Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Azərbaycanda kişi qadını nə vaxt boşaya bilməz?
Azərbaycanda kişi qadını nə vaxt boşaya bilməz?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1608
Səs ver:

 

Hüquqşunas Ruslan Vəliyev qanunvericiliklə kişilərə boşanmaq üçün yalnız bəzi hallarda məhdudiyyətlərin qoyulduğunu deyir. Məsələn, əgər qadın hamilədirsə, uşağın doğulub bir yaşına çatmasına qədər kişi qarşılıqlı razılıq olmadan boşana bilməz. Amma qadın istənilən vaxt boşana bilər.

Boşanma zamanı ən çox qadınlar əziyyət çəkir

Ekspert boşanma zamanı ən çox qadınların əziyyət çəkdiyini deyir. Boşanmaq üçün kişilər daha çox müraciət etdiyini deyən Ruslan Vəliyev bu hallarda qadınların vəziyyətinin çətinləşdiyini vurğulayır.

Hüquq müdafiəçisi boşanma zamanı əsas problemin qadınların təzminat ala bilməməsində görür. Belə ki, uşağa görə qadına aliment verilməlidir. Bəzi hallarda qadın kişidən təzminat da ala bilər. Məsələn, əgər qadın kişinin ucbatından əlil olubsa, yaxud müəyyən ziyan görübsə, o zaman ondan təzminat ala bilər. Yaxud da, qadın kişiyə görə işdən çıxıbsa, o zaman işlədiyi müddətdə aldığı məvacibin məbləğini 2 il müddətində kişidən ala bilər. Lakin boşanma zamanı qadın hüququnu bilmədiyinə görə, heç bir şey ala bilmir.

Ekspert şahidi olduğu bir çox boşanma hallarında qadınların uduzduğunu deyir. "Yalnız bir dəfə bir boşanma prosesində qadının iddiası təmin olundu. Onun yoldaşı qadının istəyinə zidd olaraq boşanma ərizəsi vermişdi. Qadın isə ərinin ucbatından ayda 400 manat qazancı olan işdən çıxmışdı. Qadın işsiz qaldığı üçün məhkəməyə müraciət etdi. Biz iddia qaldırdıq və məhkəmədə udduq. Məhkəmə qərar çıxartdı ki, kişi 2 il müddətində qadına ayda 200 manat pul versin. İddia təmin olundu. İndi qadın 4 aydır bu pulu bankların birində açılan hesabdan götürür".

Ruslan Vəliyev boşanmaya səbəb olan amillərdən birinin də erkən nikahlarla əlaqəli olduğunu deyir. Bir çox regionlarda qızları yetkinlik yaşına çatmamış ərə verirlər. Bu da bəzən qızın həyatı dərk etmədən, savad almadan ərə gedərək qula çevrilməsilə nəticələnir. Məhz bu səbəbə görə, Milli Məclisdə nikah yaşının artırılması ilə bağlı qərar qəbul olunub. Ekspert əmindir ki, bu qanun qüvvəyə minəndən sonra boşanmaların sayı azalacaq.

Xatırladaq ki, Azərbaycanda əvvəllər qadınlar üçün nikah yaşı 17, istisna hallarda isə 16 olub. Dəyişiklikdən sonra isə bu hədd 18 olub.

Lakin hələ də, ucqar kəndlərdə qızları yetkinlik yaşına çatmadan ərə verirlər. Bu zaman qanunla qadağan olunduğu üçün rəsmi dövlət nikahı bağlanmır. Sadəcə hansısa mollaya gedib kəbin kəsdirirlər. Necə deyərlər, "3 manat pul, bir kəllə qənd, vəssalam...". Bu da sonradan ailədə problemlərin yaranmasına səbəb olur və ailənin dağılması ilə nəticələnir. Burada da, çox vaxt yenə qadın zərər çəkir.

Azərbaycanda rəsmi nikahı olmayan cütlüyün molla kəbinin kəsilməsi qadağandır

Əslində Azərbaycanda mollanın ixtiyarı yoxdur ki, rəsmi dövlət nikahı olmadan kəbin kəssin. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirdi. "QMİ-nin rəsmi vəsiqəsi olmayan şəxslərin kəbin kəsməyə ixtiyarı yoxdur. İdarə bütün din xadimlərinə fətva verib ki, rəsmi dövlət nikah qeydiyyatı olmayan insanların kəbinini kəsməsin. Bu fətvanı kim pozarsa, onda həmin din xadimi cəzalandırılır. Amma bizim attestasiyadan keçib, kəbin kəsmək üçün xüsusi vəsiqəsi olmayan din xadimləri də var. Əslində, onların kəbin kəsməyə ixtiyarı yoxdur. QMİ ucqar kəndlərdə qeyri-qanuni kəbin kəsməklə məşğul olan insanlara cavabdeh deyil". Rəhimə Dadaşova bununla bağlı mübarizə aparıldığını və rəsmi nikah olmadan kəbin kəsən din xadimləri aşkarlandıqda, onlar barədə ciddi tədbirlər görüldüyünü deyir.

Sonda arzu edərdik ki, Azərbaycanda elə bir vəziyyət yaransın ki, ailələrində hər kəs "Boşanmıram, əl çəkin" desin!



Şərhlər:
Baxılıb: 1608
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz