Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dünyanın ən “kök” 10 ölkəsi
Dünyanın ən “kök” 10 ölkəsi
Göndərən: Wiyinka
Şərhlər: 12
Baxılıb: 760
Səs ver:
Piylənmə bir çox ölkələrdə əhalinin sağlamlığına təhlükə yaradan əsl epidemiyaya çevrilib.

Son 30 ildə piylənmədən əziyyət çəkən insanların sayında kəskin artım müşahidə olunur. 1980-ci ildə onların sayı 857 milyon nəfər idisə, 2013-cü ildə artıq 2 milyarda yüksəlib. Bu, təxminən dünya əhalisinin üçdə biri qədərdir.

Qadızlar.Biz AzərTAc-a istinadla xəbər verir ki, təkcə 2010-cu ildə piylənmədən yaranan fəsadlar səbəbi ilə 4 milyona yaxın insan həyatını itirib.

Son zamanlar dünya əhalisi oturaq həyat tərzi sürür, bundan əlavə "fast food”, şirin içkilər və yüksək kalorili digər yeməklər də artıq çəkinin yaranmasına səbəb olur. Buna görə də piylənmə bir çox ölkələrdə əhalinin sağlamlığına təhlükə yaradan əsl epidemiyaya çevrilib.

Proqnozlara görə, müvafiq tədbirlər görülməsə, vaxt keçdikcə vəziyyət daha da pisləşəcək. "Global Burden of Disease” təşkilatının yeni tədqiqatı piylənmənin yüksək səviyyəsinin müşahidə edildiyi ilk 10 ölkəni müəyyənləşdirib. Kök insanların sayına görə mütləq liderlik ABŞ-a məxsusdur: 78 milyon nəfər (yaşlı əhalinin 33 faizi). Sonrakı yerləri müvafiq ardıcıllıqla bu ölkələr tutur: Çin – 46 milyon (4,4 faiz), Hindistan – 30 milyon (3,8 faiz), Rusiya – 28 milyon (24,1 faiz), Braziliya – 22 milyon (16,2 faiz), Meksika – 20 milyon (26,9 faiz), Misir – 18 milyon (35,9 faiz), Almaniya – 16 milyon (24,3 faiz), Pakistan – 14 milyon (13,6 faiz) və İndoneziya – 11 milyon (6,8 faiz) nəfər.

Əgər bu tendensiya davam etsə, artıq 2030-cu ildə ABŞ-ın yaşlı əhalisinin tən yarısı köklükdən əziyyət çəkəcək.

Tədqiqatın nəticələrinə görə, həmçinin müəyyən edilib ki, piylənmənin və onunla bağlı fəsadların müalicəsinə xərclənən vəsait ümumilikdə ildə 48 milyard dollardan 66 milyard dollara qədər arta, 2030-cu ildən sonra isə əmək qabiliyyətinin azalması ilə əlaqədar iqtisadiyyata dəyən zərər ildə 390-580 milyard dollar təşkil edə bilər.


Şərhlər: 12
Baxılıb: 760
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Wirin Meleyim
Maragli idi bezilerin bilirdim
16 iyun 2016 23:58
# 12
Imza aysu agazade
ece uslu
amerikani billirdim digerlerini yox
6 mart 2015 00:17
# 11
arzum-aysum
Amerika əhalisinin piylenmeden əziyyət çəkdiyini bilirdim. piylenme maddeler mubadilesinin pozulmasi neticesinde bas verir.
5 mart 2015 23:14
# 10
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
leyla_258
xeritelerden her sey ele de aydiin gorunmur...
5 mart 2015 13:15
# 9
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Tomris Müslümova
nc nc aman allah...bilmirdim bu qederini
5 mart 2015 11:56
# 8
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Qlamurr
ABŞ-da bu problemin olduğunj bilirdim,səbəb də oturaq həyat və fas-food yeməkləridir.Allah qorusun piylənmə özlüyündə xəstəlikdi..təəssüf ki,bizdə də belə insanların sayı getdikcə artır.
5 mart 2015 11:23
# 7
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
emis
Allah uzaq elesin ele burdada yavas yavas basdiyir burdada ele olajax get gede
5 mart 2015 11:01
# 6
sona
Sitat: Miss_Oxatan
Bu problemin 3sebebi var,fastfood,coca-cola ve texnologiya.

Tamamile raziyam. Texnalogiya inkiwaf eliyennen hereketsizlik baw alib gedir.
5 mart 2015 09:58
# 5
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
lili)
men ABS i bilirdim ne qeder olkede var bu problem Gunayin dediyi kimi fastfood yemeklerdi bu gune qoyan
5 mart 2015 09:56
# 4
Miss_Oxatan
Bu problemin 3sebebi var,fastfood,coca-cola ve texnologiya.
5 mart 2015 09:35
# 3
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
BARBI
Absda fast food yemekleri ustunluk teskil etdiyi ucun siyahida liderdiler
5 mart 2015 08:50
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Maraqlı tədqiqatdı, nə yaxşı ki, bu səfər Azərbaycanın adı yoxdu düzdü burda da piylənmədən əziyyət çəkənlər var ancaq nisbətən onlardan azdı...qeyd olunan ölkələrdən sadəcə ABŞ -ı bilirdim ...
5 mart 2015 08:36
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz