Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
10 məşhurun son sözü
10 məşhurun son sözü
Göndərən: Miss_Azerbaijan
Şərhlər: 6
Baxılıb: 831
Səs ver:
Tarixdəki bir çox məşhurların ölümə özünəməxsus və ironik münasibəti olub. Onların bir çoxunun ölüm anında dedikləri sözlər də bunu isbat edir. 10 məşhurun ölümdən öncə dedikləri son sözləri təqdim edirik.

Oskar Uayld (1844-1900) – Tanınmış ingilis yazıçısı Parisdəki ucuz mehmanxanalardan birində can verib. Ölümün yaxınlaşdığını hiss edən Uayld otel otağında zövqünə uyğun gəlməyən divar kağızlarına baxaraq ironiya ilə "çox öldürücü rənglərdi! İkimizdən biri burdan getməli olacaq” deyir və bir neçə dəqiqədən dünyasını dəyişir.

Mariya Antuanetta (1755-1793)
– Fransa kraliçası ölkədə monarxiya devrildikdən sonra edam cəzasına məhkum edilmişdi. O, qərarın icra olunması üçün edam kürsüsünə yaxınlaşanda təsadüfən cəlladın ayağını tapdalayır. "Msyö, xahiş edirəm bağışlayın, mən bunu təsadüfən etdim”-deyə üzr istəyən kraliça bir neçə dəqiqə sonra həmin cəllad tərəfindən edam olunur.

Yelizaveta Petrovna (1709-1761) – Rusiya imperatriçəsi təbibləri təəccübləndirərək ölümündən 10 saniyə öncə qəfil ayağa qalxaraq "mən hələ ölməmişəm?” – deyə sual edib. Lakin özlərini itirmiş təbiblər cavab verə bilməmiş imperatiriçə keçinir.

Yucin O'Nil (1888-1953)
– Ameriikalı dramaturq ölüm ayağında olarkən "Mən elə də bilirdim! Mən elə də bilirdim! Mehmanxanada doğulacam və lənətə gəlmiş mehmanxanada da öləcəm” deməsi ilə məşhurdur.

Mata Xari (1876-1917) – Tarixin ən məşhur qadın casusu. Almaniyanın xeyrinə casusluq etdiyi üçün fransızlar tərəfindən güllələnən zaman onu nişan almış silahlı əsgərlərə "hava öpüş”ü göndərərək "oğlanlar, mən hazıram” deyib və ölümü təbəssümlə qarşılayıb.

Somerset Moem (1874-1965) – Məşhur ingilis yazıçısı ölüm yatağında olarkən "ölmək çox darıxdırıcı və maraqsız işdir. Mənim sizə məsləhətim – heç vaxt bu işlə məşğul olmayın”-deyərək ətrafına toplaşmış yaxınlarına yarızarafat-yarıciddi müraciət edib və dünyasını dəyişib.

Uilyam Saroyan (1908-1981) – Amerikalı yazıçı xərçəng xəstəliyindən əziyyət çəkdiyi zaman "Hər kəs ölməlidir. Fikirləşirdim ki, mənim üçün istisna eləyəcəklər. Amma əvəzində?”- deyərək dünyadan köçüb.

Cozef Qrin (1914-1990) – Bütün ömrü boyu adəti üzrə nəbzini yoxlayardı. Yazıçının son sözləri "nəbzim itdi” olub.

Litton Streyçi (1880-1932) – İngilis yazıçısı gözlərini əbədi yummazdan öncə "əgər ölüm məhz budursa, mən bundan heç də məmun olmadım” deyib.
 
Mixail Saltıkov-Şedrin (1826-1889) –Tanınmış rus yazıçısı ölümünün yaxınlaşdığını hiss edərək "bu sənsən, axmaq”- deyərək dünyadan köçüb.


Şərhlər: 6
Baxılıb: 831
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ece uslu
Yelizaveta Petrovna maraqli idi
24 fevral 2015 01:38
# 6
roksi1995
mene nese qeribe geldi bu sozler...cunki ilk defedir esidirem men bu sozleri
23 fevral 2015 22:37
# 5
ozunu hec kimden ustun tutma!!!
unutma aftafa qizildanda olsa yeri tualetdir
Sucan
Herkesin ozune gore sozleri varimis.
23 fevral 2015 20:30
# 4
BARBI
Hamisi dusunulerek deyilmus sozlerdi
23 fevral 2015 19:39
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Həqiqətən çox maraqlı olub son cümlələri Mata Xari və Yelizaveta Petrovna isə ölümü çox cəsur qarşılayıblar adi hal kimi ama bəziləri gülməli vəziyyətdə olmasalarda fikirləri gülməli olub
23 fevral 2015 18:10
# 2
Ayselina
Çox maraqlıdır. .Mata Xari və Uilyam Sarayonun sitatları ölümün ne vaxt və nə zaman gələcəyini kimsə bilə bilməz..ölüm dəvətsiz qonaqdır həmdə ən böyük müəmma. Ama ölümün gəldiyini hiss etmək o başqa hikmətdir.
23 fevral 2015 17:35
# 1
Təkcə Allah inandığım zaman yaşadığımı anladım!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz