Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Özünü tanıyan insan heç vaxt ümidsizliyə qapılmaz
Özünü tanıyan insan heç vaxt ümidsizliyə qapılmaz
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2447
Səs ver:

alt


“Ümid insanın özünü tanımasıdır” – bu sözlər ümidin çox dəqiq və konkret tərifidir. Çünki saatlarla müzakirə ediləcək mövzu dörd sözlə ifadə edilmişdir.

Özünü tanıyan insan heç vaxt ümidsizliyə qapılmaz.
Əgər ümidsizliyə düşübsə, deməli o özünü tanımır, daxilindəki gücə bələd deyil. İnsan daxilindəki müsbət xarakterləri kəşf etdikcə özünü təkmilləşdirir, mənfi cəhətlərini aradan qaldırmaq üçün daha çox çalışmağa başlayır. Ömür boyu özü ilə birlikdə yaşayan, amma özünü tanımayan insan isə hər bir uğursuz cəhddən sonra özünə olan inamını və ümidini itirir. Ümidini itirən insanın isə artıq itirəcək başqa bir şeyi qalmır.

Daxili inam

İnsanın özünə olan inamını daxili inam adlandırmaq olar. Daxili inam insanın öz gücünə inanmasıdır, başqa sözlə, özündə olan müsbət xüsusiyyətləri həyata keçirmək üçün inamlı olmasıdır.

Özünəhörmət

Özünəhörmət insanın müsbət və mənfi cəhətlərini qəbul etməsidir. Yəni özünü olduğu kimi görməsi, həddini bilməsidir. Məşhur şəxsiyyətlərdən biri deyir ki, “xoşbəxt olmaq istəyirsənsə, öz sərhədini bil və qəbul et”.
Daxili inam fərdi və kollektiv surətdə çalışanlara müəyyən mənada kifayət etsə də, uğurlarımızı ard-arda sıralamaq və qəlbən rahat yaşamamız üçün özünəhörmət vacib şərtlərdən biridir.

Öyrəşdiyimiz ümidsizlik

Bəzi şəxslər gündəlik həyatda və ya işlərində baş vermiş hər hansı uğursuzluğa aid pessimist düşüncələrini digər fəaliyyətlərinə də “yoluxduraraq”, uğur qazana biləcəkləri bir yerdə passivləşir və depressiyaya düşürlər.

 

Canımıza hopmuş ümidsizlik xofundan qurtulmaq, gələcəkdə uğur qazanmaq üçün daim gərgin və səmərəli işləmək lazımdır. Bu isə fərdin əzmi ilə bağlıdır. O, iradəsini yoxlamaq üçün özünü məcbur etməlidir ki, əvvəlki uğursuzluqları yenidən yaşamasın, qarşıdakı problemləri müvəffəqiyyətlə həll etsin. Çünki o yalnız qətiyyəti ilə ümidsizlik bəlasından qurtula bilər.
Problemsiz bir həyat absurddur. İş olan yerdə mütləq problem vardır. Problemin olmadığı yerdə ya ümumiyyətlə iş görülmür, ya da problemlər ört-basdır edilir. Problemi həyatın gerçəkliyi kimi qəbul edən insan gözlənilməz hadisələrə qarşı da həmişə hazır olur və ümidsizliyə qapılmır.

 

Ümidsizlik, bədbinlik və ya pessimizm çox təhlükəli bir xəstəlik olub, insanın məruz qala biləcəyi ən dəhşətli müsibət kimi qəbul edilməlidir.

Həyatı iztirabla keçən istiqlal şairi Mehmet Akif Ərsoy Türkiyənin çox çətin vəziyyətdə olduğu anda belə ümidsizliyə üsyan etmişdir:


Ümidsizlik elə bataqlıqdır ki, düşsən, boğularsan,
İradəndən möhkəm yapış, bax gör nə olarsan!


P.S. Ümidsizliyə qapılanda bundan necə çıxış yolu tapmısınız?



Şərhlər:
Baxılıb: 2447
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz