yaxsi gerek evde deyim.men olede soyuducuya qoysunlar belkem dirildim
3 mart 2015 18:15
# 6
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
rəmsə
İnandırıcı gəlmədi,heç olmasa bir nəfəri diriltsəydilər bəlkə də adam inanardı.Boş boşuna 150 min ödəyirlər.
3 mart 2015 18:09
# 5
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
BARBI
Heqiqetende cahil insanlarin yalanidir olu beden dirile bilmez cani veren allahdir allahda alir
3 mart 2015 17:47
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Vahiməli şəkillərdi, gör nələrlə məşğul olurlar...
3 mart 2015 17:44
# 3
AYKA-ISI
dehwet bele weyileri oxuyandan wok oluram
3 mart 2015 17:35
# 2
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
Tomris Müslümova
vay vay vay bu nedi bele????

vay vay vay bu nedi bele????
3 mart 2015 17:32
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz