Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kənd qızının manifesti
Kənd qızının manifesti
Göndərən: ismayilova ulker
Şərhlər: 20
Baxılıb: 1348
Səs ver:
Mən kənddə, 11 nəfərlik ailədə doğulmuşam. Evin doqquz uşağından biri kimi. Şəhər adamlarına qəribə gələ bilər, amma kənd yerində adətən ailələr geniş olur. Son illərə baxmayın, indi əyalətdə də uşaqların sayı ildən-ilə azalır. Amma mən doğulanda kənd yerində doqquz uşaq dünyaya gətirmək kənd adamları üçün dünyanın ən sadə işi idi. Cinsi savadsızlıq bir yandan, uşaqları rifah içində böyütmək məcburiyyətini hiss eləməmək də bir yandan.

Kənd adamı fikirləşir ki, nə var axı, uşağı böyütməyə? Əlinə bir tikə çörək ver, ötür çölə. Bir az böyüyən kimi də, oğlandısa qabağına bir dəstə quzu qat, otarsın. Qızdısa, bir az toralan kimi qapı-bacanı süpürsün, pambıq yığsın, mal-qaraya baxsın, xalça-palaz toxusun.

Pambıq demişkən, bəzi rayonlarda, bir çox ailələrdə övlad həm də gəlirli işdir. Məsələn, atam həmişə deyirdi ki, beş qızım var, hərəsi gündə yüz kilo pambıq yığsa, bir mövsümə ailənin bir illik dolanışığını çıxartmaq olar. Böyüyəndə də ərə gedəcəklər, qızdan adama nə ziyan gələcək?

Bəli, atam və onun kimi kənd kişilərinin düşüncəsinə görə, qızdan adama bircə zərər gələ bilərdi. Bir də gördün, böyüdü, oxumaq istədi, şəhərə getdi, orda da qoşuldu bir gədəyə və adımızı batırdı. Kənd kişilərinin qızları ilə bağlı bütün qayğıları, qorxuları bununla məhdudlaşır.

Mən belə bir kənddən, belə bir ailədən başımı götürüb, şəhərə gəlməyi bacardım.Bu böyüklükdə ailənin, bu qədər bacı-qardaşın arasında dərs oxuya bilmək sizə asan gəlməsin. İşdən-gücdən, səsdən-küydən kitab-dəftər açmağa vaxt tapanda da, kinayələr, lağa qoymalar, «buna bax, guya oxuyub, alim olacaq» tənələri… Böyüyəndən, bir az kitab oxuyandan sonra başa düşdüm ki, çoxuşaqlı ailələrdən, kasıb evlərdən dahilərin çıxmağı çətindir, istisnadır. Çoxuşaqlı ailələrdən çıxan böyük yazıçılar, filosoflar ancaq ağır həyatlarını ədəbiyyata, fəlsəfəyə çevirməyi bacarmaqla uğur qazana biliblər. Yoxsa, sistemli şəkildə, səliqə-səhmanla oxumayan, təhsil almayan adamdan böyük və ciddi uğurlar gözləmək mənasızdır. Məhrümiyyətlər, çətin şərait, imkansızlıq mənim də təhsilimi adda-budda, yarımçıq almağıma səbəb oldu. Buna baxmayaraq, nələrisə bacardım…

Nisbətən sərbəstliyimi, nisbətən azadlığımı, yaşamalı olduğum ikili-üçlü həyatı qazanmaq da mənə asan başa gəlmədi. Bu yarımçıq azadlığı, yarımçıq sərbəstliyi də zərrə-zərrə, qram-qram, bəzən ağlaya-ağlaya, bəzən döyüşə-döyüşə qazandım. Elə şəhərə qədəm qoyduğum gündən də eşitdiyim sual bu oldu: nə vaxt orda birin tapıb, ərə gedəcəksən? Orda subay gəzsən, qohum-qonşuya nə deyəciyik?

Bu sualı az qala hər gün eşidə-eşidə ali məktəbi bitirdim. Diplom aldım. Jurnalist oldum. Bütün təhsilim, diplomum, ixtisasım valideynlərimin gözündə heç nədir. Onlara kürəkən lazımdır. Çünki mən ərə getməyənə qədər qohum-qonşunun yanında öyünə bilməyəcəklər.

Çünki yaxşı yerə, ən azından sadəcə ərə verilmiş qızla müqayisədə ali təhsilli qız heç nədir. Yarımçıqdır. Təsdiq olunmayıb o qız. Qiymətini almayıb. Təsdiq olunmaq, qiymətini almaq, valideynlərin fəxr yeri olmaq üçün o mütləq ərə getməlidir. Sən, ali təhsilli, savadlı, ziyalı ola bilərsən. Elmi iş müdafiə edə bilərsən. Amma yanında lap sənə heç yaraşmayan, avara, düşük bir gədə olmasa, heç kim sənə hörmət etməyəcək. Cəmiyyət sənin qiymətini ancaq o vaxt verəcək ki, sən ərə gedəsən.
Sonra da bizi qınayırlar. Qınayırlar ki, ərə getməkdən ötrü ölürsünüz. Oxumuş, ziyalı, müasir kişlərimiz, hətta qadınlarımız belə bizi ittiham edirlər ki, ali təhsilli qızlar ərə getmək xətrinə düşük, avara, səviyyəsiz adamlara ərə gedirlər. Halbuki, başqa yolumuz yoxdu. Cəmiyyət bizi ərə getməyincə, yanımıza bir avara gədə salmayınca ciddiyə almır, sözümüzün kəsəri olmur.

Daha bir iradları da budur ki, 20 yaşları olan kimi ərə getmək istəyirlər. Bunda da bizim günahımız yoxdur. Biz nə edək ki, ölkədə 40 yaşlı kişi asanlıqla on altı yaşlı qızla evlənir. Amma qadının yaşı 25-i keçən kimi ona qarımış qız kimi baxırlar, oğlanlar yeniyetmə qızlara baxır, hətta yaşı qırxı keçmiş kişilər belə, mümkün qədər gənc qız axtarır. Ona görə də, bizim mümkün qədər cəhənnəm olub, tez ərə getməyimiz məcburiyyətdir, cəmiyyətin, ailənin, toplumun bizdən tələbidir. Kefimizdən belə eləmirik. Guya biz istəmirik ki, cavanlığımızı yaşayaq, mədəni tədbirlərə qoşulaq, xarici ölkələrə səfər edək? 20 yaşımız olan kimi ərə getmək, uşaq doğmaq, gəncliyimizi fəda etməkdən, tezbazar arvadlaşmaqdan ötrü guya ürəyimiz gedir?

Yox. Biz qadın olmaq istəyirik. Amma toplum bizdən arvadlıq tələb edir.

Vəfa Nağı


Şərhlər: 20
Baxılıb: 1348
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ece uslu
cox duzgun yazilib
28 fevral 2015 00:22
# 20
leyla_258
aaaaayyyyyy mende kendciyem,ama men kamurani gorende sasirdim kaldim,
27 fevral 2015 23:21
# 19
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
qonaqa
Men kende yasayiram. Kendimi cooox sevirem.Amma varli elci gelenden verirler bezileri
27 fevral 2015 21:45
# 18
Həyatım səni çox sevirəm!
Allah bir ömür boyu bizi xoşbəxt etsin.Sevgilim Həyatım mənim Mən səni bu dünyada hər şeydən çox sevirəm.Daha doğrusu ikinizi çox sevirəm.Я тебя люлблю.
Menim balam
Düz deyir kendçilerin ekseriyeti bele ağildadi.
27 fevral 2015 20:28
# 17
Həyatda heç bir haqqsızlığa səssiz qala bilmirəm ,bu məni belə özümdən çıxartmağa yetərlidir.
my_rules12
Bizim nesilde qiz 9cu sinifde nisanlanir mektebi yeni 11i qutarandan sonrada evlenir hele menim bir emim qizi var onun hele indi 19 yasi var ama o 8cisinifde oxuyanda evlenib indi iki usagi var
27 fevral 2015 19:21
# 16
Like mike bos seydi,esas can sagligidi..,duz deyiremse like:)
EsmaNur
cox gözel yazilib aferin
27 fevral 2015 16:11
# 15
Sucan
Mende usaq vaxtlarimda kendde yasamisam ama cox cetinlikler cekmisiz
27 fevral 2015 14:57
# 14
Fialka
Düşünürəmki bu cür savadsız düşüncələr kənddə və yaxud şəhərdə yaşamaqdan irəli gəlmir bu insandan asılıdır onun düşüncəsinin dar çərçivədə olmasından asılıdır elə savadsız kəndə yaşayan insanlar varki onların düşüncə tərzi geniş və müasirdi və yaxudda əksinə şəhərdə yaşasada təhsilli olsada dar düşüncəli insanlar az deyil ... qızların isə gənc yaşda ailə qurmasına heç yaxşı baxmıram əvvəl qız uşaqlarına təhsil, savad vacibdir sonra artıq digər şeylər haqqıda düşünmək olar..birdəki elə qızlar varki ərə getmək xatirinə kim oldu ərə gedirlər bu heç düzgün deyil, əgər qarşından hər mənada insan adam çıxmasa gedib günü qara olacaqsansa evdə qalıb rahat dinc həyat sürmək ondan min dəfə yaxşıdır...
27 fevral 2015 14:22
# 13
naxçıvan balası
Artıq bele fikirleşen insanlar yoxdu ,men kend yerinde yaşayıram kendeki qızlarımızı ata analar can atılar oxudsunlar oxudmaqdan ötrü deriden qabıqdan çıxırlar vallah ,artıq qız oğlan ferqi yoxdu övlad övladı çox şükür ki
27 fevral 2015 13:58
# 12
merii
Bunun kend ve seherle elaqesi yoxdur,her sey insanin oz dusuncesinden,fikir terzinden ireli gelir.Sanki butun seher sakinleri hamisi modern fikir sahibidirler,bezen agizlerindan ele soz cixir ki,insan casib qalir,adice bir misal,son zamanlarda bezi senetcilerimizin aciqlamalarina baxsaq,bunu gorerik,biri deyir arvadimi doyurem,o biri deyir ki qizim bosana bilmez,oglum bosana biler,daha neler neler...
Qaldi ki tehsil meselesine ele o da o biriler kimi
Ammma butun Azerbaycanda qadina verilern deyer sifirdir,qiz usaqlari dogulan ailelere pul verilecekmis,belke ondan sonra qiz usaqlarinin blati qalxdi...
27 fevral 2015 13:21
# 11
Qlamurr
Umumiyyətlə şəhərdə yaşayanlar elə düşünür ki,kənd yerində heç bir inkişaf yoxdu,kənçilər belə,elə,ancaq qətiyyən elə deyil,burda hər şey insana bağlıdır,düşüncəli,müasir,savadlı,mədəni insan harda yaşamağından asılı olmayaraq belədir,bunu kənd və şəhər deyə ayırmağa ehtiyac yoxdu..Qızını tez ərə verən yalnız kəndlərdə deyilə,elə şəhərdə də var...
27 fevral 2015 12:35
# 10
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
tatyana
bizim millet hesed aparir da,zovq alir da bu kend seher muqayisesi etmekle.....ne qeder nifret edirem bu bos sohbetlere,kendekiler usaq cox dogur,kentdekiler qizi oxumaga qoymur,kentdekiler qizi tez ere verir...ayyyy ne qeder bosssss sacma sapan seyler danisir bu millet.en taninmis alimlerin,professorlarin coxsu kendin boyutmesidirler,inistutda isleyen en meshur professorlar hamisi Gedebey rayonunda boyumusler,kimse usagini qoyun otarmaga yollayirsa onun oxumasini istemir demek deyil,mence kentden cixib sehere oxumaga gelmis oxumus bir insanin oz kecmisi,oz heyati haqda bu qeder asagi seviyyede yazmasi menimcun en utanc bir haldir,acinacaqli haldir.milletin icindeki ayriseckiliyi tam deqiqlikle biruze veren dehsetli haldir.
27 fevral 2015 12:00
# 9
KUREYIMDEN VURULMUS ZERBELERIN SAYINI DUSUNSEK COXDAN YOXX OLMALIYDIM......AMMA MEN O ZERBELERDEN SONRA TANIMAGA BASLADIM DOSTUMU VE DUSHMENIMI
lili)
bu kecmisde qalan bir seydi indi vallah ele deyil tek tuk oxutmur qizini gorurukde kend qizlarinin coxu tehsil alir oqlanlari savadli calisirlar bir sozle kendlerde yasayanlarda muasirlesibler bez yerlerde ola bilerki ele qalsin cox usaqli gormek olmur idiki devirde bu yazi kecmise aiddir
27 fevral 2015 11:50
# 8
cinqosh
Bu tək kəndə aid deyil.Şəhərdə də qızın yaşı 25-i ötdü, deməli evdəqalmış hesab olunur. Kənd, şəhər fərqi yoxdu,mən kənddə yaşayıb 5 qızının hamısını oxutduran ata-ana və həmçinin şəhərdə yaşayıb qızını məktəbə getməyə qoymayıb ərə getmək instituna hazırlayan ata-ana da tanıyıram.
27 fevral 2015 11:21
# 7
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
Fiorella
Duz yazlb ne deyesen guya demey neyi deyiser. aci heqiqetler, qiza qadina verilen deyer budu.40 yasli kiside 16yasli qiz axtarir ama qiz heddi buluga girenden 20yasa geder haminin gozu fikri ustundedi ondan sonra evdeqalmis hesab edilir
27 fevral 2015 10:33
# 6
efsane..
aci heqiqetlerimizdir indi yoxdu demekle deyil yenede eledi ali tehsilliyem valideynlerim ucun ise birinci bizim tehsilimiz gelir ama kende geden kimi o qeder soz esidirem ki gor nece yasi var ama evlenmir
27 fevral 2015 10:11
# 5
BARBI
Heqiqetende dogru movzuya toxunmusuz teesufki kendlerin coxusunda bu psixologiya var qiz tez evlensin usaq sahibi olsun aileye yuk vermesin.O qizlari hec dusunmurler tehsilsz onlari evlendirirler bes onlarin geleceyi xeyallari planlari hamisini oldururler
27 fevral 2015 10:04
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
qanadli melek
Ere getmek dogru yazilib mende kentde qaliram 16yawi olan kimi qizi ere verirler bezen ozunende cox boyuk birine,qizin yawi 20ni kecdi deyirler bunu niye alan yoxdu goresen
27 fevral 2015 10:02
# 3
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
AYKA-ISI
bu yazilanlar kecmiwdeki kendcilere aiddi arada kend qohumlarimiz var ora gedende gorurem hecde bele deyirler cox muasir qizlar tehsilli bir sozle kendciler 21 esrle ayaqlawiblar

bu yazilanlar kecmiwdeki kendcilere aiddi arada kend qohumlarimiz var ora gedende gorurem hecde bele deyirler cox muasir qizlar tehsilli bir sozle kendciler 21 esrle ayaqlawiblar
27 fevral 2015 09:11
# 2
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
Melissa
maragli idi oxudum maragla
27 fevral 2015 09:06
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz