Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Özünüz yüksələrkən başqalarını da unutmayın
Özünüz yüksələrkən başqalarını da unutmayın
Göndərən: ismayilova ulker
Şərhlər: 11
Baxılıb: 484
Səs ver:
Köçəri durnaların havada süzərkən "V” şəklində uçduqlarını yəqin ki, müşahidə etmisiniz. Elm adamları durnaların nə üçün bu cür uçduqlarını araşdırmışlar.

"V” şəklində uçduqda uçan hər quş qanad çırpdıqca arxasındakı quş üçün onu qaldıran bir hava axını buraxır. Beləliklə, "V” şəklində uçan durna qrupu bir-birilərinin qanad çırpması nəticəsində əmələ gələn hava axınından istifadə edərək, uçuş mənzillərini 70% uzada bilirlər. Yəni, tək halda gedə biləcəkləri maksimum yolu qrup halında, demək olar ki, iki qatına çıxarırlar.

Durnalardan biri "V” qrupundan çıxdığı halda, uçmaqda çətinlik çəkir. Çünki bu zaman o, digər quşların əmələ gətirdiyi hava axınının xaricində qalmış olur. Buna görə də yenidən qrupa qoşulur və yoluna bu şəkildə davam edir.

"V” qrupunun başında gedən durna bu cür hava axınından istifadə edə bilmir. Buna görə də digərləri ilə müqayisədə daha tez yorulur. Yorulan durna ən arxaya keçir və bu dəfə onun arxasındakı durna dəstəyə liderlik etməyə başlayır. Bu yerdəyişmə mütəmadi olaraq həyata keçirilir. Beləliklə, hər durna qrupun bütün hissələrində yer almış olur. Uçuş sürəti yavaşladıqda arxadakı quşlar qabaqdakılara bağıraraq xəbərdarlıq edirlər.

Əgər qrupda durnalardan biri xəstələnər, yaxud bir ovçu tərəfindən vurulub uça bilməyəcək vəziyyətə düşərsə, yıxılan quşa kömək etmək məqsədilə qrupdan iki durna ayrılır və qorumaq məqsədilə xəstə, yaralı durnanın yanına enir. Yenidən uça bilənə (ya da ölənə) qədər onunla bərabər qalır, yaralı quşu əsla tərk etmirlər. Daha sonra özlərinə başqa bir durna qatarı tapırlar. Heç bir qrup da onlara bu şəkildə qoşulmaq istəyən durnaları rədd etmir.

Bir misal da insanlardan verək.

Bir şirkətdə Hamı, Biri, Hər Biri və Heç Kim adlı dörd işçi çalışırdı. Yerinə yetiriləsi bir iş vardı. Hamı inanırdı ki, Biri bu işi yerinə yetirəcək. Əslində işin öhdəsindən Hər Biri də gələ bilərdi, amma Heç Kim bu işi yerinə yetirmək üçün çalışmırdı. Bu vəziyyət Birinin yaman acığına gəldi, çünki bu iş Hamının işi idi. Hamı fikirləşirdi ki, işçilərdən Hər Biri bu işi yerinə yetirəcək. Amma Heç Kim Hamının bu işin öhdəsindən gələ bilməyəcəyindən xəbərdar deyildi. Nəticədə Hər Birinin edə biləcəyi bir işi Heç Kim yerinə yetirmədiyi üçün Hamı Birini günahlandırdı.

Sosial varlıqdır insan. İnsan ilə insan olur insan. Başqa insanlara yardım etməyən, ən azı durnalar qədər özündən başqasını düşünməyən insan yalnız potensial insan olub, hələ həqiqi insan deyildir. İnsanlara yardım edən, özü yüksələrkən başqalarını da unutmayan insan, insan adını daşımağa layiqdir.

Dünya hamımıza çatar, amma bir-birimizə yardım edəriksə. Yoxsa ikinci bir dünya da bizə bəs eləməz. İnsana yardım eyni zamanda insanı Yaradana bir şükür ifadəsidir. Allaha şükür etmək istəyən, əvvəlcə, insanlara təşəkkür etməyi öyrənməlidir. Dünyanı dünya kimi yaşasaq, bunun heç də çətin olmadığını görərik.
Fikrimizi böyük şair B. Vahabzadənin misraları ilə bitirək:

Bir bax, açılan sübh, qızaran dan, doğulan gün,
Bir töhfəsidir Allahın insanlara hər gün.

Min töhfə umub aldığı bir töhfədən insan,
Neyçün bu gözəlliklərə bəs olmadı şükran?

Elmir İsgəndərov


Şərhlər: 11
Baxılıb: 484
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Sucan
Twk sozlere gore
23 fevral 2015 20:48
# 11
leyla_258
ELLERINIZE SAGLIQ....
23 fevral 2015 16:06
# 10
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Nergizz
bir bax,acilan subh qizarandan, dogulan gun.Bir tohfesidir ALLAHIN insanlara hergun,mence bu iki misra herwey bildirir,hecvaxt ozunu kimnense yuxari tutma,hecvaxt
23 fevral 2015 15:55
# 9
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
Şəbnəm Vüsal
maraqlı idi....
23 fevral 2015 15:51
# 8
Səndən sadəcə bir istəyim var hər zaman həyatımda,yanımda , qəlbimdə ən əsası sol yanımda ol Vüsal.Cünki səni coooooooox S E V İ R Ə M ♡
ece uslu
bele insanlar coxdur
23 fevral 2015 15:05
# 7
angel H-va
hele insanlar var.adamin en yaxini yukselende unudarsa lap pis olur.
23 fevral 2015 14:33
# 6
AYKA-ISI
ibratemiz hrkayedi her bir cumlesinde serin mena var tewekkurler
23 fevral 2015 14:01
# 5
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
xeyalperest
Heqiqeten deyerli sozlerdi tamamile raziyam.tewekkur
23 fevral 2015 13:50
# 4
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
Tomris Müslümova
cox gozel xabardi beyendim...felsefi mentiqi cumlelerdi!
23 fevral 2015 13:29
# 3
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Fialka
İbrətamiz hekayədi insan yüksələrkən yardım edib xeyirxah əməldə göstərə bilər ancaq bəziləri yüksələrkən ya bilərəkdən yada bilməyərəkdən unudur yalnız öz mənfəətlərini güdürlər...
23 fevral 2015 12:12
# 2
BARBI
Bele insanlar var yukselerken basqasini unudur bezileriyse yukselmek ucun basqalarini ustube basaraq yukselir
23 fevral 2015 12:02
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz