Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yalanı necə anlamaq olar?
Yalanı necə anlamaq olar?
Göndərən: zayka15
Şərhlər: 19
Baxılıb: 974
Səs ver:
Mərkəzi kəşfiyyat idarəsinin sabiq işçiləri Filip Hyuston, Maykl Floyd və Suzan Kanniçero özlərinin peşəkar yalanı aşkar etmə qabiliyyətlərini heyranedici, indi səliqəli dəri üzlükdə tapılan "Yalanı Aşkar Et" adlı bir kitabda ifadə etmişlər. Aşağıda kitabdan verilən çıxarışda müəlliflər bir kəsin yalan danışmasının 6 işarəsini aşkar edirlər.

Davranışda fasilə və yaxud ləngimə. Siz bir kəsə sual verirsiniz və ilkin olaraq heç bir cavab almırsınız. Bir qədər ləngiyəndən sonra o cavab verməyə başlayır. Sizcə ləngimə əsaslı şəkildə nə qədər müddətə olmalıdır, siz onu yalanın göstəricisi hesab etməzdən nə qədər öncə? Bu şəxsdən və şəraitdən asılıdır.

Bu məşqi öz dostunuzda sınayın: Ona belə bir sual verin: "Yeddi il bundan öncə elə bu tarixdə, həmin gün sən nə edirdin?” Həmin şəxs istisnasız olaraq cavab verməzdən öncə fasilə verəcək, çünki bu elə bir sualdır ki həqiqətən də dərhal cavab doğurmur – insan onun haqqında düşünməlidir və çox güman ki hələ də normal əsaslı bir cavab verə bilməyəcək. İndi isə ona belə bir sual verin: "Yeddi il bundan öncə elə bu tarixdə, sən qazdoldurma məntəqəsini qarət etmisənmi?” Əgər dostunuz bu suala cavab verməzdən öncə fasilə edirsə, o zaman yəqin ki siz dostlarınızı daha ehtiyatla seçməlisiniz. Və çox güman ki əksər hallarda heç bir fasilə olmayacaq – dostunuz dərhal cavab verəcəkdir: "Yox!”, yaxud "Əlbəttə ki yox!”.  Bu, sadə bir çalışmadır, ancaq həmin məqamı agah edir ki, ləngimə onun suala müvafiq olub-olmamasına görə nəzərə alınmalıdır.

Şihafi/qeyri-şifahi uyğunsuzluq. Bizim beyinlərimiz elə qurulmuşdur ki, şifahi və qeyri-şifahi davranışlarımızın təbii şəkildə bir-birinə uyğun gəlməsinə səbəb olur. Beləliklə, uyğunsuzluq olduğu zaman, biz hesab edirik ki, bu potensial yalanın göstəricisidir.

Yalançı şəxs çox zaman həqiqəti danışmayanda ağzını və ya gözlərini gizlədəcəkdir.

Müşahidə etmək üçün ümumi şifahi/qeyri-şifahi uyğunsuzluq o zaman baş verir ki, həmin şəxs "Yox” deyərkən inandırıcı şəkildə başını yelləyir, yaxud "Bəli” deyərkən başını bir tərəfdən digər tərəfə çevirir. Misal üçün, əgər siz hər-hansı bir suala cavab vermək üçün həmin uyğunsuzluğu canlandırmaq istəsəydiniz, aşkar edərdiniz ki, həqiqətən də özünüzün jestlərinizi məcbur etməlisiniz. Artıq yalan söyləyən adam isə hətta bu barədə düşünmədən potensial şəkildə həmin hərəkəti edəcəkdir.

Bu xüsusi göstərici ilə əlaqədar olan bir sıra şərtlər (xəbərdarlıqlar) vardır. Birincisi, bu göstərici bir sözlü, yaxud qısa frazalı cavabda deyil, yalnız nəqli, izahedici cavabda tətbiq olunur. Düşünün ki, misal üçün, insan "Yox!” deyərkən başı ilə sərt bir yelləmə jesti edə bilər. Bu əlaqəsizlik deyil; sadəcə vurğulamaqdır. İkincisi, yadınızda saxlamaq vacibdir ki, bəzi xalqların mədəniyyətində başını tərpətmək jesti "bəli” mənasını vermir, və sağa-sola yırğalamaq isə "yox” demək deyil.

Ağzını və ya gözlərini gizlətmək. Yalançı şəxs çox zaman həqiqəti danışmayanda ağzını və ya gözlərini gizlədəcəkdir. Yalanı ört-basdır etməyi istəmək kimi təbii bir tendensiya vardır, beləliklə də, əgər şəxsin əli o, suala cavab verərkən ağzının önünə gedirsə, bu ciddi göstəricidir. Eynilə də, bir kəsin özünü onun aldatdığı şəxslərin reaksiyasından müdafiə etmək, qapamaq kimi təbii üstünlük verdiyi hərəkət vardır. Əgər bir şəxs suala cavab verərkən gözlərini qaçırdırsa, bununla da göstərmiş olacaqdır ki, o, söyləmiş olduğu uydurmaya verilən reaksiyaya tab gətirə bilmir. Bu cür qorunma əllə də tamamlana bilər, yaxud da hətta insan gözlərini yuma bilər. Biz burda göz qırpmaqdan danışmırıq, ancaq əgər şəxs cavaba reaksiya tələb etməyən sualı cavablandırarkən gözlərini yumursa, biz bunu gözlərini gizlətmək vasitəsi və çox güman ki yalan göstəricisi hesab edirik.

Boğazını arıtlamaq və ya udqunmaq. Əgər bir şəxs suala cavab verməzdən öncə boğazını arıtlayırsa (təmizləyirsə) və yaxud dərindən udqunursa, bu artıq potensial problemdir. Əgər o, bunu bizə cavab verdikdən sonra edirsə, bizi narahat etmir. Ancaq əgər o, bunu cavab verməzdən qabaq edirsə, bəzi şeylər baş verə bilər. O, şifahi şəkildə "Mən Allaha and içirəm, Allaha and olsun ki...” kimi şifahi ifadənin emosional jestini edə bilər – öz yalanını bizə təqdim etməzdən öncə onu Bazar günü gəzməyə gedirmiş kimi bəzəyib-düzəyərək. Yaxud da psixoloji baxımdan, sual bir narahatlıq tıxacı yarada bilər ki, bu da ağızda və ya boğazda diskomfort, yaxud quruluğa səbəb ola bilər.

Yalan söyləyən adam öz qalstukunu və ya köynəyinin manjetini, ya da ki eynəyini düzəldə bilər.

Əldən-üzə hərəkəti. Bir şəxs sizin sualınıza cavab verərkən onun üzü ilə və yaxud başı ətrafında nə etdiyini müşahidə edin. Bu, çox zaman dodaqların dişləmək və yaxud yalamaq kimi, və ya dodaqlarını və qulaqlarını dartışdırmaq kimi formada baş verə bilər. Səbəbi sadə kollec elminə gedib çıxır. Siz bir sual verdiniz, və sual narahatlıq yaradır, çünki düzgün cavab cavablandıran şəxsə qarşı günahlandrıma, ittihama səbəb olacaqdır. Bu da öz növbəsində avtomatik əsəb sisteminin narahatlığı sakitləşdirmək üçün işə düşməsinə təkan verir, üzün səthində, qulaqlarda və ətraflarda qanın çəkilməsi – hansı ki soyuq və yaxud qaşınma duyğusu yarada bilər. Hətta insan özü hiss etmədən onun əlləri həmin hissələrə doğru gedir, əllər ya bərk-bərk sıxlır, yaxud da birbirinə sürtülür. Bum! – siz yalançı göstəricini yaxalamısınız.

Hazırlaşdırıcı jestlər. Bəzi insanların öz narahatlıqlarını yatızdırmaq üçün etdikləri başqa üsul bir kəsi və yaxud yaxın ətrafını hazırlaşdırmaq formasında fiziki hərəkətlərdir.

Suala cavab verərəkən yalançı şəxs öz qalstukunu və yaxud köynəyinin manjetini düzəldə bilər, yaxud öz eynəyini səliqəyə sala bilər. Yalançı qadın saçının bir neçə telini qulağının arxasına keçirdə bilər, yaxud yubkasını düzəldəcəkdir. Biz həmçinin tərləmənin idarə olunmasına da diqqət yetiririk. İnsan tərləyə bilər, bu bizi narahat etmir, ancaq o dəsmalını çıxardırsa (ya da ki, yəqin barmaqsız əlcəklə) və suala cavab verərəkən qaşının üstündəki təri silirsə, bu artıq mühüm amildir. Ətrafını səliqəyə salmaq başqa bir hazırlaşıcı jestdir. Siz sual verirsiniz, və qəfildən telefon düzgün formada yanmır, su stəkanı çox yaxındadır, yaxud da ki karandaş düz yerində deyil.


Şərhlər: 19
Baxılıb: 974
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
FISTIK
cox cetindi men yalan danisani tuta bilmirem kas oyrene bilerdim alinmir mende
25 fevral 2015 23:56
# 19
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
Ask Doktoru
Bunu anlamaq çətinlik çəkirəm
25 fevral 2015 23:38
# 18
Aliye
emis
hemise bilmemisem yalan danisan adami cox vaxt inanmisam ama bezilerinde tez tutmusam he bu yalan dansir
25 fevral 2015 17:50
# 17
Turkan Abbasova
Yalani anlayiram desem mende yalan demis olaram.menimki qalib yalan danisanin insafina.
25 fevral 2015 16:57
# 16
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
ece uslu
yalani hiss edirem
25 fevral 2015 00:59
# 15
SENSİZ
men yalan danisanda gelurem 122
24 fevral 2015 23:00
# 14
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
aynur2002
Yalan demek gunah emeldir.Ama bezen yalan danismaq mecburiyyetinde qaliriq.
24 fevral 2015 21:34
# 13
Əvəz edilməz insan yoxdur...
-Sadəcə insan varki onu başqası ilə əvəz etmək
istəmirsən...!
Şəbnəm Vüsal
demək mən həyatda yalan deyən insanları tanımamışammış.amma nəyini,hansını tanıyımki ?hərkəs yalan deyir.ümumiyyətlə bu günki dövr yalan üzərində qurulub....
24 fevral 2015 21:07
# 12
Səndən sadəcə bir istəyim var hər zaman həyatımda,yanımda , qəlbimdə ən əsası sol yanımda ol Vüsal.Cünki səni coooooooox S E V İ R Ə M ♡
Nazan
coxsunu esitmisdim
24 fevral 2015 20:27
# 11
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
Sucan
Yalan danismaq asandi ama bagislamaq cetin zordu
24 fevral 2015 19:51
# 10
qanadli melek
Bezi insanlar o qeder ustaliqla yalan danisirki anlamaq cetin olur
24 fevral 2015 19:26
# 9
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
BARBI
Mende yalan danisan insani uzunnen anlayiram ya daki hereket ve mimikalarinnan anlayiram
24 fevral 2015 19:11
# 8
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
GünƏşimƏ_AiD_
he duzdu.o qede yalan danisiblarki mene uje bilirem tuturam.ona gore mene gelis gele bilmirler.gelselerde evvel axir bilirem. kahve
24 fevral 2015 18:53
# 7
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Qlamurr
Düzdü bəzi insanların yalan danışdığını bilirsən,yəni hərəkətləri,hardasa gülümsəməsi onu ələ verir,ancaq elə peşəkar insanlar var ki,qarşısındakını ustalıqla aldadır..şəxsən belə insan tanıyıram,danışanda bilirəm ki,danışdığının 50 faizi yalandı,şişirtmədi...belə insandan sadəcə uzaqlaşmaqla əlaqəmi kəsirəm....çünki mənim həyatımda yalana yer yoxdu.....
24 fevral 2015 18:50
# 6
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
AYKA-ISI
yalan daniwmagi sevmirem daniwsamda hemen adam hemencecik anlayir mene yalan daniwan olanda anlasamda uz vurmuram
24 fevral 2015 18:46
# 5
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
Fialka
Çox yaxından tanıdığım insanların hansı mimikası nə anlama gəlir bunu bilmək olur ancaq elə profissional usta yalançılar varki dedikləri yalanlara birinci özlərini inandırıb sonra qarşısındakını aldadır ...milyon üzlü bu insanların bilmirsən həqiqi üzü hansıdı və yaxudda o həqiqi üz varmı... başdan ayağa yalandılar...
24 fevral 2015 18:28
# 4
leyla_258
eger gulmeyi gelirse,ve bezi hallarda basa dusureeeem.....
24 fevral 2015 18:03
# 3
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Bestoş
yalani insanin uzunden bilirem ele ozumde yalan daniwmaq isteyende sifetim deyiwilir deye bilmirem
24 fevral 2015 17:39
# 2
Coxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx xooooooooooooowbexxxxxxxxxxxxxxxxxxtemmmmmmmmmmmmmmmmmmmmmmm
Melissa
mene heckim yalan danisa bilme heckim
24 fevral 2015 17:36
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz