Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadının maşını onun mətbəxi, sükanı isə qazanıdır?
Qadının maşını onun mətbəxi, sükanı isə qazanıdır?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1282
Səs ver:

http://imgs.su/tmp/1322772112-656.jpg

Kişilər saç ustası, qadınlar sürücü olarsa, dünyanın tərəzisi pozulurmu?

"Bu maşın dediyin şeytan arabasıdır. Səni nə vaxt, hara aparacağını bilmək olmaz. Onu qadına etibar etmək olmaz". 51 yaşlı taksi sürücüsü Ələmdar kişinin dərdi açılır sualı verən kimi. Məlum olur ki, bu nəqliyyatda ən çox nəqliyyat müfəttişlərindən, bir də qadın sürücülərdən yanıqlıdır. Birinci barədə bu yazıda danışmayacağıq, çünki mövzumuz deyil. Bugün bu yazıda bəhs etdiyi mövzu qadınlara və kişilərə məxsus olan, - ya da sadəcə bizim elə vərdiş etdiyimiz - peşələrin sahibləri dəyişəndə, cəmiyyətdə necə qarşılanması haqqındadır. Əcaba, kişilərin ginekoloq, qadınlar avtobus sürücü olması kimi fəaliyyətlər çoxalsa, necə qarşılanacaq?

Mövzuya nəqliyyatdakı cinsi qarşıdurmadan başladıq, çünki ən çox qabarıq büruzə verən məqam budur deyə, yanından ötə bilmərik. Təkcə nəqliyyatda yox, özü də...

"Qadınlar içəridəki güzgüdən arxaya yox, üz-gözlərinə baxmaq üçün istifadə edirlər"

Dünya bina olandan bəri qadın-kişi münasibətləri dartışma mövzusudur. Qadınlar öncə kişilərin geyiminə göz dikdilər - şalvar, papaq, hətta qalstuku... ələ keçirdilər. Ondan sonra növbə gəldi iş-gücə. Qadınlar yavaş-yavaş kişilərə məxsus məsləkləri də ələ keçirdilər. Sürücü qadın, mexanik qadın, usta qadın. Bu arada heç erkəklər də boş dayanmadı. Onlar da saç ustası, dərzi, aşpaz, hətta rəqqas oldular. İndi məslək rəqabətində bir cinsi qarşıdurma da var. Kim hansı işi əks cinsdən daha yaxşı bacarır? Biz də bu yazımızda elə sözügedən suala cavab axtaracağıq. Ona görə də söhbətə elə yazının girişində yazdığımız kimi, nəqliyyatdakı qadın-kişi rəqabətindən başladıq. Axı kişi sürücülər qadınların nəqliyyatda xaos yaratması, qəzalara səbəb olması barədə miflər yaradıblar. Elə yazının girişində yazdığımız Ələmdar kişi kimi.

30 ildir sükan arxasında olan, son 21 ildə isə taksi sürücülüyü edən müsahibimiz hesab edir ki, qadınların sürücülüyə meyl etməsi böyük riskdir. Həm də təkcə özləri yox, bütün ailələri üçün: "Bayaq dediyim şeytan söhbəti əbəs deyil. Maşın şeytan arabasıdır. Bir də görürsən, yol getdiyin yerdə şeytan səni dümsükləyir ki, maşına qaz ver, bərk sür. Sən də sürürsən, qəza vəziyyəti yaradırsan. Özünün də, ətrafdakıların da həyatını atırsan təhlükəyə. Bunu kişi edəndə ailə başsız qalar uzaqbaşı. Amma qadın edəndə uşaqlar anasız qalır. Ən çətini məncə budur".

"Qadının maşını onun mətbəxi, sükanı isə qazanıdır!"

Qəribə məntiq olsa da, mübahisə etmirik. Ələmdar kişi sözünə davam edərək deyir ki, qadın sürücülər yolda bəzən astagəllikləri, bəzənsə eqoistlikləri, səbirsizlikləri ucbatından problem yaradır: "Bir də görürsən, svetaforda qırmızı işıq yanıb, amma maşındakı qadın güzgüyə baxıb, gözünə sürmə çəkir. Qadınlar içəridəki güzgüdən arxaya yox, üz-gözlərinə baxmaq üçün istifadə edirlər. Ya da yolda elə hərəkət edir ki, elə bil bütün kişilər ona borcludurlar. Qadındır deyə hamı yol verməli deyil ki! Ya da əksinə olur bəzən. Məsələn, yolda astagəl hərəkət edirlər, nazla maşın sürürlər. Bakıdakı "probka"ların 80 faizini qadın sürücülər yaradır".
Ələmdar kişi hesab edir ki, əslində qadının yeri nəqliyyat deyil. Hətta bu fikirlərini sübut etmək üçün rəhmətlik anasından bir sitat da gətirir: "Anam deyirdi ki, qadının maşını onun qazanı, sükanı isə qazanıdır. Qadın maşını yox, evini idarə eləməlidi. Ərin gətirdiyi pulu bərəkətlə xərcləməli, uşaqlarının qayğısını yoluna qoymalıdır. Həm də qadın zərifdi axı. Maşın sürmək üçünsə sərtlik, kobudluq tələb olunur. Mən belə fikirləşirəm".

Araşdırma və Əmək Məcəlləsi nə deyir?

«Kişi və qadın» peşələri və iş yerlərinin təsviri ilə bağlı aparılan araşdırmalarda sosial cins yanaşması mövqeyindən izah etmək mümkün deyil ki, nə üçün keçmiş SSRİ-də həkimlərin, hakimlərin və ya bank qulluqçularının böyük hissəsini qadınlar təşkil etdiyi halda, Avropa və Amerikada kişilər təşkil edirdi. Vəziyyət yalnız ozaman aydınlaşır ki, tədqiqatçılar gender nəzəriyyəsi mövqeyindən bu və ya digər peşənin cəmiyyətdəki nüfuzunu və əmək haqqının miqdarını təhlil edir. Aydındır ki, keçmiş SSRİ-də həkimlərin böyük əksəriyyətinin qadınlar olması, onların «anadangəlmə daha şəfqətli və fədakarlığa meylli olması» və ya bu sosial rolun onların cinsinin nümunəsi olduğuna görə yox (sosial cins nəzəriyyəsi tərəfdarlarının fikrincə), bu işin daha aşağı maaşlı, (məsələn, hərbi-sənaye kompleksi ilə müqayisədə) və ümumiyyətlə az nüfuzlu (məsələn, fəhlələr həkimlərdən daha çox sosial imtiyazlara sahib idilər) olmasına görə idi.

Cinsin fərqi varmı?

Daha bir önəmli məqamı unutmayaq ki, Əmək Məcəlləsinin 241-ci maddəsində qadın əməyinin tətbiqi qadağan olunan iş yerləri və işlərlə bağlı məqamlar əks olunub. Həmin maddədə bildirilir ki, əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə qadın əməyinin tətbiqi qadağandır.
Bir qayda olaraq, fiziki işlə məşğul olmayan, rəhbər vəzifələrdə çalışan və ya sosial, sanitar-tibbi xidmətlər göstərən, habelə fiziki işlər görmədən yeraltı iş yerlərinə düşüb - qalxmaqla ayrı-ayrı vaxtlarda qadınlar tərəfindən müvafiq yeraltı işlərin yerinə yetirilməsinə yol verilir. Qadınların bu maddə ilə müəyyən edilmiş normalardan artıq ağır əşyaların qaldırılması və bir yerdən başqa yerə daşınması işlərinə cəlb edilməsi qadağandır. Qadınların əmək funksiyasına yalnız aşağıdakı normalar həddində ümumi çəkisi olan ağır şeylərin əl ilə qaldırılması və daşınması işlərinin görülməsi (xidmətlərin göstərilməsi) daxil edilə bilər:
a) başqa işləri görməklə yanaşı eyni zamanda ümumi çəkisi 15 kiloqramdan çox olmayan əşyaların əl ilə qaldırılaraq başqa yerə daşınması;
b) ümumi çəkisi 10 kiloqramdan çox olmayan əşyanın bir metr yarımdan artıq olmayan hündürlüyə qaldırılması;
c) bütün iş günü (iş növbəsi) ərzində müntəzəm olaraq ümumi çəkisi 10 kiloqramdan çox olmayan əşyanın əl ilə qaldırılıb başqa yerə daşınması;
ç) 15 kiloqramdan artıq gücün sərf edilməsi tələb olunan yüklənmiş təkərli araba və ya hərəkət edən digər vasitələrlə əşyaların daşınması.
Maraqlıdır ki, əmək məcəlləsində qadınlara məhz qadın olduqları üçün bir sıra üstünlüklər verilsə də, kişilər bu sarıdan o qədər də şanslı sayılmırlar. Amma bütün deyilənlərdə bir həqiqət var: aslanın erkəyi dişisi olmadığı kimi, peşəkarın da cinsiyyəti əhəmiyyət daşımır. Əsas məsələ, onun işini hansı səviyyədə görməsidir. Necə deyərlər, cinsin nə fərqi var ki... /Tomris

Sizcə, peşə bölgüsündə cinsin fərqi çox vacibdir?

 



Şərhlər:
Baxılıb: 1282
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz