Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Cinsiyyətin rolu
Cinsiyyətin rolu
Göndərən: Wiyinka
Şərhlər: 8
Baxılıb: 775
Səs ver:
Uşağın özü ilə ilk ibtidai tanışlığı cinsiyyət mənliyindən başlayır. Cinsiyyət mənliyi şəxsin özünü kişi və ya qadın kimi göstərməsidir. Uşaq hər gün inkişaf edərək və gündəlik təcrübələr qazanaraq öz cinsiyyətinə uyğun rəftarları dərk edir. Uşaqda öz cinsiyyətinə xas mənliyin rolunu icad etmək üçün valideyn uşağa ad qoyduğu gündən bəri ona öz cinsinə uyğun paltarlar geyindrir, saçının düzümünə diqqət edir. Yenə də valideyn uşağın cinsinə uyğun oyuncaqlar alır, oyunlarla ovundurur və öz həmcinsləri ilə oynamaq üçün daha çox şərait yaradır. Buna görə də, uşaqlar 3 yaşından etibarən öz cinsiyyətlərinə uyğun rəftarlar haqqında aydın təsəvvür əldə edə bilir. Artıq 3 yaşlı uşaq fərdləri kişi və ya qadın olma nöqteyi-nəzərindən tanıyır və hər iki cinsdən də ictimai rəftarlar haqqında məlumat əldə edirlər. Hətta qızlar 5 yaşından analıq instinktini büruzə verirlər. 7 yaş hüdudlarında uşaqlarda cinsi istəklərin özünü göstərdiyi müşahidə olunur. Uşaq cinsi istəkləri dərk etməklə bu meyillərin özündə qoyduğu təsirləri də hiss edir. Yəqin elə buna görə, İslam təlimləri 6-7 yaşdan etibarən uşaqların həm özlərindən, həm də digər bacı-qardaşlarından ayrı yatması, yataqların ayrılması üzərində təkid edir.

İbtidai məktəb dövrlərində oğlanlar özünü kişi kimi aparmağa çalışır, halbuki bu dövrdə qızlar qadınlıq fəaliyyətinə o qədər də meyl göstərmir. Yeniyetməlik və cavanlıq dövrlərində isə cinsiyyətin rolu həm oğlanlar, həm də qızlar üçün xüsusi əhəmiyyət kəsb etməyə başlayır.

İslam dini insanların həyatında cinsiyyətin rolunu və bununla bağlı fərqləri inkar etmir, əksinə, hər cinsin özünə xas rolunu qəbul edir. Ancaq dinimiz bu məsələlərdə ifrata da varmır. Dinimizə görə, kişi və qadın eyni insani mahiyyət daşıyır və elmi-mənəvi kamilliklərin əldə olunmasında yarışırlar. Ali-İmran surəsi 195-ci ayə, Nisa surəsi 124, Nəhl surəsi 97, Bəqərə surəsi 148 və Hədid surəsinin 21-ci ayəsi bu məsələyə dəlalət edir.

İslam peyğəmbərinin qadına verdiyi dəyəri indiyə qədər heç bir din və məktəb ona verməmişdir. Qadın və kişi cinsləri arasındakı fərqləri nəzərə alaraq, İslam dini qadının hörmət və dəyərini qorumaq naminə onlar üçün xüsusi qanun və vəzifələr təyin etmişdir. Sözsüz ki, kişilər üçün də vəzifələr nəzərdə tutulmuşdur. Aydın məsələdir ki, onlardan hansı öz vəzifəsini layiqincə yerinə yetirib dini qanunlar və ədəb-ərkan çərçivəsində rəftar etsə məqamı daha yüksək olacaqdır. Hucurat surəsi 13-cü ayədə buyurulur:” Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır.”

Əziz valideynlər! Övladlarınıza düzgün tərbiyə verməkdə əlinizdən gələni əsirgəməyin və bunun üçün hər an məlumatınızın artması lazımdır – bunu unutmayın!


Şərhlər: 8
Baxılıb: 775
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
leyla_258
TESEKKURLER....
12 mart 2015 19:03
# 8
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
isveç.de
Çox maraqlı xəbərdi. Təşəkkür edirəm.
11 mart 2015 22:10
# 7
Mene sual verilse en boyuk dusmenin kimdir? Deyerem Anamin goz yaslari...

Arxamca danismaga davam et,chunki qarsima chixacaq qeder cesur deyilsen...
Nazan
tewekkurler
11 mart 2015 21:32
# 6
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
Nergizz
duzdu,ama uwaq lap 8-9 ayindan,oglan uwagi neense oglana aid weylerle oynamaq istyr,qiz uwaqlari ise qiza aid,mence ele qizda oglanda,korpelikden cinslerini hiss edrler,
11 mart 2015 13:46
# 5
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
Fialka
Uşaqların tərbiyyəsində valideynlərin öhdəlikləri böyükdü , bu mövzuda da düzgün tərbiyə olunsa fəsadlarda yaranmaz...
11 mart 2015 09:08
# 4
Melissa
tskrler
11 mart 2015 08:38
# 3
aziz a
Cox ehemiyyetlidir.amma bir seyde var bizim cemiyyetimizde, lap ifrat derecededi bu meseleni usaga basa salma"bax sen qizsan,sene gulmek, danismaq olmaz,bax sen kisisen, sene biri artiq soz dese vur agzini partlat ve s ve s.....hec razi deyilem bununla, bu qederde cinsi ayrim edibde usagin geleceyini kolge altina salmaq olmaz,bu usagin.geleceyindede ozunun gec tez biruze verir.....

olarki,,,men hec razi deyilembununl
11 mart 2015 06:10
# 2
Qelbim doludu !!!!
BARBI
Usaqlarda cinsiyyet menliyi cox onemlidir.

Her bir valideyn usagina duzgun cinsi terbiye verse bir sira problemler yaranmaz
11 mart 2015 04:29
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz