Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İnsanın ovucundakı xətlərin mənası - Bunu bilirsiniz?
İnsanın ovucundakı xətlərin mənası - Bunu bilirsiniz?
Göndərən: SEVGI DENIZIM
Şərhlər: 19
Baxılıb: 4419
Səs ver:
Xiromantiyaya yanlış olaraq ovuc falı deyirlər. Amma xiromantiya fal deyil.
İnsanları barmaq izlərinə görə tanımaq, identifikasiya eləmək mümkün olduğu kimi ovuc içindəki xətlərin oxunması haqqındakı elm olan xiromantiya ilə insanın həyatı boyu baş verən hadisələri proqnozlaşdırmaq mümkündür. Doğuşdan ölənə qədər insanların ovcunda heç dəyişməyən xətlər var. İnsanın həyatı sanki ovcunda əks olunub.

Dəqiqləşdirmək, fərqləndirmək üçün sağ və sol əldəki xətlərə baxmaq lazımdır. Yəni sağ ovcun içindəki xətlərlə, sol ovcun içindəki xətlər hər insanda müəyyən qədər fərqlənir. Sol əldə olan xətlər proqram olaraq verilmiş xətlərdir. Sağ ovcun içərisindəki xətlər isə insanın həyatı boyu fəaliyyətləri nəticəsində həyata keçiriləcək xətlərdir.

Xiromantiyada 4 əsas xətlər var. 1-cisi baş barmağın qabarı ətrafında həlqələnən xətdir. Buna həyat xətti də deyirlər. Bu həyat xəttinə diqqət yetirməklə onun həyatı boyu sağlamlığının necə olacağını, həyatının necə keçəcəyini, ömrünün qisa və ya uzun olacağını bilmək olur. Bu xəttin uzunluğu nəticə etibarilə həqiqətən də insanın həyatını əks elətdirir. Ömrün qısa və uzun olmasını hesablamaq olar. Orta hesabla hər 1 mm 1 ilə bərabərdir. Tutaq ki, bu xətt 7 smm- dirsə bu ömrün təxminən 70 illik dövrü əhatə etdiyini göstərir. 80-90 sm-dirsə bu təxminən 80-90 il olmasını göstərir. Bu xətt nə qədər sərbəstdirsə, nə qədər aydın görünürsə, dağınıqlıqlar yoxdursa, göstəricini müəyyən etmək bir o qədər dəqiqdir. Burda bir məqama diqqət yetirmək lazımdır. Ömrün uzunluğunu təyin etmək üçün hər iki ələ baxmaq lazımdır. Həm solda, həm sağda xətlər qırılırsa, bu doğrudan da həmin adamın ömrünün qısa olacağına işarədir. Lakin belə proqnozlarda bir etika məsələsi də var. Ömrü qısa olan adama xiromant birbaşa acı həqiqəti deməməlidir. Bu etikadan kənar bir şeydir. Bu həmin insana psixoloji zərbə ola bilər və onun ömrünü daha da yarıda kəsilməsinə səbəb ola bilər.

Həmin insan sarsıla bilər. Sözləri ehtiyatla çatdırmaq xiromantın bacarığından, ustalığından asılıdır.
Mən şəxsi təcrübəmlə bağlı bir hadisəni danışmaq istərdim. Təqribən 5 10 il əvvəl avtobusda gedərkən bir cavan adamın sağ və sol əlinə baxıb onun ömrünün 40 yaşdan yuxarı olmayacaq. Lakin o çox israr edirdi ki, mən həqiqəti ona çatdırım. Savadsız və cahil adam idi. Mən 40 yaşa qədərki, həyatını ona dedim. Ancaq 40 yaşdan sonrakı həyatının onun fəaliyyətinə, əməllərinə bağlı olacağını dedim. Dedim ki, gələcəyini sən özün yazacaqsan. Acı bir söz olmasın deyə mən ehtiyatla danışdım. Amma o sanki iki ayağını bir başmağa dayayıb konkret danışmağımı istiyirdi. Mən dedim ki, burda yazılmayıb. Cavabında o dedi ki, sən fırıldaqçısan, yalançısan. Adamları aldadırsan.Ona başa saldım ki, axı mən sənin sənə yol-yoldaşı kimi baxıram. Heç bir maddi təmənnam da olmayıb.S ən məndən xahiş elədin. Mən də az-çox bildiklərimi deyirəm. Mən birdən özümdən asılı olmayaraq dedim ki, 40 yaşdan sonra sənin həyatın bitəcək. Həmin adam çox pis bir vəziyyətə düşdü. Az qala şok vəziyyətinə düşürdü, rəngi avazıdı.Dərin bir qorxu keçirtdi. Mən dərhal ona zarafat elədiyimi və bu sözü şəxsiyyətimə toxunduğu üçün söylədiyimi bildirdim. Elə bir şey yoxdu. Ona fikrini yaxşı sözlərlə yönəltdim. Və tədricən sakitləşib özünə gəldi.

Bundan başqa buradakı digər xətt barmaqların kökünə paralel gedən uzun bir xəttdir. Sol tərəfdən çeçələ barmağın altından təxminən 1 və ya 1.5 sm aşağıdan başlayır. Və köndələn şəkildə şəhadət barmağa doğru uzanır. Bəzən ovcun ortasında olur. Buna ürək xətti deyirlər. Və yaxud buna ünsiyyət xətti də deyirlər. Bu insanların daxili aləmini, emosionallığını, başqaları ilə ünsiyyət bacarığını göstərən bir xəttdir. Bu xətt nə qədər əlavə ağac budaqları kimi şaxələr yaradırsa, bu, adamın ruhən başqalarına daha yaxın olmasına, ünsiyyətçil olmasına işarədir. Digər bir xətt baş barmaqla şəhadət barmaq arasından başlayan və ovucun çeçələ barmaq istiqamətinə doğru uzanan və yuxarıdakı xəttə-ürək xəttinə təxmini paralel olan başqa bir xətt keçir ki, bu xəttə ağıl xətti və ta intelekt xətti də deyirlər. Bəzi nsanlarda bu xətt tarazlaşmış durumu, digərində hisslərə üstünlük verdiyini, başqa birində isə intelektə söykənməsini göstərir. Bu intelekt xəttinin uzunluğu, dərinliyi, xüsusən sona doğru bütöv olması insanın ağlının, intelektinin, düşüncəsinin yerli-yerində olacağını, xüsusən də yaşlı dövrlərdə öz intelektual xüsusiyyətlərini saxlayacağını göstərir. Əgər sona doğru bu xətt parçalanırsa, bir-neçə hissəyə bölünürsə bu insanın yaşlananda öz ağlını müəyyən qədər itirəcəyini, psixi problem yaşayacağını göstərir.

Bu xəttlərdən 4-cüsü çox adamlarda açıq şəkildə aydın görünən tale xəttidir. Tale xətti əlin biləyə birləşən yerindən orta barmağa doğru istiqamətlənmiş xəttdir. Bu xətt nə qədər düz və aydın olursa, əyrilik və qırılma olmazsa həmin insanın həyatının rəvan, rahat, sağlamlığının isə yaxşı olmasını göstərir. Elə adam var ki, əlinə baxanda həyatı boyu heç bir çətinlik çəkmədiyi görünür. Hər işi asanlıqla başa gəlib. Lakin elə adamlar da olur ki, həmin tale xətti qiriq və kəsiklərlə, kələ-kötürlərlə dolu olur. Onun həyatı da kələ-kötür, keşməkeşli olur.

Yuxarıda sadalanan xəttlər bazis rolu oynayan, əsas xəttlərdir. Bu 4 xəttdən əlavə başqa xəttlər də olur. Bu xəttlər sabit xəttlər deyil. Bəzən görünmür, bəzənsə aydın olur.

Çeçələ barmağın qurtaracağından ürək xəttinin arasında, ürək xəttinə paralel, çeçələ barmağın kənarında xətt olur. Buna nigah xətti, evlənmə xətti deyirlər. Bəzən bu xəttən 2-3 dənə, bəzən daha çox olur. Bu o deməkdir ki, həmin adam qanuni və ya qeyri-qanuni 2-3 ailə həyatı, nigah yaşayacaq. Yəni evlənmələrin sayını göstərir. Yaxud nigahdan kənar evliliyi də göstərir. Onun üzərində isə, şaquli xətt və ya xəttlər olur. Bu xəttlər övladların sayını göstərir.

Bu xəttlərə baxanda insanın neçə dəfə ailə quracağı, bu ailə həyatlarının uzun və ya qısa sürəcəyini

görmək olur. Övladların oğlan və ya qız olacağını bilmək olur. Hətta bir adama baxıb onun nigahdan kənar

əlaqələrinin olub-olmamasını da görmək olur. Ailə barədə kiçik incəlikləri də bilmək olur. Ovuc xəttlərinə baxıb insanın ticarət bacarığının nə qədər yaxşı olmasını da bilmək olur. Adsız barmaqdan aşağısında xətlər olur ki, bunlar da insanın incəsənətə və ədəbiyyata olan qabiliyyətini göstərir. Bəzən insanda bu qabiliyyətlər olur. Lakin ona mane olan xəttlər olur. Çeçələ barmağın aşağısı ilə biləyə doğru xətlər də var ki, bu ay yüksəkliyi adlanan yerdir. Bunlar da insanın uzaq səfərlərini, xarici səfərlərini, arzularını göstərir.

Nikah xəttinin təsdiqi başqa bir işarə ilə tapılır. Şəhadət barmağın ovuc hissəsindəki yüksəkliyin ərazisində 2 və ya 1 xaç işarəli xəttlər ola bilər. Bu evlənmələrin sayına işarədir. Bundan başqa insanın hansı yaşda ailə quracağını müəyyənləşdirmək olur. Xəttlər çox və qarışıq olduqca insanın həyatı barədə proqnoz vermək

çətinləşir. Ömür xəttindən çeçələ barmağa doğru bir xətt qalxır. Bu xətt sağlamlıq xətti və ya qaraciyər xəttidir.

Bu xətt nə qədər düz olursa bu qaraciyərin, həzm orqanlarının sağlam olmasına işarədir.
Barmaqların altındakı qabarlar da xüsusi mənalar daşıyır. Məsələn, şəhadət barmağın altındakı təpə nə qədər qabarıq, hündür olursa insanın şəxsi mənliyinin, ləyaqətinin yüksək olmasını göstərir. Yəni insan şəxsi ləyaqətinin başqaları tərəfindən əzilməsinə imkan vermir. Bunun altındakı qabar isə nə qədər yüksək olursa

insan karyerada bir o qədər qabağa gedir. Yəni orda əksinə olur.İnsan mənliyini nə qədər çox qoruyursa, vəzifə pillələrində onun yüksəlməsi az olur. Bəzən insanın evlənmə xətləri çox olur. Lakin onun üzərindəki övlad xətləri heç olmur.

Bəzən ovuca baxanda insanın eyni zamanda iki adamla intim və ya ailə həyatı yaşadığını görmək olur. Çox incə məqamları görmək olar. Ovucda, şəhadət barmaqdan aşaşısında aypara formasında xətt olur. Lakin bunların hamısını demək lazımdırmı? Bu nə dərəcədə xeyirli nəticə verə bilər? Xiromant bu barədə ehtiyatlı olmalıdır. Lazım olan qədər demək məsləhətdir.

Maddi durum da barmaqlarda öz əksini tapır. Belə ki, adsız barmaq şəhadət barmaqdan uzundursa, həmin insanın maddi təminatı kifayət qədər olur. Çeçələ barmağın uzunluğu adsız barmağın sonuncu falanqasından yuxarı qalxırsa deməli bu adamda kifayət qədər nitq qabiliyyəti, fikirlərini ifadə etmək bacarığı var. Başqalarını inandırma qabiliyyəti var.

Baş barmağın vəziyyətinə də fikir vermək lazımdır. Baş barmağın birinci falanqası insanın intelektinin
göstəricisidir. İkincisi isə onun iradəsinin göstəricisidir. Əgər intelekt və iradə zəif olarsa, o adamın baş barmağı çox kiçik olur. Cəsarətsiz, qorxaq olur. Həddən artıq qəddar adamlarda, vəhşi xisləti olan adamlarda baş barmaq, qaba, gobud, yoğun, yöndəmsiz, eybəcər və həddən artıq böyük olur. Bu insanlar zorakılığa meylli olur. Daxilən başqalarına qarşı nifrət, kobudluq, cılızlıq hissi ilə dolu olur. Belə adamlar cinayətə meylli olurlar.

Ümumiyyətlə, barmaqların formasına fikir vermək lazımdır. Misal üçün: Xəsis adamlarda barmaqlar bir-birinə doğru əyilmiş olur. Çeçələ barmaqla orta barmaq bəzi adamlarda həddən artıq əyilmiş olur. Belə adamların çox gizli bir sirri olur. Bu adamlar qəflətən dünyadan gedirlər.


Şərhlər: 19
Baxılıb: 4419
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
nigarhesenli1
insanin el qurulusuna baxin erebce Allah yazilib elinizi duz tutun cile barmaqdan onun yanindaki barmaqa yanindaki barmaqdan onun yanindakina ondan sahaded barmaqina ordanda bas barmaqa diqetle baxin gore bilersiz asandi men gormusem heqetende sanki allah yazilib
17 iyun 2015 21:02
# 19
leyla_258
BELI BILIREM,INSANIN ELININ ICINDE ALLAH YAZILIBBB...
9 mart 2015 13:29
# 18
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Nergizz
bele weylere inanmiram qismetimizde nedi oda olacax,elimizin icinde ayaqlarmizin altinda ic orqanlarimiza aid nese ola biler,ama nebilim bele weyler cox derin maraqlanasan gerek,ama inamim yoxdu,
8 mart 2015 22:28
# 17
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
isveç.de
Diyəsən mən birdəfədə ərə gedəcəm12223 Allah eləməsin♤G+N♤
8 mart 2015 18:52
# 16
Mene sual verilse en boyuk dusmenin kimdir? Deyerem Anamin goz yaslari...

Arxamca danismaga davam et,chunki qarsima chixacaq qeder cesur deyilsen...
gulka azeri
maraqlidi ama gerek bilen kimese gorsedib oyrenesen,ama adeten haminin elinin icinde ereb reqemle 18 ve 81 yazildigi deyilir bu reqemleri topladiqda 99 alnir Allahin 99 ismi werifi olduguna iwaredi
8 mart 2015 18:19
# 15
roksi1995
bayaqdan elime baxiram amma hecne anlamadim
8 mart 2015 17:14
# 14
ozunu hec kimden ustun tutma!!!
unutma aftafa qizildanda olsa yeri tualetdir
MiRA
men inaniram
8 mart 2015 16:02
# 13
Qədrimi bil -_-GECƏ-_- bir sənə göz yumuram...!
gulunnn
Inamiram bele seylere
8 mart 2015 15:48
# 12
Tomris Müslümova
men el icinde olan xetlerin insan taleyi ile ust uste dusduyune inaniram
8 mart 2015 15:26
# 11
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
GünƏşimƏ_AiD_
Allahin verdiyi omurdu..inanmiram bele seylere..yenede tskleer
8 mart 2015 15:18
# 10
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Wiyinka
Nese bele weylere inanmiram...
8 mart 2015 15:14
# 9
Nazan
men bilirem tesekkurler
8 mart 2015 14:54
# 8
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
qanadli melek
Hec inanmiram bele seylere
8 mart 2015 14:23
# 7
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Qlamurr
Belə bir elm olduğunu bilirəm,ancaq mənə inandırıcı gəlmir...sadəcə maraq xatirinə oxuya-oxuya əlimə baxdım.
8 mart 2015 14:16
# 6
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
emis
mende inaniram bele seylere by hqada bu qeder bilmirdim tekce ordan burdan esitmisdim
8 mart 2015 13:36
# 5
aziz a
Maragcun etmek.olar, amma men ayird ede bilmedim
8 mart 2015 12:48
# 4
Qelbim doludu !!!!
ayan97
Hec baxmamisam el falina. Amma elimde A ve C herfi var yeni bu coxlarinin eli beledir…)
8 mart 2015 12:30
# 3
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
Fialka
Ümumi götürsək fala inanmıram ancaq əlin içində olan xətləri öyrənən elm var bunada xromantiya deyilir...
8 mart 2015 12:21
# 2
BARBI
Bele seylere inanmiram bezen internetde baxiram el falina ama hec uygun gelmir
8 mart 2015 12:10
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz