Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
30 yaşınız olmamış bunları edin
30 yaşınız olmamış bunları edin
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1143
Səs ver:

http://imgs.su/tmp/1322737555-656.jpg

30 yaşına girməmişdən əvvəl ediləcəklər siyahısını hazırladıq. Çoxunu onsuz da etdinizsə, nə gözəl. Etmədikləriniz üçün heç gec deyil. Hələ bir şeyləri dəyişdirə bilmək sizin əlinizdədir.
Ümumiyyətlə 30 yaşlarında həyatımız tamamilə dəyişir. Artıq məktəb illərindən çox uzaqdayıq. İş həyatının ilk illərindəki mübarizələrimiz çoxdan bitdi. Artıq nə istədiyimizi daha yaxşı bilirik.

* Bədəninizə əhəmiyyət verin. 20 yaşlarında hələ gənc idiniz. Artıq deyilsiniz.

* Bədəninizin yaşla gələn dəyişmələrdən ən az şəkildə təsirlənməsi üçün sağlam qidalanmalı, idman etməlisiniz.

* Hələ çox enerjili və yerinizdə dayana bilməz haldaykən, ağılınıza gələn dəlilikləri edin. 30 yaş "Bunu etməyə gücüm yoxdur" sözləriylə sizi gözləcək çünki.

* Əsl dostunuz olsun. Başınız qarışanda, dəlilik etmək istəyəndə ya da yalnız söhbət etmək üçün zəng edə biləcəyiniz əsl dost.

* Ağlınızda qalan köhnə sevgililərinizi axtarıb görüş təklif edin. Bu görüş sizin üçün yaxşı bir fürsət ola bilər. Ona marağınızın davam etdiyini görsəniz, nə isə yaşaya bilmək üçün səy göstərin. 30 yaşında çox gec ola bilər.

* Dizaynını, vəsaitini ya da funksiyasını bəyəndiyiniz bir mebel alın. Bu mebeli ömrünüz boyu yanınızda ayırmayın. 60 yaşlarınıza gələndə bütün bir həyatınıza şahidlik edən bu mebel sizə 20 yaşınızı xatırlada bilər.

* Xəyalınızdakı evi tapmaq və ona çatmaq üçün çalışın.

* Heç kimin bilmədiyi bir e-poçt ünvanı və bir bank hesabı açdırın.

* Yanında özünüzü xoşbəxt hiss etdiyiniz bir yoldaş qrupu tapın.

* Əsl eşqi axtarın. Tapdığınızı düşündüyünüz adam ilə bir ömürü birlikdə keçirmək üçün doğru addımlar atın.

* Fərdi inkişaf dərslərinə gedin, maraqlandığınız mövzularda kurslara gedin.

* Zamanınızı yaxşı istifadə etməyi öyrənin. 20 yaşında yaşadıqlarınız və öyrəndiklərinizlə ciblərinizi qiymətli xəzinələrlə doldura bilərsiniz. Bütün bu təcrübələriniz 30 yaşınızda heç ümid etmədiyiniz zamanlarda sizə kömək edəcək. Zaman rəhbərliyi mövzusunda məlumatlar əldə edin, lazım olsa bu mövzuda professional dəstək alın.



Şərhlər:
Baxılıb: 1143
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz