Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gülün insan orqanizminə inanılmaz faydaları
Gülün insan orqanizminə inanılmaz faydaları
Göndərən: ismayilova ulker
Şərhlər: 17
Baxılıb: 2887
Səs ver:
XX əsrin əvvəllərinə kimi bir çox xəstəliyin müalicəsində güldən istifadə edildiyini bilirdinizmi?

Qadınların gözəllik sirrlərindən biri olan gül, həm də sağlamlıq üçün faydalıdır.

Gül suyu, gül çayı və gül yağının faydalarını araşdırmışıq.

Gül çayı bitkinin qurudulmuş çiçəklərindən əldə edilir. Orqanizmi toksinlərdən ən yaxşı təmizləyən vasitə hesab olunur. Müxtəlif güllərdən əldə edilən çaylar insanı sakitləşdirmək və əhvalı yüksəltmək funksiyasını yerinə yetirir. Stressi və bədəndəki gərginliyi aradan qaldırır.

Gül suyu (gülab) da çox faydalıdır. Beyni qüvvətləndirən, eşitmə, görmə qabiliyyətini itiləşdirən gül suyu özünü yorğun hiss edənlərin də köməyinə gəlir.

Yorğunluq hissini qısa zamanda aradan qaldırmaq üçün içdiyiniz çayın içərisinə 3-4 damcı gül suyu əlavə edə bilərsiniz. Gül suyu ilə alını ovmaq da eyni nəticəni verir.

Gül suyunun sərinləşdirici xüsusiyyəti onu qızdırmanı aşağı salmaq üçün ən yaxşı təbii vasitəyə çevirir.

Gül suyu dərinin sağlamlığı üçün də effektlidir. Dəri hüceyrələrinin yenilənməsini dəstəkləyir və parlaqlıq bəxş edir. Yaşlılığa qarşı da təsirlidir. Bədəndəki toksinlərin atılmasına kömək etdiyi üçün daha sağlam və uzun ömür sürməyinizə kömək edir.

Ürək döyüntülərinin nizamlanması üçün də gül suyu içmək yaxşı nəticə verir.

Gül suyu boğaz və qulaq ağrılarını, boğazda yaranan iltihabları aradan qaldırmaq üçün əsl dərman hesab edilir.

Göz xəstəliklərinin müalicəsi zamanı da gül suyundan istifadə edilir. Gül suyu gözdə yaranan qızarıqlıqları, göz ağrılarını aradan qaldırır.

Mikrob öldürücü xüsusiyyəti var. Ona görə də gözdə yaranan infeksiyalara qarşı da təsirlidir.

XV əsrdə xəstələrə şəfa vermək məqsədilə istifadə edilməyə başlanılan gül qoxusuna, indi də ruhi xəstəliklərin müalicəsi zamanı müraciət edilir. Mütəxəssislər gül qoxusunun ruhu sakitləşdirdiyini və insana müsbət enerji verdiyini bildirirlər.

Gülün suyu və qurusu ilə yanaşı, güldən alınan yağ da bir çox xəstəliklərin müalicəsində istifadə edilir. Gül yağı qəbizlik üçün ən təbii üsuldur. Göz soyuqdəyməsinə və gözdəki kapilyarların qızarmasına da yaxşı təsir edir. Ekzemadan əziyyət çəkənlər də təbii dərman kimi gül yağına müraciət edə bilərlər.

Gül yağından kosmetik vasitələr istehsal edən brendlər də çox istifadə edirlər. Siz aptekdən aldığınız təbii gül yağından da faydalana bilərsiniz. Gül yağı dəri ləkələrini aradan qaldırır, sızanaqların qarşısını alır, qırışıqlıqların yaranmasının qarşısını alır, quru dəriləri nəmləndirir.

Gül ürək bulanmasına, baş ağrısına, mədə narahatlıqlarına, şəkər xəstəliyinə, halsızlığa və qansızlığa qarşı da təsirlidir.

Tez-tez gül iyləyərək sağlamlığınızın qayğısına qala, eyni zamanda da əhval-ruhiyyənizi yüksəldə bilərsiniz.


Şərhlər: 17
Baxılıb: 2887
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
lili)
gulleri cox sevirem tonik kimi bilmirdim tesekkurler
27 fevral 2015 18:25
# 17
Şəbnəm Vüsal
bu qədər faydalı oldugunu bilmirdim.həyətimizdə ooooo qədər gül varki.gərək hər gün oları iyləyəm.bəlkə gözəlləşdim 122
26 fevral 2015 23:26
# 16
Səndən sadəcə bir istəyim var hər zaman həyatımda,yanımda , qəlbimdə ən əsası sol yanımda ol Vüsal.Cünki səni coooooooox S E V İ R Ə M ♡
adsiz-a
ay qül etrin cox sevirem..hemde bu qeder faydali olduönu bilmirdim
26 fevral 2015 19:29
# 15
qanadli melek
Gul suyu uz ucun cox xeyirlidi
26 fevral 2015 19:05
# 14
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
leyla_258
MENE GUL IYISI,ETIR IYISI ZIYANDIR,AMA BILIREMKI,HER IKISININ DE IYILERI YAXSI ILENIIIIR..
26 fevral 2015 16:03
# 13
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
aynur2002
Gulleri cox sevirem.
26 fevral 2015 16:03
# 12
Əvəz edilməz insan yoxdur...
-Sadəcə insan varki onu başqası ilə əvəz etmək
istəmirsən...!
Melek5
maraqli oldu bilmiridm hec bir melumatim yox idi
26 fevral 2015 14:24
# 11
Qadın.
5 hərifdən ibarət əvəzsiz bir dünya.
Sucan
Qizilgulu cox sevirem
26 fevral 2015 14:12
# 10
Qlamurr
Maraqlı məlumtlardı,bu qədərini bilmirdim,gül suyunun tonik kimi faydalı olduğunu eşitmişəm,ancaq istifafə etmənişəm....Gül özü də insanda müsbət əhvali-ruhiyə yaradır..
26 fevral 2015 13:35
# 9
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
emis
bu hqada birazda olsa meluamtim var idi nenemgil cox istifade edirler bele tebii seylerden xeyrini gorurler
26 fevral 2015 13:30
# 8
AYKA-ISI
gul murebbesi qaldi axi oda xeyirlidi men en cox gulun murebbesinden iatiade edirem.gul suyunida uwaqlarin qizdirmasi olanda tewekkurler
26 fevral 2015 13:26
# 7
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
Ask Doktoru
Mencede dogrudur guller insani sevincli gumrah edir ele gul bagcasinda gezmek insani stresden uzaq tuta bilir
26 fevral 2015 13:15
# 6
Aliye
Tomris Müslümova
bu tekce qizil gule aiddi?? yoxsa istelinen gullere?
26 fevral 2015 13:13
# 5
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Fialka
Gül suyu və çayı istifadə etmirəm ancaq gül yağı çox faydalıdır
26 fevral 2015 12:34
# 4
cinqosh
tez-tez gül iyləməyi sevirəm, güllərə baxmağı sevirəm,güllərə qulluq eləməyi sevirəm, həqiqətən məndə əhval-ruhiyəni yüksəldir.
26 fevral 2015 12:17
# 3
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
BARBI
Gullleri hec sevmirem ama gul suyu yagi cox faydalidir
26 fevral 2015 12:15
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
acisko
Gulleri coox sevirem amma bu qeder her weye xeyirli oldugunu bilmirdim tewekkurlerr.
26 fevral 2015 12:07
# 1
Həyatda sahib olduğum dəyərlər, sahib olmadıqlarıma dəyərlər...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz